Category: Uncategorized
Təbiətdən gələn gözəllik və sağlamlıq qaynağı
Bu gün çox maraqlı günlərdən biri oldu… Türkiyə və Azərbaycanda fəaliyyət göstərən NLG şirkətinin dəvəti ilə Ramada otelində düzənlənmiş “Talya bitkisel ürünlerinin tanıtımı” tədbirinə qatıldım. Hər şeydən öncə çox dəyərli dostumuz, tələbə yoldaşımız Lalə xanım Həsənovaya dəvəti üçün təşəkkür edirəm. İki ölkədə çox uğurlu biznes fəaliyyətlərini yürüdən gənc iş xanımı Lalə xanıma uğurlarının davamını diləyirəm Təbiətdən gələn gözəllik və sağlamlıq qaynaqlı məhsulları ilə Azərbaycan istehlakçılarından qazandığı rəğbət və sevginin daim olmasını arzulayıram.
Rəhim müəllimin fəaliyyətləri davam etdirilməlidir…
Əslində mən çox yaxın olmamışam özü ilə. Təxminən bir neçə dəfə müxtəlif tədbirlərdə görüşüb söhbət etdiyim şəxs idi. Ancaq ölkəmizdə illərdir ki aktiv fəaliyyət göstərən şəxslərdən biri olduğunu bilirdim və təqdir edirdim … Etdikləri az deyildi… yaşasaydı, daha da çox ola bilərdi… Vaxtilə “Azərbaycanda Marketinq” adlı bloq yazımda Marketinq cəmiyyətini azacıq tənqid etsəm də bu “uman yerdən küsərlər” xarakterli və daha çox fəaliyyətə səsləniş idi ki, bununla özü də razılaşmış və tənqidə müsbət və mütərəqqi yanaşmışdır və ölkəmizdə Marketinq fəaliyyətlərinə işıq tutmağa davam edirdi. Bu yazımda Rəhim müəllimin fəaliyyəti haqqında bildiyim və tanıdığım qədəriylə yazmaq istədim…
Rəhim müəllim Azərbaycanda ilk və az sayıda Marketinq və sosial araşdırma şirkətlərinin birinin təsisçisi olmuş və Marketinq araşdırmaları sferasında önəmli işlər görmüşdür. Rəhim müəllimin biznes sahəsində də uğurlu imzaları vardır.
Bir dönəm həqiqətən ölkəmizin özəl sektoru üçün çox əhəmiyyətli olan qurumlara rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti olmuşdur. Prezident yanında Elmin İnkişaf Fondunda müşavir olmuş Rəhim müəllim ən son AMEA-nın İnnovasiya şöbəsinin rəhbəri olmuşdur ki bu sahədə də aktiv fəaliyyəti təqdirəlayiq idi. Elə sonuncu dəfə İnnovasiya mövzulu seminarda görüşüb söhbətləşmişdik.
Rəhim müəllimin ictimai fəaliyyətləri də geniş idi. Cəmiyyətlərin və hər hansı bir sahəsinin inkişafı, müxtəlif sahələrdə fəaliyyət göstərən qurumların fəaliyyətindən çox asılıdır. Marketinq sahəsində də belə bir qurum Azərbaycan Marketinq Cəmiyyəti olmuşdur. Ölkədə yazılan və marketinq dili anlaşılmayan kitabların bu sahədə yetərsizliyini nəzərə alıb bu sahəyə yönələn gənclər üçün dünyanın tanınmış Marketinq mütəfəkkirlərinin kitabını praktik bir dillə dilimizə tərcümə etdirmişdir ki bu Marketinq adına atılan çox önəmi fəaliyyət olmuşdur. Ölkədə aktiv marketoloq dostların Milli Marketinq Forumunun keçirilməsi təşəbbüsünə də dəstək verən Rəhim müəllimin gənclərin Marketinq sahəsində inkişafını həmişə dəstəklədiyini dəyə bilərəm. Rəhim müəllim hər sahədə aktiv, və müsbət xarakterli bir şəxs olmuşdur.
Yenilikçi, daim araşdıran və yenilikləri tədbiq etməyə çalışan bir elm adamı kimi bundan sonra da cəmiyyətimizin inkişafında daha çox işlər görməyə qadir idi. Gənclərin, xüsusilə biznes və marketinq sahəsində olan gənclərin örnək ala biləcəyi şəxslərdən biridir.
Sonda məhz özünü marketinq sahəsində hesab edənlərimizə, xüsusuilə gənclərə Rahim müəllimin fəaliyyətlərini davam etdirmək, Marketinq cəmiyyətini yaşatmaq və gücləndirməyi diləməklə bu istiqamətdə birgə fəaliyyətlər arzulayıram. Rəhim müəllimin ruhunu beləcə daim yad və şad etmiş olarıq… Allah rəhmət eləsin…
"Marketoloq biznesin həkimidir" loqo müsabiqəsi
Vaxtilə bloqda Azərbaycanda marketinqə olan baxış bucağından və Marketinq adıyla bağlı cəmiyyət, şirkət və fərdlərin(marketoloqların) demək olar ki fəaliyyətsizliyindən bəhs edən bir yazı qoymuşdum. Bu yazıda əsasən də Azərbaycan Marketinq cəmiyyətinə iradlarımı bildirmişdim. Və bu iradları şəxsən əlaqədar ünvanlara da söyləmişdim. Həm də söylədiyim ərəfə həmin ünvandan marketoloqların ilk forumuna birbaşa yaxından dəstək göstərildiyi ərəfə idi… Yəni hərəkət və faəliyyət artıq hiss edilirdi… İradları söyləməkdə isə haqlı olduğumu bilirdim… Çünki o yazıda da dediyim kimi Azərbaycanda marketinqin dünəni bu gündür, gələcəyinin isə bu gün olmaması üçün hər kəs, xüsusilə marketinq adını istifadə edib, bu adın arxasında müxtəlif “fəaliyyətlər və fəaliyyətsizliklər” göstərənlər daha çox çalışmalıdır…
İctimai insiativlik və nümunəsi.
Demokratik dəyərləri, prinsipləri həmişə ya okeanın o tayında ya da qərbi Avropada axtarırıq. Ancaq nə qədər uzaq olsaq da bizimlə müəyyən dövr eyni şərtlərdə, sistemdə yaşamış, ancaq bu sistemdən yaxalarını qurtaran kimi, digər sovet cümhuriyyətlərindən fərqli olaraq şüurda və əməldə demokratik prinsipləri mənimsəmiş baltikyanı dövlətləri heç izləmirik.
İctimai insiativlik (təşəbbüskarlıq) cəmiyyətlərin inkişafında və demokratikləşmə istiqamətində önəmli fəaliyyət və özveridir. İctimai təşəbbüskarlığı cəmiyyətin mənafeyinə yönəlik dəyişiklik və yeniliklərə nail olmaq üçün həmin cəmiyyətin müsbət rəyini və dəstəyini qazanaraq aparılan fəaliyyət kimi adlandıra bilərik.
Latviyada ictimai insiativlik (təşəbbüskarlıq) saytı fəaliyyət göstərməkdədir: http://manabalss.lv/. İctimai insiativlik olaraq sayt hansı işi görür? Sayta 16 yaşını doldurmuş hər bir Latviya vətəndaşı qanun təklifi və dəyişikliyi haqqında təklif irəli sürə bilər. Saytda irəli sürülən təəkliflər 10000-dən artıq səs toplayarsa, bu əlaqədar qurumlarda (parlamentdə) müzakirə olunur. Bunun nəticəsində artıq iki qanun qəbul edilmişdir.
Gördüyümüz kimi, bəzi ölkələrdə sosial şəbəkələrdəki ictimai təşəbbüskarlığın, aktivliyin qarşısı alınmaq istənir, əngəllənir və s., bəzi ölkələrdə isə bu təşəbbüskarlıq üçün lazımi imkan və şərait yaradılır. Hansı daha mütərəqqi və inkişafa yönəlikdir…?
Xidmətdə sərhəd varmı?
Türkiyədə “Hizmette sınır yok” deyə bir deyimin-anlayışın mövcud olduğunu yəqin ki çoxlarımız eştmişik. Və bu deyim-anlayış təbii ki bəzi istisnaları saymasaq demək olar ki real olaraq hər sahədə mövcuddur. Bu ölkədəki xidmət anlayışı barədə vaxtilə “Satışın və xidmətin tək ölkəsi” adlı bloq yazımda yazmışdım. Bu günlərdə bunu sübut edəcək daha bir “uygulamaya”, reklam vasitəsiylə tanış oldum. Reklam olsa da inanıram ki, həqiqətən arxasında real fəaliyyət, uygulama var! Və bu işin, bu xidmətin reklamıdır bu!
Sistematik düşüncə tərzi haqqında…
Sistematik düşüncə tərzinin faydaları:
Məqaləmiz Social Science Research Network sistemində…
Xan Akademiyası: Qlobal virtual məktəb…
Bilgi çağının yaratdığı dəyərlər! kimilər üçün informasiya və bilik əldə etmək üçün fürsət, kimilər üçün əyləncə, kimilər üçünsə zamanın boşa xərclənməsidir… Bilgi çağının dəyərlərindən olan internet (belə desəm səhv etmərəm yəqin ki…) və internetin yaratdığı müxtəlif vasitələrin ən çox istifadə sahəsi məhz akademik sahədir. Sol kənarda Khan Academy rəsmini görənlər düşünməsinlər ki bu academi “XAN”lar üçündür və s.
Bütün dünyada qlobal ÜDM-nin hər il təqribən 5,6%-i təhsilə xərclənir ki bu təqribi 3,9 trilyon USD edir. Təhsilə ən çox vəsait ayıran ölkə isə şübhəsiz ABŞ-dır ki hər il təqribi 1,3 trilyon USD bu ölkədə təhsil üçün xərclənməkdədir. Ancaq bütün bu üst göstəricilərə baxmayaraq müxtəlif qaynaqlar ABŞ-da bu sahədəki müxtəlif mənfi reallıqları da dilə gətirirlər. Məsələn, OECD hesabatlarına görə riyaziyyat üzrə araşdırılan 34 ölkə arasından sadəcə 25-ci yeri, ümumi elmdə 17-ci, oxumaq istəyində 14-cü yeri tutmuşdur. Bu ölkədə 15 yaşına çatmış hər 5 nəfərdən 1-inin elementar elmi bilikləri çox zəif, təqribən 23%-i isə riyaziyyatı həyatda tədbiq etmək bacarığına malik deyillər.
Məhz yuxarıdakı göstəricilərdən yola çıxaraq 2008-ci ilin sonunda və 2009-cu ilin əvvəllərində yaratdığı Khan Academy ilə Salman Khan dünyada virtual təhsil üzrə ən geniş resursa və istifadəçiyə sahib olmuşdur. Khan Academy-nin artıq 20 ölkədən çox təmsilçiliyi vardır. Bu geniş virtual məktəbi yaratmaqda Salman Khan məqsədini dünyada xərc çəkmədən və ya xərclərin produktivliyinin artırılması ilə qlobal resurs yaratmaq və bunu yaymaq olmuşdur. 23 dildə və müxtəlif fənnlərdən ibarət resursa malik olan bu internet resursu youtube-da 3000-dən çox videodərsə malikdir. Hər ay bu videolardan və resursdan təqribən 6 milyon istifadəçi faydalanır. Videodərslərin ümumi baxış sayı 200 mln-u keçib artıq. Resurslardan istifadə isə tamamilə pulsuzdur. Belə bir geniş virtual məktəb həqiqətən “inqilab” kimi dəyərləndirilməlidir.
Mənə bu virtual məktəb haqqında informasiyalar çox maraqlı gəldi. Və buna görə də sizlərlə paylaşmaq istədim… Bəli internetin zərərləri və faydaları haqqında fikir yürütdüyümüz zaman qlobal əhəmiyyətli bu cür proektləri də diqqətə almaq lazımdır.