IV Milli Marketinq Forumu-2016 çıxışım

IV Milli Marketinq Forumu-2016 çıxışım

Kiçik və Orta sahibkarlıq rəqəmlərin dili ilə…

indexİqtisadi azadlıq, dırnaqarası deyil, həqiqi azad sahibkarlığın təcəssümü və real iqtisadiyyatda ağırlığı ilə düz mütənasibdir. Bu yazıda kiçik və orta böyüklükdəki şirkətlərin dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatındakı ağırlıqlarını və müsbət təsirini rəqəmlərin dili ilə ifadə edəcəyəm…

Beləliklə, ilköncə qeyd edim ki, Avropada Kiçik sahibkarlıq biznesin 99%-ni təşkil edir…Azərbaycanda bu rəqəm 1.8-2%-i keçmir(ÜDM-də payı)… məşğulluqda payı 7.9%-ə qədərdir…  Gürcüstanda 65-80%-dir KOS-ların biznesdə payı son illərin göstəriciləri ilə… Bu barədə müxtəlif ölkələrin göstəricilərinə hörmətli həmkarım Samir Əliyevin geniş araşdırma yazısı var…

Türkiyədəki rəqəmlərdən bəzilərini göstərsək, məsələn ümumi təşəbbüslərin 99.8 faizi KOBİ-lərdir, istihdamda-məşğulluqda payı 76%, əlavə dəyər yaratma payı 27%… 2014-də ixracın  56%-dən çoxunu kiçik və orta şirkətlər etmişdir… və s. və s.

Müxtəlif ölkələr və ya ölkə qrupları (iqtisadi birliklər) tərəfindən biznes subyektlərinin ölçüləndirmə ayırımları haqqında qısa məlumat vermək faydalı olar deyə düşünürəm.

Avropa Birliyi ölkələrində Kiçik və orta sahibkarlıq mənsubu şirkətlər 3 qrupa bölünür. Mikro, Kiçik və Orta şirkətlər. Mikro təşəbbüslər(şirkətlər) işçi sayı 10 nəfərdən az, illik dövriyyəsi isə 2 mln Euro-yadək olanlar sayılır. Kiçik şirkətlər işçi sayı 50 nəfərdən az, illik dövriyyəsi 10 mln.Euro-yadək olanlardır. Orta böyüklükdəki şirkətlərə isə işçi sayı 250 nəfərdən az, illik dövriyyəsi isə 50 mln Euro-yadək olan biznes subyektləri aid edilir…

Türkiyədə KOBİ (Küçük ve Orta Büyüklükteki işletmeler) klassifikasiyası aşağıdakı kimidir:

Mikro işletmeler işçi sayı 0-10dək, illik dövriyyə 1 milyonTL-dən az (təqribən 340000 usd), Kiçik işletmeler içi sayısı 50 nəfərdən az olanlar və dövriyyəsi 2012-ci ildəki dəyişikliklərlə 8 milyon TL-dən az (təqribi 2.7 milyon usd), Orta böyüklükdəki işletmeler işçi sayı 250 nəfərdən az, dövriyyəsi isə 40 milyon TL-yədək (təqribi 13,6 milyon usd)

Azərbaycanda bu ayırım biraz mürəkkəbləşdirilib və sahələrə görə fərqliləşdirilibdir… Birincisi fiziki şəxs-hüquqi şəxs ayırımı ilə məsələ qəlizləşdirilir… İkinci isə Avropa, Türkiyə və əksər ölkələrdəki tək sadə klassifikasiya kimi deyil sahələr üzrə fərqliləşdirilmişdir.

İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin
müəyyənləşdirilməsi meyarlarının hədləri :
 
Sahibkarlıq kateqoriyası İşçilərin orta siyahı sayı (nəfər) İllik dövriyyə

(ƏDV, aksiz daxil olmadan)

Sənaye və tikinti < 50 ≤ 500 min manat
Kənd təsərrüfatı < 25 ≤ 250 min manat
Topdansatış ticarət < 15 ≤ 1 mln. manat
Pərakəndəsatış ticarət, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növləri < 10 ≤ 250 min manat

Kiçik sahibkarlıq subyektlərinin bu şəkildə iqtisadi fəaliyyət növlərinə görə ayırılması fikrimcə faydalı metod deyildir…

Ən yüksək dövriyyə kimi, Topdansatış ticarətdə sadəcə 660 min.usd-lik dövriyyə şərti qoyulur ki burada da işçi sayı 15 nəfərdən az olması şərti biznes subyektlərini çərçivəyə salır və ya qeyri-şəffaflığa itələyir…

Ən acınacaqlısı isə Sənaye və xidmət sahələridir. Sənayedə xüsusilə emal sənayenin, yan yardımcı sənayelərin inkişaf etdirilməsi indiki dövrdə üstündə durularaq real nəticələr alınması vacib olan fəaliyyət olmalıdır… Ancaq burada qoyulan 500 min manat təqribən 330 000 usd-lik bir illik dövriyyə bu sahələrin inkişafı üçün olduqca azdır… Türkiyədən təqribən 9 dəfə, Avropa ölkələrindən isə  18 dəfə azdır…. Əgər idxal əvəzləyici və ixraca yönəlik siyasət ön planda tutulursa bu rəqəm dəyişdirilməlidir… KOS kateqoriyasına girərək sözdə deyil, real dəstəklər olarsa, yararlanmaları üçün bu vacibdir… Digər sahələrdə isə həm dövriyyə sərhədi artırılmalı, həm də işçi sayı eyni olaraq 50-yə dək çıxarılmalıdır… Fiziki şəxslər də kiçik sahibkarlıq subyekti kimi nəzərdə tutulduğu üçün burada da ümumiləşdirilməyə gedilərək nümunə ölkələrdəki kimi sadə yanaşma mənimsənməlidir…

Real ekonomini canlandıracaq olan kiçik və orta sahibkarlıq subyektlərinin azad iqtisadi fəaliyyətləridir…VƏ bunun üçün cansız görünən rəqəmləri ilköncə canlandırmaq lazımdır!!!