Turizmdə hansı göstəricilər necə dəyişib?


İki il əvvəl bloqumuzda  “Turizmdə Rəqabətqabiliyyətlilik göstəricimiz” deyə yazı yayınlamışdım. Dünya İqtisadi Forumu keçən ayın əvvəli,  World Tourism Organization (UNWTO) and World Travel and Tourism Council (WTTC) kimi təşkilatların verdikləri informasiyalarla 2017-ci il üçün ölkələrin turizmdə rəqabətqabiliyyətlilik hesabatını yayınlamışdı. Bir neçə informasiya vasitələri bu barədə qısaca məlumat vermişdi ki ölkəmiz 13 pillə irəliləyərək 84-cü pillədən 71-ci pilləyə qalxmışdı. Hazırda Turizm sektoru ilə yaxından maraqlandığım və bu sektorda müəyyən fəaliyyətlərdə bulunduğum üçün hesabatı ayrıntılı olaraq incələdim. Bu sahədə hansı göstəricilərdə nə kimi dəyişiklik olduğunu 2 il əvvəlki yazımla da müqayisə edərək nəzərinizə çatdırmaq istədim.  Turizmlə biraz yaxından tanış olduqdan sonra bu sahənin marqalı amma əməli ediləcək çox işlərin olduğunun şahidi oldum.

Beləliklə, bəli 2017 Turizdə Rəqabətqabiliyyətlilik hesabatına görə 13 pillə irəliləyərək 84-dən 71-ə yüksəlmişik. Əvvəlcə qeyd etmək istəyirəm ki səyahət və turizm rəqabətqabiliyyətlilik indeksində 141 ölkə 90-a qədər göstərici üzrə araşdırılmış və 1-dən 7-yə dək olan şkala üzrə dərəcələndirilmişdir… 1 ən aşağı göstərici 7 isə ən yaxşı göstərici olaraq qəbul edilmişdir. Dəyərləndirmədə əsas indikatorlar (göstəricilər) bunlardır:

Biznes mühiti, təhlükəsizklik, Sağlamlıq (Səhiyyə) və gigiyena, İnsan resursları və əmək bazarı, ICT təminatı-istifadə edilmə dərəcəsi, Səyahət və Turizmdə özəlləşdirmə dərəcəsi, Beynəlxalq əlaqələrə açıqlıq, Qiymət rəqabətqabiliyyətliliyi (!!!), Ətraf mühit və davamlılığı (inkişafı), Hava nəqliyyatı infrastrukturası, Quru yollar və liman infrastrukturası, Turizm xidməti infrastrukturası, Təbii resurslar və  Mədəni resurslar. Bu ana göstəricilərdir ki bunların da alt faktorları vardır. İndi ölkəmizin bu il, iki il əvvəlkii durumla hansı göstəricilərdə necə yer dəyişdirdiyini göstərmək istəyirəm.

Biznes mühiti- 65-ci sıra 4.45 xal (2015)  – 57-ci sıraya yüksəliş (4.6 xal)

Təhlükəsizklik – 36-cı sıra 5.83 xal – 35-ci sıraya yüksəliş (4.8 xal)

Sağlamlıq (Səhiyyə) və gigiyena- 44-cü sıra –  5.96 xal- 37-ci sıraya yüksəliş (6,1 xal)

İnsan resursları və əmək bazarı- 36-cı sıra 4.84 xal – 30-cu sıraya yüksəliş (6.0)

ICT təminatı-istifadə edilmə dərəcəsi- 52-ci sıra 4.58 xal-50-ci sıraya yüksəliş (5.0)

Səyahət və Turizmdə özəlləşdirmə dərəcəsi- 58-ci sıra 4.69 xal – 49-sıraya yüksəliş (4.8)

Beynəlxalq əlaqələrə açıqlıq- 107-ci sıra, 2.33 xal – 77-ci sıraya yüksəliş (2.9 xalla)

Qiymət rəqabətqabiliyyətliliyi (!!!)- 65-ci sıra, 4.78 xal- 31-ci sıraya yüksəliş (5.4 xalla)

Ətraf mühit və davamlılığı (inkişafı)- 94-cü sıra, 3.83 xal- 81-ci sıraya yüksəliş (4 )

Hava nəqliyyatı infrastrukturası- 84-cü sıra 2.43-  77-ci sıraya yüksəliş (2.4)

Quru yollar və liman infrastrukturası- 65-ci sıra 3.55- 49-cu sıraya yüksəliş (3.7)

Turistlərə xidmət infrastrukturası-  93-cü sıra, 3.30-  çox az yüksəliş 89-cu sıraya (3.3)

Təbii resurslar – 130-cu sıra 2.03- 109-cu sıraya yüksəliş (2.4)

Mədəniyyət resursları və biznes travel- 75-ci sıra 1.53- 69-cu sıraya yüksəliş (1.7)

İlk başda göstərilən faktorlara görə ölkəmizin durumu qənaətbəxşdir. Mən tündləşdirdiyim faktorlar üzrə önəmli hesab etdiyim bəzi məqamlara deyinmək istərdim.

Beynəlxalq əlaqələrə açıqlıq göstəricisində xeyli yüksəliş olmasına baxmayaraq fikrimcə 77-ci yer də qənaətbəxş deyil. Bu faktorun altında yer alan subfaktorlara diqqət etdikdə bunlar 1) Visa prosedurları 2) Hava xidmətləri üzrə ikitərəfli razılaşmalar 3) Qüvvədə olan bölgəsəl ticari anlaşmalar… Bəli Visa prosedurlarınd açox irəlidəyik 29-cu yerdə, ancaq digər iki subfaktorda 67 və 91-ci yerdəyik. Özəlliklə 3-cü faktoru xüsusilə low cost -sərfəli qiymətlərlə hava nəqliyyatı xidməti göstərən operatorların cəlb edilməməsi və ya buraxılmaması faktoru burada geridə qalmağımıza səbəb ola bilər.

Qiymət rəqabəti??? faktoru mənə çox maraqlı gəldi… amma alt faktorlarına baxanda bunun makroiqtisadi göstəricidən qaynaqlandığını gördüm… Hava yolu daşıma qiyməti və vergidə isə hələ də 104-cü yerdəyik…

Turistlərə xidmət faktoru… elə də irəliləyiş yoxdur… Bəli xidmətdə hələ ediləsi və öyrəniləsi çox şey var… Hotel sayının artırılması, infrastrukturanın yaxşılaşdırılması, xidmət göstərənlərin yanaşması… və s.

Axırıncı faktora isə xüsusilə deyinmək istərdim. Və burda da daha çox Mədəniyyət resurslarındna çox ikinci faktor olan biznes travel və ya biznes turizmi məsələsini fikrimcə daha ön plana çıxarmaq lazımdır. Müxtəlif mövzularda, hətta ixtisaslarda Beynəlxalq və bölgəsəl kongres, forum və s. keçirilməsini artırmaq, dəstəkləmək lazımdır. Bu istiqamətdə əməli işlər görülərsə əlavə dəyər yaradıla bilər….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma