Özünü Avropaya aid hesab edən ölkə və xalq…

2007-ci ildən demək olar ki hər il və bəzən ildə bir neçə dəfə qonşu Gürcüstanda oluram. Həmin ildən indiyədək həmişə müşahidə etdiyim bir nüans var ki hələ davam edir. Bu da digər ölkələrdən, xüsusilə də Azərbaycandan fərqli olaraq xalqı və hökümətiylə birlikdə Avropalı olmaq istəyidir…
Bəzən özlərini  italyanlara, bəzən ispanlara bənzədən (bunu müxtəlif zamanlarda müxtəlif gürcülərin dilindən eşitmişəm) gürcülər

Avropaya inteqrasiya sürəcində fikrimcə digər ölkələrdən daha səmimi olmuş və özlərini hazır olub olmamaqlarına baxmayaraq Avropalilarla eyni görməyə başlmışlar. Təbii ki bu onların içindəki istək, arzudur… Ancaq hər kəsimdən həmişə dilə gətirilən istək, arzudur…
Saakaşvili hakimiyyətdən getdiyi zaman ortaya çıxan bəzi söz-söhbətlər də Gürcüstanın yeni hökuməti və dövlət başçısı tərəfindən bu istiqamətdə heç bir fərqli siyasət yürüdülmədiyindən və daim Avropa inteqrasiyayönlü çıxışlarla öz  təsdiqini tapmamaqdadır. Keçmiş hökumət tərəfindən ölkədə yaradılan müsbət tendensiyalar indi də davam edir, qorunur… Bu da xalqın özünün bu müsbət dəyişikliyi istəməsindən və bunu dəyər kimi qəbul etməsindən və bu müsbət dəyərləri qorumasından irəli gəlir.
Gürcüstanda istər Tiflisdə, istərsə Batumda dövlət əhəmiyyətli binaların çoxunun önündə neçə ildir ölkə bayrağı ilə birlikdə Avropa İttifaqının da bayrağı dalğalanır. Bu kiçik nüans olsa da mən digər ölkələrdə bunu görməmişəm. Bu nüanslar belə dediklərimi bir növ təsdiqləməkdədir. Yəni fikir və əməl birliyi də sürməkdədir…
Bu illər ərzində Ukraynada da olduğum üçün bu ölkəni də bu sürəc içində dəyərləndirsək, yenə həm hökuməti, həm də xalqıyla səmimi istək və hərəkət edən ölkə kimi Gürcüstanın olduğunu qeyd edəcəm. Kiyevdəki son Maydan hadisələrinə baxmayaraq Ukraynada bütün xalqın eyni fikirdə olmadığını demək mümkündür. Qərb regionları, misal üçün Lvov daha çox Avropalı olmaq istəsə də şərqdə bu istək bütünlük daşımır.
Avropalı olmaq istəyi özünü bu və ya digər şəkildə biruzə etməlidir… Bu Gürcüstanda daha çox biruzə olunur… Bunun da əsas səbəbi məncə xalqı və hökumətiylə fikirdə bütünlükdür…  Bu da digər ölkələrdən fərqli olaraq bu istiqamətdə bir addım öndə olmaq kimi dəyərləndirilə bilər…

Benzinin qiyməti, orta əmək haqqı, Qazaxstan və Azərbaycan…

Ölkədə benzinin qiyməti tarif şurasının qərarı ilə ortalama 33,5% qalxdı…
Bəzi müqayisəli rəqəmlər haqqında yazmazdan əvvəl dünyada müxtəlif ölkələrdə benzinin  indiki Noyabr 2013 qiymətləri haqqında bu keçiddən istifadə edərək baxa bilərsiniz: Global Petrol Prices.
İndi isə müxtəlif müqayisəli rəqəmlərlə Sizləri tanış edim.

Azərbaycanda benzinin qiyməti AI-92 70 qəpik= 0,90 USD, AI-95 isə 80 qəpik= 1,02 USD
Qazaxstan neft ölkəsi AI 92 – 117 Tenge=0,76 USD
Qazaxstanda artım cəmi 7 tenqe yani 110 tengeden 117 tengeye qalxmışdır ki bu da 7% artım deməkdir.

Buna da səbəb Qazaxstanın Rusyadan benzin idxalı haqqında qadağanın qaldırılması olmuşdur.
Rusya ilə gömrük anlaşmasının təsiri özünü göstərmişdir.
Ancaq məlumatlara görə benzinin qiyməti  (AI-92 )Qazaxstanda düşə bilər… Buyurun məlumat qaynağı…

В Казахстане цена на бензин марки АИ-92/93 может снизиться на 5 тенге

Rusyada 1 ildə artım ortalama 7% olmuşdur və orta qiymət 30,67 rubl=0,97 USD (АИ-92)

Azərbaycanda isə bu artım 33,5% (dizeldə habelə) olmuşdur.

Qazaxstanla müqayisədə qiymətlərdə 14 cent yəni təqribən  % 17 fərq var, bizdə bahadır. İş bu gəlin digər makroiqtisadi göstəricilərə baxaq:

Qazaxstanda orta əmək haqqı 108857 tenge= 711 USD bəs bizdə?
Bizdə orta əmək haqqı 397 AZN= 507 USD Yəni əsas əhalinin gəlirinin orta göstəricisi sayılan bu rəqəmdə 40% geridəyik…
Eyni şəkildə Rusyada da həyat standartı və orta əmək haqqı bizdən yüksəkdir, təqribən 833 USD, bizdən 60% yüksək…

Benzin istehsalçısı digər ölkələrdən isə heç bəhs etməyə dəyməz… Ya qiymətlər çox aşağıdır misal üçün İran benzinin litri-12 cent, Kuveyt-30 cent,   ya da benzin ən bahalı  olan, misal üçün Norveçdə benzinin litri 2,78 USD bizdən 4 dəfə bahadır, ortalama əmək haqqı isə 7500 USD, yəni bizdən 15 dəfə yüksək!!!

Benzinin, sənaye və kənd təsərrüfatı yanacağı olan dizelin qiymətinin artması təbii olaraq digər məhsulların qiymətini birbaşa və dolayı olaraq artıracağını nəzərə alsaq real fərq  daha da qabarıq olacaqdır… ki, qiymətlərdəki inflyasiya ilə əmək haqqılarındakı artım faizi arasında fərq olduqca çoxdur… Niyə əmək haqqını digər bir müqayisə faktoru  olaraq götürməm isə buradan irəli gəlir. Mən bir iqtisadçı olaraq bu qiymət artımını iqtisadi baxımdan əsaslandıra bilmirəm… Başqa tərəfdən əsaslandıra biləcək yəqin ki olar…buyurun…

Bizim də "Chobani"miz və "Live your brand"-imiz olarmı?m

Çox uzaqlarda olmasına baxmayaraq haqqında yazılanlar və müştəri kontakt nöqtələrindən sayılan internet səhifəsi, səhifədə yer verilən sloganlar, brend adına uyğun sadəlik,  və təbii ki daha bir Türkiyə kökənli təşəbbüskarın uğuru məndə illah da bu brendin müştərisi olmaq arzusunu yaratmışdır.
Amerikada entrepreneur.com -un həyata keçirdiyi maraqlı “Live your brand” layihəsi vardır. Bu layihə çərçivəsində uğur qazanmış Start-up-lardan tutmuş müxtəlif şirkətlər incələnməkdə və uğurlarının səbəbləri öyrənilməkdədir.

Bu brend və şirkətlərdən biri də 2005-ci ildə Hamdi Ulukaya  tərəfindən qurulan və artıq 2012 də 1200 nəfər işçisi ilə Amerika yougurt bazarında ilk sırada yerini tutan “Chobani” brendi və eyni adlı şirkətdir. Məhz 2013 Ernst&Young tərəfindən keçirilən “World Entrepreneur Winner Award”a da sahib olan Hamdi Ulukaya artıq Forbes-də milyarderlər siyahısında da yerini tapmışdır. 1994-də təhsil üçün Amerikaya gedən və Bill Gates, Stive Jobs milyarderlər kimi  təhsilini yarım qoyub  idxal yougurt satışına başlayan, sonra da zibil qutusu üçün atacağı kağızda “Kraft”ın satışa çıxartdığı fabrik elanını görüb bunu satın alaraq dəyərləndirib 1 nömrəli Amerika yougurt brendi “Chobani” yaratmaq əsil təşəbbüskarlıq nümunəsidir…
Mənə “Chobani” brendində xoş gələn elementlər hər tərəfli sadəlik,  brendin dəyərlərinin sadə ifadəsi və bu dəyərlərin bazarda ifasıdır… “Live your brand” layihəsi “brand tour”-larla və istehlakçı mövqeləri ilə məhz bu nüansları ortaya çıxarır və paylaşır.

Bizdə də həm “Chobani” kimi brendlərə, həm də “Live your brand” kimi layihələrə ehtiyac olduğunu düşünürəm və bunun müəyyən müsbət “externality” ilə brendlərin və müştəri dəyərlərinin inkişafında, brend-müştəri yaxınlığının yaranmasına təsir göstərəcəyi fikrindəyəm.

Pərakəndə sektoru virtuallaşır… Bəs bizdə?

Pərakəndə sektoru şirkətərinin günümüzdə sadəcə klassik xüsusiyyətləri ilə öz fəaliyyətlərini davam etdirməsi artıq getdikçə çətinləşir və bu da rəqabətqabiliyyətliliklərinə təsir edir. Bu sektorun inkişafına güc qatacaq yeni dalğa isə bilgi texnologiyaları və məhsullarından öz inkişafı üçün faydalanmaqdır.
 
SWOT analizdə həmişə texnologiya həm fürsət, həm də təhlükə, təhdit kimi  hər iki tərəfdə yer alan faktor xüsusiyyətini daşıyır. Səbəbi də texnologiyanın şirkətlərə həm fürsət, imkan qazandıracağı, həm də onlar üçün təhlükə və təhdit mənbəyi ola biləcəyi ilə əlaqədardır. Meydana çıxan texnolojik yenilikləri dəyərləndirmək, onları fürsət olaraq görüb təmin edəcəyi imkandan faydalanmaq lazımdır. 

Bu yeniliklərə qapalı qalmaq, onlardan istifadə etməmək, fürsəti əldən verməkdir ki, bu fürsət və imkan da da əksərən rəqiblər tərəfindən istifadə edilərək istifadə etməyənlərin bir müddət olsa da əleyhlərinə çevriləcəkdir.
 
Son İstanbul səfərimdə Türkiyə pərakəndə sektoru iştirakçılarından MİGROS-un vurtual market, mobil market  tədbiqləri haqqında məlumat əldə etdim. Təqribən 15 ay əvvəl bu mövzu ilə əlaqədar “Marketlərdə rəqəmsalmarketinq və faydaları” adlı bloq yazımda bu cür xidmətlərdən bəhs etmişdim, indi isə real tədbiq edən şirkət nümunəsindən bəhs edirəm. Bəli MİGROS önə çıxaraq bu xidməti artıq öz müştərilərinə təklif etmişdir. Daha ətraflı məlumat üçün MİGROS Sanal Market səhifəsinə baxa bilərsiniz. Sanal market xidmətini bu ölkədə CarrefourSa da göstərir və bu xidmətin  getdikçə yayılması gözlənilir. 



MİGROS-un bu xidmətlərində “online” və ya qapıda kredit kartı ilə ödəmə xidməti və qapıda iadə zəmanəti xidməti də vardır.

 

Türkiyədə pərakəndə sektorunun inkişaf xətti, istifadə etdikləri tədbiqatlar, yeniliklər bizim eyni sektor iştirakçıları üçün ən yaxşı nümunədir fikrimcə. Öyrənib, benchmarking edib, tədbiq etmək lazımdır.

Yenilik, texnologiya, dəyişim onu istifadə edənlər üçün fürsətdir… Bizim pərakəndə sektorunda bu cür xidməti həyata keçirəcək ilk pərakəndə şirkəti hansı olacaqdır və ya heç bu  cür xidməti düşündülərmi…?

Marketinq araşdırmaları nə üçün lazımdır? Şirkətlər üçün faydaları nədir? | Ekspert TV – çox izləyən çox bilərm

Marketinq araşdırmaları nə üçün lazımdır? Şirkətlər üçün faydaları nədir? | Ekspert TV – çox izləyən çox bilər

Dördrəqəmli və bu kimi toplu SMS xidməti və CRM-ə münasibət…

Hər birimizə hər gün demək olar ki, heç istəmədiyimiz halda 4 rəqəmli SMS servislərindən və eyni xüsusiyyətli digər servislərdən gələn məsajlar olur. Bu təbii ki sürətli müştəri əlaqələri baxımından gərəklidir. Ancaq əgər əlaqə deyiriksə, ünsiyyət deyiriksə bunun əsas xüsusiyyəti qarşılıqlı olmasıdır. Gələn SMS xidmətlərini iki hissəyə ayırmaq mümkündür. Biri alıcının hər hansı bir şəkildə qarşı tərəflə istəyərək (hər hansı bir zamanda müştərisi olmuş  və ya anketini doldurmuş və s.) qurulan əlaqədən sonra gələn SMS qrubu, digəri isə heç bir şəkildə müxtəlif servis sağlayıcıların vasitəsiylə heç bir istək, tələb, əlaqə olmadan alınan SMS qrubu.

Birinci qrubu yenə müəəyən ölçüdə başa düşmək, qəbul etmək mümkündür. İkinci qrub isə inanıram ki çox alıcılarını bu və ya digər şəkildə rahatsız edən SMS-lərdir. Texnologiyanın inkişafın və bunun həyatımıza girməsini və dəyişimi sözsüz ki dəstəkləyənlərdənəm. Ancaq şirkətlərin bu xidmətdən istifadəsini düzgün hesab etmirəm. Marketinq camiasında olsam da bunu elə sırf buna görə yazmaq qərarına gəldim.
Müştəri fikrinə önəm verən, müştəriyə dəyər verən şirkətlər CRM-lərini adının da tələb etdiyi kimi ikitərəfli, qarşılıqlı, real feedback-ini də təmin edərək həyata keçirməlidirlər. Bu xidməti təmin edən texnologiya digər xidməti də təmin etməli və şirkətlər göndərdiyi 4 rəqəmli və ya bu xüsusiyyətli SMS-lərə cavab almaq imkanı tanımalıdır məsajı alanlara!
Bunu yazmağıma əslində səbəb dünən mənə SAZZ-dan gələn bir məsaj oldu.
SAZZ-dan gələn məsaj: “Əziz abunəçi! Köhnə internet logininiz 300 mb trafiklə 10 gün internetə pulsuz olacaq. Sınayın!  Modemi sazlamaq, ümumi məlumat üçün Tel:191 Sazz4G.”
Mən isə cavab yazmaq istədim o an: “SAZZ olaraq siz mənə olmazın əziyyət vermisiniz. Yaxşı ki modem sındı və sizdən qurtuldum.”  Və bunu o SMS-yə birbaşa elə SMS-yoluyla cavab vermək istədim. Bəli yuxarıda telefonları göstərilib. Ama ora zəng uzun uzadi danishmaq həvəsində olmaz hər kəs…
Məhz buna görə bu cür xidmətləri təmin edən servislərin və bu cür informasiya göndərən şirkətlərin göndərdikləri sms alıcılarına  məhz eyni vasitəylə cavab imkanı tanımalarını doğru qəbul edirəm. Bu zaman istifadə etdikləri CRM aləti adını doğruldar!

Satış menecerlərinin şəxsi xüsusiyyətləri

Hörmətli oxucularım, Satış menecerlərinin şəxsi xüsusiyyətləri adlı yazını  “Ecolife”jurnalının http://www.ecolifejurnal.com/online/#/44 elektron dərgi qaynağından oxuya bilərsiniz.

İntellekt matrisi və Vicdanın səsi…

Yenə uzun (mənə görə) fasilədən sonra Sizlərlə bir arada olmaq istədim. Son zamanlar bloqumuzda yazılar seyrəkləşmişdir. Ancaq onu deyim ki, bu vaxt ərzində müsbət istiqamətdə çox dəyişikliklər olub. Dəyişim, yenilik isə bildiyiniz kimi çox vacibdir. Son zamanlar dünya aləmdə də bir sıra dəyişikliklər baş verməkdədir. Və bunların çoxunda bir faktor, bir dəyərin yoxluğu görsənir ki bu da “VİCDAN”dır. Elə bu yazıda bu dəyərin günümüzdə əhəmiyyəti barədə biraz başqa istiqamətdən yol alaraq Sizlərlə paylaşmaq istədim.

Çoxdan alsam da son vaxtlar təkrar incələdiyim kitablardan biri Stephen Covey-in “The 8th Habit From Effectiveness to Greatness” kitabıdır. Elə bil yerinə düşdü ki, dünyanın bu gərdişində  dünya siyasətçiləri, filosofları, lider və idaretməçilərinin müxtəlif fikirlərini oxuduqca günümüzün problemi olan və kitabın bir bölümündə üzərində çox durulan “Mənəvi İntellekt” anlayışı və bunun bir növ “output”u, səsi olan Vicdandan bəhs edilir… 

 
Bloqumuzu təqib edənlər yəqin ki xatırlayar vaxtilə “Fərdi və ictimai inkişafda IQ kifayət etməz…EQ, MQ, BQ və digər “Q”-lər də lazımdır!”  başlıqlı yazımız vardı ki burada intellekt növlərindən bəhs etmişdim. Bunların hər birinin nələr olduğu haqqında həmin yazıdan oxuya bilərsiniz. Mən sadəcə Moral (Spiritual) Intelligence- Mənəvi zəka(idrak haqqında olan hissəni burda təkrar etmək istəyirəm.
 
MQ-Moral Intelligence-Mənəvi zəka(idrak)… Emosional zəkadan sonra ortaya çıxan anlayışdır. Mənəvi zəkada əsas faktorlar bütünlük (fikirdə və əməldə), məsuliyyətlilik, simpatiya və bağışlama xüsusiyyətləridir. Öhdəliklər götürmək və bunu məsuliyyətlə həyata keçirmək, xoşgörülü olmaq və səhvləri bağışlamaq, pozitiv və inkişaf meyilli düşüncə fəaliyyətlərə üstünlük vermək mənəvi zəkanı gücləndirir. Eyni zamanda başqalarının simpatiyasını və rəğbətini qazanmaq, digər insanların əksik yönlərinə toleranslı olmaq və onları olduğu kimi qəbul etmək də MQ-nü qüvvətləndirir. 
 
Bu yazıda maraqlı bir matrisi Sizlərlə paylaşmaq istədim.
 
   İNSAN
4 EHTİYAC
4 ZƏKA NÖVÜ/ Qabiliyyətlər
4 KEYFİYYƏT
NƏTİCƏSİ-SƏSİ
BƏDƏN
Yaşamaq
Fiziki zəka
(PQ)
Disiplin
Ehtiyacın qarşılanması
İNTELLEKT
Təhsil almaq
İntellektual zəka
(IQ)
Vizyon
Talant
Disiplinli fokuslaşma
ÜRƏK
Sevmək
Emosional zəka
(EQ)
Təşəbbüs
Entuziazm
Entuziazm
(Gördüyü işi sevgiylə görmək)
MƏNƏVİYYAT
İz/irs qoymaq
Mənəvi zəka
(SQ vəya MQ)
VİCDAN
VİCDAN
(Doğru olanı etmək)
Gördüyümüz kimi matrisdə insanoğlunu idarə edən və ya onun idarə etdiyi 4 faktor: bədən, intellekt, ürək, mənəviyyat və bu faktorlara xas ehtiyaclar, zəka /qabiliyyət növləri yer alıb. Hər bir faktorun qarşılıqlı keyfiyyət təcəssümü və nəticələri də matrisdə göstərilmişdir. Emosional zəka -Entuziazmı artırır bu da işi  ürəklə, sevgiylə görməklə nəticələnir. Təhsil yoluyla, öyrənməylə əldə edilən İntellektual zəka Vizyonu artırır və hər hansı bir sahəyə məxsus talantlar yaradır.
İnsanda mənəviyyat irs buraxmaq, iz qoymaq ehtiyacını qarşılamalıdır ki yuxarıda bəhs edilən mənəvi zəkaya aid davranış və münasibət, hadisələrə bu yöndən yaxınlaşmağı məcbur edir. Bunu isə ancaq VİCDAN-la etmək lazımdır… Vicdanın səsi isə doğru olanı etməkdir! Bu həyatın hər sahəsində və işdə də keçərlidir! Dünyada müxtəlif zamanlarda səs salan insanlar, liderlər də bu qruplaşma ilə dəyərləndirilə bilər. Kimisi Gandi, Martin Luther King kimi Vicdanın səsini dinlər, doğru olanı edər (millət, xalq, ölkə, dünya üçün) iz qoyar… belə xatırlanır… Kimisi də sadəcə disiplini, vizyonu ilə xatırlanmaqdadır və xatırlanacaqdır… Əsl lider iz qoyan liderdir.
Həyatda və işlərinizdə uğurlar diləyi ilə…

Gələcək vəd edən ölkə: Qazaxstan…(1)

Bu ölkəyə ilk səyahətim 1998-ci ildə olmuşdur. Daha sonra da müxtəlif vaxtlarda yenidən bu və ona qonşu olan dövlətlərdə olmuşam. Və demək istərdim ki hər dəfəsində bu ölkədə müsbət istiqamətdə hansısa yeniliklərin şahidi olurdum. Təbii ki qonşu ölkələrdən fərqli olaraq real iqtisadi artım və inkişaf trendində olmuşdur. Digər qonşu ölkələrdən fərqli olaraq açıq iqtisadi siyasət yürütdüyünə görə  2008-ci ildə dünyada baş verən maliyyə böhranı bu ölkədən də kənar keçmədi. Ancaq çox qısa bir zamanda ölkə böhranla üzləşən digər dünya ölkələrindən fərqli olaraq yenidən iqtisadi artım tempinə keçməyi başarmışdır. Bəhs etdiyim ölkə Xəzərin şərq sahilindəki Qazaxstandır. Bu qısa girişdən sonra bu yazımın əsas məqsədinin bu ölkəyə olan son səyahətlərim zamanı eşitdiklərim, oxuduqlarım və əlbəttə ki gördüklərim haqqında düşüncələrimi paylaşmaqdır.

Bu ölkəyə səyahətlər zamanı elə aeroportdan başlayaraq hər yerdə özümün şahid olduğum və eləcə də başqalarından eşitdiyim  ilk növbədə qeyd etmək istədiyim bir xüsusiyyətləri var qazaxların… Nədir bu? Öz millətlərini digərlərindən hər bir yerdə üstün və tərəfini tutmaq… Bir neçə dəfə şahidi olmuşam ki pasport sırasında öz millətindən olanları önə çağırmışlar. Hətta bir dəfə belə bir olayda bir neçə avropalının etirazına belə məhəl qoymadılar… Eyni terefkeşlik hər sahədə vardır… Müqayisə etməmiz məqsədilə bunu qeyd etdim.

Ərazisinin ölçüsünə görə dünyanın ən böyük 9-cu ölkəsi Qazaxstanın əhalisi təqribən 18 milyondur. Ərazisinin böyüklüyünə görə bu ölkədə dəmir yolu və hava yolu nəqliyyatı əsas nəqliyyat növləridir. Ölkənin demək olar ki əksər şəhərlərində balaca da olsa aeroport vardır. Bildiyimiz kimi ölkənin paytaxtı Almatadan Akmola vilayətində yeni salınan Astana şəhərinə köçürülmüşdür. Və beləcə demək olar ki əslində iki paytaxtlı bir ölkə olmuşdur. Bu da senaye, elm, mədəniyyət, biznes və digər bütün sahələrin sadəcə paytaxtda cəmləşməməsi, ən azı iki bölgə və şəhərə yayılması deməkdir. Təbii ki Aktau, Atırau kimi bölgə və şəhərlər də neft sənayesinin hesabına inkişaf etmiş bölgələrdir. Bunu nəyə görə deyirəm bölgələrarası bərabərsizlik bizdə olduğu kimi çox hiss edilmir. Demək olar ki bu səbəblə də “iki paytaxt”ın olması müsbət təsir göstərmişdir. Hər hansı bir məsələ üçün Almatadakılar paytaxta üz tutmurlar. Almatada da asanca həll edə bilirlər. Asan dedim yadıma xatırlamışkən deyim ki Almatada oluğumuz vaxt qaldığımız oteldə gənc həmvətənlərimizi gördük və hal əhval tutduqda ASAN xidmətinin əməkdaşları olduğunu öyrəndik. Təcrübə mübadiləsi məqsədilə ezamiyyətdə idilər. Çox yaxşı haldır. Bu barədə bir nümunə deyim ki Qazaxstanda da bu işlər artıq çox sürətlə gedir. Eşitdiklərimdən biri-yaşayış yerindən arayış kimi arayışları vətəndaşlar  və yaşama izni olan xaricilər şəxsiyyəti təsdiq edən sənədi post terminala salaraq anında arayış kağızını ala bilirlər.

Almatadan başlamışkən Almata ilə davam etmək istəyirəm. Şəhərə ilk dəfə gedənlər (xüsusilə bizimkilərdən getsə) əslində bu fikrə gələ bilər ki o şəhərdə inkişaf yoxdur. Çünki şəhərin özündə hər hansı söküntü və inşaata rast gəlmək çətin idi. Ancaq bu o demək deyil ki şəhərdə yeni binalar yoxdur. Var təbii kii amma parklar, yaşıllıqlar, şəhər mərkəzi eynilə qalır, kənarlarda böyük ticarət mərkəzləri, yaşayış bimaları tikilir, qəsəbə salınır. Almata ilin bütün fəsillərində çox gözəl mənzərələrdə olur. Niyə? Şəhərdəki hündür ağacların sayəsində… Hər fəsil öz gözəlliyini bu ağaclar vasitəsilə biruzə verir… Almatada sürücülük mədəniyyəti haqqında çox bəhs etmişəm. Həqiqətən də yüksək səviyyədədir. Bir birinin yoluna girmə yox, piyadalara yol verilir və s. Şəhərin bir xüsusiyyəti də planlamasıdır. Belə ki bütün əsas prospekt və küçələr paralel ve perpendikulyardır. Yəni istənilən nöqtəyə çox asan getmək mümkündür. Qaldığım 4-5 gün içində bu şəhərin yollarında yol polisi gördüyümü desəm yalan söyləmiş olaram.

Yazı çox yorucu olmasın deyə burada saxlayıram. Növbəti yazıda Qazaxstanla əlaqədar müxtəlif inkişaf göstəriciləri haqqında və Astana şəhərindən bəhs edəcəyəm.

Görüşmək ümidiylə uğurlar…

Şəxsi brendinq: real yoxsa virtual brendinq?

Yeni texnologiyaların yaratdığı fürsətlər çoxşaxəlidir. Bu yazımda istədim bu fürsətlərdən birinin üzərində dayanım. Yeni texnologiyaların inkişafı və həyatımıza daxil olması  hər bir sahədə həm  yeni fürsətlər və təbii ki bunun da yanında həm də təhditlər meydana çıxarmışdır. Elə buna görə də yeni texnologiyaların inkişafı nəticəsində bilavasitə və dolayı olaraq yaranan anlayışlara qarşı da ziddiyətli baxışlar mövcuddur.
 Yeni texnologiyaların inkişafı ilə meydana çıxan və həyatımıza daxil olan, bu və ya digər şəkildə həyatımıza təsir edən bu “fürsət” və ya “təhditlər “dən başlıcası sosial medya vasitələri olan sosial şəbəkələrdir. Artıq həyatın bütün sahələrində: siyasi, iqtisadi, sosial, mədəni, bədii yaradıcılıq, elm və təhsil və s. sahələrdə sosial şəbəkələrin rolu, təsiri və gücü danılmazdır. Bəli bu güc müəyyən qisim insanlar üçün fürsət, digər qisim üçün isə təhdit olaraq görülür. Və ya eyni təbəqə üçün bəzən təhdit, bəzən isə fürsət olaraq dəyərləndirilir və bu istiqamətdə də istifadə edilir.
Çox uzun olmasın deyə buradan mətləbə keçmək istəyirəm…

Mənim bu yazıda bəhs edəcəyim mövzu Şəxsi brendinqdə reallıq və virtuallıq mövzusudur. Əvvəlcə onu deyim ki, şəxsi brendinqi sadəcə iş dünyası ilə çərçivələməyin doğru olmadığını düşünürəm. Hər bir sahədə insanlar öz şəxsi brendinqi üzərində işləyə bilər, gücləndirə bilərlər. Yuxarıda bəhs etdiyim kimi, sosial medyadan əvvəlki dövrdə müxtəlif sahələrdə tanınmış insanlar təbii ki olmuşdur və bir növ bu insanlar müxtəlif sahələrdə “brend” xüsusiyyətinə malik olmuşlar. Ancaq indiki zəmanədə brendinqdə danılmaz rola malik olan sosial medya və sosial şəbəkələrdir. Təbii burda bir nüansa da toxunacağam. Sadəcə sosial medya və sosial şəbəkələrdə brendinq fəaliyyəti isə “virtual brendinq” fəaliyyəti buna sahib olanlar isə “virtual brend” olaraq qalacaqdır. Məhz bu virtual brendlər biraz əvvəl bəhs etdiyim kimi həm ümumi olaraq toplum üçün, həm də real fəaliyyətləri ilə brend olmuşlar üçün bir təhditdir.
Sosial şəbəkələrə tənqidi baxış mövqeyinin bir şaxəsi budur və məncə də normal və həqiqətdir. Bunun qarşısını almaq üçün isə yeganə yol ikincilərin, real fəaliyyət sahiblərinin bu fürsəti dəyərləndirərək meydanda yer almalarıdır! Əgər indiki zəmanədə yeni texnologiyaların yaratdığı bu fürsətlər dəyərləndirilməzsə fürsət olmaqdan çıxıb təhdidə çevriləcəkdir. Elm adamı öz yeniliyini artıq ənənəvi yollardan başqa yeni fürsətlərdən istifadə edərək də yaymalı, eyni şəkildə yazıçı, şair və biznes məsləhətçi də həmçinin…
 Eyni zamanda virtual aləmdə şəxsi brendinqə sahib olmaq istəyənlər  üçün də real göstəricilər olmalıdır: Bu bir şair üçün şeir kitabı, yazıçı üçün nəşr olunmuş roman, bloqqer üçün yenə nəşr olunmuş kitab, biznes məsləhətçi üçün sadəcə yazmaqla deyil, iş həyatında təlim, seminar, konfrans və konsultasiyalarla tədbiq olunan real fəaliyyətlər olmalıdır.
Qısaca sosial medyada və sosial şəbəkələrdə həqiqi fəaliyyətlərə imza atımış reallıqlar daha çox rəqbət qazanacaq (qazanmalıdır) və digər tərəfdən sosial medya və sosial şəbəkələrin gücündən istifadə edən real fəaliyyətlər daha çox uğur əldə edəcəkdir…
Bu yazı növbəti yazıma bir giriş xarakterində oldu… Növbəti yazıda Şəxsi brendinqdə sosial medya vasitələri haqqında bəhs edəcəyəm…
Uğurlar diləyi ilə…