Pərakəndə sektorunda yeni trendlər…


futurice-retail-trends-2020-5-638Bir neçə il əvvəl Almaniyada Düsseldorf-da 2 ildən bir düzənlənən Euroshop sərgisindən qayıtdığım zaman Almaniyanın kiçik, orta və böyük pərakəndəcilərinin yanaşma tərzlərindən və gələcəkdə pərakəndə sektorunda gözlənən yeniliklərdən yazmışdım. İki il sonra Almaniyaya təkrar gedişdə qeyd etdiyim yeniliklərin artıq tədbiq edildiyinin şahidi olmuşdum belə… Marketinq forumlarının birində pərakəndə paneli spikerlərinə pərakəndədə hansı yenilikləri edəcəksiniz? Texnolojik yeniliklərdən nələr gözlənir? deyə sual ünvanlayıb pərakəndədə sürət və nəzarətin gücünü hansı real texnolojik tədbiqlərlə həyata keçirə biləcəklərinə misallar gətirmişdim… Ancaq cavabardan aydın oldu ki ya xəbərdar deyillər, ya da işlərinə gəlmir tədbiq etmək… 🙂 Ümumiyyətlə pərakəndə sektorunda vaxtaşırı baş verən və gözlənən yeniliklərlə maraqlandığım üçün bu yazıda oxuduğum maraqlı bir neçə araşdırmanın irəli sürdüyü bəzi yeniliklərə qısaca toxunmaq istədim…

Deməli digər ölkələrdə 15-20 il əvvəl gözləmlənən Böyük pərakəndəcilik bizə 10-15 il sonra gəlməyə başladı… İndi də hələ ki böyüyürük… Hazırda dünyada pərakəndə sektorunda kiçik formatlara bu və ya digər şəkildə keçiş yaşanmaqdadır… Ənəvi böyük formatlar itirmi ? Xeyr, ancaq daha effektli, daha müştəri “deneyimi” yaradan kiçik pop-up, keçici show-roomlar, open-lab, open-office-lər, shop-in shoplar, pick-up shop, müvəqqəti kiçik restoranlar geniş yayılmağa başlayıbdır… IKEA pick-up order point kiçik formatları,  İnnovasiya lab-ı Space 10, Walmart-ın kiçik mağazalar və depolar açması, Avropadakı bəzi pərakəndəçilərin kiçik restauranlar açması və s. (Novxanı yolunda Favorit-də bu vardı)…

Başqa bir trend isə hər tərəfdən texnolojik tədbiqlərin istifadə olunması trendidir ki bunu heç bir pərakəndəçidə görmürəm bizdə… Buna aid vaxtilə misallar göstərərək bloqda yazmışdım… Məsələn, qiymətliklərin elektronlaşdırılması və mərkəzi sistemlə idarə olunması və nəzarəti… Yeni texnoloji trend isə pərakəndədə süni zəka və IOT (Hər şeyin interneti) tədbiqlərinin geniş yayılacağıdır… Gündəlik istifadə alətlərində və geyimlərdə texnologiyanın varlığı, gizlənməsi trendi…

Digər bir trend isə “experience store”-ların açılmasıdır… Google, Samsung kimi brendlər bunda öncüdürlər… Ancaq bu formatlar pərakəndə satış məqsədli deyil, potansial müştərilərə deneyim yaratmaq üçündür… İnsanlar son çıxan və çıxacaq yenilikləri görür, istifadə edir, öyrənir… Buna “Let`s have fun” (səhər gimnastikası, stolustu oyunlar, müxtəlif rəqs parti-ləri və s) tipli mağaza, restoran-cafe və s.ni də misal göstərmək olar…

Dördüncü gözləmlənən trend “yeni daha dəyərli gerçəklər” adı ilə anılan deneyimlərdir… Bu da virtual reallıqla gerçək həyatı texnologiya vasitəsiylə bir araya gətirərək müştəriyə sürükləyici, davamlı deneyim və dəyərlər yaratmaqdır. virtual shop-lar, 3D, 4D özəl dizaynlar, digital tədbiqlər, interaktiv modellərdən istifadə edərək brend-müştəri əlaqəsini yüksəldən tədbiqatlardır…

Digər yayğın trend “müştəri qayğısı” ilə bilinən trenddir. Burda əsas olaraq, sosial məsuliyyətləri də öz içinə alaraq istehlakçı sağlığına önəm verən, şəffaflığı, gerçəkləri müştəri ilə paylaşan…məsələn, dəyərin və  qiymətin formalaşması prosesini, istifadə etdikləri xammal və maddələri göstərərək, izah edərək müştəri ilə paylaşan, almaq əvəzinə kiralama fürsəti yaradaraq müştərisinin daha az ödəməsinə imkan tanımaq və s. kimi güvən yaradan fəaliyyətlərdir.

Pərakəndəçilərin və müştərilərin rəğbət gördüyü digər bur trend “do it yourself”-dən “creat it yourself”-ə və crowdsourcing və start-up tədbiqlərinin yayılması ilə birlikdə “co-creating” anlayışına keçiş, “handmade” məhsulların yayğınlaşması və artmasıdır…

Trend yaratmasaq da istifadə etməmiz diləyi ilə…

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma