İnsan kapitalı və iqtisadi inkişaf…

 
“ECOLIFE” DƏRGİSİ Mart 2013 sayında yayınlanmışdır…


1970-ci illərə qədər iqtisadi artım və inkişaf ümumi olaraq adambaşına düşən gəlirlərin artırılmasına və rifah səviyyəsinin yüsəldilməsinə istiqamətlənmişdir. 1970-ci illərdən sonra ictimai inkişafın sadəcə iqtisadiyyat ilə kifayətlənməyib, ətraf mühit və təbii resursları da əhatə etməsi və artan gəlirin ədalətli bölüşdürülməsi də əsas prinsiplər kimi təklif edilərək ənənəvi inkişaf anlayışını ciddi tənqidə tutdular.  Bu düşüncələrə paralel olaraq inkişaf məsələsində insan faktorunun əhəmiyyəti məsələsi də ön plana çıxmağa başlamışdır. Belə məsələlərin ortaya çıxmasıyla Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) 1994-cü ildə “İnsan İnkişafı Hesabatı” ilə qəbul edilən yeni strategiyanın adını “Davamlı İnsan İnkişafı” olaraq ifadə etmişdir.
            İnsan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yoluyla özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstərgələri kimi qəbul edilir. Məhz insan inkişafı həyat səviyyəsinin yaxşı olmasından asılıdır. Bununla əlaqədar olaraq, iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərindən biri olan Amartya Sen, inkişaf anlayışını sadəcə ümumdaxili məhsulda meydana gələn bir artım olaraq qəbul edilmədini və bu cür yanaşmanın inkişaf və artım anlayışlarının qarışdırılmasına gətirib çıxaracağını söyləmişdir. İnkişafın əslində “gözəl bir həyat”la daha çox əlaqəli olduğunu müdafiə etmişdir. Sen hər hansı bir fərdin yaxşı vəziyyətdə var olması üçün fərdin var olma ya da nə isə hərəkətə keçirmə, ifa etmə funksiyasının inkişafının vacib olduğunu qeyd edir. Bu funksiyaların inkişafı isə fərdə fərqli faktorlar arasından azad şəkildə seçməsini təmin edir. Azadlıq eyni zamanda fərdin bacarıqlarının inkişaf etməsi və etdirilməsi ilə sıx əlaqəlidir. A.Sen inkişaf anlayışını şərtlərin və fürsətin fərdlər üzərində hökm etməsi ilə deyil, fərdlərin şərtlər və fürsət üzərində hökm etməsi ilə meydana çıxacağını müdafiə edir.
Ölkələrin rifah və inkişaf dərəcəsini, yəni müasir mənasıyla insan inkişafı anlayışını riyazi dəyərlərə çevirərək ölçülməsini təmin etmək üçün Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) tərəfindən irəli sürülən İnsan İnkişafı İndeksi (HDI) bir ölçü olaraq istifadə edilir. Həm iqtisadi, həm də sosial inkişafı nəzərə alan çox istiqamıtli bir ölmü olan İnsan İnkişafı İndeksi həyat səviyyəsinin, həyat keyfiyyətinin bir göstərgəsi kimi qəbul edilir. Bu indeks üç faktordan ibarətdir:
            1) Satın alma gücü ilə ifadə olunan gəlir indeksi (Y3)
2) Orta ömür müddəti indeksi (Y2)
3) Orta təhsil müddəti və həddi buluğa çatmış insanlar arasında oxuma-yazma faizi indeksi (Y3)
İnsan inkişafı indeksi bu üç indeksin toplanaraq üçə bölünməsi ilə hesablanır
İnsan İnkişaf İndeksi =
Y1+Y2+Y3
3
                                                        
Bütün bunları nəzərə alaraq insani inkişaf, bütün dünyada və ölkə səviyyəsində fərdlər üçün şərəfli, gündəlik həyatın bütün fürsət və imkanlarından bərabar istifadəsi, həyat standartlarının yüksəldilməsi məqsədini güdən, insan haqqlarına əhəmiyyət verən, iqtisadi, siyasi və ictimai sahələrdə cinsiyyət ayrı seçkiliyinin ollmadığı bir həyat standartına malik olunması deməkdir. İnsan inkişafı indeksinin hesablanmasında adambaşına düşən ÜDM, təhsil, səhiyyə xidmətlərindən istifadə və orta ömür sürəsi kimi müxtəlif göstəricilər istifadə edilməkdədir.  İnsan inkişafı indeksini də ifadə edə bilən sosial iqtisadi inkişaf səviyyəsinin müəyyın edilməsində aşaöıdakı göstəricilər istifadə olunur:
1. Rifah standartı: Adambaşına düşən ÜDM-nin lokal yaşama maliyyətlərinə çevrilməsi     ilə hesablanan Satınalma Gücü Paritesi (SGP)
2. Təsil standartı : Bu standartın müəyyənləşdirilməsində iki əsas faktor yer alır:
a. Həddi buluğa çatanlar arasındakı oxuma-yazma faizi
b. Məktəbləşmə səviyyəsi (orta təhsil səviyyəsi)
3. Səhiyyə standartı: Ölkənin orta ömür müddəti nəzərə alınaraq insan inkişafı indeksinə daxil edilir.
İnsan inkişafı indeksində rifah standartı iqtisadi kriteriya,  təhsil və səhiyyə isə sosial kriteriyaları ifadə edir. Bununla  sosialiqtisadi inkişafın ümumi göstəriciləri müəyyən edilir. Sosial-iqtisadi inkişaf səviyyəsinin müəənləşdirilməsi kriteriyalarına görə ölkələr üç kateqoriyaya ayrılır. Buna görə insani inkişaf indeksi dəyəri sıfır ilə bir arasında dəyişir.
1. Yüksək insan inkişafı səviyyəsinə sahib ölkələr, insan inkişaf indeks dəyəri 0,800 ilə 1,00 arasında olan ölkələrin içində yer aldığı qrupdur.
2. Orta dərəcədə insan inkişafına sahib ölkələr, 0,500 ilə 0,799 arasında indeks dəyərinə sahib olan ölkələrin yer aldığı qrupdur.
3. Aşağı dərəcədə insan inkişafına sahib ölkələr, 0 ile 0,499 arasında indeks dəyərinə sahib ölkələrdir.
İnsan inkışafı indeksində yer alan faktorların hər biri əhatəli olaraq fərqli qurumlar, iqtisadçı  və sosioloqlar tərəfindən incələnmiş və nəticədə bu faktorların əhəmiyyəti hər zaman irəli sürülmüşdür. İqtisadi inkişaf mütəxəssisi Prof.Dr Michael Todaro insan inkişafında xüsusilə təhsilin əhəmiyyətini ön planda göstərməklə əksər iqtisadçıların millətlərin sosial və iqtisadi inkişaf dərəcəsini və keyfiyyətini təyin edən faktorların fiziki və təbii qaynaqların deyil, insan qaynaqlarının olduğunu müdafiə etdiklərini kitabında qələmə almışdır. Todaro “İqtisadi inkişaf” adlı kitabında Princeton Universitetinin Professoru Fredirick Harbisonun insan kapitalının iqtisadi inkişafdakı rolu haqqında aşağıdakı görüçünü nümunə olaraq göstərmişdir. (Michael  P. Todaro, Economic Development, London, Seventh Edition, Addison-Wesley Publisher, 2000, s.326)
İnsan kapitalı millətlərin rifahında çox əhəmiyyətli yerə sahibdir. Fiziki və təbii qaynaqlar istehsalda pasif yer alan faktorlardır. İnsan isə kapital toplayan, təbii qaynaqların bölüştürülməsini həyata keçirən, sosial, iqtisadi və siyasi təşkilatlar quran və milli inkişafı irəli aparan faktordur. Öz insanlarının bilgi  və qabiliyyətlərinin inkişafını təmin etməyən ölkənin heç bir şeyin inkişafını təmin edə bilməyəcəyi aydınca bilinməkdədir.”
Buna görə də davamlı milli inkişafa nail olmaq üçün insan kapitalının inkişafına çalışmaq və bunu hər sahədə ön planda tiutmaq lazımdır. Bunun üçün isə sosial-iqtisadi sahələrin hər birinin inkişafı və bir birini dəstəkləməsi ilə dəyər yaratmaq vacibdir.

Mövzu ilə əlaqədar digər yazılar:

İqtisadi artım və İqtisadi inkişaf…

Intel çipləri və Maslow ierarxiyası…

Intel şirkətinin baş futuroloqu Steve Brown: “Dünya artıq beşölçülü (boyutlu) dünya olmaq üzrədir”. Internet və digitallaşma (rəqəmsallaşma) dünyanı artıq beşölçülü dünya halına gətirməkdədir. Beşinci ölçü(boyut) data, informasiyadır. Artıq əşyaların fiziki halından başqa digital halı da önəmli olmağa başlayır. Hər hansı bir şəhərdə otel otağının, restorandakı bir masanın, mağazadakı bir geyim əşyasının  və s. fiziki mövcudluğundan başqa bir də digital (rəqəmsal) mövcudluğu vardır.

Restorandakı bir masa internet üzrərindən rezervasiya edilirsə bu ona artıq ona 5-ci ölçü olan digital ölçünü qazandırır. 20 əsrdə az qala otaq ölçüsündə olan kompyuterlər 21-ci əsrin əvvəlindən Intelin Centrino texnologiyası ilə mobilləşərək insanların ciblərinə girmişdir. Bundan sonra isə istiqamət insanların üzərindəki əşyaların özlərinin texnologiyalaşmasıdır. Gələcəyin hakim məhsulları geyiləbilən texnolojik məhsullar olacaqdır.
Inteldə istehsal olunan məhsullar və ya yeniliklərin, Maslowun ehtiyaclar ierarxiyasının hər mərhələsinə təsir edəcək gücdə olmasına diqqət edilir. İerarxiyanın ilk mərhələsi olan yemək, içmək, barınma kimi təməl ehtiyacların qarşılanması artıq çeşitli proqramlar və bunları dəstəkləyən çiplər, kompyuterlər, texnologiylarla təmin edilir.
 Digər üst mərhələlərdən biri olan aid olma və sevgi ehtiyacı da artıq Intel çiplərindən istifadə olunan texnolojik məhsulların təklif etdiyi sosial şəbəkələrlə vasitəsiylə qarşılanmaqdadır. İndi Intel olaraq ehtiyaclar ieararxiyasının ən üst mərhələsi olan  özünü isbat etmə ehtiyacını qarşılayacaq üçün daha güclü çiplərin istehsalı haqqında düşünürlər.
Bəli dünyamız digitallaşır… Maraqlı yeniliklər bizi gözləyir. Intel isə bu yenilikləri yaratmaqla məşğuldur, “Gələcəyi öngörmənin ən doğru yolu onu yaratmaqdır” prinsipi ilə hərəkət edərək…

Vizyonsuzlaşma və səbəbləri…

Dəyərli oxucularım yəqin ki xatırlayar keçən yazıda “Azadlıq və inkişaf…” haqda yazmışdım. İnsanların fürsət, şans və şərtlərə hakim olmasının onların inkişafına dəstək olacağı bunlara malik olmaq üçün isə azad olmalarını dilə gətirmişdim. Bəli, bu iki anlayış bir biri ilə müttəfiqdirlər, biri əldə edildiyi vaxt digəri də artar! Və eyni zamanda real olaraq bu xüsusların olması qeyri müəyyənliyi azaldır və nəticədə insanların gələcək istiqamətində düşüncə və görüşlərinin formalaşmasına şərait yaradır. Məhz  bu fikirlərdən yola çıxaraq bu yazıda “Vizyon”la əlaqədar qısa düşüncələrimi paylaşmaq istədim.

Vizyon-insanlar yönündən onların gələcək barədə düşüncələrini, gələcək həyatlarını necə görmək istədiklərini əhatə edir. Vizyon sadəcə görüş, istək, baxış bucağı deyildir, yaşanması istiqamətində fəaliyyətlər göstərilən anlayışdır. Vizyonu, yaşanması üçün səy və əmək sərf edilən anlayış kimi qəbul edərsək bu anlayışın və buna doğru istiqamətin qeyri-müəyyənlik halında çətinləşəcəyi və bunun “vizyonsuzlaşma”ya gətirib çıxaracağını deyə bilərik. İnsanın gələcəklə əlaqədar vizyonu bir növ səyahət planına bənzəyir: Əvvəl səyahət haqda qərar verilir və hara səyahət ediləcəyi müəyyənləşdirilir. Və bundan sonra o səyahəti gözəl keçirmək üçün düşüncələr, səyahət planları qurulur. Yəni əvvəlcə hara gediləcəyi təyin olunmalı və daha sonra planlar qurulmalıdır.
Sadə olaraq bir insanın gələcək 10 il sonra harda olacaqları haqda düşünməsi onun vizyonu olaraq ifadə edilə bilər (Vizyonun gələcəklə bağlılığını nəzərə alaraq). Gələcəklə bağlı düşüncələrin formalaşması isə içində olduğun zaman və mühitin mövcud və gələcəkdə qeyri-müəyyən tərəflərinin mümkün olduğu qədər minimuma endirilməsi vacibdir.  Bu isə cəmiyyətin müxtəlif aspektlərdən sistemli idarə olunmasından çox asılıdır. Sistemli idarə qeyri-müəyyənlik dərəcəsini azaltdığı üçün buna xas nüansların da azalmasına səbəb olacaqdır.
 Cəmiyyətdə gələcək istiqamətli fikirlərin, düşüncələrin və paralel olaraq fəaliyyətlərin yer alması vziyonlu bir cəmiyyətə işarətdir. Və təbii olaraq bunların olmaması vizyonsuzlaşmadır! Geyri müəyyənliklərlə dolu bir cəmiyyətdə vizyonsuzlaşma qaçınılmazdır! Geyri-müəyyənlik isə keçmiş və cari durumlar haqqında insanlarda yaranan real təsəvvürlərdən başqa bir şey deyildir.
Həyatda insanlar üçün gərəkli olan: sağlıq, finans, təhsil, yuva sahibi olma, azad və inkişaf istiqamətli çalışması, istifadə edəcəyi hər cür məhsul və xidmətlər, qanun və qayda olsa da hər kəs üçün eyni olmaması, ədalətsizliklər və s.və s. nüanslarda aşırı qeyri-müəyyənliklər gələcək üçün baxışlarının-vizyonlarının formalaşmasını çətinləşdirir və “bu gün üçün yaşamaq”  fikrini möhkəmləndirir. Şərt və fürsətlərin, şansın quluna çevrilən insanlarda və cəmiyyətdə hansı vizyondan bəhs etmək mümkündür…?
Hər kəsə vizyonlu bir həyat və gələcək arzusuyla…

Azadlıq və inkişaf…

İnsan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yoluyla özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstərgələri kimi qəbul edilir.
Məhz insan inkişafı həyat səviyyəsinin yaxşı olmasından asılıdır. Bununla əlaqədar olaraq, iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərindən biri olan Amartya Sen, inkişaf anlayışını sadəcə ümumdaxili məhsulda meydana gələn bir artım olaraq qəbul edilmədiyini və bu cür yanaşmanın inkişaf və artım anlayışlarının qarışdırılmasına gətirib çıxaracağını söyləmişdir. İnkişafın əslində “gözəl bir həyat”la daha çox əlaqəli olduğunu müdafiə etmişdir.
Sen hər hansı bir fərdin yaxşı vəziyyətdə var olması üçün fərdin var olma ya da nə isə hərəkətə keçirmə, ifa etmə funksiyasının inkişafının vacib olduğunu qeyd edir. Bu funksiyaların inkişafı isə fərdə fərqli faktorlar arasından istədiyini azad şəkildə seçməsini təmin edir.
Azadlıq eyni zamanda fərdin bacarıqlarının inkişaf etməsi və etdirilməsi ilə sıx əlaqəlidir.
 A.Sen inkişaf anlayışını şərtlərin və fürsətin fərdlər üzərində hökm etməsi ilə deyil, fərdlərin şərtlər və fürsət üzərində hökm etməsi ilə meydana çıxacağını müdafiə edir.
Bəli, bir cəmiyyətdə əgər daha çox şərtlər, fürsətlər, şanslar insanların hərəkət etməsinin əsas dayaq nöqtələri olarsa, sistemsizlik, qeyri müəyyənlik, gələcəyə pessimist baxış daha üstün olacaqdır! 

Özünüinkişafın əsasını təşkil edən təhsilə baxış mövqeyi zəifləyəcəkdir. Pessimist düşüncə tərzinin nəticəsi olaraq hərəkətsizlik, fəaliyyətsizlik artacaqdır. Asılılıq, nəyəsə və ya kimlərəsə bağlı olmaq, kimlərdəndə asılı olmaq artacaqdır. Azad, özgür fikir yürütmə azalacaqdır. Cəmiyyətdə ətalət öz sözünü deyəcək və müsbət dəyişikliyə can atmaq istəyi zəifləyəcəkdir!
İnsanların  fikri arxa plana atılacaq, pərakəndə şəklə salınacaq və müəyyən həmrəy düşüncələrin formalaşması zəifləyəcəkdir! İnsanlar öz gələcəkyönlü fəaliyyətlərində əldə etdikləri bilgi, təcrübə habelə mövcud qanun və qaydalar artıq istifadə edilmədiyi üçün lüzumsuz sayılacaq və bu da cəmiyyətdə inamsızlığa və şərtlərlə yaşamağa səbəb olacaqdır. Halbuki şərtlər və fürsətlər  insanlar tərəfindən onların fəaliyyəti ilə (cəmiyyətin bütünü ilə) yaradılmalıdır! Bu mənzərə mənə çox tanışdır…
Dəyişməsi ümidi ilə…

Davamlı inkişaf və kənd təsərrüfatı…

                                                                 “ECOLIFE” dərgisində yayınlanan növbəti məqaləm…

         Cəmiyyətin inkişafının təkcə iqtisadi nöqteyi nəzərdən deyil, eyni zamanda ictimai, insani və ətraf mühitə görə də dəyərləndirilməsi vacibdir. Buna görə də 1970-ci illərdə ənənəvi inkişaf anlayışı bu istiqamətdəki tənqidi fikirlər və tələblər nəzərə alınaraq dəyişməyə başlamışdır. Ənənəvi inkişaf anlayışı öz yerini ətraf mühit, təbii resurslar və insani tərəfi ələ alınaraq daha geniş bir anlayış olan davamlı inkişaf anlayışına vermişdir. Ümumiyyətlə inkişaf nəzəriyyələrində iki əsas problem ön planda olmuşdur. Birinci problem inkişafın hansı faktorlardan asılı olması, ikinci isə mövcud istehsal faktorlarının optimal bölüşdürülməsinin necə təmin olunacağı problemidir. Davamlı inkişafda isə iqtisadi fəaliyyətlərin insan inkişafına və ətraf mühitə necə təsir edəcəyi əhəmiyyət qazanmışdır.

Davamlı inkişaf mövzusundakı mübahisələr əsasən strategiyalar təklif etmə istiqamətindədir. Strategiyaların meydana çıxmasında davamlı inkişaf düşüncəsinin mərkəzində yer alan ətraf mühit resurslarına da iqtisadi bir dəyər kimi baxılması istənir.  İqtisadiyyatı ətraf mühitdən ayrı görməmək bu anlayışın əsasını təşkil edir. 
Ətraf mühit və inkişaf siyasətlərinin əsas məqsədlərini ifadə edən davamlı inkişaf strategiyası aşağıdakıları özündə cəmləşdirir:
·         İqtisadi artımı canlandırmaq;
·         İqtisadi artımın keyfiyyətini dəyişdirmək;
·         Əsas ehtiyacları təmin etmək;
·         Davamlı əhali artımını təmin etmək;
·         Təbii qaynaq ehtiyyatlarını qorumaq;
·         Texnologiyanı lazımi sahələrə və yenidən istiqamətləndirmək;
·         Qərar vermə zamanı ətraf mühitlə iqtisadiyyatı bir yerdə dəyərləndirmək.
Bu əsas məqsədlərə inkişafda həmrəyliyin və iştirakçılığın təmin olunması və beynəlxalq iqtisadi əlaqələrin yenidən istiqamətləndirilməsi də əlavə edilə bilər. Bununla da davamlı inkişaf strategiyası, ekologiyanın nizamlanması davamlılığı ilə birlikdə, ənənəvi inkişaf məqsədlərini təmin etmək istiqamətində ictimaiyyətin iştirakını təmin etməyi və tədbiq olunmasını əhatə edir. 
Davamlı inkişaf az gəlirlərin artımından əlavə effektiv artımı da ifadə edir. Buna görə də davamlı inkişaf strategiyası resursların sabit saxlanılması və ətraf mühiti və iqtisadi mühiti dəyişməyən bir vəziyyətdə saxlamaq istiqamətində deyil,  gəlir artımı, işsizliyin  və yoxsulluğun azaldılması kimi uzun zamanlı məqsədlər üçün effektiv istifadəsini əhatə edir.
İqtisadi artım və inkişafın xüsusilə İnkişafda olan ölkələr üçün əhəmiyyətli olması baxımından yoxsulluğun aradan qaldırılması və mühit-inkişaf subyektlərinin qarşılıqlı əlaqəsini qurmaq üçün beynəlxalq işbirliyinin əhəmiyyəti artmışdır. İnkişaf etmiş ölkələrin ətraf mühitin yaxşılaşdırılması və inkişafın təminatında İnkişafda olan ölkələrə kömək göstərmələri məsuliyyəti vardır. Bunun səbəblərini aşağıdakı kimi sıralamaq mümkündür:
·         İnkişafda olan ölkələrin hər zaman inkişaf etmiş ölkələrin ətraf mühit siyasətinə və təmiz texnologiyalarına ehtiyacı vardır.
·     İnkişafda olan ölkələrdəki effektiv ətraf mühit siyasətindən yaranan müsbət dəyişikliklər inkişaf etmiş ölkələrə də müsbət təsir edir.
·  İnkişafda olan ölkələrin qarşılaşdığı potansial problemlər (xüsusilə qlobal istiləşmə, ozon təbəqəsində incəlmə kimi problemlər), inkişaf etmiş ölkələrin yüksək istehlak imkanlarından yaranmaqdadır.
·       İnkişafda olan ölkələrdəki gəlir artım sürəti ölkənin iqtisadi inkişafı ilə bərabər inkişaf etmiş digər ölkələrin tədbiq etdikləri iqtisadi ticari siyasətlərindən və ticarətin və sərmaye bazarlarının əlaqəli inkişafından da asılıdır.
Yəni İnkişafda olan ölkələrdə ətraf mühit məsuliyyətinin artımı inkişaf etmiş ölkələr və bütün dünya üçün faydalıdır. Əslində ətraf mühitə uyğun iqtisadiyyatın əsas şərti davamlı inkişafdır. Ancaq bəzən davamlı inkişaf anlayışı sadəcə iqtisadi nöqteyi nəzərdən dəyərləndirilir. Belə bir dəyərləndirmə davamlı iqtisadi inkişaf yox, davamlı iqtisadi artım kimi qiymətləndirilməlidir. Məqsəd isə davamlı iqtisadi artım deyil, daha geniş ölçüdə və səviyyədə olan davamlı inkişafın təmin olunmasıdır.
Davamlı inkişafın təmin olunması ekologiyanı ümumi iqtisadi çərçivə içində bir faktor, amil olaraq görmək əvəzinə, iqtisadiyyatı ekoloji çərçivələr içinə daxil etməklə mümükün olacaqdır. Bunu nəzərə aldığımız zaman davamlı inkişafın kənd təsərrüfatı ilə əlaqəsini daha düzgün qəbul edə biləcəyik. Kənd təsərrüfatı ətraf mühitlə və buna bağlı resusrslarla sıx əlaqəli olduğu üçün bu sahədəki inkişaf və dəyişikliklərin davamlı inkişafa təsiri də əhəmiyyətli ölçüdədir.
Davamlı kənd təsərrüfatı və agrar inkişaf iqtisadi, ətraf mühit və ictimai-mədəni məsələlərin kənd təsərrüfatı siyasətinə daxil edilməsini ortaya qoyan bir strategiyadır. 1992-ci ildə Birləşmiş Millətlərin Ətraf Mühit və İnkişaf Konfransının (UNCED) Rio dünya sammitində qəbul edilən davamlı inkişafın tədbiq olunması üçün hazırlanan Gündəm 21 tədbirlər planı bunu ifadə edir:
 “Kənd təsərrüfatı və agrar sahədə davamlı inkişafın əsas məqsədi, ərzaq istehsalını davamlı olaraq artırmaq və ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu məqsədlə təhsil və tədris fəaliyyətləri, iqtisadi təşviqlərin istifadəsi, uyğun və yeni texnologiyaların çıxarılması və tədbiqi, bazar istiqamətli istehsal, yoxsulluğu azaltmaq üçün iş imkanı və gəlir məqsədilə təbii resusrsların idarə olunması və ətraf mühitin mühafizəsi vacibdir.
Kənd təsərrüfatının davamlı inkişafı, üç əsas məqsədi birləşdirməkdir: sağlam ətraf mühit, iqtisadi qazanc və ictimai, iqtisadi bərabərlik. Davamlı iqtisadi inkişaf gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanlarını təhlükə altına qoymadan bu günün ehtiyaclarını qarşılamaq prinsipinə söykənir.
Bu istiqamətdə kənd təsərrüfatında, agrar sektorda inkişaf strategiyalarının üç əsas məqsədi olmalıdır:
Birinci məqsəd ərzaq təhlükəsizliyidir. Ərzaq təhlükəsizliyi ölkənin özünü təminatı ilə gələcəkdəki təminatına əmin olmağı arasında uyğunluğun və davamlı bir tarazlığın, balansın qurulması ilə təmin edilə bilər. 
İkinci məqsəd, yoxsulluğun aradan qaldırılması məqsədidir ki, bu da kənd təsərrüfatı olan bölgələrdə iş təminatı və qazanc əldə edilməsi ilə mümkündür.
 Kənd təsərrüfatında davamlı inkişafın üçüncü məqsədi isə ətraf mühitin və təbii qaynaqların (resursların) mühafizəsidir. Bu məqsədlərə çatmaq üçün təhsil səviyyəsinin artması, kadrlardan və texnologiyalardan effektiv şəkildə istifadə olunması vacibdir.
Kənd təsərrüfatının davamlı inkişafı ilə əlaqədar düşüncələr və məsələlər, qloballaşma, sürətlə artan ətraf mühit problemləri, idarəetmədəki dəyişikliklər, demoqrafik dinamika, dünyadakı və ayrı-ayrı ölkələrdəki ictimai-iqtisadi dəyişikliklər kimi çox sayda faktorlara bağlı olaraq davamlı dəyişir. Ancaq əsas məqsəd bu sahədəki davamlı inkişafın təmin olunması və bunun ümumi davamlı inkişafa müsbət istiqamətdə təsir etməsini təmin etmək olaraq qalacaqdır. 
 
Mövzu ilə əlaqədar digər yazılar: 

İqtisadi artım və İqtisadi inkişaf…

Bəzən müxtəlif mənbələrdə iqtisadi artım (economic growth) və iqtisadi inkişafı (economic development)  birbirlərinin əvəzinə istifadə edildiyini görürəm. Bu yazını yazmaqda məqsədim, bu iki anlayışın nə qədər bir birinə yaxın və bir biriylə iç-içə olsa da aralarında kəskin fərqlərin olduğu haqqında təbii ki iqtisadi elmə əsaslanaraq bilgi və fikirlərimi paylaşmaqdır. Öncə “artım” və  “inkişaf” anlayışlarının iqtisadi tərəfini sonraya saxlayıb sırf bu anlayışların ümumi izahını vermək istərdim.

Artım və inkişaf terminləri və bunlara yaxın  məsələn, tərəqqi, irəliləyiş kimi bəzi terminlər də çox vaxt bir-biri ilə qarışdırılaraq və ya bir birinin yerinə istifadə edilir. Artım sadə dillə desək mövcud olanın kantitativ(kəmiyyət) ölçü baxımından artması, genişlənməsi, çoxalması, böyüməsi mənasındadır. Məsələn, bir uşağın və ya ağacın boyunun artması, böyüməsi buna sadə bir misaldır. Artım olaraq isə var olan miqdarın artması sayca çoxalmasıdır. Bu böyümə və ya artımda keyfiyyət prinsipi diqqətə alınmır. Məsələn uşaq böyüməklə, boyunun artması ilə eyni zamanda inkişaf da etməlidir. İnkişaf sadəcə boy artımı ilə deyil, digər orqanların da inkişafı ilə baş verməlidir. Eyni zamanda inkişaf sadəcə fiziki ölçülərlə deyil, zehnin inkişafı ilə də ölçülməlidir.  Bir ağacın da boy atıb, qol budaqlanması meyvə ağacı olsa və bar verməsə sadəcə bir böyümədir, bir boy artımıdır, inkişaf deyil. İnkişaf isə termin olaraq daha kalitatif-keyfiyyət yönlü böyümə, irəliləmək, tərəqqidir. Bir uşağın sadəcə boy atması deyil, zehni və digər organlarla birlikdə böyüməsi, inkişafıdır. Eyni zamanda inkişaf sadəcə böyüyüb həddi buluğa çatma və ya yaşa dolma ilə tamamlanmır, bundan sonra da böyümə dursa da inkişaf gedir. İnkişaf  insanın öz üzərində işləməsi ilə daimi xarakter alır.
İndi bu qısa və sadə izahatdan sonra iqtisadi artımla iqtisadi inkişafın fərqləri haqqında da bilgi və fikirlərimizi bölüşək istərdim. İqtisadi ədəbiyyatda bu anlayışlar haqqında 3 əsas fərqli görüş mövcuddur.

Birinci görüşə görə iqtisadi artım bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə   və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər.  Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər. Bu zaman adambaşına düşən milli gəlir azalış göstərəcəkdir.
Bu görüşün əksikliyini təngid edən ikinci görüşə görə iqtisadi inkişaf isə daha çox fərdi bazda kalitatif-keyfiyyət baxımından müqayisəsi aparılan bir anlayışdır. Yuxarıda misal çəkdiyimiz ÜDM -iqtisadi artım, ÜDM/əhali sayı (Adam başına düşən ümumi daxili məhsul) isə iqtisadi inkişaf göstərgəsi  bu görüş tərəfindən qəbul edilir. Ancaq eyni zamanda bu görüşdə həm ÜDM-də, həm də əhalidəki dəyişmələr də nəzərə alınır və buna görə mütləq və nisbi dəyişmələrlə də bu nisbət hesablanır. Təbii ki bu iki faktorun birində olan dəyişmə adambaşına gəlirdə də dəyişməyə səbəb olacaqdır. Əgər adambaşına düşən gəlirdə dəyişmə olmazsa yəni  “0” olarsa bu durum iqtisadiyyatda stagnation-durğunluq, dəyişmə mənfi -azalma yönündə olarsa, reqression-geriləmə, müsbət-artım yönündə olarsa, pozitiv dəyər alarsa development-inkişaf kimi qəbul edilir. Burada bir önəmli məsələni də qeyd etməyi lazım bilirəm. Bu da ÜDM-nin Satınalma Gücü Paritesinə (GDP on a purchasing power parity) görə hesablanmasıdır ki bunu beynəlxalq qurumların ölkələr üzrə inkişaf göstərgələrində daha çox nəzərə alırlar və bu daha real bir göstərgədir.
Üçüncü bir görüş isə bu haqqında ümumiyyətlə ilk ikisindən fərqli olaraq sadəcə kantitativ-kəmiyyət göstərgələrindən yola çıxmaqla deyil, ümumiyyətlə iqtisadiyyatın strukturunda və müxtəlif sahələrdə baş verən irəliləyişin iqtisadi inkişafın göstəriciləri olaraq qəbul edir. Bu görüşün əsasını fransız iqtisadçısı Franchois Perroux qoymuşdur. Ona görə, iqtisadi artım real milli gəlirin müəyyən bir dövr içində düzənli dəyişməsidir. Bu adambaşına düşən ÜDM ilə də ölçüləbilər. İqtisadi inkişaf isə daha çox iqtisadiyyatın müxtəlif sahələrində və bütünündə struktural bazda olan dəyişikliklər, inkişafdır. İqtisadi inkişaf artım ilə birlikdə bu struktural dəyişiklikləri də özündə cəmləşdirir və buna görə də daha geniş bir anlayışdır. 

Yuxarıdakı izahat nəticəsində qeyd edə bilərik ki, iqtisadi inkişaf iqtisadi artımdan daha geniş anlayışdır. Özündə həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişiklikləri, inkişafı birləşdirir. İqtisadi inkişaf sadəcə müəyyən dövr içində əldə edilən ümumdaxili məhsulun artması demək deyil bu artımın iqtisadiyyatda və əhalinin rəfah səviyyəsindəki müsbət dəyişikliklərə təsirindən də ibarətdir. Ümumiyyətlə iqtisadi inkişaf davamlılıq xarakterdə olub, ən yaxşı iqtisadi strukturun əldə edilməsidir. İqtisadi inkişaf məqsədli iqtisadi siyasət aparılarsa, iqtisadi artım bu struktur dəyişiklərində əhəmiyyətli rol oynayar.

Mövzu ilə əlaqədar digər yazılar: 
“Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı və ölkəmizin vəziyyəti”

“Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış…”

Qapalı bir cəmiyyətdə inkişaf ???

Yazılarımı təqib edən dostlar yəqin ki futurologiya sahəsinin maraq dairəmdə olduğunu görürlər. Xüsusilə bu sahədə yazılan ədəbiyyatlar hələ tələbə vaxtından mənə maraqlı gəlmişdir və davamlı bu mövzulardakı kitabları oxumağa üstünlük verirdim.  Səbəbi isə gələcəkyönlü iqtisadi-sosial inkişafda, təhsildə, idarəetmənin müxtəlif sahələrində ortaya şıxacaq yeniliklərin nələr olacağı və bunun həyatımıza necə təsir edəcəyi haqqında maraqlı nuanslarla tanış olmaq idi. İndi isə təkcə oxumaqla kifayətlənməyin düzgün olmadığını və bu istiqamətdə mütəmadi yazılar vasitəsilə oxucularımla düşüncələrimi paylaşmağı daha məğbul və faydalı olacağını düşünürəm. Məhz bu səbəbdən də dəyərli marketoloqlarımıza yönəlik bu ilin aprel ayında Marketoloqlara məsləhət: Biraz da futuroloq olsunlar! məqaləsini yazmışdım.
Bundan əvvəlki yazılarda isə gələcəkdə şirkətlərdə meydana çıxacaq vəzifələrlə əlaqədar futuroloqların təxminlərini paylaşmışdım. Yəqin ki müəyyən mənada kimlərəsə faydalı ola bilər.

İndi isə bu yazımın əsas məqsədinə keçmək istəyirəm.
Bəli futurologiya sahəsi maraq dairəmdə olduğu üçün bu sahə ilə əlaqədar mövcud dərnək, cəmiyyət və qrupların fəaliyyəti və onlarla əməkdaşlıq da məni maraqlandırırdı. İndiyəcən online abunə olduğum World Future Studies – Dünya Futuroloqları Cəmiyyətinə üzv olaraq daha çox bilgi, informasiya əldə etmək istədim. Və bu cəmiyyətə üzvlük online olaraq  bir neçə dəqiqənin içində hazır oldu. Təbii ki hər bir sahənin lokal səviyyədə fəaliyyəti və bu sahədə fəaliyyətin lokal səviyyəsi də vacibdir. Çünki nəhayətində ilk növbədə öz cəmiyyətimizin hər sahədə inkişafı vacib və maraqlıdır. Buna görə də Azərbaycan Futuroloqları Cəmiyyəti haqqında ilk növbədə online əyani tanış olub fəaliyyətləri və üzvlük şərtlərini öyrənmək istədim. Təəssüf ki fəaliyyətlər haqqında press-reliz kimi məlumatlardan başqa heç nə görmədim. Çünki hər bir sahəyə elmi yanaşma, bu sahənin cəmiyyətə təsiri, cəmiyyət üçün faydalı elmi araşdırmaların, məqalələrin yazıların bu səhifədə olmasını müsbət və vacib hesab  edirəm. Eyni zamanda burada necə üzv olmaq olar və ya üzvlük şərtləri haqqında heç nə görmədim. Bu da cəmiyyətin qapalılığını göstərir. Yəni hər hansı bir sahənin inkişafı öz qabığının içində qalmaqla gerçəkləşməz. Məcbur olaraq telefonla əlaqə saxlamalı oldum. Və əlaqə nömrəmi alıb 1 gün sonra zəng elədilər. Bu zəngdə isə  maraqlı təklifi qeyd olundu: “Yeni ildən sonra təkrar zəng edib görüşmək mümkündür”. Yəni qısacası üzvlük də ancaq görüşdən sonra olar ya da olmaya bilər… Təbii ki hörmətlə təşəkkür elədim.
Daha sonra Türkiyədə fəaliyyət göstərən Türkiyə Futuroloqlar Dərnəyinə elektron məktubla müraciət etdim. 1 gün sonra üzvlük formunu doldurmam üçün göndərdilər. Eyni zamanda saytlarında üzvlük şərtləri açıqca göstərilibdir və hətta üzv olmağa çağırış da var.
Qısaca olaraq hər hansı cəmiyyətin  və bunu əmələ gətirən kiçik cəmiyyət parçalarının inkişafı qapalı olmaqda deyil, açıq olmaqda. Məhz açıq cəmiyyətdə müxtəlif sahələrin inkişafı üçün fərqli fikirlər, yeniliklər səslənə bilər, daha çox dəyər qatıla bilər.

Gələcəyinizin dəyərli olması diləyi ilə… 

Gələcəyin şirkətlərində yeni vəzifələr…-2

Gələcəyin şirkətlərində yeni vəzifələr…-1 yazımın davamı…
Yuxarıdakı yazımda gələcəkdə şirkətlərdə hansı yeni vəzifələr olacağı barədə Dünya Futoroloqları Cəmiyyətinin (WFS)-nin gələcək yönlü təxminlərini yazmağa başlamış və uzun olmasın deyə tamamlamamışdım. İndi bəhs etmədiyim vəzifələrin nələr olduğunu da qısa şəkildə Sizə-dəyərli oxucularıma çatdırmaq istəyirəm.

Retirement Consultant -Təqaüdlər üzrə məsləhətçi: Xüsusilə Avropa və Amerika cəmiyyətlərinin yaşlanması səbəbiylə ortaya çıxan problemlərin həlli istiqamətində təqaüdçülərə fərdi təqaüd fondunun idarə edilməsi, təqaüdə çıxmadan əvvəl görülməsi vacib tədbirlərlə əlaqədar istiqamətləndirəcək məsləhətçilərə ehtiyacın yarandığı hiss olunur. Özəl şirkətlərin belə bu cür məsləhətçiləri yaşlı kadrlarına kömək məqsədilə öz strukturlarına əlavə edəcəkləri ön görülür. Bundan əlavə gələcəkdə  müəyyən uzun iş dörünə sahib işçilərin  təqaüd fondu kimi bir fondun birbaşa məhz şirkətlərin bünyəsində də ortaya çıxa biləcəyi təxmin edilir.
Automative Repair Technician- Avtomil təmiri texniki: Avtomobillərin idarə olunması və digər vasitələr üçün getdikcə artacaq software proqramları məhz bu sahədə avtomobil tımiri texniki anlayışına da yenilik gətirəcək. Və gələcəyin avtomobil təmiri texnikləri daha çox proqramçı, diaqnostik, avtomobildəki proqramları necə idarə etməsini avtomobil sahiblərinə izah edən məsləhətçi xarakterində olacaqlar.
Eco-Relations Manager-Eko-Əlaqələr üzrə menecer: Ətraf mühitin təmizliyi və mühafizəsi, yenilənəbilən enerjinin istifadəsi və ümumiyyətlə davamlı inkişafın bu istiqamətdə tələb etdiyi fəaliyyətlər şirkətlərdə bu vəzifəyə ehtiyac yaradacaqdır. Bu vəzifənin əsas işi bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq və lokal qurumlarla əlaqələr yaratmaq, şirkətin fəaliyyətlərində tələb olunan istiqamətdə işlərin aparılmasını koordinasiya etmək olacaqdır.
Vise President of Experiences- Təcrübələr üzrə Vise Prezident: Şirkətin həyat xətti boyunca əldə etdiyi təcürbələrdən məqsədyönlü şəkildə xarici və daxili müştərilər üçün istifadə etməsini koordinasiya edən şəxs.
Corporate Alumni Director: Şirkətdən ayrılmış işçilərlə münasibətləri idarə edən şəxs. Şirkətlərin müəyyən yüngül səbəblərlə şirkətdən ayrılmış köhnə əməkdaşları ilə daim əlaqə yaradan və şirkət haqqında daim informasiya ötürən və əməkdaşlar haqqında informasiya alan, onların uğurlarını dəstəkləyən fəaliyyətləri idarə edəcək və şirkətə lazım olduğu təqdirdə təkrar bu insanları cəlb edəcək şəxs.
Bu yuxarıda açıqladığım yeni vəzifələrdən başqa meydana çıxması təxmin edilən digər vəzifələr də bunlardır:
-Manager of Faith-Based Relations and İnitiatives(Müxtəlif inanclara bağlı xarici və daxili müştərilərlə iş)
– Sağlıq üzrə Menecer (Şirkətdə işçilərə müxtəlif xəstəliklərlə əlaqədar məlumatları çatdıran və sağlıqlarını qorumaları üçün iş aparan mütəxəssis)
– İşgücünün inkişafı və Davamlı öyrənmə üzrə menecer
– Personalized Entartainment Programmer
Göründüyü kimi gələcəkdə yaranacaq yeni vəzifələrin əksəriyyəti işçi-insan istiqamətli vəzifələrdir. Yəni işçilərə veriləcək dəyərlərin daha da artması gözlənilir. Əslində bu vəzifələrdən bəlkə də çoxu böyük ehtimalla bəzi qlobal şirkətlərdə mövcuddur. Bizim şirkətlər də bu vəzifələr barədə düşünsə yaxşı olar deyək və arzulayaq…
Hər kəsə xoş gələcək arzusuyla…
Mövzu ilə əlaqədar digər yazılar:

Gələcəyin şirkətlərində yeni vəzifələr…-1

Bir neçə ay əvvəl 2020-ci ilə doğru gələcəyin ən çox qazandıracaq peşələrinin bir siyahısının qaynağını göstərərək qeyd etmişdim ki, bu 10 peşədən 9-u tibb sahəsi ilə əlaqədardır. Tək bir peşənin isə idarəetmə və marketinqlə əlaqədar olduğunu qeyd etmişdim. Bu da Bazar analitiki peşəsidir. Və elə həmin məqalədə bu peşə ilə əlaqədar düşüncələrimi paylaşmışdım.
İndi isə World Future Society-nin hesabatlarında yer alan gələcəyin şirkətlərində meydana çıxacaq vəzifələr haqqında yazmaq istəyirdim. Bu vəzifələr və ya işlər maraqlı olduğu qədər elə indidən üzərində düşünülməsi vacib işlərdir. Nədir bunlar? İstərdim bir neçəsi haqqında bəhs edim:

Manager of Diversity-Müxtəliflilik(Çeşidlilik) meneceri: Qloballaşan dünyada həm istehlakçıların sosial, dini, milli, mədəni, coğrafi və digər aspektlərdən müxtəlifliliyi  həm də eləcə də işçilərin bu aspektlər baxımından müxtəlifləşməsi şirkətlərdə böyük problemlərin yaranması ilə nəticələnir. Məhz müxtəlif bazarlarda iştirak etmənin istehlakçı müxtəlifliyi ilə nəticələnməsi və  şirkətlərin özündə yuxarıdakı fərqli xüsusiyyətlərə malik işçilərin artması şirkətlərdə bu müxtəlifliyi idarə edəbiləcək insanların əhəmiyyətini artırır. Gələcəkdə şirkətlərin xarici və daxili müştəri yönümlü işləyəcək bu cür idarəedici insanlara ehtiyaclarının şiddətlənəcəyindən bəhs edilir.
Offshore Outsourcing Coordinator:  Rəqabətin artması ilə Şirkətlərin getdikcə maliyyətlərini düşürərək maliyyət üstünlüyü yaratmaq istiqamətindəki fəaliyyətləri artıq bu vəzifənin vacibliyini sürətləndirməkdədir.  Ancaq bunun sadəcə bir istiqamətdə (məsələn, xam məhsul alımı ilə) olmayacağı, outsourcing xidmətinin müxtəlif istiqamətlərdə daha da artacağı qeyd edilir. Məhz buna görə də gələcək şirkət strukturlarında Outsourcing xidmətinin struktur vahidi kimi yerini möhkəmlədəcəyi və ümumi  struktur fəaliyyətinə təsir edəcəyi gözlənilir.
Corporate Age AdviserKorporativ Yaş üzrə məsləhətçi:  Cəmiyyətlərdəki müxtəlif tip dəyişmələrin, yeniliklərin  çox yaşlı 60-65 yaş üstü və gənc sayılacaq şirkət əməkdaşları arasında işə yanaşma tərzindən başlayaraq müxtəlif mövzularda daha şiddətli düşüncə ayrılığı yaratdığı üçün şirkətlərdə bunu idarə etmək çətinləşir. Məhz bu problemlərin həlli məqsədilə bu istiqamətdə məsləhətçilərə ehtiyac yaranacağı   araşdırmalarda qeyd edilir.
Corporate Historian- Korporativ tarixçi : Ən maraqlılarından biri də budur. Şirkətlərin də insan kimi keçmiş xatirələri olduğunu və bu xatirələri nəsildən nəsilə işçilərinə canlandırması, keçmişi indisi və gələcəyini bütov bir şəkildə mənimsətməsi ehtiyacının yarandığı müdafiə edilir. Xüsusilə şirkətin keçmiş uğurlarından və səhvlərindən dərs çıxarılması məqsədi ilə şirkətin bütün fəaliyyətlərinin yazılması, saxlanılması və gələcək işçilərinə ötürülməsinin vacibliyi qeyd edilir.
Maraqlı vəzifələrdir elə deyil? İndilik bu qədər. Çox uzun və yorucu olmasın deyə digər vəzifələr haqqında növbəti yazıda davam edəcəyəm…
İndinizi və gələcəyinizi gözəl keçirməyiniz diləyi ilə…

Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı və ölkəmizin vəziyyəti…

 Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı  (Patent, Utility model, İndustrial Design, Trademark) – rəqabətqabiliyyətlilik və inkişaf göstəriciləri üzrə ölkəmiz nə vəziyyətdə? Heç bununla əlaqədar düşündünüzmü?
İstanbul Universitetində doktorantura pilləsində gördüyümüz dərslərdən biri “Bilgi Ekonomisi” dərsi idi və bu dərsi əksər politik görüşünə qatılmadığım Mehmet Altandan alırdıq… Ancaq bununla bərabər qeyd etmək istərdim ki, M.Altan bu dərslərdə o zamana qədər heç düşünmədiyimiz ancaq həqiqətən maraqlı və

önəmli olan inkişaf amilləri, göstəriciləri haqqında araşdırmalar etməymizi və ölkələrin müqayisəsini aparmağımızı istərdi. O zamandan daim bununla əlaqədar yayın və statistikalara baxır və ölkələri müqayisə edirəm.
 Bundan əvvəlki bloq yazımda Qlobal Rəqabətqabiliyyətlilik sıralamasında ölkənin 144 ölkə arasında 46-cı yerdə mövqeləndiyini qeyd etməklə bərabər gələcək inkişafa mənfi təsir edəcək və sıralamada ən sonlarda olduğumuz inkişaf və rəqabətqabiliyyətlilik faktorlarından bəhs etmişdim. Məhz bu yazının da davamı olaraq bu gün yuxarıda sadaladığım göstəricilər üzrə ölkəmizin vəziyyətindən bəhs etmək istəyirəm.
Əvvəlcə maraqlananlara Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı ilə əlaqədar araşdırma və analizlər apararaq hesabatlar yayınlayan World Intellectual Property Organization (WIPO)-nun hesabatlarını incələmələrini tövsiyyə edərdim. Bu hesabatlarda Dünyanın bölgələr üzrə və ölkələr üzrə yuxarıdakı kriteriyaları əhatə edən durumu haqqında çox maraqlı məlumatlar yer alır.
İndi sizlərin nəzərinə  Patent, Faydalı model, Sənaye nümunəsi, Əmtəə nişanı ilə əlaqədar bu hesabatdan əldə etdiyim və müqayisə olsun deyə Azərbaycanla bərabər bəzi ölkələrin məlumatlarını çatdırmaq istərdim.Ancaq bundan Dünya İqtisadi Forumunun hesabatı olan Global Rəqabətqabiliyyətlilik hesabatının  İnovasiya bölməsi altında ölkəmizin patent müraciəti üzrə (əhali sayına nisbətdə) 79-cu yerdə, qonşu Gürcüstanın 60-cı yerdə olduğunu da nəzərinizə çatdırmaq istəyirəm.
Azərbaycanın 2010-cu ildə qəbul olunan
Trademark-7680,
Patent-0
Sənaye nümunəsi-2
Faydalı model-0
2011-ci ildə isə cəmi 6  patent  müraciəti qəbul edilmişdir. 5 ədəd isə sənaye nümunəsi qəbul edilmişdir.
Digər ölkələrə əlaqədar saytda baxa bilərsiniz.
Bu keçiddə  (tiklayin) isə  birbaşa və yerli patent idarəsinə olunan müraciətləri nəzərinizə çatdırıram. Göründüyü kimi Ermənistan və Estoniyadan başqa digər yaxın ölkələrdən müraciətdə geri qalırıq. Sənaye nümunəsi üzrə isə müraciətlərin sayına bu keçiddən (tıklayın) baxa bilərsiniz. Sənaye nümunəsi üzrə isə göründüyü kimi çox az müraciətlər olunubdur. Təbii ki müraciət az olduğu təqdirdə alınan patent və sənaye nümunəsinin qəbulu da az olacaqdır. Digər müqayisələləri də əlaqədar saytdan təmin edə bilərsiniz.
Bütün bunları yazıya tökərək nəzərinizə çatdırmaqda məqsədim odur ki, bilək və fərqində olaq ki, gələcək istiqamətli inkişaf göstəriciləri daha önəmlidir və irəliləyişi məhz bu kriteriyalar üzrə əldə etmək lazımdır.
Patent, faydalı model, sənaye nümunəsi üzrə göstəriciləri artırmaq üçün məhz bir öncəki məqalədə qeyd etdiyim təhsildə və biznes mühitində olan problemlərin həllinə çalışmaq lazımdır.
 Burada bir önəmli nüansa da toxunmaq istəyirəm. Bu göstəricilər həm təhsil sistemindən, elmi-texniki yeniliklərdən həm də iş dünyasından özəl və dövlət sektorundan asılıdır. İş dünyası-Universitet iş birliyi  (bu mövzuda məqaləyə baxın) bu göstəricilərin yaxşılaşmasında əsas və vacib amildir. Universitetlərdə vəya elm ocaqlarında irəli sürülən yeniliklər sənaye məhsuluna, sənaye modelinə çevrilməlidir, sənayedə ( iş dünyasında) istifadə edilməlidir, təkmilləşdirilməlidir. Eləcə də əksinə iş dünyasında, sənayedəki yeniliklər elm ocaqlarında elmi yönüylə izah olunmalı və təkmilləşdirilməlidir. İstər elm ocaqlarında, istərsə də iş dünyasında gənclərə bu istiqamətlərdə məlumatlar verilməlidir və hər bir yöndən (universitet və dövlət tərəfindən) bu istiqamətlərdə fəaliyyətlər təşviq olunmalıdır.
Sonda  Türk Patent institutunun  və bizim bu istiqamətdəki strukturumuz olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saytlarına müqayisə məqsədiylə baxmağınızı tövsiyyə edirəm. Bəhs etdiyim mövzularda hansından daha çox və faydalı məlumat əldə edilə bilər siz özünüz qərar verin…
Uğurlu inkişaf diləyi ilə…
Mövzu ilə əlaqədar digər yazılar:
Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış…
İş dünyası-Universitet əməkdaşlığı və faydaları