Pərakəndə sektorunda yeni trendlər…

futurice-retail-trends-2020-5-638Bir neçə il əvvəl Almaniyada Düsseldorf-da 2 ildən bir düzənlənən Euroshop sərgisindən qayıtdığım zaman Almaniyanın kiçik, orta və böyük pərakəndəcilərinin yanaşma tərzlərindən və gələcəkdə pərakəndə sektorunda gözlənən yeniliklərdən yazmışdım. İki il sonra Almaniyaya təkrar gedişdə qeyd etdiyim yeniliklərin artıq tədbiq edildiyinin şahidi olmuşdum belə… Marketinq forumlarının birində pərakəndə paneli spikerlərinə pərakəndədə hansı yenilikləri edəcəksiniz? Texnolojik yeniliklərdən nələr gözlənir? deyə sual ünvanlayıb pərakəndədə sürət və nəzarətin gücünü hansı real texnolojik tədbiqlərlə həyata keçirə biləcəklərinə misallar gətirmişdim… Ancaq cavabardan aydın oldu ki ya xəbərdar deyillər, ya da işlərinə gəlmir tədbiq etmək… 🙂 Ümumiyyətlə pərakəndə sektorunda vaxtaşırı baş verən və gözlənən yeniliklərlə maraqlandığım üçün bu yazıda oxuduğum maraqlı bir neçə araşdırmanın irəli sürdüyü bəzi yeniliklərə qısaca toxunmaq istədim…Davamını oxu »

Koreyanın Qlobal Şirkətlərinin ortaq özəllikləri…

download  Müxtəlif zamanlarda Cənubi Koreyanın həm iqtisadi inkişafı ilə, həm də uğurlu qlobal şirkətlərinin idarəetmə tərzləri haqqında kitab (xüsusilə “How Asia Works”) araşdırma və yazılar oxumuşdum. Və daha da çox araşdırma yazılarında, xüsusilə BCG-nin Cənubi Koreya direktorunun yazı və çıxışlarında Korea şirkətlərinin uğurlu olmasının 3 əsas səbəbi üzərində durulur…

Əvvəlcə  qısa məlumat verim ki, 1980-cı  ildən 2017-yə adambaşına düşən ÜDM 2300usd-dən 25000 usd-yə seyr izləyib… Təqribən 35-40 illik bir dövrdə Koreya dövləti, xalqı və şirkətləri bu inkişafı başqalarından copy paste-la deyil, öz dəst xəttləriylə yaşayıb əldə etmişlər… (Qeyd: Yaponiya, Tailand, Koreanın inkişaf yolları  How Asia Works kitabında da qeyd edilən kimi çox bənzər yanı var… Yaponiya yolu )

Şirkətlərin ortaq xüsusiyyətlərindən (Uğurlu olan qlobal şirkətlərdən gedir) birincisi və ən əsası Yerli talantların idarəetməsinə üstünlük vermələridir. Samsung, Hyundai, LG kimi qlobal şirkətlərin CEO və əsas idarəetməsi məhz ancaq və ancaq Koreyalılardan ibarət olduğu qeyd edilir… Bunun üstünlüyü eyni mədəniyyət, eyni dil, eyni ekosistemi yaşamış olmaları və bununla yerli idarəedicilərin loyallıq dərəcəsinin koreyalı olmayan idarəedicilərdən dəfələrlə çox olduğudur… İkinci ortaq özəllik Ölkələrdəki head office rəhbərlərinin “Koreanize”-laşdırılmasıdır. Baş ofislə güclü inteqrasiya halında fəaliyyətlərin tələb edilməsidir. Üçüncü ortaq özəllik isə müxtəlif ölkə istehlakçıları ilə empatinin yaradılması, inkişaf etdirilməsi və qorunmasıdır…

Yuxarıda qeyd edilən kimi 40-50 yaşlı bir koreyalı ölkənin inkişafına şahid olan birbaşa yaşamış, bu mədəniyyəti içinə çəkmiş və dövlətin, şirkətlərin məqsədləri ilə öz məqsədlərini bütünləşdirmiş insanlardır ki, onlar da loyallıq yoluyla məqsədə nail olmağı üstün tuturlar…

Yerli talantlarımızın olması, artması və istifadə edilməsi diləyi ilə…

İqtisadi kriz növləri və ya əlamətləri……

economic-crisis-istockBilənlər əlbət bilir, bilməyənlər üçün içində bulunduğumuz gedişatların fərqində olmamız üçün bu bloq yazımda çox qısa olaraq iqtisadi kriz növləri və ya əlamətlərindən qısaca bəhs etmək istəyirəm:

İnflyasiya (Inflation): Bu hamının bildiyi kimi, qiymətlər səviyyəsinin daim yüksəlməsi deməkdir… Bir dəfəlik artımlar inflyasiyaya aid edilmir, davamlı olarsa artıq inflyasiyaya aid edilir. Eyni zamanda bir və ya bir neçə malın da qiymət artımı inflyasiya deyil… Ümumi istehlak mallarının qiymət artımı inflyasiya sayılır…  İki cür meydana çıxır: Tələb və Maliyyət inflyasiyası. Tələb inflyasiyası yüksək tələbin mövcudluğu və daim artması halında təklifin bu tələbi qarşılya bilməməsi durumunda ortaya çıxır. Maliyyət inflyasiyası isə, istehsal olunacaq malların xammal və istehsal üçün lazımi digər mal və materialların qiymətlərindəki davamlı yüksəlmə ilə yaranır. İnflyasiya ilə mübarizə haqqında yazmıram çünki məncə aşağıda olandan daha çox bilinən bir mövzudur…

Deflasiya (Deflation) : Deflasiya qiymətlər ümumi səviyyəsinin geriləməsi, düşməsidir. İnflyasiyada olduğu kimi burada da bir və ya bir neçə məhsulun qiymətindəki düşmə deyil, ümumi olaraq qiymətlərdəki düşmə önəmlidir. Eyni zamanda bu düşmə sadəcə 1 dəfə deyil, davamlı düşmə göstərməsidir. Əslində ilk baxışdan müsbət təsəvvür yaratsa da bu əlamət inflyasiyadan daha təhlükəlidir. Belə ki, qiymətlərin daimi düşməsi istahsal vahidlərinin fəaliyyətlərinə mənfi təsir edir, istahsaldan çəkindirir, istahsal azaldığı zaman isə ölkədə ÜDM azalma göstərir, şirkətlər qazanmadığı təqdirdə ixtisarlar da başlayır…  Eyni zamanda qiymətlərdəki davamlı düşmə pulun-milli valyutanın satınalma dəyərini artırır. Effektiv istehsal politikaları olmadığı təqdirdə ekonomini canlandırmaq üçün sadəcə istehlakçı kreditləri ilə tələbin artırılması isə daha çox istehlak cəmiyyətinin ortaya çıxmasına səbəb olur.  İstehlakın isə yerli istehsalın yetərli olmadığını nəzərə alsaq daha çox idxal ilə qarşılanması durumlarını ortaya çıxarır. Real ekonomik dəyərlər yaradılmır… Yəqin ki bu durum hər kəsə tanış gəlir…

Resessiya (Recession): Resessiya ekonominin kiçilməsi əlamətidir. Ekonominin artımı və azalması ÜDM ilə ölçüldüyü üçün real vəziyyət ÜDM-nin azalması ilə izah olunur. 2013-cü ildə ÜDM-də artım 5.8%, 2014-cü ildə 2.8% olduğu, 2015-ci il isə ÜDM-dəki artımın art1q 1% olduğu yəni gerilədiyi söylənir.  Resessiya əlaməti bir maliyyə ilində iki rübün nəticələrində geriləmə olması ilə təyin edilir.  Bu qısa dönəmi əhatə edir, və ədatən “V” ilə göstərilir… Qısa dönəmli azalış və artımlar sirkulyasiyası isə “W” ilə nişanələnir…  Ancaq artıq gördüyünüz kimi 2013-dən indiyəcən ÜDM artımındakı azalışlar uzunmüddətli resessiya içində olduğumuzun göstərgəsidir. Bu cür resessiya “U” ilə göstərilir…“U” nun isə nə qədər enli və ensiz olduğu yani resessiyanın uzunluğu-daimiliyi ilə əlaqədardır…

Stagflasiya (Stagflation): Gəlirik indi daha çətin iqtisadi kriz növlərinə… Stagflasiya iqtisadiyyatda inflyasiya ilə bərabər iqtisadi durğunluğun yaşanması əlamətidir… Yəni qiymətlər ümumi olaraq artır, ÜDM-də isə artımın olmadığı haldır… Buna durğunluq halında inflyasiya adı da verilir… Zənnimcə artıq bunun əlamətlərini hiss edirik… Bu iqtisadi krizlərin ən çətin növlərindən biridir. Əgər heç olmasa ekonomidə ciddi artım olsaydı inflyasiyanın azaldılması tədbirləri işə yarayardı və beləcə krizdən daha asan çıxılardı… Stagflasiya zamanı ya iqtisadi canlanma əsas tədbir kimi ələ alınmalı ki bu yanında inflyasiya gətirir… ya da inflyasiya ilə mücadələ aparıldığı zaman isə iqtisadi canlanma arxa plana çəkilir,  durğunluq davam edir…

Depressiya (Depression): Bu əlamət də ekonominin -iqtisadi fəaliyyətlərin resessiyadan daha uzun müddətdə geriləməsini ifadə edir… Resessiya yuxarıda dediyimiz kimi bir neçə rübü və ya 1-2 illik nəticə ilə xarakterize olunursa, depressiya bir neçə illik, vəya 5-10 illik  uzun müddətliliyi ilə resessiyadan fərqləndirilir...(Allah qorusun)

Slumpflasiya (Slumpflation): Bunu da Allah göstərməsin…  Slumpflasiya əslində resessiyanı və stagflasiyanı özündə birləşdirən və ekonomik krizlərin ən qorxulusu olanıdır… Slumplasiyada eyni zamanda həm iqtisadi geriləmə yaşanır getdikçə ÜDM-nin artımının deyil ha özünün davamlı azalması- artımın olmaması, işsizlik  və eyni zamanda inflyasiyanın meydan oxuduğu durumdur… İnflyasiya içində ekonominin kiçilməsini, geriləməsini durdurmaq sonra isə artıma keçirmək çox çətin məsələ olduğu üçün slumpflasiyaya getmədən heç olmasa stagflasyondan bu geriləməni durdurmaq lazımdır…  Hazırda resessiya və inflyasiya yaşandığı üçün mən ancaq stagflasiya (1%lik artım yaşansa da) kimi xarakterizə edə bilərəm durumumuzu…

Slumpflasiyaya keçmədən ekonomik tədbirlər görülməli… struktural dəyişikliklər edilərək, məqsədli istehsal və ixracyönümlü iqtisadi fəaliyyətlərə yönləndirmələr və  canlandırma fəaliyyətləri aparılmalıdır… (Tədbirlər haqqında daha geniş başqa yazıda…) və bu da ancaq BEYİNLƏRİN DƏYİŞMƏSİ ilə olar…!!!

Dəyişimin dörd otağı modeli ilə mövcud vəziyyətimiz…

yenilemeBalaca bir mövcud vəziyyət analizi eləmək istədim… Amma model olaraq bilinən mövcud vəziyyət analizi modellərindən birini yox, çox da səs salmayan amma fikrimcə faydalı olan bir modeli istifadə edərək əslində bilinən bir vəziyyəti göstərmək istəyirəm. Bu modeli cəmiyyətin bütün vahidlərində, dövlət, ekonomi idarəetməsində, biznes sahəsində, şirkət idarə etməsində və şəxsi inkişafda dərs kimi götürmək olar…

Deməli belə,  gəlin əvvəlcə niyə “dəyişim” kəliməsini istifadə etdiyimi açıqlayım… doğrusu, nədənsə dilimizdəki “dəyişiklik” sözünü uyğun görmürəm, səbəbi “dəyişiklik”-in daha çox xarici (external) faktorlara aid olduğunu, “dəyişimin” isə bu xarici faktorların təsiri ilə başlasada özündə baş verən iç yeniləməni ifadə etdiyidir… Nə isə məncə bu o qədər də önəmli deyil… 🙂

Gələk əsas məsələyə “Dəyişimin dörd otağı” modelinə görə baş verən dəyişim prosesi dörd mərhələdən ibarətdir…

yenileme

1-ci otağımız halımızdan məmnuniyyət otağıdır… Bəli, bəli düz tapdınız “AZTV” otağımız… Hər şey gözəl, bizdən xoşbəxti yoxdur… Qazandığımız pulun 4-5 qatını kredit almaqla xərcləyirik, qara qızılımız zağ olsun… “bəy yeyər, qırağından nökərə də düşər” misali hamı kefdədir… sürətlə inkişaf edirdik… (Razı deyilsiniz? – görüntü eləydi…)

Bir də gördük ki, kontrol edə bilmədiyimiz, kontrol etmək üçün gücümüz çatmadığı xarici mühitdə dəyişiklikər baş verməyə başladı… Bizi də qıdıqlamağa başlayır… amma biz sanki qəflət yuxusundayıq ya da heç vecimizə də deyil… biz varlı ölkəyik… fomdumuz var… hə keçmişik 2-ci otağımıza… Baş verən dəyişiklikləri inkar etməyə çalışırıq, onda bunda olan xarab yerləri görsədirik özümüzün isə “uğurlarımızı”… Özünüsansür başlayr… və s…

Amma dedim axı baş verən dəyişikliklər özümüzün kontrol edə bilmədiyimiz mühit faktorları olduğu üçün dəyişim sürətləndikçə və artdıqca qınımıza, 3-cü otağımıza çəkilirik… Şaşqın şaşqın baxırıq bir-birimizə… “nələr oluyor böylə… bizə nələr oluyooo” deyirmişcəsinə özümüzdə fikir ayrılıqları yaranır… Bəs belə etsəydik belə olardı, ay bunu niyə belə etmədik, ay vaxtında tədbir zad… Keçmişlə oynamağa, keçmişə fokuslanmağa başlayırıq… Halbuki day keçib eeey onu da dəyişdirəmmərik… Və beləcə güvənsizlik, etibarsızlıq, inamsızlıq, hər tərəfdə hal-i pərişanlarımız… Amma belə nə vaxtacan?

Qaldı 4-cü otağmız buna da ad verək “bəy hamamımız”… İndi bu bəy hamamına girməyə də cəsarət lazım… Girsək yenilənib, təmizlənib, yeni nəfəslə çıxacağıq… amma girəndə bəy hamamına toplu girmək lazım…yoxsa xeyri olmaz… Beləcə yeni işıqlar, yeni sıçrayışlar, yeni ümidlər doğar… Yeni imkanlar yaradıb, yeni qaynaqlar aşikar edib, yeni yollarla pərçimli halda getməliyik… Və bu bir müddət sonra birinci otağa keçməmiz üçün fürsətdir… Amma buna  “tavada biş, ağzıma düş” deməklə nail ola bilmərik, “səndən hərəkət, məndən bərəkətlə” nail olarıq…

Yenilənmə diləyi ilə…

 

Dəyişim üçün beyinlərdə dəyişim vacib… və ya bir zavodun açılmama səbəbi…

BeyniniKullananAdam Yeni ildir doğrudur, mən də keçmişə çox qayıtmağı istəməsəm də, yeni ilin ilk yazısını müsbət əhval ruhiyyədə başlatmaq istəyində olsam da…  bugünümüzün səbəblərindən biri haqqında yadıma düşmüşkən yazmaq istədim… Amma düşünürəm elə gələcəyimiz üçün də keçmişdən dərs almağın vacib  olduğunu nəzərə alsaq yerində yazıdır…

İl 1998… Türkiyədə, İstanbulda MBA oxuduğum vaxtlar pazarlama hocamın dəstəyi ilə özünün də consultant olduğu bir şirkətdə part-time işləyirdim. Şirkət qaynaq elektrodları istehsal edən və öz məhsullarını əsasən eksport edən şirkətdir. Şirkət o zamankı neft kəmərlərinin çəkiləcəyini də nəzərə alaraq Azərbaycanda qaynaq elektrodları və telləri istehsal etmək niyyətində idi… və bunun üçün real finans və müstakbel ortaqlar axtarışı və seçimi mərhələsini də keçməkdə idi… Bəhs etdiyim şirkət, Türk Eximbank və EBRD-nin də bu investisiyada bu vəya digər şəkildə iştirakı razılığını əldə etmişdi…

Bu məqsədlə o vaxt şirkət rəhbərliyi və sayın hocamla birlikdə Bakıya səfər etdik. O zaman üzdə olan bir neçə yerli şirkətlə də görüşlər keçirdikdən sonra  istehsal yeri olaraq B.Sərdarov adına maşınqayırma zavodunda olduq və bu investisya üçün yararlı olduğu qənaətinə varıldı. Sonrakı mərhələ layihəyə dəstək verən finans qurumların bu investisiya üçün politik risk olaraq dövlət zəmanəti və dəstəyinin vacibliyinin şərt olduğunu istəmişdilər… Bu istiqamətdə də görüşlər keçirildi ancaq görüşlərdən sonra heç də az olmayan müəyyən məbləğ tələb olundu!!! bu zəmanət üçün… Bax beləcə ölkədə bir istehsal sahəsi, 250-300 nəfər işlədəcək bir zavodun açılması gerçəkləşmədi…  Həmin zavodda istehsal olunacaq məhsullar illərlə idxal olundu və olunur… Zavod olsaydı bu idxal əvəz olunardı və hətta ixracı da olardı… O dövrdən vəzifədə olanlar indi də vəzifədədirlər çoxları…

Yəni dəyişim üçün ilköncə insanların və beyinlərin, məqsədlərin dəyişməsi lazım…

Turizmdə Rəqabətqabiliyyətlilik göstəricimiz…

wordcloud-turism-19624924Söz vaxtına çəkər… Səyahət, turizm və istirahətin zamanıdır… Kimi ölkə xaricində kimisə daxildə uyğun bir istirahəti düşünür… Şəxslərin istirahəti iqtisadiyyatın bir qolunun canlanması ilə iqtisadi artımda da gerilmənin qarşısını almağa dəstək olur.  Turizm sektoru bir sıra ölkələr üçün ümid yeri və inkişaf katalizatoru olub və indi də olmaqdadır… Bəli biz də çox danışırıq, çox yazırıq… İnbound və Outbound (daxili və xarici) turizm və bunun inkişafına münbitlik təmin edən faktorlar üzərində düşünmək və tədbirlər görmək ancaq və ancaq real fəaliyyətlərlə mümkündür…

Dünya İqtisadi Forumu (World Economic Forum) təzəlikcə ölkələrin səyahət və turizm üzrə rəqabətqabiliyyətlilik indekslərini və siyahısını yayınlayıb. İstərdim bu indeks haqqında və ölkəmizin bu dərəcələndirmədəki yeri haqqında sizinlə bəzi məlumatları paylaşım.Davamını oxu »

Hunaltayın “Bəlkə biz düz eləmirik…?” yazısına cavab…

Bir neçə gün əvvəl Rafiq Hunaltay dostumuz “özünüsorğulama” metoduyla bir yazı yazıb bizi də özümüzü sorğulamağa dəvət edibdir… Hörmətli dostumuzun arenamızda imzası “Marketinq Məhərrəm” olsa da “Hunaltay” imzası mənim üçün daha yaxındır…:), ona görə də Hunaltayı seçirəm…! Hunaltay deyir ki “bəlkə biz düz eləmirik?” Bilmirəm indi meyxanaya və meyxanaçı o zata çox qulaq asır deyə bu mahnı onu bunu yazmağa eşqə salıb… Amma məncə yox… deyəsən dediyim kimi güzgüyə baxıb “bəlkə biz düz eləmirik” sualını verib özünə ki bunu qələmə alıb… Mənə də pas atdığı üçün mən də “biz nəyi düz eləmirik?” sualına cavab verməliyəm… amam mən düşünürəm ki nə edilirsə “düz” edilir… Çünki edilir… Edilən hər bir şeydə səhvlər də mümkündür və hətta lazımlıdır… Ancaq nəticədə ətalət deyil, hərəkət var və hər bir hərəkət yenilik, dəyişiklikdir…

Əziz Hunaltay, bu özünüsorğulama belə az bəni-ademdə olan keyfiyyətdir ki elə bunu eləmək belə müsbət keyfiyyətlərdən xəbər verir… Qaldı ki saydığnız aktivliklər ki, hamısının arxasında təbii ki  daha güclü məqsədlər dayanmaqdadır ki bu məqsədlər də ancaq və ancaq müsbət və inkişafyönümlü məqsədlərdir… Böyuk Hun Atilla deyir ki… “Yüzeysel amaçlar, yüzeysel sonuçlar doğurur.” Məqsədlər “yezeysəl” deyirsə nəticələr də “yüzeysəl” olmayacaqdır…  Bir sözü də “Amaçsız bir Hun amacına ne zaman ulaştığını esla bilemez” -dir. Məqsədlər və onun istiqamətində fəaliyyətlər, hərəkətlər varsa, bəhrəsi də olacaqdır… Odur ki yola davam…!!!

Çox hörmətlə…

360° Brendinq kitabı haqqında…

ilkinYazarını tanıdığın bir kitab haqqında yazmaq həm asan, həm də çətindir… Asandır ona görə ki, rahatlıqla əməldən, hərəkətdən gələn gözlərin səhnə arxasıyla tanışsan və buna görə yazdığını içdənliklə yazırsan… Çətindir ona görə ki, bir kitab yazarını qismən ifadə edə bilər… 360°Brendinq kitabının arxasında kitabı oxumaq üçün yazılan 3 səbəb var… Bu səbəblər təbii ki əsas səbəblərdir… Amma mən kitabı əhatə edən 10 bölmənin hər birini bir səbəb kimi görürəm… Və xüsusilə mənim bu sahədə maraq dairəmə daha yaxın olan hissələrini, qısaca 4,5,6,8 və 9-cu bölmələri haqda qısa fikrimi yazıram… Amma hər şeydən qabaq bir not düşmək istəyirəm kitab “Guerilla brending” xüsusiyyətinə malikdir…Davamını oxu »

Ölkə imici, Milli brendlər… Qonşudan bir numunə

narsherabYazıma bir neçə gün öncə ölkənin marketinq icmasının 2 günlük forumu haqqında qısa təəssüratımla paylaşmaq istəyirəm. Artıq bu il 3-cüsü keçirilən Milli Marketinq Forumu, elə həmin forumdakı  çıxışımda da qeyd elədiyim kimi məslək solidarizminin bir nümunəsidir… Bu solidarizmin daha da bərkiməsi və ölkədə marketinqin inkişafına fayda gətirməsini diləyirəm. Bu ənənənin digər sahələrə də yayılmasını arzulayıram. Çünki Durkheim və Ziya Gökalpın da dediyi kimi cəmiyyətlərin inkişafı sosial təbəqələşmə ilə deyil, məhz məsləki təbəqələşmə və məsləki solidarizmin təsiri ilə ayrı ayrı sahələrin inkişafından və bir-birinə müsbət təsirindən asılıdır.Davamını oxu »

Marketinqdə səmimiyyət ili…

2015-ci ilə başladıq.. həm də gözəl başladıq… 2015-ci ilə aid olduğumuz bir qrupun, bir camianın səmimi ab-havası, səmimi bir mühiti ilə başladıq… Bu məni sevindirir və ili bu minvalla ruh yüksəkliyi ilə davam edəcəyimizə inanıram… Və sevinirəm ki, bu ildə bloqumuzun ilk yazısı da məhz bu gözəl ab-hava ilə yazılır…
Günümüzdə network və bunun əsasında yaranan və yüksələn qarşılıqlı faydalı əməkdaşlıqlar, hansı platformada həyata keçirilməsindən asılı olmayaraq bir reallıqdır. Və həm də hər hansı bir istiqamətdə gələcək yönümlü atılmış addımlardır.
Peşə sahələri baxımından Facebook sosial şəbəkəsində yer alan qruplar arasından Marketinq Azərbaycan qrupu 6200-dən çox üzvü ilə və ölkənin demək olar ki hər sahədən şirkət nümayəndələrini əhatə etməsi ilə seçilməkdədir. İki gün əvvəl aid olduğum qrupumuzun 3 illiyi münasibəti ilə, həm də yeni ilə yeni ab-hava ilə başlamamız səbəbi ilə gözəl qeyri-rəsmi, SƏMİMİ bir mühitdə tədbirimiz keçirildi… Tədbirdə açılışda uzun-uzadı danışmaq lüzumsuz olduğu üçün orada ürəyimdən keçib demək istədiyim, ancaq az toxunub, tam deyə bilmədiyim bəzi nüansları Sizlərlə paylaşmaq istədim… Oxuyan gözlər var olsun!
Ümumiyyətlə cəmiyyət və ya cəmiyyətdə hər hansı bir təbəqə, qrup, icma, platforma onu təşkil edən üzvləri, nümayəndələri ilə dəyərlidir… Qeyd edilən bu birliklərin səviyyəsi də məhz üzvlərin səviyyəsi ilə indekslidir… Və hər biri bir-birindən güc almadla və ya bir-birindən mənfi və ya müsbət effekt əldə etməkdədir… Tədbirdə misal çəkdiyim ağac və budağı misalı da buna görə idi… Əgər hər hansı bir sahəni, icmanı, qrupu, platformanı ağac misali düşünsək hər birimiz bir budaq, aid olduğumuz platforma bir ağacdır… Ağac yaşıl budaqları ilə ağac olduğu kimi, hər hansı platforma da ona aid olanlarla dəyərlidir… Hər hansı bir ağacın budaqları tək başına böyümür, kökünün güclü olması və ondan qidalanması ilə böyüyür… Eyni zamanda da ağacın kökü də sağlam budaqlarından çox asılıdır… Bloqumuzu təqib edənlər bu mövzuda bir neçə dəfə müxtəlif başlıqlar altında yazılar yazdığımı bilirlər… Yaranan cəmiyyətlər, assoasiyalar, birliklər, qruplar ilk növbədə aid olduğu sahənin inkişafı məqsədilə yaradılmaqdadır (yaradılmalıdır). Sahənin inkişafı isə onda fəaliyyət göstərənlərin inkişafına güc verər…və bu bir-birini təqib edən bir xarakterdə davam edər və beləcə hər biri inkişaf edər…  Ancaq bunun gerçəkləşməsi üçün olmazsa olmaz iki şərt var ki, bu da fikrimcə SƏMİMİYYƏT və ŞƏFFAFLIQ-dır… Əslində elə tək bir şərt yetərlidir-SƏMİMİYYƏT… Səmimiyyət olan yerdə digəri də təmin olunacaqdır…
Qurulan cəmiyyətlər, assoasiyalar, birliklər məhz ilk etapda özünə, üzvlərinə və aid olduğu sahə və cəmiyyətə qarşı səmimi olmalıdır… Qeyd edilən addakı təşəkküllərün ümdə amalı ona aid olanlara, üzvlərinə fayda verməklə aid olduğu sahəyə fayda vermək olmalıdır… Yaranan cəmiyyətlər, qruplar, assoasiyaların fəaliyyətləri bu çərçivədə həyata keçirilməlidir… Ölkəmizdə müxtəlif adlarda yaranan assoasiyalar, cəmiyyətlər, iş adamları cəmiyyət və birlikləri bu amalla çıxış etməlidirlər.  Ona üzv olanlar və olmayanlarla səmimi münasibətlər, şəffaf və faydalı fəaliyyətlər həyata keçirməlidirlər… Əks halda hər hansı sahəni “sahiblənmə”məlidirlər. Görüləcək fəaliyyətlər isə həddindən artıq çoxdur. Üzvlərini inkişaf etdir ki, özün inkişaf edəsən… Hər hansı bir qurumun  səviyyəsi üzvlərinin səviyyəsi ilə həmahəngdir…
Biz də eyni şəkildə facebook platformasında olsaq da qrupumuzun səviyyəsi bizlərlə-üzvlərlə həmahəndir… Yaxşı və ya pis nə varsa bizə aiddir… Üzvlər nə qədər fəal, aktiv və bir-birimizə qarşı səmimi olarsa, platformamız da o qədər aktiv, fəal, faydalı və inkişaf meyilli olacaqdır… və bu platformamız real iş və şəxsi həyatlarımızda bizə faydalı olacaqdır… Məqsədimiz də aid olduğumuz sahəyə müəyyən töhvələr verməkdir… Hamımıza bu istiqamətdə SƏMİMİ yanaşma, SƏMİMİ əməkdaşlıq diləyirəm…
Yaranmış səmimi ab-havanı, səmimi mühiti davam etdirmək ümidiylə bütün tədbir təşkilatçılarına, tədbirə dəstək verənlərə, iştirakçılara və onların timsalında platformamızın bütün üzvlərinə təşəkkür edir, uğurlar diləyirəm!