Turizmdə Öyrənməli işlər…

hotel-etilerÖlkədə son illər turizm sektorunda canlanma hiss edilsə də bu sahədə öyrənməli və tədbiq edilməli çox işlər var…  Bu yazıda sadəcə onlardan biri haqqında önəmli hesab etdiyim üçün qısaca məlumat vermək istəyirəm, bəlkə bununla əlaqədar mötəbər ilgili dairələr hansısa işlər görməyə başlayarlar.

Turizmdə xüsusilə hotelçilikdə xidmətin keyfiyyətinin qaldırılması üçün Türkiyədə illərlə tədbiq edilən, demək olar ki bütün bölgələrində fəaliyyət göstərən “ugulamalı otel”lər mövcuddur. Bununla bərabər bizdə olmayan ixtisaslaşmış liseylər mövcuddur ki bunun da bir qolu turizm istiqamətindədir… Turizm meslek yüksəkokulları, və s.

Bizdə bu istiqamətdə heç bir ixtisaslaşmış tədris və praktiki tədbiq hotelləri mövcud deyildir.  Yeni yaradılan Turizm agentliyi və bildiyim qədərilə Turizm Assoasiyası, hətta Turizm universiteti  də fəaliyyət göstərir bu qurumlar ilköncə öz nəzdlərində də olsa bu tip tədbiqi hotellərin yaradılmasında həvəsli, istəkli, təşəbbüskar və tələbkar olmalıdırlar….  Qeyd etdiyim kimi Türkiyədə bu sahədə demək olar ki bütün bölgələrdə fəaliyyət göstərən okul və ya hotellər mövcuddur… Biri İstanbulda vaxtilə bizim tələbə yataqxanamızın yanında yerləşən Adile Mermerci Anadolu lisesi və elə eyni ərazidə yerləşən Adile Mermerci Uygulamalı oteli idi… Bu lise və uygulamalı hotel benchmarkinq edilərək pilot layihə kimi başladıla bilər…  Tələb yüksəkliyi ilə əlaqədar hostel və azulduzlu hotellərlə bərabər bu cür tədbiqi hotellərin və ixtisaslaşmış məktəblərin biran öncə açılması bu sahədə peşəkar kadrların yetişdirilməsi və uzunmüddətli nəticələr üçün vacib olduğunu düşünürəm… Movcud tələb bolluğu olan bir seqmentə (qiyməti münasib)  aid olduğu və həm də stratejik əhəmiyyət daşıdığı üçün görülməsi vacib fəaliyyətdir. uygulama hoteli1