IV Sənaye inqilabının astanasında…

images (1)Artıq bir neçə ildir ki dünyanın müxtəlif mötəbər elm və araşdırma dairələrində IV Sənaye inqilabının yetişdiyi və elmi-texnolojik yeniliklərin, insanların davranış istiqamətlərinin bunu daha da sürətləndirdiyi əsas müzakirə və mübahisə mövzularından biri olmuşdur. Məhz  2016-cı il Dünya İqtisadi Forumunda da növbəti sənaye inqilabı haqqında müzakirələr aparılmışdır.

Növbəti sənaye inqilabının yetişməyinin göstəriciləri nələrdir? Bu yazıda Sizlərlə bu barədə dünyanın mötəbər elm və araşdırma dairələrinin irəli sürdükləri tezisləri də diqqətə alaraq müəyyən fikirlərimi paylaşmaq istəyirəm.

İlköncə istəyirəm indiyə qədərki sənaye inqilabları və əsas “driver”-ları, yəni təsir faktorlarını xatırlayaq və IV Sənaye inqilabının bunlardan nə ilə fərqləndiyini göstərim.

18-ci əsrin sonlarında daha dəqiq desək 1784-cü ildə buxar makinasının icadı ilə istehsalın mexaniki vasitələrlə donanmasının başlanğacı hesab edilən I Sənaye inqilabı dövrü hesab edilir.

II Sənaye inqilabı bundan təxminən 90 il sonra 1870-ci illərdə meydana çıxmış və əsas müəyyən edici və təsir edici faktorları isə elektrikləşmənin yayılması, iş bölümünün qəbulu və kütləvi istehsal anlayışının başlanğıcı kimi qəbul edilir.

III Sənaye inqilabı da təxminən özündən əvvəlki kimi təqribən bir əsr sonra gerçəkləşmişdir. 1969-cu il III Sənaye inqilabının başlanğıc dönəmi kimi qəbul edilir. Əsas informasiya və müəyyən edici faktorları elektronikanın inkişafı, informasiya texnologiyalarının yaranması və yayılması və bunlardan istifadə ilə avtomatlaşdırılmış istehsal dövrünün yaranmasıdır.

Hazırda yaşadaığımız dövr IV Sənaye inqilabının astanası dövrü və ya  “körpü” dövrü olaraq qəbul edilə bilər. Sənaye inqilablarının yaranması aralıqlarına diqqət etsək bundan əvvəlkilər üçün təxminən 100 illik bir zaman aralığı varsa, artıq IV Sənaye inqilabının 100 ili gözləmədən daha tez formalaşacağı qəbul edilir. Bunun da səbəbi artıq bu transformasiya üçün şərtlərin mövcudluğudur… Bundan əvvəlki sənaye inqilabının əsas itici qüvvələrindən olan elektronikləşmə və informasiya texnologiyalarının sürətlə yayılması, həyatın bütün sahələrində tədbiqinin daha çox müsbət nəticələrlə özünü göstərməsi və ən əsası da digər sferalarla bütünləşməsi bu transformasiyanın və ya bu inqilabın daha tez baş verəcəyinə sübütlar kimi irəli sürülür. Əvvəlki inqilablarda informasiya və digər faktorların lineer, ədədi silsilə formada yayılması baş verirdisə IV Sənaye inqilabında  bu həndəsi silsilə ilə yaşanacaqdır.

Bəli, IV Sənaye inqilabının əsas “driver”-ları  “Cyber-physical systems”lərin olması qəbul eidlir.  Kiber-fiziki sistemlər özündə fiziki, digital və bioloji sferaları birləşdirir. Bu da informasiya texnologiyalarının və yaratdığı məhsulların, bu üç sferanın bir-biri ilə sistemli və qarşılıqlı əlaqələrinin tənzimləməsində bilavasitə iştirakçı və təsiredici xüsusuiyyətlərdə olmasıdır. Bir digər xüsusiyyəti yuxarıda qeyd edilən informasiya və tədbiqatların sürətliliyidir. Ən önəmlisi isə həyatın bütün sahələrində özünü daha çox göstərəcəyi yəni “sistemli təsir” xüsusiyyətinə malik olmasıdır.  Sənayenin bütün halqalarında:  istehsal sistemlərinin inteqrasiyasında və korporativ idarəetmədə, işverən-işçi, şirkət-müştəri qarşılıqlı əlaqələrində bu özünü göstərəcəkdir.

IV Sənaye inqilabının başlanğıcı göstəricilərindən artıq bəzilərinin meydana çıxdığını da söyləyə bilərik ki nümunə olaraq, “artificial intelligence”-“süni intellekt”, müxtəlif sahələrdə robotlaşmanın artması və insan həyatında sürətlə yayılması, “internet of Things” məvhumu, “3-D printing” və məhsulları, nanotexnologiya, biotexnologiya, kuantum hesblamalar, enerjinin stoklanması, yenilənəbilən enerjinin istifadəsinin artması, özünüidarəedən nəqliyyat vasitələrinin  meydana çıxması və s.

Next-Industrial-Revolution-poster

Hər bir transformasiyanın bütün dövlətlərə, iqtisadi və siyasi sistemlərə, özəl və dövlət sektoruna, şirkətlərə və şirkətlərin makro və mikro mühit faktorlarına: içində bulunduğu sektora, rəqiblərə, müştərilərinə, əməkdaşlarına və s. təsiri qaçınılmazdır.  IV Sənaye inqilabının biznesə təsiri bu sahələrdə daha çox özünü göstərəcəkdir: Tələbin formalaşmasında digital vastilərin rolunun artması, şəffaflığın artması, müştəri loyallığı və nişanlılığı, müştəri davranışlarına təsir edən elementlərin sərhədinin genişlənməsi (missal üçün mobil şəbəkələrlə informasiya və alış verişin sürətlə yayılması) şirkətlərə bu istiqamətdə yeniliklərin qəbul edilməsi və özlərinə adaptasiya edərək faydalanmasını tələb edir.

Məhz buna görə də cəmiyyətdə  hər bir istiqmətdə bu sənaye inqilabına hazırlıq mühüm məsələ olmalıdır.  Dövlət və özəl sektorda daha çox professional, şəffaf və sistemli idarəetmə, daha çox proaktiv qərarların alınması, transformasiyaya mane olan faktorların ələnərək uzaqlaşdırılması, innovativ düşüncə və tədbiqatların yayılması, elmi-texniki və tədbiqi araşdırma ocaqlarının artırılması və məqsədli istifadəsi görüləcək tədbirlər olmalıdır…

İqtisadi kriz növləri və ya əlamətləri……

economic-crisis-istockBilənlər əlbət bilir, bilməyənlər üçün içində bulunduğumuz gedişatların fərqində olmamız üçün bu bloq yazımda çox qısa olaraq iqtisadi kriz növləri və ya əlamətlərindən qısaca bəhs etmək istəyirəm:

İnflyasiya (Inflation): Bu hamının bildiyi kimi, qiymətlər səviyyəsinin daim yüksəlməsi deməkdir… Bir dəfəlik artımlar inflyasiyaya aid edilmir, davamlı olarsa artıq inflyasiyaya aid edilir. Eyni zamanda bir və ya bir neçə malın da qiymət artımı inflyasiya deyil… Ümumi istehlak mallarının qiymət artımı inflyasiya sayılır…  İki cür meydana çıxır: Tələb və Maliyyət inflyasiyası. Tələb inflyasiyası yüksək tələbin mövcudluğu və daim artması halında təklifin bu tələbi qarşılya bilməməsi durumunda ortaya çıxır. Maliyyət inflyasiyası isə, istehsal olunacaq malların xammal və istehsal üçün lazımi digər mal və materialların qiymətlərindəki davamlı yüksəlmə ilə yaranır. İnflyasiya ilə mübarizə haqqında yazmıram çünki məncə aşağıda olandan daha çox bilinən bir mövzudur…

Deflasiya (Deflation) : Deflasiya qiymətlər ümumi səviyyəsinin geriləməsi, düşməsidir. İnflyasiyada olduğu kimi burada da bir və ya bir neçə məhsulun qiymətindəki düşmə deyil, ümumi olaraq qiymətlərdəki düşmə önəmlidir. Eyni zamanda bu düşmə sadəcə 1 dəfə deyil, davamlı düşmə göstərməsidir. Əslində ilk baxışdan müsbət təsəvvür yaratsa da bu əlamət inflyasiyadan daha təhlükəlidir. Belə ki, qiymətlərin daimi düşməsi istahsal vahidlərinin fəaliyyətlərinə mənfi təsir edir, istahsaldan çəkindirir, istahsal azaldığı zaman isə ölkədə ÜDM azalma göstərir, şirkətlər qazanmadığı təqdirdə ixtisarlar da başlayır…  Eyni zamanda qiymətlərdəki davamlı düşmə pulun-milli valyutanın satınalma dəyərini artırır. Effektiv istehsal politikaları olmadığı təqdirdə ekonomini canlandırmaq üçün sadəcə istehlakçı kreditləri ilə tələbin artırılması isə daha çox istehlak cəmiyyətinin ortaya çıxmasına səbəb olur.  İstehlakın isə yerli istehsalın yetərli olmadığını nəzərə alsaq daha çox idxal ilə qarşılanması durumlarını ortaya çıxarır. Real ekonomik dəyərlər yaradılmır… Yəqin ki bu durum hər kəsə tanış gəlir…

Resessiya (Recession): Resessiya ekonominin kiçilməsi əlamətidir. Ekonominin artımı və azalması ÜDM ilə ölçüldüyü üçün real vəziyyət ÜDM-nin azalması ilə izah olunur. 2013-cü ildə ÜDM-də artım 5.8%, 2014-cü ildə 2.8% olduğu, 2015-ci il isə ÜDM-dəki artımın art1q 1% olduğu yəni gerilədiyi söylənir.  Resessiya əlaməti bir maliyyə ilində iki rübün nəticələrində geriləmə olması ilə təyin edilir.  Bu qısa dönəmi əhatə edir, və ədatən “V” ilə göstərilir… Qısa dönəmli azalış və artımlar sirkulyasiyası isə “W” ilə nişanələnir…  Ancaq artıq gördüyünüz kimi 2013-dən indiyəcən ÜDM artımındakı azalışlar uzunmüddətli resessiya içində olduğumuzun göstərgəsidir. Bu cür resessiya “U” ilə göstərilir…“U” nun isə nə qədər enli və ensiz olduğu yani resessiyanın uzunluğu-daimiliyi ilə əlaqədardır…

Stagflasiya (Stagflation): Gəlirik indi daha çətin iqtisadi kriz növlərinə… Stagflasiya iqtisadiyyatda inflyasiya ilə bərabər iqtisadi durğunluğun yaşanması əlamətidir… Yəni qiymətlər ümumi olaraq artır, ÜDM-də isə artımın olmadığı haldır… Buna durğunluq halında inflyasiya adı da verilir… Zənnimcə artıq bunun əlamətlərini hiss edirik… Bu iqtisadi krizlərin ən çətin növlərindən biridir. Əgər heç olmasa ekonomidə ciddi artım olsaydı inflyasiyanın azaldılması tədbirləri işə yarayardı və beləcə krizdən daha asan çıxılardı… Stagflasiya zamanı ya iqtisadi canlanma əsas tədbir kimi ələ alınmalı ki bu yanında inflyasiya gətirir… ya da inflyasiya ilə mücadələ aparıldığı zaman isə iqtisadi canlanma arxa plana çəkilir,  durğunluq davam edir…

Depressiya (Depression): Bu əlamət də ekonominin -iqtisadi fəaliyyətlərin resessiyadan daha uzun müddətdə geriləməsini ifadə edir… Resessiya yuxarıda dediyimiz kimi bir neçə rübü və ya 1-2 illik nəticə ilə xarakterize olunursa, depressiya bir neçə illik, vəya 5-10 illik  uzun müddətliliyi ilə resessiyadan fərqləndirilir...(Allah qorusun)

Slumpflasiya (Slumpflation): Bunu da Allah göstərməsin…  Slumpflasiya əslində resessiyanı və stagflasiyanı özündə birləşdirən və ekonomik krizlərin ən qorxulusu olanıdır… Slumplasiyada eyni zamanda həm iqtisadi geriləmə yaşanır getdikçə ÜDM-nin artımının deyil ha özünün davamlı azalması- artımın olmaması, işsizlik  və eyni zamanda inflyasiyanın meydan oxuduğu durumdur… İnflyasiya içində ekonominin kiçilməsini, geriləməsini durdurmaq sonra isə artıma keçirmək çox çətin məsələ olduğu üçün slumpflasiyaya getmədən heç olmasa stagflasyondan bu geriləməni durdurmaq lazımdır…  Hazırda resessiya və inflyasiya yaşandığı üçün mən ancaq stagflasiya (1%lik artım yaşansa da) kimi xarakterizə edə bilərəm durumumuzu…

Slumpflasiyaya keçmədən ekonomik tədbirlər görülməli… struktural dəyişikliklər edilərək, məqsədli istehsal və ixracyönümlü iqtisadi fəaliyyətlərə yönləndirmələr və  canlandırma fəaliyyətləri aparılmalıdır… (Tədbirlər haqqında daha geniş başqa yazıda…) və bu da ancaq BEYİNLƏRİN DƏYİŞMƏSİ ilə olar…!!!

Dəyişimin dörd otağı modeli ilə mövcud vəziyyətimiz…

yenilemeBalaca bir mövcud vəziyyət analizi eləmək istədim… Amma model olaraq bilinən mövcud vəziyyət analizi modellərindən birini yox, çox da səs salmayan amma fikrimcə faydalı olan bir modeli istifadə edərək əslində bilinən bir vəziyyəti göstərmək istəyirəm. Bu modeli cəmiyyətin bütün vahidlərində, dövlət, ekonomi idarəetməsində, biznes sahəsində, şirkət idarə etməsində və şəxsi inkişafda dərs kimi götürmək olar…

Deməli belə,  gəlin əvvəlcə niyə “dəyişim” kəliməsini istifadə etdiyimi açıqlayım… doğrusu, nədənsə dilimizdəki “dəyişiklik” sözünü uyğun görmürəm, səbəbi “dəyişiklik”-in daha çox xarici (external) faktorlara aid olduğunu, “dəyişimin” isə bu xarici faktorların təsiri ilə başlasada özündə baş verən iç yeniləməni ifadə etdiyidir… Nə isə məncə bu o qədər də önəmli deyil… 🙂

Gələk əsas məsələyə “Dəyişimin dörd otağı” modelinə görə baş verən dəyişim prosesi dörd mərhələdən ibarətdir…

yenileme

1-ci otağımız halımızdan məmnuniyyət otağıdır… Bəli, bəli düz tapdınız “AZTV” otağımız… Hər şey gözəl, bizdən xoşbəxti yoxdur… Qazandığımız pulun 4-5 qatını kredit almaqla xərcləyirik, qara qızılımız zağ olsun… “bəy yeyər, qırağından nökərə də düşər” misali hamı kefdədir… sürətlə inkişaf edirdik… (Razı deyilsiniz? – görüntü eləydi…)

Bir də gördük ki, kontrol edə bilmədiyimiz, kontrol etmək üçün gücümüz çatmadığı xarici mühitdə dəyişiklikər baş verməyə başladı… Bizi də qıdıqlamağa başlayır… amma biz sanki qəflət yuxusundayıq ya da heç vecimizə də deyil… biz varlı ölkəyik… fomdumuz var… hə keçmişik 2-ci otağımıza… Baş verən dəyişiklikləri inkar etməyə çalışırıq, onda bunda olan xarab yerləri görsədirik özümüzün isə “uğurlarımızı”… Özünüsansür başlayr… və s…

Amma dedim axı baş verən dəyişikliklər özümüzün kontrol edə bilmədiyimiz mühit faktorları olduğu üçün dəyişim sürətləndikçə və artdıqca qınımıza, 3-cü otağımıza çəkilirik… Şaşqın şaşqın baxırıq bir-birimizə… “nələr oluyor böylə… bizə nələr oluyooo” deyirmişcəsinə özümüzdə fikir ayrılıqları yaranır… Bəs belə etsəydik belə olardı, ay bunu niyə belə etmədik, ay vaxtında tədbir zad… Keçmişlə oynamağa, keçmişə fokuslanmağa başlayırıq… Halbuki day keçib eeey onu da dəyişdirəmmərik… Və beləcə güvənsizlik, etibarsızlıq, inamsızlıq, hər tərəfdə hal-i pərişanlarımız… Amma belə nə vaxtacan?

Qaldı 4-cü otağmız buna da ad verək “bəy hamamımız”… İndi bu bəy hamamına girməyə də cəsarət lazım… Girsək yenilənib, təmizlənib, yeni nəfəslə çıxacağıq… amma girəndə bəy hamamına toplu girmək lazım…yoxsa xeyri olmaz… Beləcə yeni işıqlar, yeni sıçrayışlar, yeni ümidlər doğar… Yeni imkanlar yaradıb, yeni qaynaqlar aşikar edib, yeni yollarla pərçimli halda getməliyik… Və bu bir müddət sonra birinci otağa keçməmiz üçün fürsətdir… Amma buna  “tavada biş, ağzıma düş” deməklə nail ola bilmərik, “səndən hərəkət, məndən bərəkətlə” nail olarıq…

Yenilənmə diləyi ilə…

 

Dəyişim üçün beyinlərdə dəyişim vacib… və ya bir zavodun açılmama səbəbi…

BeyniniKullananAdam Yeni ildir doğrudur, mən də keçmişə çox qayıtmağı istəməsəm də, yeni ilin ilk yazısını müsbət əhval ruhiyyədə başlatmaq istəyində olsam da…  bugünümüzün səbəblərindən biri haqqında yadıma düşmüşkən yazmaq istədim… Amma düşünürəm elə gələcəyimiz üçün də keçmişdən dərs almağın vacib  olduğunu nəzərə alsaq yerində yazıdır…

İl 1998… Türkiyədə, İstanbulda MBA oxuduğum vaxtlar pazarlama hocamın dəstəyi ilə özünün də consultant olduğu bir şirkətdə part-time işləyirdim. Şirkət qaynaq elektrodları istehsal edən və öz məhsullarını əsasən eksport edən şirkətdir. Şirkət o zamankı neft kəmərlərinin çəkiləcəyini də nəzərə alaraq Azərbaycanda qaynaq elektrodları və telləri istehsal etmək niyyətində idi… və bunun üçün real finans və müstakbel ortaqlar axtarışı və seçimi mərhələsini də keçməkdə idi… Bəhs etdiyim şirkət, Türk Eximbank və EBRD-nin də bu investisiyada bu vəya digər şəkildə iştirakı razılığını əldə etmişdi…

Bu məqsədlə o vaxt şirkət rəhbərliyi və sayın hocamla birlikdə Bakıya səfər etdik. O zaman üzdə olan bir neçə yerli şirkətlə də görüşlər keçirdikdən sonra  istehsal yeri olaraq B.Sərdarov adına maşınqayırma zavodunda olduq və bu investisya üçün yararlı olduğu qənaətinə varıldı. Sonrakı mərhələ layihəyə dəstək verən finans qurumların bu investisiya üçün politik risk olaraq dövlət zəmanəti və dəstəyinin vacibliyinin şərt olduğunu istəmişdilər… Bu istiqamətdə də görüşlər keçirildi ancaq görüşlərdən sonra heç də az olmayan müəyyən məbləğ tələb olundu!!! bu zəmanət üçün… Bax beləcə ölkədə bir istehsal sahəsi, 250-300 nəfər işlədəcək bir zavodun açılması gerçəkləşmədi…  Həmin zavodda istehsal olunacaq məhsullar illərlə idxal olundu və olunur… Zavod olsaydı bu idxal əvəz olunardı və hətta ixracı da olardı… O dövrdən vəzifədə olanlar indi də vəzifədədirlər çoxları…

Yəni dəyişim üçün ilköncə insanların və beyinlərin, məqsədlərin dəyişməsi lazım…