Araşdırma nəticələri necə hazırlanmalı və təqdim olunmalıdır?

Etnoqrafik araşdırma nədir? Nələr öyrənilir?

Marketinq araşdırmaları ilə əlaqədar EKSPERT TV-dəki silsilə suallara cavabları bloqdan və qaynağından oxuyan dəyərli oxucularıma çox hörmətli İlkin müəllimin “Etnoqrafik araşdırma haqqında” yazısını da oxumağı tövsiyyə edirəm. İlkin müəllimin bu araşdırma metodunun müsbət tərəflərinə toxunması təqdirə layiqdir. Etnoqrafik araşdırma nədir və nələr öyrənilir bu haqda aşağıdakıları da nəzərinizə çatdırmaq istərdim:


Etnoqrafik araşdırma, antropolojik bir yanaşmadan irəli gələn və insanların mədəni və günlük həyat tərzini və  insanlar üçün nələri özündə cəmləşdirdiyini ələ alan bir araşdırma metodudur. 
İstehlakçıların ehtiyac, münasibət və davranış araşdırmalarında bunlara təsir edən dəyərlərin, hisslərin nələr olduğu, hansı davranışları göstərdiyi və bu faktorlara nələrin təsir etməsi bu araşdırma metodunda daha geniş araşdırılmaqdadır. İstehlakçının həyat tərzi haqqında bu nüanslardan yaxınlaşaraq bilgi əldə edilir. 
 
Etnoqrafik istehlakçı araşdırmalarında aşağdakılar öyrənilir.


Müəyyən hədəf bir bazar, mədəniyyət və ya mühit, Digər araşdırmaların əksik qaldığı nöqtələrdə bunu dərin bilgilərlə tamamlamaq, Müəyyən davranış tərzlərini incələmək və fərqlilikləri görmək,İstehlakçının nə istədiyi deyil, eyni zamanda nə istəyəcəyi haqqında da məlumatlar toplamaq,İstehlakçı üçün yeni olan və o vaxtacan qarşılanmamış ehtiyac və ya istəyini öyrənib ortaya çıxarmaq…
Etnografik araşdırmalarda müşahidə, dolaylı  intervyu və dərin intervyülərdən də istifadə edilir. 

 
İstehlakçı gündəlik həyatında nə edir, necə istifadə edir, bunun haqqında nə düşünür və bundan hansı həzzi alır, hansı hissləri keçirir kimi nüanslar bu araşdırmada önəmlidir. Bunu öyrənmək isə standart araşdırnaçı şəxslər vasitəsilə çətindir. Bu araşdırmaların istehlakçıların məhsulu istifadə etdiyi məkanda aparılması və özəlliklə psixoloq və antroploqlar vasitəsilə və ya iştirakı ilə aparılması vacibdir. 
 
Üzvü olduğumuz AMA-dan bir qaynağı da diqqətinizə çatdırmaq istədim:
 

http://www.docstoc.com/docs/70567916/Ethnographic-Market-Research 
  

Araşdırma şirkəti necə seçilməlidir? | Ekspert TV – çox izləyən çox bilər

Araşdırma şirkəti necə seçilməlidir? | Ekspert TV – çox izləyən çox bilər

Araşdırma brifi necə hazırlanmalıdır? | Ekspert TV – çox izləyən çox bilər

Araşdırma brifi necə hazırlanmalıdır? | Ekspert TV – çox izləyən çox bilər

Marketinq araşdırmalarının hansı növləri vardır? | Ekspert TV – çox izləyən çox bilər

Marketinq araşdırmalarının hansı növləri vardır? | Ekspert TV – çox izləyən çox bilər

Marketinq araşdırmaları nə üçün lazımdır? Şirkətlər üçün faydaları nədir? | Ekspert TV – çox izləyən çox bilər

Marketinq araşdırmaları nə üçün lazımdır? Şirkətlər üçün faydaları nədir? | Ekspert TV – çox izləyən çox bilər

Marketinq və satışda elmi müşahidənin önəmi…

 Nə qədər  müşahidələr pozitiv elmlərin dayağını təşkil etsə də sosial elmlərdə də müşahidə çox önəmli faktordur. Ümumiyyətlə son illərdəki iş həyatımda satış və marketinq sahəsində araşdırma və analizlərlə iç-içə olduğum üçün məhz bu sahələrdə müşahidə bacarığının önəmini görmüş və qəbul etmişəm. Müşahidə elmi metodikanın demək olar ki ilkin mərhələsidir. Hər hansı gerçək bilgiləri əldə etmək üçün ilkin etapda müşahidə etmək lazımdır. Müşahidə nəticəsində hipotez irəli sürülür. Hipotezlər bir təklif, öngörüdür. Hipotezlər doğru və yanlış ola bilər.

Ancaq hipotezin test edilməsi ilə doğru və ya yanlış ortaya çıxarılır. Əgər təklif edilən hipotez haqqında təsdiqləyici dəlillər və bilgilər üstünlük təşkil eidrsə bu hipotez artıq “bilgi” və həm də “elmi bilgi”-yə çevrilir.

Müşahidə – baş verənləri anlamaq üçün müşahidə edilən obyekt və ya subyektdə meydana gələn dəyişiklikləri qavrama, gözdən keçirmə, analiz və qeyd etmək prosesidir. Araşdırmacı və ya müşahidəci heç vaxt bu prosesə müdaxilə edə bilməz və ya etməməlidir. Məhz bunun nəticəsində müəyyən bilgi və təcrübələr qazanılmış olur. Müşahidəci və ya araşdırmaçı daim şübhəci (müsbət mənada) olmalıdır və hər şeyi qəti gerçək kimi qəbul etməməlidir.

Yuxarıda elmi müşahidədən bəhs etdik. Bir neçə cümlə ilə bunu davam edib daha sonra satışda və marketinqdə müşahidənin yeri və önəminə keçiş edərik. Elmi müşahidənin iki əsas şərti vardır: Təchiz və hipotez şərti. Müşahidənin təchiz şərti budur ki, araşdırmacı-müşahidəci iki önəmli unsurla təchiz olunmalıdır: knowledge  and intuition –  bilgi və intuisiya-hiss… Bu iki faktor isə bir birlərinə müsbət təsir edirlər. Yəni pozitiv əlaqədədirlər. 

Məhz indi artıq bundan sonra yazılanlar digər sahələrlə bərabər,  marketinq və satışa da aiddir.

Müşahidəci bu iki xüsusiyyətə, faktora sahib olmalıdır. Müşahidəci-marketinqdə və satışda müxtəlif funksiyaları yerinə yetirənlər: marketoloqlar, araşdırmacılar, satış  menecerləri, satış müdürləri və s. öz sahəsində nə qədər çox bilgiyə sahib olsa bu sahədə baş verənləri və ya baş verəcəkləri daha tez və effektli qavrayar və müşahidəsi də effektiv olar. Müşahidə obyekti və ya subyekti haqqında daha çox bilgiyə malik olmaq ona bu üstünlüyü təmin etmiş olur. Yəni qısacası hər sahənin professionalı, mütəxəssisi öz sahəsində daha effektiv müşahidə qabiliyyətinə malik olur.

Araşdırmacı eyni zamanda güclü hissiyata, intuisiya-hiss qabiliyyətinə də malik olmalıdır. Bu isə ona malik olduğu bilgilərin xaricinə daşmaq imkanı yaradır. Yəni hadisələrə sadəcə bilgisi çərçivəsində deyil daha geniş baxmaq imkanı verir. Məsələn bir satış menecerinin satış ilə əlaqədar bilgilərinin xaricində insanları tanıma hissiyatı olarsa, öz müştəriləri ilə ünsiyyət sahəsi genişlənir və müştəri ilə ünsiyyəti sadəcə satışla əlaqədar metodologiyalardan istifadə etməklə qalmır, müştərinin davranışlarını müşahidə edərək və alacağı qərarları öncədən hiss edərək, sezərək  satış prosesini daha uyğun və nəticəyönlü idarə etməsini gücləndirir.  Bu hiss və ya sezgilər nəhayətində elmilik də qazana bilər.

Yuxarıda da qeyd etdiyim kimi bu iki faktor bilgi və intuisiya-hiss bir-birləri ilə pozitiv əlaqədədədirlər və bir birlərini dəstəkləyici və inkişaf etdirici xüsusiyyətə malikdirlər.
Marketoloq və satış sahəsində olanlar bu iki xüsusiyyətlərini artırmağa çalışmalıdırlar. Yolu isə hər hansı birinin artırılması! Çünki birinin artırmaq digərinə də müsbət effekt verəcəkdir!
Bol bilgi və intuisiya diləyi ilə…

Bazar analitiki – vacib peşə…!

Bu yazını yazmaqda bu gün   http://www.vestifinance.ru/articles/16798  saytında gələcəyin ən çox qazandıran 10 peşəsi (Amerikada) haqqında oxuduğum məqalə oldu. Belə ki 2020-ci ilə qədər ən çox tələb görəcək və yüksək gəlirli peşələrin nələr olduğu haqqında bir araşdırma nəticəsi 10 peşənin 9-unun tibb və bu sahə ilə əlaqədar peşələr olduğu qeyd edilir.
Bəs digər bir tək peşə hansıdır ki, bu sıralamaya girib? Bu Bazar Analitikləri peşəsidir. Bəli, bilgi gücdür və güc olaraq qalacaqdır. Ancaq bu bilgi düzgün istifadə edilib idarə olunarsa! Məhz bilginin,
 informasiyanın iqtisadiyyatda və marketinqdə düzgün toplanıb, analiz edilib, idarəetməyə yön verəcək şəkildə sistemləşdirən və bir növ hazır məhsula çevirən Bazar analitikləridirlər.
Bazar analitikləri mikro səviyyədə şirkətə mövcud və potansial bazarlar haqqında informasiya toplayıb analiz edən və gələcək satış trendləri və bazarın təxmin edilməsi haqqında fəaliyyətləri aparan ixtisas sahibləridir. Bilginin, informasiyanın, güc və rəqabət faktoru olduğu sürəcə bütün şirkətlərdə ən önəmli fəaliyyətlərdən biri bu olmalıdır.
Bəli, marketinq dedikdə sadəcə reklam, pr və brendinq fəaliyyətləri deyil, bəlkə də ilk sırada BAZAR ARAŞDIRMALARI və ANALİZİ, (Makro-mikro mühit analizi) SATIŞLARIN ANALİZİ, RƏQABƏT ANALİZİ, MƏHSUL PORTFELİ ANALİZİ, MÜŞTƏRİ ANALİZİ və bu analizləri əhatə edən digər fəaliyyətlərdir. Bir neçə ildir, məhz əsas olaraq bu sahədə fəaliyyət göstərdiyim və müxtəlif yerli və beynəlxalq araşdırma şirkətləri ilə həm əməkdaşlıq etdiyim və həm də işlərini yaxından izlədiyim üçün, təəssüf ki bu barədə ölkəmiz marketinq əhlinin yetərli səviyyədə olmadığı qənaətindəyəm.
Bunun səbəbləri çoxdur. Bir neçəsini sıralayım:
1. Hələ də marketinq dedikdə ya satış, ya da reklam və PR fəaliyyətinin anlaşılması.
2. Yerli şirkətlərin çoxunun hələ də marketinq strukturuna malik olmaması və olsalar da yuxarıdakı fəaliyyətlərlə kifayətləndikləri və bu faəliyyətlərə daha çox zaman ayırdıqları
3. Yerli marketoloqlara bu istiqamətin müəyyən səbəblərə görə cazib gəlməməsi (Bu istiqamətin arxa planda qalması, şəxsi PR-da effektiv olmaması və s.)
4. Yerli araşdırma şirkətlərinin digər ölkələr və beynəlxalq araşdırma şirkətləriylə  zəif olması və buradan ixtisaslaşmış kadrların yaranmaması, şirkətlərə istiqamət verə bilməmələri və s.
5. Satış əhlinin marketinqlə, marketinq əhlinin isə satışla birgə, koordinativ fəaliyyət göstərməmələri və bir-birlərinin fəaliyyətindən və sahələrindən bixəbər olmaları
6. Marketoloqların rahat ofis sevdası, sahə fəaliyyətini arxa plana qoymaları
7. Ali məktəblərdə marketinq fənlərinin hələ də ümumi əsaslarla öyrədilməsi, sahələrə ayrılmaması və s.
və bunlarında əsasında Bazar istiqamətli idarəetmənin mənimsənməsi üçün professional idarəetmə kadrlarının azlığı durur.
Təbii ki, yəqin bu sıralamanı uzatmaq istəyənlər də olacaqdır. Ancaq həqiqətən Amerikadan xeyli uzaq olsaq da (hər mənada) marketinqin bu sahəsində ölkəmizdə də ciddi kadr ehtiyacının olduğu və olacağı qənaətindəyəm. Və marketoloqlarımıza acizaneyi-tövsiyyəm budur ki, biraz da bu istiqmətə köklənsinlər. Çünki bu sahə içi dolu küpə bənzəyir, digərlərindən fərqli olaraq! Bilgi (burada bazar bilgisi) gücdür, bu gücə sahib olun!
Kritikalara açığam…
Uğurlar diləyi ilə…
Mövzu ilə əlaqədar digər yazılar: