Etiket: Uncategorized
"Bazar gücü və tənzimlənmələri analizi…"
Bu il iqtisadi sahədə Nobel qazanan “Bazar gücü və tənzimlənmələri analizi” ilə fransız iqtisadçı Jean Tirole oldu. Jean Tirole1980-lərdən sənayə idarəetməsi sahəsində müxtəlif akademik çalışmalar ortaya qoyan iqtisadçıdır.
Təbiətdən gələn gözəllik və sağlamlıq qaynağı
Bu gün çox maraqlı günlərdən biri oldu… Türkiyə və Azərbaycanda fəaliyyət göstərən NLG şirkətinin dəvəti ilə Ramada otelində düzənlənmiş “Talya bitkisel ürünlerinin tanıtımı” tədbirinə qatıldım. Hər şeydən öncə çox dəyərli dostumuz, tələbə yoldaşımız Lalə xanım Həsənovaya dəvəti üçün təşəkkür edirəm. İki ölkədə çox uğurlu biznes fəaliyyətlərini yürüdən gənc iş xanımı Lalə xanıma uğurlarının davamını diləyirəm Təbiətdən gələn gözəllik və sağlamlıq qaynaqlı məhsulları ilə Azərbaycan istehlakçılarından qazandığı rəğbət və sevginin daim olmasını arzulayıram.
E-care: Müştəri məmnuniyyətində rəqəmsal vasitələrin rolu
Yenilik nə üçün lazımdır…?

Sistemsiz idarəetmənin zərərləri və dəyişiklik haqqında qısa fikirlər…
Şirkətlərimizdə idarəetmə professionallığı səviyyəsi aşağı səviyyədə olduğu kimi, bunu aradan qaldırma potensialı da aşağı səviyyədədir. Şirkətlər cəmiyyətin bir vahidi olduğuna görə bu və ya digər vasitə ilə cəmiyyətdə olan bütün “xəstəliklər” onun kiçik forması olan şirkətlərdə də baş verməkdədir. Şirkət bir organizmdir… Başı, bədəni, qolları, ayaqları mövcuddur… Orqanizmin bir üzvündə meydana çıxan bədxassəli yaralar sağalmayınca digər üzvlərə də yayılır və onların da funksiyalarını pozar. Çünki organizm bir sistemdir… Sistem şəklində mövcudluğunu davam etdirməsi üçün sistemi əmələ gətirən hissələr sağlam olmalıdır.
Şirkətlər də eyni orqanizm kimi müəyyən strukturu olan və bu strukturların üstləndikləri funksiyaları əhatə edən bir sistemdir. Amma eyni zamanda hər bir sistem indiki zamanda ətraf mühitlə açıq əlaqədədir. Ancaq bu əlaqə də məhz çox zaman sistemli əlaqələrdən yoxsun, insanların maraqları əhatəsində yaranır. Belə olduğu təqdirdə isə mühitdə olan “xəstəliklər”ə asanlıqla bulaşılır. Şirkətlərdə idarəetmənin professionallıq səviyyəsi aşağı səviyyədə olduğu zaman, qeyri formal ünsiyyət və əlaqələr artır və bu da şirkətin sistemli şəkildə şirkət maraqları istiqamətində deyil, insanların, şəxslərin subyektiv maraqları çərçivəsində idarə olunmasına gətirib çıxarır.
Sistemli işləyən şirkəti analiz etmək və problemi aşkarlamaq də asandır. Əks təqdirdə isə analizlər aparmaq və nəticədə problemi aşkarlayıb həll etmək çətinləşir. Sistem nə qədər sağlam olarsa ətraf mühitin mənfi təsirləri azalır. Qeyri-sağlam bir sistemə ətraf mühit təsirləri daha kəskin təsir edir. Şirkətin daxili mühitini yaradan, dəyişdirən əsas faktor əməkdaşlarıdır. Elə ən çox təsirlənən və təsir edən faktor da məhz əməkdaşlardır.
Yuxarıda qeyd etdiyim cəmiyyətdə olan mənfilikləri məhz qurumsallaşmayan (korporativləşməyən) şirkətlərdə də görmək mümkündür… ikiüzlülük, riyakarlıq, intriqalar, yaltaqlıq… və s… Sağlam olmayan bir iç mühitdə dəyişiklik əlbəttə ki lazımdır… Ancaq fikrimcə, ən faydalı dəyişiklik sağlam bir mühitdə həyata keçirilən dəyişikliklərdir.
Dəyişiklik təşəbbüsləri necə ki sağlam olmayan cəmiyyətlərdə müxtəlif rezonanslar yaradır, eləcə də şirkətlərdə bu baş verir və çox zaman dəyişiklik öz məqsədindən kənarlaşır və daha mənfi nüanslar yaradır… Buna görə də dəyişiklik etmək üçün ilk növbədə sağlam daxili mühitin yaradılmasına çalışmaq lazımdır ki, bu da davamlı mükəmməlləşməyi seçən sistemli idarə etmə ilə mümkündür…
Rəhim müəllimin fəaliyyətləri davam etdirilməlidir…
Əslində mən çox yaxın olmamışam özü ilə. Təxminən bir neçə dəfə müxtəlif tədbirlərdə görüşüb söhbət etdiyim şəxs idi. Ancaq ölkəmizdə illərdir ki aktiv fəaliyyət göstərən şəxslərdən biri olduğunu bilirdim və təqdir edirdim … Etdikləri az deyildi… yaşasaydı, daha da çox ola bilərdi… Vaxtilə “Azərbaycanda Marketinq” adlı bloq yazımda Marketinq cəmiyyətini azacıq tənqid etsəm də bu “uman yerdən küsərlər” xarakterli və daha çox fəaliyyətə səsləniş idi ki, bununla özü də razılaşmış və tənqidə müsbət və mütərəqqi yanaşmışdır və ölkəmizdə Marketinq fəaliyyətlərinə işıq tutmağa davam edirdi. Bu yazımda Rəhim müəllimin fəaliyyəti haqqında bildiyim və tanıdığım qədəriylə yazmaq istədim…
Rəhim müəllim Azərbaycanda ilk və az sayıda Marketinq və sosial araşdırma şirkətlərinin birinin təsisçisi olmuş və Marketinq araşdırmaları sferasında önəmli işlər görmüşdür. Rəhim müəllimin biznes sahəsində də uğurlu imzaları vardır.
Bir dönəm həqiqətən ölkəmizin özəl sektoru üçün çox əhəmiyyətli olan qurumlara rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti olmuşdur. Prezident yanında Elmin İnkişaf Fondunda müşavir olmuş Rəhim müəllim ən son AMEA-nın İnnovasiya şöbəsinin rəhbəri olmuşdur ki bu sahədə də aktiv fəaliyyəti təqdirəlayiq idi. Elə sonuncu dəfə İnnovasiya mövzulu seminarda görüşüb söhbətləşmişdik.
Rəhim müəllimin ictimai fəaliyyətləri də geniş idi. Cəmiyyətlərin və hər hansı bir sahəsinin inkişafı, müxtəlif sahələrdə fəaliyyət göstərən qurumların fəaliyyətindən çox asılıdır. Marketinq sahəsində də belə bir qurum Azərbaycan Marketinq Cəmiyyəti olmuşdur. Ölkədə yazılan və marketinq dili anlaşılmayan kitabların bu sahədə yetərsizliyini nəzərə alıb bu sahəyə yönələn gənclər üçün dünyanın tanınmış Marketinq mütəfəkkirlərinin kitabını praktik bir dillə dilimizə tərcümə etdirmişdir ki bu Marketinq adına atılan çox önəmi fəaliyyət olmuşdur. Ölkədə aktiv marketoloq dostların Milli Marketinq Forumunun keçirilməsi təşəbbüsünə də dəstək verən Rəhim müəllimin gənclərin Marketinq sahəsində inkişafını həmişə dəstəklədiyini dəyə bilərəm. Rəhim müəllim hər sahədə aktiv, və müsbət xarakterli bir şəxs olmuşdur.
Yenilikçi, daim araşdıran və yenilikləri tədbiq etməyə çalışan bir elm adamı kimi bundan sonra da cəmiyyətimizin inkişafında daha çox işlər görməyə qadir idi. Gənclərin, xüsusilə biznes və marketinq sahəsində olan gənclərin örnək ala biləcəyi şəxslərdən biridir.
Sonda məhz özünü marketinq sahəsində hesab edənlərimizə, xüsusuilə gənclərə Rahim müəllimin fəaliyyətlərini davam etdirmək, Marketinq cəmiyyətini yaşatmaq və gücləndirməyi diləməklə bu istiqamətdə birgə fəaliyyətlər arzulayıram. Rəhim müəllimin ruhunu beləcə daim yad və şad etmiş olarıq… Allah rəhmət eləsin…
Reklamın sadəliyi…mənalılığı…gözəlliyi…
Elm adamları və sahibkarlıq fəaliyyəti…
Bu cür dəstək və təşviqlərin qaynağı hələ 1980-ci ildə bu ölkədə çıxarılan və “Bayh-Dole” qanunu və ya aktı kimi qəbul edilən qanundur. Bu qanunun əsas adı, “Universitet və Kiçik şikətlərlə əlaqədar Patent Qaydaları qanunu”dur. Ancaq bu qanunu təklif edən iki senatorun Birch Bayh və Bob Dole-un adıyla səslənən “Bayh-Dole” qanunu kimi daha çox tanınmışdır. Qanunun əsas əhatəsi dövlət fondları tərəfindən dəstəklənən fikri mülkiyyət haqqlarından və bundan əldə edilən gəlirlərin universitet, elm adamları-sahibkarlara qalmasıdır. Buna bənzər qanunlar Almanya, Maleyzada da qəbul edilmişdir. Bu qanun hətta The Economist dərgisi tərəfindən keçirilən araşdırmada son 50 ildə çıxarılan ən vizioner qanun olaraq qəbul edilmişdir. Bir sıra Avropa ölkələri ilə yanaşı Yaponiya da Bayh-Dole qanununu müsbət qəbul etmişdir.
Bu kitablar oxunmalıdır…
2014-cü ildə xoş gördük sizləri… Bütün oxucularıma 2014-cü ildə yeni-yeni uğurlar diləyirəm.
2014-cü ilin ilk yazısında faydalı olsun deyə kitablardan bəhs etmək istəyirəm. Bəhs edəcəyim kitablar 2013-cü ildə Dünya Futuroloqlarının və Amerika Marketinq Assosiasiyasının seçimləri əsasında müəyyənləşən kitablardır. Bu kitabları əldə edib oxumağımız lazımdır.
Ancaq əvvəlcə istərdim Marketinq sahəsində öncəki illərdə ön sıralarda olan kitabları yəni AMA Book Prize for the Best Book in Marketing-də prize alanları və finalistləri nəzərinizə çatdırım.
Berry-AMA Book Prize for the Best Book in Marketing
How Cool Brands Stay Hot: Branding to Generation Y by Joeri Van den Bergh and Mattias Behrer
Brand Relevance: Making Competitors Irrelevant by David A. Aaker
Service Innovation: How to go from Customer Needs to Breakthrough Services by Lance A. Bettencourt
Fascinate: Your 7 Triggers to Persuasion and Captivation by Sally Hogshead
Enchantment: The Art of changing Hearts, Minds, and Actions by Guy Kawasaki
2011 Winners
Strategy from the Outside In: Profiting from Customer Value by George S. Day and Christine Moorman
Persuasive Advertising: Evidence-based Principles by J. Scott Armstrong
2013-cü ilin müştərək qalibləri isə aşağıdakı 2 kitab olmuşdur:
1. Ed Keller and Brad Fay The Face-to-Face Book: Why Real Relationships Rule in a Digital Marketplace
2. Daniel Pink: To Sell is Human: The Surprising Truth About Moving Others.
Birinci kitab Digital Bazarda real effektiv əlaqələrin qurulmasından bəhs etməkdədir. İkinci kitab isə Satış sahəsinə aiddir və Satışın insani yönünü incələməkdədir.
Marketinqlə futurologiyanın bir-biri ilə sıx əlaqəsini dəfələrlə bu və ya digər şəkildə ifadə etmişəm.
Buna görə də dünya futuristlərinin də 2013-cü il üçün seçdikləri kitabları nəzərinizə çatdırmağı məsləhətli və faydalı olacağını düşünürəm. Burada siyahı biraz daha uzundur.
Beləliklə dünya futuristlərinin 2013-cü ildə önə çıxan, futurologiya – gələcək trendlərlər haqqında məsləhət gördükləri kitablar bunlardır:
1. Big Data: A Revolution That Will Transform How We Live, Work and Think by Viktor Mayer-Schonberger and Kenneth Cukier (Big Data mövzusu yenə ön plandadır)
2. The Nature of the Future: Dispatches From the Socialstructed World by Marina Gorbis
3. Antifragile: Things That Gain From Disorder by Nassim Taleb (Maraqlı bestseller olan “Black Swan” yazarından)
4. Thinking: The New Science of Decision-Making, Problem-Solving and Prediction, edited by John Brockman (Forecasting mövzularını əhatə edən kitab)
5. New Rules for the New Economy: 10 Radical Strategies for a Connected World by Kevin Kelly (Bu kitab 1999-cu ildə yazılsa da irəli sürdükləri tezləri hələ keçərlidir. Bu barədə “Yeni iqtisadiyyat və tələb-təklif əyriləri” bloq yazımıza baxa bilərsiniz.)
6. The Signal and the Noise: Why So Many Predictions Fail—But Some Don’t by Nate Silver
7. The New Digital Age: Reshaping the Future of People, Nations and Business by Eric Schmidt and Jared Cohen
8. Present Shock: When Everything Happens How by Douglas Rushkoff
9. Infinite Progress: How the Internet and Technology Will End Ignorance, Disease, Poverty, Hunger and War by Byron Reese
10. What’s Mine Is Yours: The Rise of Collaborative Consumption by Rachel Botsman
Fikir sahibi olmaq üçün öncə bilgi sahibi olmalıyıq və buna görə də sürəkli oxumağa davam edək…
Faydalı olacağı ümidiylə…