Təhsil mühiti necə olmalıdır…?


EDUCATIONÖlkədə təhsil öz idarəedicisini dəyişdiyi bir vaxtda təhsilin gələcəyi ilə əlaqədar bir araşdırmanın gəldiyini gördüm mail qutuma… “The Economist”- Intelligence Unit-in Yidan Prize-la birgə yayınladığı “The Worldwide Educating for the Future Index-A benchmark for the skills of tomorrow” araşdırmasından bəhs edirəm.  Qeyd etdiyim araşdırma, sürətlə dəyişən dünyada təhsilin gələcəyi və bu dəyişikliklərə proaktiv hazırlıq və vaxtında adaptasiya ilə əlaqədar bir sıra təsbitlər və öngörülər irəli sürmüşdür… Araşdırmanın əsas təsbitləri bunlardır:

1.Çox sayda ölkə hökumətləri yaxın və orta gələcəkdə iş və günlük həyatda baş verəcək seysmik dəyişikliklərə hazır deyillər və ya yetərli hazırlıqlar görməmişlər.

2. Proekt əsaslı öyrənmə və dünya vətəndaşlığı kimi çox önəmli sahələr demək olar ki geniş boyutda rədd (ignore) edilmişdir.   Sadəcə ənənəvi təhsil metodikaları ilə gələcəyin insanlarını yetişdirmək olduqca yetərsizdir… Təhsil sistemləri şagird və tələbələrə kritik düşünmə, proekt əsaslı öyrənmə, yeniliklərə proaktiv yanaşma və güclü adaptasiya qabiliyyəti və s. kimi önəmli bacarıqlar təlqin etməlidir… Eyni zamanda qlobal dünya vətəndaşı ola bilmə yolunda çərçivələr hazırlamalı və bu istiqamətdə işlər görməlidirlər… Aparılan araşdırmada 35 ölkədən sadəcə 15-i bu istiqamətdə qənaətbəxş hesab edilmişdir…

3. Təhsil siyasəti mütləq surətdə çox yaxşı yetişmiş “müəllimlər hovuzu” vasitəsilə həyata keçirilməli və buna görə də bu cür müəllim hazırlıqlarına xüsusi diqqət edilməlidir ki həmin müəllimlər gənc kütləyə mentorluq və yön verə bilmə bacarıq və talantlığa və mütləq surətdə yetərli maddi mənəvi imkan və dəstəyə malik olmalıdırlar… Gələcəyə hazırlıq, gələcək istiqamətli proqramlara daha çox yer verilməsi.

4. “Sinif otaqları divarları yıxılmalıdır…”  Təhsil, öyrənmə prosesi sinif otağından çıxdıqda bitməməlidir.  Təhsil sinif otaqlarından çıxıb müəllim-valideyn əməkdaşlığı, iş dünyası-təhsil ocaqları əməkdaşlığı,  xaricdə təhsilin yayılması (hansı ki bizdə proqram durdurulub) müxtəlif birgə proqramlarda iştirakla davamlı öyrənmə formatını mənimsəməlidir… Hökümətlər və təhsil ocaqları biznes icmalarını təhsil sisteminə daxil etməlidirlər.

5. Müəllimlərin maddi təminatı (müəllimlərə olan ödənişlər-əməkhaqqı, mükafatlar və s.) və təhsilin adekvat fondlaşdırılması çox önəmlidir ancaq pul tək yetərli deyil, tək həll yolu deyil.  Müəllimlərin əmək haqqlarının artırılması ilə birgə təhsil sistemi və təhsil xidmətçilərinin prestijlərinin artırılması olduqca vacibdir.

6. Gələcəkyönümlü və holistik təhsil sistemi və inkişafı üçün ictimai açıqlıq və tolerantlıq vacib şərtlərdir… Araşdırmada liberal ekonomi və ictimai yönümlülük, ictimai açıqlıq, ictimai iştirak yüksək olan cəmiyyətlərdə təhsil performansının daha yüksək göstəricilərə malik olduğu ortaya çıxarılmışdır.

Gələcəkyönümlü təhsilin problemləri ortaqdır… Əslində yuxarıdakılara baxanda inkişaf etmiş və ya etməkdə olan ölkələrdə də təhsil sistemlərinin problemləri biri-birinə bənzər xarakterli olmaqdadır. Təbii ki müsbət və ya mənfi fərqliliklətr göstərənlər başqadır… Araşdırılan 35 ölkə təhsil mühitinin qeyd olunan məsələlər doğrultusunda 4 səviyyədə yerləşdirilmişdir. 1-ci səviyyə Ən yaxşı təhsil mühitinə sahib olan ölkə nümunələri: Yeni Zellandiya, Kanada, Finlandiya, İsveçrə, Sinqapur, İngiltərə, Yaponiya, Avstraliya Hollandiyadır… Bunları təqibən yaxşı təhsil mühitinə sahib olan ölkə nümunələri: Almaniya, Fransa, Cənubi Korea, ABŞ, Hong-Kong, Çili, İspaniya, Polşadır… Bunları təqibən orta səviyyədə yer alan ölkə nümunələri (“moderate”): İtaliya, Tayvan, Argentina, Meksika, Türkiyə, Brazilya, İsrail kimi ölkələrdir… Sonuncu qrup isə təhsil mühitinin təkmilləşdirilməsi gərəkən ölkə nümunələridir: Rusya, Vyetnam, Hindistan, İran, Misir, Səudiyyə Ərəbistanı və s. kimi ölkələrdir…   Benchmarking aparıla bilər…

Bu qrupun hansında yer almağımız, təhsilə baxışın müsbət istiqamətə dəyişməsi və təhsil mühitində yuxarıdakıları mənimsəyib əməli işlərin görülməsindən asılıdır..

Təhsildə uğurlu dəyişikliklər diləyi ilə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma