Bir neçə il əvvəl Almaniyada Düsseldorf-da 2 ildən bir düzənlənən Euroshop sərgisindən qayıtdığım zaman Almaniyanın kiçik, orta və böyük pərakəndəcilərinin yanaşma tərzlərindən və gələcəkdə pərakəndə sektorunda gözlənən yeniliklərdən yazmışdım. İki il sonra Almaniyaya təkrar gedişdə qeyd etdiyim yeniliklərin artıq tədbiq edildiyinin şahidi olmuşdum belə… Marketinq forumlarının birində pərakəndə paneli spikerlərinə pərakəndədə hansı yenilikləri edəcəksiniz? Texnolojik yeniliklərdən nələr gözlənir? deyə sual ünvanlayıb pərakəndədə sürət və nəzarətin gücünü hansı real texnolojik tədbiqlərlə həyata keçirə biləcəklərinə misallar gətirmişdim… Ancaq cavabardan aydın oldu ki ya xəbərdar deyillər, ya da işlərinə gəlmir tədbiq etmək… 🙂 Ümumiyyətlə pərakəndə sektorunda vaxtaşırı baş verən və gözlənən yeniliklərlə maraqlandığım üçün bu yazıda oxuduğum maraqlı bir neçə araşdırmanın irəli sürdüyü bəzi yeniliklərə qısaca toxunmaq istədim…Davamını oxu »
Kateqoriya: İnnovasiya
Dəyişimin dörd otağı modeli ilə mövcud vəziyyətimiz…
Balaca bir mövcud vəziyyət analizi eləmək istədim… Amma model olaraq bilinən mövcud vəziyyət analizi modellərindən birini yox, çox da səs salmayan amma fikrimcə faydalı olan bir modeli istifadə edərək əslində bilinən bir vəziyyəti göstərmək istəyirəm. Bu modeli cəmiyyətin bütün vahidlərində, dövlət, ekonomi idarəetməsində, biznes sahəsində, şirkət idarə etməsində və şəxsi inkişafda dərs kimi götürmək olar…
Deməli belə, gəlin əvvəlcə niyə “dəyişim” kəliməsini istifadə etdiyimi açıqlayım… doğrusu, nədənsə dilimizdəki “dəyişiklik” sözünü uyğun görmürəm, səbəbi “dəyişiklik”-in daha çox xarici (external) faktorlara aid olduğunu, “dəyişimin” isə bu xarici faktorların təsiri ilə başlasada özündə baş verən iç yeniləməni ifadə etdiyidir… Nə isə məncə bu o qədər də önəmli deyil… 🙂
Gələk əsas məsələyə “Dəyişimin dörd otağı” modelinə görə baş verən dəyişim prosesi dörd mərhələdən ibarətdir…
1-ci otağımız halımızdan məmnuniyyət otağıdır… Bəli, bəli düz tapdınız “AZTV” otağımız… Hər şey gözəl, bizdən xoşbəxti yoxdur… Qazandığımız pulun 4-5 qatını kredit almaqla xərcləyirik, qara qızılımız zağ olsun… “bəy yeyər, qırağından nökərə də düşər” misali hamı kefdədir… sürətlə inkişaf edirdik… (Razı deyilsiniz? – görüntü eləydi…)
Bir də gördük ki, kontrol edə bilmədiyimiz, kontrol etmək üçün gücümüz çatmadığı xarici mühitdə dəyişiklikər baş verməyə başladı… Bizi də qıdıqlamağa başlayır… amma biz sanki qəflət yuxusundayıq ya da heç vecimizə də deyil… biz varlı ölkəyik… fomdumuz var… hə keçmişik 2-ci otağımıza… Baş verən dəyişiklikləri inkar etməyə çalışırıq, onda bunda olan xarab yerləri görsədirik özümüzün isə “uğurlarımızı”… Özünüsansür başlayr… və s…
Amma dedim axı baş verən dəyişikliklər özümüzün kontrol edə bilmədiyimiz mühit faktorları olduğu üçün dəyişim sürətləndikçə və artdıqca qınımıza, 3-cü otağımıza çəkilirik… Şaşqın şaşqın baxırıq bir-birimizə… “nələr oluyor böylə… bizə nələr oluyooo” deyirmişcəsinə özümüzdə fikir ayrılıqları yaranır… Bəs belə etsəydik belə olardı, ay bunu niyə belə etmədik, ay vaxtında tədbir zad… Keçmişlə oynamağa, keçmişə fokuslanmağa başlayırıq… Halbuki day keçib eeey onu da dəyişdirəmmərik… Və beləcə güvənsizlik, etibarsızlıq, inamsızlıq, hər tərəfdə hal-i pərişanlarımız… Amma belə nə vaxtacan?
Qaldı 4-cü otağmız buna da ad verək “bəy hamamımız”… İndi bu bəy hamamına girməyə də cəsarət lazım… Girsək yenilənib, təmizlənib, yeni nəfəslə çıxacağıq… amma girəndə bəy hamamına toplu girmək lazım…yoxsa xeyri olmaz… Beləcə yeni işıqlar, yeni sıçrayışlar, yeni ümidlər doğar… Yeni imkanlar yaradıb, yeni qaynaqlar aşikar edib, yeni yollarla pərçimli halda getməliyik… Və bu bir müddət sonra birinci otağa keçməmiz üçün fürsətdir… Amma buna “tavada biş, ağzıma düş” deməklə nail ola bilmərik, “səndən hərəkət, məndən bərəkətlə” nail olarıq…
Yenilənmə diləyi ilə…
Dəyişim üçün beyinlərdə dəyişim vacib… və ya bir zavodun açılmama səbəbi…
Yeni ildir doğrudur, mən də keçmişə çox qayıtmağı istəməsəm də, yeni ilin ilk yazısını müsbət əhval ruhiyyədə başlatmaq istəyində olsam da… bugünümüzün səbəblərindən biri haqqında yadıma düşmüşkən yazmaq istədim… Amma düşünürəm elə gələcəyimiz üçün də keçmişdən dərs almağın vacib olduğunu nəzərə alsaq yerində yazıdır…
İl 1998… Türkiyədə, İstanbulda MBA oxuduğum vaxtlar pazarlama hocamın dəstəyi ilə özünün də consultant olduğu bir şirkətdə part-time işləyirdim. Şirkət qaynaq elektrodları istehsal edən və öz məhsullarını əsasən eksport edən şirkətdir. Şirkət o zamankı neft kəmərlərinin çəkiləcəyini də nəzərə alaraq Azərbaycanda qaynaq elektrodları və telləri istehsal etmək niyyətində idi… və bunun üçün real finans və müstakbel ortaqlar axtarışı və seçimi mərhələsini də keçməkdə idi… Bəhs etdiyim şirkət, Türk Eximbank və EBRD-nin də bu investisiyada bu vəya digər şəkildə iştirakı razılığını əldə etmişdi…
Bu məqsədlə o vaxt şirkət rəhbərliyi və sayın hocamla birlikdə Bakıya səfər etdik. O zaman üzdə olan bir neçə yerli şirkətlə də görüşlər keçirdikdən sonra istehsal yeri olaraq B.Sərdarov adına maşınqayırma zavodunda olduq və bu investisya üçün yararlı olduğu qənaətinə varıldı. Sonrakı mərhələ layihəyə dəstək verən finans qurumların bu investisiya üçün politik risk olaraq dövlət zəmanəti və dəstəyinin vacibliyinin şərt olduğunu istəmişdilər… Bu istiqamətdə də görüşlər keçirildi ancaq görüşlərdən sonra heç də az olmayan müəyyən məbləğ tələb olundu!!! bu zəmanət üçün… Bax beləcə ölkədə bir istehsal sahəsi, 250-300 nəfər işlədəcək bir zavodun açılması gerçəkləşmədi… Həmin zavodda istehsal olunacaq məhsullar illərlə idxal olundu və olunur… Zavod olsaydı bu idxal əvəz olunardı və hətta ixracı da olardı… O dövrdən vəzifədə olanlar indi də vəzifədədirlər çoxları…
Yəni dəyişim üçün ilköncə insanların və beyinlərin, məqsədlərin dəyişməsi lazım…
“Startup”lar və Çıxış nöqtəsi : Texnologiya yoxsa problem?
Əvvəlcə ondan başlayım ki, hər cür faydalı yenilikləri alqışlayır, kəmiyyət və keyfiyyətcə artmasının tərəfdarıyam. O cümlədən də “startup” sahəsində atılan hər addımı dəstəkləyirəm. Sadəcə günümüzün və gələcəyimizin qeyri-müəyyənlik və iqtisadi çətinlik içində daha çox cərəyan etməsini nəzərə alaraq bütün sahələrdə görülən və görüləcək fəaliyyətlərin bu qeyri-müəyyənlik burulğanından sıyrılmalarını və iqtisadi çətinlikdə real nəticələrlə çəkiclərini vurmalarının daha doğru olacağını düşünürəm. Bu sahədə indi və gələcəkdə günişığına çıxacaq hər bir işi və sahibini alqışlayır və uğurlar diləyirəm.
Bu sahə ilə əlaqədar faydalı olacağı ümidiylə bəzi fikirlərimi qısaca bölüşmək istəyirəm. Belə ki Satartup-ların yaradılmasına iki yanaşma ilə baxmaq olar: Birinci yanaşma Texnologiyadan problemə, ikinci yanaşma isə Problemdən texnologiyaya… Startup-ların yaranmasında yeni texnologiyaların istifadəsi ilə mövcud və ya gözlənilən problemlərin həll edilməsi məsələsi əsas prioritetlərdən biridir. Məhz bu səbəbdən bu iki yanaşmanın hər ikisi tərcih edilə bilər. Bizdə daha çox birinci yanaşmanın (nə qədər səmərəli və faydalı olması başqa) ağırlığının olduğunu görürəm. Ancaq yuxarıda da qeyd etdiyim kimi günümüz şərtləri qeyri-müəyyənlik burulğanı və iqtisadi çətinliklər içində cərəyan edir və bu şərtlərdə ünvanı hara olur olsun real nəticəyönümlü çözümlərlə çıxış etmək vacibdir… Yuxarıda qeyd etdiyim yanaşmalardan birincisi öncə hər hansı bir texnolojik yenilik, məhsulun ortaya çıxışını və daha sonra tədbiq sahəsinin arayışını əhatə edir. İkincisi isə öncə hər hansı sahədə nə kimi cari və gələcək problemlərin olduğunu araşdırıb öyrənərək bu istiqamətdə çözüm təklifləriylə çıxış etməyi, problemlərin həllinə yardımcı ola biləcək “texnologiya”ların, məhsulların, proses və proektlərin arayışı və ortaya çıxarılmasını əhatə edir.
Fikrimcə ikinci yanaşma daha real nəticəyönümlü olmasıyla birlikdə daha asan stimullaşdırıcı maliyyə resursu da cəlb edə bilər. Ən əhəmiyyətlisi isə qurulan startuplar yerli biznesin mövcud və gələcəkyönlü problemlərinin həlli istiqamətində həcmindən asılı olmayaraq real dəyişimlər keçirməsində bir paya sahib olarlar. Bu yanaşmada Problemlərin hansı faktorlarla ələ alınıb necə incələnəcəyi də əsas məsələlərdən biridir. Eyni zamanda biznes dünyası ilə startup ideya müəlliflərinin bu istiqamətdə əməkdaşlıq fürsətlərinin necə təşkil olunması və hansı proseslərdən keçməsi də bir digər vacib məsələdən biridir. Bu istiqamətdə yaradılan müxtəlif texnoparkların işi təqdirəlayiq olsa da daha da aktivləşməsinə və məqsədli fəaliyyətlərinə ehtiyac görürəm. Ümumiyyətlə bu mövzuda iş dünyası və yenilikçilərin bir arada olduğu kiçik bir seminar keçirmək məqsədimi də bildirmək istəyirəm… Nə deyirsiniz? Ehtiyac varmı?
Uğurlar diləyi ilə…
Qlobal İnnovasiya İndeksi (2014) və ölkəmiz…
Hər hansı bir sahədə inkişaf və uğurun göstəriciləri həmin sahə ilə əlaqədar fərdi və/ və ya qurumsal ekspert rəy və hesabatlarında öz təsdiqini tapmaqdadır. Bu yazıda günümüzün ən önəmli mövzularından biri olan İNNOVASİYA haqqında ən mötəbər hesabatlardan biri olan Global Innovation İndex son hesabatı ilə əlaqədar informasiya və fikir paylaşımı etmək istəyirəm. Əsas məqsəd bu sahədə öz ölkəmizin göstəricisini müqayisəli surətdə təhlil etməklə və informasiya paylaşımıdır.Davamını oxu »
Yenə iş dünyası-akademik dünya əməkdaşlığı haqqında…
Təəssüf ki başqa ölkələrdə bu ən önəmli və daim təkmilləşdirilən sahə olmasına baxmayaraq bizdə bu əməkdaşlıq demək olar ki heç qurulmayıb və ya ümumiyyətlə hər iki düşərgənin bundan ya xəbərsiz olduğu ya da xəbəri varsa da bu işə yanaşmadığını görmək mümkündür. Burada son illərdə Qafqaz universiteti ilə şirkətlər arasındakı müxtəlif əməkdaşlıq proektlərini qeyd etmək istərdim və bu ümidvericidir. Bu əməkdaşlığı digər şirkət və universitetlər nümunə alaraq gələcəkdə bu istiqamətdə ciddi addımlar atmalıdırlar.
Dünyada inkişaf göstərgələri arasında artıq makroekonomik rəqəmlərlə yanaşı ölkələrin(ölkə vətəndaşlarının, universitet və şirkətlərin) almış olduqları patent sayı, ildən ilə bunun artış və ya azalma göstərməsi, alınmış patentlərin istehsalda istifadə dərəcəsi, akademik sahədə isə beynəlxalq yayınlarda yayınlanmış elmi məqalə sayı və s. nəzərə alınmaqdadır.
Bu istiqamətdə irəliləmək üçün iş dünyası-universitet əməkdaşlığını inkişaf etdirmək vacibdir. Bu göstərgələrin yüksək olduğu və ümumiyyətlə belə əməkdaşlığın olduğu ölkələrdə universitetlər iş dünyasının həm kadr ehtiyacını, həm də istehsal proseslərində yeniliklər ehtiyacını qarşılamaqdadır. İş dünyası isə universitetlərin praktika (idarəetmə və istehsal təcrübəsi) ehtiyacını qarşılamaqdadır. Hər iki sahənin ehtiyac və istəkləri üst-üstə gəldiyi vaxt bu iş çox asanlıqla və məhsuldar olaraq həyata keçirilə bilər.
Bu istiqamətdə görüləcək işlər akademik heyətə nə verəcəkdir?
"İctimai mağaza və ya icma mağazası, bəs harda? "i
Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında ölkəmizin mövqeyi: müsbət və mənfi faktlar…
İki gün əvvəl Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən hazırlanmış 2014-2015-ci illər üçün 144 ölkəni əhatə edən Qlobal Rəqabətqabiliyyətlilik hesabatı açıqlanmışdır. Təqribən iki il əvvəl 2012-2013-cü illər üçün açıqlanmış hesabat haqqında “Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış” adlı yazımda həmin dövrə aid olan maraqlı göstəricilər haqqında fikirlərimi bölüşmüşdüm. İndi həmin dövrün göstəricilərinə də nəzər salaraq yeni hesabatda açıqlanmış göstəricilər haqqında fikirlərimi Sizlərlə bölüşmək istərdim.
E-care: Müştəri məmnuniyyətində rəqəmsal vasitələrin rolu
Yenilik nə üçün lazımdır…?
