Satışda etirazlarla iş silsiləsindən-2

      Etirazlarla işləmək qaydası nədir?

Etirazlar ortaya çıxdığı zaman necə davranmaq və hansı cavabları vermək lazımdır? Etirazları fürsətə necə çevirmək mümkündür? Satış menecerləri öz işlərinin çətin və stresli tərəflərindən biri olaraq həmişə müştərinin etirazlarını, onların dilə gətirdikləri problemləri cavablandırmağı göstərirlər. Buna görə də aşağıda müştəri etirazları ilə işləmək qaydalarını addımlarla göstərmək satış menecerləri üçün faydalı olacağı qənaətindəyəm.
Etirazlarla işləmək qaydası dörd əsas addımdan ibarətdir:
1-ci addım: Əsil etirazı müəyyən etmək,
2-ci addım: Etirazı və səbəbini başa düşmək,
3-cü addım: Etirazı düzgün başa düşüb düşmədiynizi təsdiqləmək,
4-cü addım: Etirazı cavablandırmaq vəya etirazın öhdəsindən gəlmək.
Əsil etirazı müəyyın etmək: Müştərilərinizin dilə gətirdikləri etirazlar doğru və ya əsassız ola bilər. Sizin məqsədiniz əsas doğru etirazları müəyyənləşdirməkdir. Doğru və əsassız etirazları birbirindən fərqləndirmək üçün siz “Vəziyyəti analiz etmə” və ya “Səbəb-Nəticə” testini apara bilərsiniz.
Məsələn;
          ·         “Dediyiniz bu problemi həll etsəm başqa bir narazılığınız qalmayacaq ki?”
          ·         “Bu problem həll olunsa, təklifi qəbul edəcəksiniz?”
          ·         “Sizin narahatlığınıza səbəb olan bu məsələ ilə əlaqədar təminat versəm sizi qane  edər?”
Əgər belə suallara satış nöqtəsi səlahiyyətlisi və ya müştəriniz “bəli” cavabı verərsə, bu etirazın doğru, əsaslı etiraz olduğunu aşkar edəcəksiniz. Bundan sonra digər addımlara keçə bilərsiniz.
Əgər satış nöqtəsi səlahiyyətlisi “xeyr” cavabı verərsə onda bunun əsaslı etiraz olmadığını biləcəksiniz. Bu halda satış nöqtəsi səlahiyyətlisi əsil etirazını gizlədir, dilə gətirdikləri etirazlar isə bəhanə xarakterində olan etirazlardır. Belə hallarda siz başqa etirazların dilə gətirilməsi üçün ünsiyyət bacarığınızdan istifadə etməlisiniz. Başqa nə kimi problemi var, başqa nələrin müştərinizi narahat etdiyini öyrənməlisiniz. “Başqa” kəliməsindən istifadə edərək siz müştərinizin əsas narahatlıqlarını üzə çıxaracaqsınız.
Etirazı və səbəbini başa düşmək: Ola bilsin ki, müştəri sizin təqdimatınızda ifadə etdiyiniz bəzi nöqtələri düzgün başa düşməyib və ya ona bəzi nöqtələr qaranlıq qalıb. Narahatlıqlar əsasən səhv anlaşılmadan qaynaqlanmaqdadır. Bu halda müştəriyə yenidən doğru məlumatları daha effektli çatdırmaqla bu anlaşılmazlıqlar ortadan qaldırıla bilər.  Burada bəzi aydınlaşdırma sualları verilə bilər:
Məsələn:
·         “Siz……. (bunu) söyləmək istəyirsiniz?”
·         “Siz niyə belə fikirləşirsiniz?”
·         “Sizi narahat edən nəsə var?”
·         “Bununla niyə razılaşmırsınız? Sizin üçün hansı zərəri ola biləcəyini düşünürsünüz?”
Etirazı düzgün başa düşüb düşmədiynizi təsdiqləmək: Sizin mütləq müştəriyə onun etirazlarını tamamilə düzgün başa düşdüyünüzü bildirməniz vacibdir. Müştərinizin etirazını doğru başa düşüb düşmədiyinizi təsdiqləmək üçün siz aşağıdakıları tətbiq edə bilərsiniz:
·      Aldığınız məlumatları və etirazlar haqqında deyilənləri qısa şəkildə təkrarlamaq və müştərinin nəzərinə çatdırmaq;
·   Müştərinizin niyə bu etirazları irəli sürdüyünü, yəni etirazların səbəbini onun nəzərinə bir daha çatdırmaq.
Siz müştərinizin etirazınızı başa düşdüyünüzü təsdiqləməniz üçün aşağıdakı ifadələrdən istifadə edə bilərsiniz:
·      “Yəni sizin bizlə işləməyinizə mane olan şey …….(budur)…. çünki…..bu  beledir?”
·       “Yəni söylədiyiniz……(budur)…çünki…doğrudur?” 
·         “Sizi narahat edən nəsə var?”
·         “Bununla niyə razılaşmırsınız? Sizin üçün hansı zərəri ola biləcəyini düşünürsünüz?”
Etirazı düzgün başa düşüb düşmədiynizi təsdiqləmək: Sizin mütləq müştəriyə onun etirazlarını tamamilə düzgün başa düşdüyünüzü bildirməniz vacibdir. Müştərinizin etirazını doğru başa düşüb düşmədiyinizi təsdiqləmək üçün siz aşağıdakıları tətbiq edə bilərsiniz:
·         Aldığınız məlumatları və etirazlar haqqında deyilənləri qısa şəkildə təkrarlamaq və müştərinin nəzərinə çatdırmaq;
·         Müştərinizin niyə bu etirazları irəli sürdüyünü, yəni etirazların səbəbini onun nəzərinə bir daha çatdırmaq.
Siz müştərinizin etirazınızı başa düşdüyünüzü təsdiqləməniz üçün aşağıdakı ifadələrdən istifadə edə bilərsiniz:
·  “Yəni sizin bizlə işləməyinizə mane olan şey …….(budur)…. çünki…..bu  beledir?”
·     “Yəni söylədiyiniz……(budur)…çünki…doğrudur?”
Davamı növbəti yazılarda…

Mövzu ilə əlaqədar digər yazılar:

Bilgi paylaşdıqca artar…!!!

Oxucuların çoxu yəqin ki səhifəyə girişdə  “Bilgi və sevgi paylaşdıqca artar!” sloqanına rast gəliblər! Təbii ki bloqda yazılan və paylaşılan hər bir yazı dəyərli oxucularla məhz bu sloqanın stimulu və tələbinə uyğun olmalıdır. Yəni bilgi paylaşılmalıdır ki artsın…! Sloqandakı ikinci paylaşılan dəyər olan sevgi haqqında isə bloqumuzun mövzularından biri olan satışla əlaqədar yazdığım  “Satışda bilgi ve sevgi…”  adlı məqalədə bəhs etmişdim.
Və bu iki dəyərin birlikdəliyinin  bir birini gücləndirdiyini vurğulamışdım. Təbii ki dəyərli oxucuların yazıları maraqlı və faydalı bulması yazı sahibi və bu bilgiləri paylaşan şəxs kimi məni sevindirir… Və yazılara bu stimul və minvalla davam edirəm. Ancaq bəzən hiss edirəm ki,məsələn oxuduqlarım haqqında yazılan məqalələr kiçik qalır. Buna görə çalışıram ki o qaynaqlar barədə linklər verim və ya kitabların adını göstərim. Bütün bunları nəzərə alaraq bu yazıda ümumiyyətlə müxtəlif mövzularda vaxtaşırı təqib etdiyim və məsləhət gördüyüm yazarları, qaynaqları dəyərli oxucularımla paylaşmaq istədim ki onlar da vaxtları olduqca nəzər yetirsinlər, faydalansınlar…

Bu yazıda Marketinq sahəsində bəzi qaynaqları nəzərinizə çatdırıram:

Müxtəlif qurum və yayınlar:
Amarican Marketing Assosiation-a (AMA) üzv olduğum üçün vaxtaşırı bu cəmiyyətin öz rəsmi saytlarında yayınladığı məqalələr və bura üzv akademisyen və bloq yazarlarının yazdığı məqalələr…
Harvard Business Review-dərgi və yayınları
World Future Society (www.wfs.org)– Futuroloqlar cəmiyyətinin rəsmi saytında, yayınladığı hesabatlarda və bu cəmiyyətə üzv akademisyenlər və bloq yazarları tərəfindən yazılan yazılar…
Boston Consulting-in vaxtaşırı yayınladığı raporlar və məqalələr…
McKinsey Quarterly-nin hesabatları, yayınlanan məqalələr
CIM- Chartered Institute of Marketing-ə aid saytlar, dünyada və Avropada ən önəmli Marketing İnstitutu olan bu instututdakı consultantların yazıları…
“Brand Age” dərgisi –Türkiyə
Blogger marketoloqlar:
David Aaker
Seth Godin
Ann Handley
Alvin and Heidi Toffler (futuristlər)
Joe Vitale (eyni zamanda fərdi inkişaf sahəsində)
Prof.Dr İbrahim Kırcova (YILDIZ MBA- marketinq müəllimim, marketinq araşdırmaları, e-marketing və s.)
Prof Dr. Yavuz Odabaşı (Müxtəlif bloqları mövcuddur)
Prof.Dr İsmail Kaya (marketinqin müxtəlif mövzularına aid)
A.Selim Tuncer (“Brand Age” yazarı)

Təbii ki bu yuxarıda qeyd etdiklərim bəlkə də bu sahədə ümmanda damcıdırlar… Ancaq hər biri bu sahədə irəlidə olanlardır. Digər yazılarda çalışacağam ki  iqtisadiyyat, idarəetmə, satış, fərdi inkişaf haqqında olan qaynaqları da sizinlə paylaşım.

Oxuyub, analiz edib istifadə etməyiniz diləyi ilə…

Bilgi paylaşdıqca artar…!!!

Oxucuların çoxu yəqin ki səhifəyə girişdə  “Bilgi və sevgi paylaşdıqca artar!” sloqanına rast gəliblər! Təbii ki bloqda yazılan və paylaşılan hər bir yazı dəyərli oxucularla məhz bu sloqanın stimulu və tələbinə uyğun olmalıdır. Yəni bilgi paylaşılmalıdır ki artsın…! Sloqandakı ikinci paylaşılan dəyər olan sevgi haqqında isə bloqumuzun mövzularından biri olan satışla əlaqədar yazdığım  “Satışda bilgi ve sevgi…”  adlı məqalədə bəhs etmişdim.
Və bu iki dəyərin birlikdəliyinin  bir birini gücləndirdiyini vurğulamışdım. Təbii ki dəyərli oxucuların yazıları maraqlı və faydalı bulması yazı sahibi və bu bilgiləri paylaşan şəxs kimi məni sevindirir… Və yazılara bu stimul və minvalla davam edirəm. Ancaq bəzən hiss edirəm ki,məsələn oxuduqlarım haqqında yazılan məqalələr kiçik qalır. Buna görə çalışıram ki o qaynaqlar barədə linklər verim və ya kitabların adını göstərim. Bütün bunları nəzərə alaraq bu yazıda ümumiyyətlə müxtəlif mövzularda vaxtaşırı təqib etdiyim və məsləhət gördüyüm yazarları, qaynaqları dəyərli oxucularımla paylaşmaq istədim ki onlar da vaxtları olduqca nəzər yetirsinlər, faydalansınlar… 

Bu yazıda Marketinq sahəsində bəzi qaynaqları nəzərinizə çatdırıram:

Müxtəlif qurum və yayınlar:
Amarican Marketing Assosiation-a (AMA) üzv olduğum üçün vaxtaşırı bu cəmiyyətin öz rəsmi saytlarında yayınladığı məqalələr və bura üzv akademisyen və bloq yazarlarının yazdığı məqalələr…
Harvard Business Review-dərgi və yayınları
World Future Society (www.wfs.org)– Futuroloqlar cəmiyyətinin rəsmi saytında, yayınladığı hesabatlarda və bu cəmiyyətə üzv akademisyenlər və bloq yazarları tərəfindən yazılan yazılar…
Boston Consulting-in vaxtaşırı yayınladığı raporlar və məqalələr…
McKinsey Quarterly-nin hesabatları, yayınlanan məqalələr
CIM- Chartered Institute of Marketing-ə aid saytlar, dünyada və Avropada ən önəmli Marketing İnstitutu olan bu instututdakı consultantların yazıları…
“Brand Age” dərgisi –Türkiyə
Blogger marketoloqlar:
David Aaker
Seth Godin
Ann Handley
Alvin and Heidi Toffler (futuristlər)
Joe Vitale (eyni zamanda fərdi inkişaf sahəsində)
Prof.Dr İbrahim Kırcova (YILDIZ MBA- marketinq müəllimim, marketinq araşdırmaları, e-marketing və s.)
Prof Dr. Yavuz Odabaşı (Müxtəlif bloqları mövcuddur)
Prof.Dr İsmail Kaya (marketinqin müxtəlif mövzularına aid)
A.Selim Tuncer (“Brand Age” yazarı)

Təbii ki bu yuxarıda qeyd etdiklərim bəlkə də bu sahədə ümmanda damcıdırlar… Ancaq hər biri bu sahədə irəlidə olanlardır. Digər yazılarda çalışacağam ki  iqtisadiyyat, idarəetmə, satış, fərdi inkişaf haqqında olan qaynaqları da sizinlə paylaşım.

Oxuyub, analiz edib istifadə etməyiniz diləyi ilə…

Mövzu ilə əlaqədar digər yazılar:
Satışda Bilgi və Sevgi


Yeni ildə nələri dəyişdirməliyik?

Yeni il gəldi, xoş gəldi! Yeni ilin ilk günündə yazılan yazı da yeni illə bağlı olarsa yerinə düşər deyə fikirləşdim.
Yeni ilə yeniliklə başlamaq, yeniliklə davam etmək yeni ilin haqqını verməkdir. Yoxsa ki yeni il gəlir deyə sevinib, şadlanıb amma yenilik etməmək, müsbət istiqamətdə dəyişikliklər etməmək məqsədsiz və içi boş şadyanalıqdan, sevincdən başqa bir şey deyildir!!!
 Heç bir dəyişiklik gözləmiriksə və ya özümüz heç bir dəyişiklik etməyəcəyiksə sevinməyə nə halət?

Yeni ildə nələri dəyişməliyik?


-Mənfi emosiyalarla yaşamağı və mənfi emosiyalar yaymağı….
– Hərəkətsiz və ətalət içində olmağı…
-Qarşılaşılan problemləri başqalarının ayağına yazmağı…
-Əldə olunan uğurda öz səyini kiçildərək uğuru başqasının ayağına yazmağı…
– Hər şeyə “qismətdir” deyib hərəkət etməməyi…
– Öz istəyinlə deyil, kimlərinsə acığına nəsə etməyi, yaşamağı…
– Uğursuzluğu çalışmamağa deyil, şanssızlığa, bəxtsizliyə bağlamağı…
– Uğurları çalışmağa, əzmə deyil, şansa, bəxtə və qismətə bağlamağı…
– Ətraf dəyişərkən özümüzdə dəyişməməyi…
– İş həyatında uğuru sadəcə təcrübələrə bağlayıb, təhsilin gücünü kiçiltməyi…
– Alınan təhsilin iş həyatı üçün yetərli olduğunu düşünüb davamlı öyrənməməyi…
– Araşdırmadan, analiz etmədən “copy-past”çılığı…
– Hər hansı bir mövzuda kitabları yetərsiz qəbul edib yetersizliyi aradan qaldırmaq üçün bu mövzuda dah çox kitab oxumaqdansa, əksinə oxumağı buraxmağı…
– Bilgi sahibi olmadan fikir sahibi olmağı…
– İstəksiz və hərəkətsiz davranıb, mənfi nəticələri özündə deyil, kənarda axtarmağı..

VƏ  ən nəhayət ATATÜRK-dən:
“Çalışmadan rahat yaşamanın yollarını alışkanlık haline getirmiş milletler, evvela haysiyyetlerini, sonra hürriyetlerini, en sonunda da istikballerini kaybetmeye mahkumdurlar.”

Bir dənə də Ann Landersdən:
“Tanrı bizə iki yuvarlaq orqan verdi, biri oturmaq, digəri düşünmək üçün. Uğurlarımız bunlardan hansını daha çox istifadə etməyimizə bağlı!”

Yeni ilin haqqını vermək üçün hər kəsə müsbət yeniliklərlə dolu il diləyi ilə…

Qeyd: Son iki gözel fikir Mümin Sekman kitabından götürülmüşdür…

2012 il üçün qısa dəyərləndirmə və 2013 ab-havası!!!

Yola saldığımız 2012-ci ili bu məkan üçün uğurlu il hesab edirəm və təkan ili kimi qiymətləndirirəm! Bu il ərzində 90-a yaxın məqalə sığdırdı özünə bu məkan və müəyyən qədər də rəğbət qazandı! 2013- cü il bu uğurların kəmiyyət və keyfiyyətcə davamı ilidir! Ona görə də YENİ İLƏ MÜSBƏT AB-HAVA İLƏ girir bu məkan! Bu məkana nəzər salanlara, oxuyan və fikir söyləyənlərə YENİ İLDƏ MÜSBƏT YENİLİKLƏR arzulayıram! Yeni ildə görüşmək ümidiylə…!!!

Satış və motivasiya qurusu Zig Zigların xatirəsinə…

Satış və motivasiya qurusu Zig Ziglar bu gün dünyasını dəyişib. Kitablarından və yazılarından çox şey öyrəndiyim qurunun xatirəsinə onun müxtəlif zamanlarda dediyi dəyərli sözləri bloqumda yayınlamaq istədim.
Allah günahlarını bağışlasın və o dünyasını versin….

“Failure is detour, not the dead-end street.”

“Remember failure is an event not a person.”

“When you are tough on yourself, life is going to be infinitely easier for you.”

“Statistics suggest that when customers complain, business owners and managers ought to get excited about it. The complaining customer represents a huge opportunity for more business.”

“Success is the maximum utilization of the ability that you have.”
“I’ve always taught that a poor economy is the best opportunity for salespeople because the naysayers and grumblers have already given up, leaving more territory, more opportunities to be successful than in a good economy when virtually all salespeople are out there, giving it their best.”

“You do not pay the price of success, you enjoy the price of success.”

“You can make positive deposits in your own economy every day by reading and listening to powerful, positive, life-changing content and by associating with encouraging and hope-building people.”
“Honesty and integrity are absolutely essential for success in life – all areas of life. The really good news is that anyone can develop both honesty and integrity.”
“You will get all you want in life if you help enough other people get what they want.”
“If you go looking for a friend, you’re going to find they’re very scarce. If you go out to be a friend, you’ll find them everywhere.”

“It’s not what you’ve got, it’s what you use that makes a difference.”
“Expect the best. Prepare for the worst. Capitalize on what comes.”
“People don’t buy for logical reasons. They buy for emotional reasons.”
“Timid salesman have skinny kids.”

 
“Sometimes adversity is what you need to face in order to become successful.”
“Positive thinking will let you do everything better than negative thinking will.”
“It was character that got us out of bed, commitment that moved us into action, and discipline that enabled us to follow through.”

“Many marriages would be better if the husband and the wife clearly understood that they are on the same side.”
Satışda olanlara qurunun satışla əlaqədar, hər kəsə isə motivasiya ilə əlaqədar kitablarını oxumağı məsləhət görərdim.

Türkiyədə və Rusiyada ən çox qazanan CEO-lar fərqi…

Bir neçə gün əvvəl Türkiyədə nəşr olunan “Capital” dərgisində Türkiyədə ən çox qazanan super yönəticilərdən, CEO-lardan bəhs edilən araşdırma ilə tanış oldum. Təsadüfdür ki, eyni zamanda rus dilində nəşr olunan “Forbes” dərgisinin son nömrəsində də Rusiyada ən çox qazanan 25 CEO-nun kimlər olduğu haqqında araşdırma yayınlanmışdı. Hər iki araşdırma nəticələrinin bir-birinə tərs düşən bir maraqlı tərəfi var. Maraqlı olduğu üçün bu haqda yazmaq istədim.
Deməli Rusiyada ən çox qazanan 25 CEO-nun demək olar ki hamısı bürokratik sistem kökənlidir. Bunlar nə vaxtsa hansısa nazir, nazir müavini, hansısa dövlət komitəsinin rəhbəri, şəhər meri və s. vəzifədə olan şəxslərdir. Elə sıralamadakı yerlərin əksəriyyətin və ilk yerlərini dövlət şirkətlərinin CEO-ları tutur.
Türkiyədə isə ən çox qazanan CEO sıralamasında heç bir dənə də olsun bürokratik sistemdən gələn CEO yoxdur. Maraqlı və bəlkə də gözlənilən nəticədir… Yorum sizlərin…

20 Noyabr, 1992-ci il-başlanğıclar tarixi…

20 Noyabr, 1992-ci il… Bu tarix haqqında bloqumda bir yazı olsun istədim… Fikirləşdim necə olsun… Qərarım “20 Noyabr, 1992-ci il-başlanğıclar tarixi” adı ilə və həyatımda və düşüncə tərzimdə nələrin başlanğıcı olduğunun bir siyahısını çıxarmaq oldu… Yəqin ki bu siyahıda olanlar eyni taleyi paylaşdığımız çox sayda dostların da ürəyincə olar…
20 Noyabr, 1992-ci il- baçlanğıclar tarixi…
1. Hələ uşaqkən “Mən Türkiyədə oxuyacağam” üşaq təxəyyülü ilə deyilən bir namümkünün (o dövr şərtlərinə görə) mümkünə çevrilməsinin başlanğıcı…
2. Uzun illər ailədən kənarda öz gücü ilə ayaqüstə durmanın başlanğıcı…
3. Bir-birinə tərs düşən fərdiyyətçiliklə-kollektivçiliyi görmənin başlanğıcı…
4. İmtahanın nə olduğunu burdakı tələbələrdən fərqlı olaraq bilmək, hətta 1 ay əvvəldən etüdə başlamaq
5. Gerçək bir tələbə kimi yaşamaq (Yemək, geyim, oxumaq və s baxımdan)
6. Normal müəllim tələbə münasibətləri, müəllimin müəllim, tələbənin səmimiyyətlə tələbə olmasını görmənin yaşamanın başlanğıcı…
7. Dövlətlə hökumətin eyni şey olmadığı düşüncəsinin mənimsəməyin başlanğıcı…
8.  Büdcənin (kiçik bir tələbə büdcəsinin) ay sonuna qədər idarə etməyi öyrənmənin başlanğıcı…
9. Tələbə olduğumuz halda fürsətləri dəyərləndirərək işləyib ailələrimizə kömək göstərməyin, ən azından ailədən oxumaq üçün pul almamağın başlanğıcı …
10. Sırada durmağın, sıranı gözləməyi öyrənməyimizin başlanğıcı (universitet yeməkxanasında, avtobus dayanacağında, təqaüd alanda(bəzən pozulurdu:) və s.)
11. Bayrağın müqəddəs olduğunu və bayrağa sevgini öyrənməyimizin başlanğıcı…
12. Himn oxunduğu zaman 1 nəfər kimi ayaqda düzgün şəkildə (əyilib bükülərək, əllərlə oynayaraq və s. şəkildə yox) himni oxumaq…
13. İlk dəfə bir siyasi cərəyandan çox bir neçə siyasi cərəyan və düşüncələri görmək və bunların içindən özünəməxsus siyasi düşüncənin oluşmasının başlanğıcı…
14. Həyata baxış tərzimin formalaşmasının başlanğıcı…
15. Hadisələrə, cəmiyyətə, insanlığa, dövlətçiliyə, millətə baxış tərzimin başlanğıcı…
16. Bilgi sahibi olmadan fikir sahibi olmanın düzgün bir şey olmadığını öyrənmənin başlanğıcı…
17. Bizim əsil Türk olduğumuzu bilmək və bizdən başqa da türklərin olduğunu və bu türkləri bir yerdə görə bilmək imkanının başlanğıcı…
18. Haqqlarımızı və hüquqlarımızı bilmənin, bilməklə qalmayıb tələb etmənin və bunun həqiqətən yerinə yetirildiyini görmənin başlanğıcı (Təəssüf ki bu müəyyən dərəcədə elə oradaca qaldı deyə bilərəm…)
19. «Ya göründüyün kimi ol, ya da olduğun kimi görün!» filosofiyasindan qaynaqlanaraq, «ya göründüyün kimi ol, ya da görünmə!!!»  əqidə formalaşmasının başlanğıcı…

VƏ BUNUN NƏTİCƏSİ OLARAQ!

20.  20 İL BUNDAN ƏVVƏL BASHLAYAN VƏ BU GUN DƏ DAVAM EDƏN GOZEL DOSTLUQLARIN BAŞLANGICI…
….
….
Siyahı uzun ola bilər… ancaq 20 rəqəmi ilə kifayətləndim 20 Noyabr və 20 illik olduğuna görə…
Bu tarixi və başlanğıcları bizə yaşadanları böyük sayğıyla anır və minnətdarlığımı bildirirəm.
Bu başlanğıcları birgə yaşadığım bütün dostlara sevgiylə…

Qeyd: siyahıda əməyi keçən (Məhsəti, Nəzər və Azər) dostlara isə təşəkkürümü bildirirəm 🙂  

Ana dilimizdə izahlı marketinq lüğəti…

Ana dilimizdə izahlı marketinq lüğətinə ehtiyac var ya yoxdur…?
Artıq xeyli müddətdir  özverili (bu kəlimənin dilimizdə qarşılığını tapa bilmədim) marketoloq dostların təşkil etdiyi və gənclərimizin faydalandığı Marketing Air havası əsir. Əvvəlcə bu marketoloq dostları belə bir fəaliyyətləri üçün alqışlayıram və Marketinq Air-ə uğurlar arzulayıram. Eyni zamanda bu Marketing Air havasına məni də qoşduqları və qonaq qismində təlimçi kimi dəvət etdikləri üçün onlara və xüsusilə İlkin müəllimə təşəkkür edirəm. Gənclərlə marketinq ab-havasında görüşmək və müzakirələr aparmaq xoş  və sevindiricidir. İndi isə yazımızın əsas məğzinə keçmək istəyərdim.

 Bəli əziz marketoloqlarımıza və bu sahə ilə əlaqəli olanlarımıza ünvanladığım bu sual “Ana dilimizdə izahlı marketinq lüğətinə ehtiyac var ya yoxdur…?” məni bir neçə ildir çox düşündürür. Artıq 3 ildən çoxdur ki bu sahədə tədris və təlimlə məşğul olduğum üçün cəmiyyətimiz üçün yeni sayılan bəzi elmlərin dilimizdə izah edilməsinin, tədris edilməsinin çətinliyinə birbaşa şahid oluram. Bunun səbəbləri məlumdur ki, bu elmlər bizim cəmiyyət üçün yenidir, bu elmlərə aid soz və kəlimələr təbii olaraq sosializm cəmiyyətində istifadə edilməyib və ya istifadə olunsa da o sistemin tələb etdiyi məna və şəkillərdə istifadə olunubdur.
Belə sahələrdən biri də MARKETİNQ-dir. Marketinqlə əlaqədar az da olsa dilimizdə müxtəlif kitablar və tərcümələr vardır. Ancaq bu kitablara baxdığımız zaman çoxlu kəlimələr var ki fərqli tərcümə olunubdur. Məsələn product-bəzi kitablarda məhsul, bəzilərində mal, bəzilərində isə əmtəə kimi… Promothion-bəzi kitablarda stimullaşdırma, bəzilərində irəlilətmə bəzilərində promouşn və s. kimi tərcümə olunur. Bu cür kəlimələr az deyil. Bəs xarici dil bilməyən və ya dil öyrənənə qədər gənclərimiz bu cür qaynaqlardan istifadə etdikləri zaman  nəyin doğru olduğunu necə qəbul etsinlər?
Marketinq kimi fənnlərin ingilis dilində tədrisinin daha doğru olduğu görüşləri, fikirləri də mövcuddur ki, mən də qismən bu fikirlə razıyam. Ancaq marketinqi öyrənmək istəyənlərin mütləq surətdə ingilis və ya başqa dili bilməsini tələb etmək, istəmək də çıxış yolu deyil. Əgər kütləviləşdirmək istəyiriksə bir şeyi təbii ki ən çox istifadə etdiyimiz öz ana dilimizdə olması şərtdir. Təbii ki dilçilik institumuz və yeni kəlimələri dilimizə tərcümə edən dilçi alimlərimiz var. Ancaq mən, xüsusilə marketinq mövzusunda məhz dilçi alimlərimizin də təsdiqi fikirlərini alaraq ana dilimizdə izahlı marketinq lüğətinin hazırlanmasını və bundan sonra marketinqlə əlaqədar dilimizdə yazılacaq və başqa dillərdən tərcümə olunacaq kitablarda bu izahlı lüğətin əsas alınmasını daha uyğun və faydalı olacağını düşünürəm. Təbii ki gələcəkdə bu lüğətdə təkmilləşmələr aparmaq da şərt olacaqdır. Və məhz öndə olan  marketoloqlarımıza  bu təkliflə səslənir bəlkə bir qrup işbirliyi ilə belə bir lüğətin hazırlanması ideyasını həyata keçirək? Məncə hər cəmiyyətdə hər bir sahənin öndə olanları həmin sahə üçün belə töhfələr verməyə hazır olmalıdır.
 Bu barədə nə düşünürsünüz əziz məsləkdaşlar?
Fikirlərinizi eşitmək və real iş arzusuyla…

Ekspertlər dövrü…(yenilənmiş yazı)

  Müxtəlif zaman dövrlərində baş verən dəyişikliklərə    görə istehlakçı  davranışları  və bu davranışların təsir amilləri dəyişməkdədir. Bu dəyişimi 3 etapa bölmək olar:
1. Consumer-İnformation
2. Consumer-User
3. Consumer-Expert
20 il əvvələ qədər istehlakçılara bir malı almaq üçün və ya alış veriş etmək üçün nə lazım idi?
 İNFORMASİYA. Bəli, məhz o dövrə qədər istehlakçılar informasiya axtarırdılar.
 Hər hansı bir məhsulu hardan almaq olar, neçəyədir və s. İnternetin meydana çıxması ilə istehlakçıların informasiya əldə etməsi də zaman (sürət) və məkan (uyğun yer) nöqteyi nəzərindən asanlaşmışdır.
Əgər davranışlara hər hansı bir yenilik təsir göstərirsə, o yeniliyin özündə baş verən yenilik və dəyişimlər də dolayı olaraq təsir göstərməlidir. İnternetin meydana çıxmasından sonra son 5-6 il  və ya biraz çox əvvəlki zamanda isə internetdə forumlar, sosial şəbəkələr yayılmağa başladı. Bu forumlar, sosial şəbəkə istifadəçiləri istehlakçılar olduqları üçün məhsul alış prosesində informasiya axtarışını məhsulu daha əvvəl alanları, istifadə edənləri axtarmağa başladılar. Və məhz bir malı almadan əvvəl forumlarda dolaşıb o mal barədə yazılanları, istifadəçi rəylərini axtarmaq geniş yayılmağa başladı. Bu təkcə məhsullarda deyil, eyni zamanda sağlıq, təhsil, hüquqi və s xidmətlərdə də özünü göstərdi.  Bu etap hələ davam etməklə birlikdə, indiki zamanda artıq dövr İstehlakçı-Ekspert dövrüdür. Məhz indi istehlakçılar çoxluğun rəyindən başqa bu səhədə bilgi və təcrübə sahibi və məsləhət verəcək insanları axtarırlar.  Və bu zaman hər bir sahədə sözün həqiqi mənasında ixtisas sahiblərinə tələbat yaranır. Bu tələbatın qarşılanması üçün ixtisaslaşma istiqamətli təhsil və təlim mərkəzlərinin yaranması və yayılması vacibdir. Və sonda demək istədiyim odur ki,  “Çox şey bilirəm, amma heç nə bilmirəm”-dən artıq əl çəkilməli, sahəsinin mütəxəssisi olmağa səy göstərilməlidir. Bunun gətirəcəyi müsbət istiqamətlər isə, bir işə bilgili və sistemli yanaşma, hər sahədə professionallığın artması olacaqdır. Sevindirici haldır ki, bizdə də bu barədə artıq müəyyən addımlar atılıb. Belə ki bu saydıqlarım sadəcə forumlarda müzakirə ilə qalmadı, müxtəlif sahələrin ekspertlərinin yer aldığı və alacağı www.eksperttv.az portalı fəaliyyətə başlamışdır ki bunun çox  faydalı bir layihə olacağını düşünürəm.

Qeyd: bu yazını  bir neçə ay bundan əvvəl yazılsa da aktuallığını nəzərə alıb müəyyən güncəlləmə ilə bir daha paylaşmaq istədim.
Uğurlar diləyi ilə…