AŞKAR MÜQAYISƏLI ÜSTÜNLÜKLƏR (AMÜ) İNDEKSINƏ GÖRƏ AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ ANALIZI


imagesBu yazını doktorantura tezisimdən götürərək yayınlayıram… Oxuduğunuzda görəcəksiniz ki hələ 2004-2005-də kənd təsərrüfatı sahəsində aşkar müqayisəli üstünlüyə malik məhsullar vardı… Ancaq illər getdikçə bu üstünlüklər azalmağa doğru getməyə başladı… Son statistikalarda bu özünü göstərir… Demək ki vaxtında effektiv tədbirlərlə aşkar müqayisəli üstünlüyə malik məhsulların istehsalı və ixracının inkişaf etdirilməsi yönündə tədbirlər görülməli idi… 

Ölkələrin müəyyən iqtisadi sektora aid olan məhsullarının beynəlxalq miqyasda rəqabət gücü ən əhəmiyyətli üstünlüklərdən biri hesab edilir. Beynəlxalq rəqabət gücünün  hesablanmasının ənənəvi üsullarından biri Macar ekonomist Bela Balassanın (1928-1991) aşkar Müqayisəli Üstünlüklər (AMÜ) (Revealed Comperative Advantage-RCA) indeksidir. Eyni zamanda bu indeks bir ölkənin bir malın istehsalı və ixracındakı ixtisaslaşmayı ölçən bir indeks olaraq da qəbul edilir. Bu indeks Bela Balassanın adı ilə ifadə edilərək Balassa İndeksi kimi də adlandırılmaqdadır.  Müqayisəli ixrac performansını ölçmək üçün istifadə olunan Balassa indeksini (AMÜ) aşağıdakı şəkildə ifadə edilir[1]:

 AMÜij = (Xij /Xit )/(Xwj / Xwt )

Xij – i ölkəsinin müəyyən bir ildə j məhsulundakı ixrac həcmi

Xit  – i ölkesinin həmin ildəki ümumi  ixrac həcmi

Xwj – j məhsulunun eyni ildəki dünya üzrə ixrac həcmi

Xwt – Dünyanın eyni ildə ümumi ixrac rəqəmi

İxrac rəqəmləri burada eyni pul vahidi və ya valyuta ilə ifadə olunmalıdır.

İndeks hesablanma nəticəsində[2]:

AMÜ > 1 – Bir məhsulun Balassa indeksi vahiddən  böyük çıxdığı zaman ölkənin bu məhsulda aşkar müqayisəli üstünlüyə sahib olduğu prinsipi qəbul edilir.

AMÜ = 1 – Bir məhsulun Balassa indeksi 1-ə bərabər olduğu zaman bu məhsulda ölkənin ixrac performansı və ya ixtisaslaşması dünya səviyyəsi ilə eynidir.

AMÜ < 1 – Bir məhsulun Balassa indeksi 1-dən kiçik olduğu zaman ölkə bu məhsulun ixracında dünya səviyyəsindən geri qaldığı və bu məhsulun ixracında hesablanmış il etibarı ilə müqayisəli üstünlüyə sahib deyildir.

Dövlət Statistika Komitəsinin və Dünya Qida və Kənd Təsərrüfatı Təşkilatının statistikalarından Azərbaycanın  və dünyanın həm ümumi ixrac rəqəmləri, həm də müxtəlif kənd təsərrüfatı məhsullarına aid ixrac rəqəmlərini istifadə edərək yuxarıda göstərilən hesablama üsulu ilə müəyyən kənd təsərrüfatı məhsullarının Balassa indeksi hesablanmışdır. Cədvəl 1-də Azərbaycanın və Dünyanın 2004 və 2005-ci illərdə ümumi ixrac rəqəmləri verilmişdir.

Cədvəl 1: Azərbaycanın və Dünyanın İxrac Rəqəmləri (2004-2005)

  2004-cü ildə
İxrac Dəyəri
(Milyon ABŞ Dolları)
2005-ci ildə
İxrac Dəyəri
(Milyon ABŞ Dolları)
Azərbaycan 3614,30 4346,90
Dünya 8964000,00 10200000,00
 

Qaynaq: ARDSK, “Azərbaycan Rəqəmlərdə 2007, Xarici Ticarət”, http://www.azstat.org/publications/azfigures,     15 Mart 2007 və WTO, “Network of World Merchandise Trade By Product And Region 2004-2006”, http://www.wto.org/english/res_e/statis_e/its2007_e/its2007_e.pdf, 15 Mart 2008

Nümunə üçün 2004 və 2005-ci illərin statistikalarında bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycan və Dünya üzrə ixrac rəqəmləri 2-ci cədvəldə verilmişdir[3]. Bu iki cədvəldəki statistik məlumatlardan istifadə edərək hesablanmış AMÜ (Balassa) İndeksleri isə 3-cü cədvəldə göstərilmişdir.

3-cü cədvəldən göründüyü kimi 2004 və 2005-ci illərdə 20-dən çox kənd təsərrüfatı mallarının AMÜ (Balassa) indeksi 1-dən çox dəyər qazanmışdır. Xüsusilə, pambıq tiftiyi və çiyidi, pambıq çiyidi yağı, şəkər çüğündürü, təzə meyvələr, barama, qabıqsız təmizlənmiş fındıq, qarğıdalı yağı, meyvə unu, çay, alma kimi xam və işlənmiş kənd təsərrüfatı mallarının AMÜ indeksi yüksək dəyərlərə sahib olmuşdur.

Ölkədə istehsal olunan və yüksək ixrac performansı göstərən bu məhsulların beynəlxalq rəqabət üstünlüyünə və gücünə malik olmasl ölkənin kənd təsərrüfatı sektorunun müəyyən istiqamətlərdə inkişafında önəmli rol oynaya bilər.

2004-cü ildə AMÜ indeksinin 1-dən çox olması faktoruyla bərabər, cədvəldə göstərilən malların əksəriyyətinin 2005-ci ildəki AMÜ indeksləri, 2004-cü ildəki indeks dəyərlərunə görə artıbdır. Bu artımlar ölkənin eyni adlı mallarda beynəlxalq rəqabət üstünlüyü və gücünə malik olduğunu göstərməklə birgə potansial müqayisəli üstünlüyə də sahib ola biləcəyini göstərir.

2004 yılında AMÜ endeksinin 1’den fazla olmasıyla birlikte, tabloda yer alan ürünlerin büyük çoğunluğunun 2005 yılı AMÜ Endeksi değerlerinde 2004 yılı değerlerine oranla artış kaydedildiği görülmektedir. Bu durum ülkenin aynı ürünlerde uluslararası rekabet gücünun mevcutluğuyla birlikte potansiyel karşılaştırmalı üstünlüğe de sahip olabileceğini göstermektedir. 2004-cü ilə nisbətən 2005-ci ildə alma, təzə meyvə, meyvə unu, pomidor, kartof, qabıqlı və qabıqdan təmizlənmiş fındıq, pambıq çiyidi, pambıq tiftiyi, çay, işlənmiş və işlənməmiş tütün, sigara, distillə olunmuş spirtli içkiler, meyvə suları kimi malların AMÜ indeksi artmışdır.

Bu məhsulların arasında  AMÜ indeksi ən çox artanlar isə, qabıqsız fındıq, təzə meyveler, meyve unu, alma, pomidor və kartof kimi qida məhsullarıdır. Bu kənd təsərrüfatı məhsullarının AMÜ indeksinin artımı, ölkənin ixrac ixrac məhsulları arasında meyvə və tərəvəzin nə qədər əhəmiyyətli yer tutduğunu göstərir. Eyni zamanda söyləmək lazımdır ki, AMÜ indeks dəyəri artan məhsulların çoxu, işlənməmiş kənd təsərrüfatı məhsullarıdır. Bu ölkədə qida sənayəsinin zəif olduğunu və ölkənin kənd təsərrüfatı mallarının xam məhsul olaraq ixrac edildiyini göstərir. Misal üçün ölkədə tekstil, iplik və  toxuculuq sənayesinin inkişaf etməməsi səbəbiylə ölkədə istehsal olunan pambıq və barama xam məhsul olaraq ixrac edilir. Digər bir tərəfdən bu vəziyyət ölkədə qida sənayəsinin inkişaf potansialının olduğunu da göstərir.  Son illərdə ölkədə xüsusilə meyvə və tərəvəz məhsullarının işlənməsi üçün qurulan şirkətlərin sayı artmaqdadır. Bu sahədəki  müsbət tendensiyalar AMÜ indeksində də özünü göstərməkdədir. Bu tip şirkətlərin yaranması və fəaliyyətsiz qalan sex və zavodların yenidən qurularaq sənayeyə qatılmasıyla meyvə suları, spirtli və spirtsiz içkilerin AMÜ indeksləri ildən ilə artmaqdadır. Ancaq bu müsbət irəliləyiş ölkə potansialına görə zəif qalmışdır.

Habelə yeni qurulan zavodlarda istehsal olunan qida məhsulları yetərsiz sərmaye, keyfiyyət problemi, marketinq bilgisi və fəaliyyəti əksikliyi kimi səbəblərə görə qida sənayesi məhsulu  kimi hələ də ixrac edilməməkdə və ya ixracı çox zəif qalmaqdadır.

Ölkə, taxıl məhsullarının idxal edilməsinə baxmayaraq, buğda unu kimi işlənmiş taxıl məhsulları içində yer alan bir məhsulda müqayisəli  üstünlüyə sahibdir. Bu üstünlük ölkədə taxıl məhsulları istehsalının, işlənməsi və ixracı sahələrinin potansial inkişafa açıq olduğunu göstərir.

AMÜ indeksi cədvəlinə nəzər yetirdiyimiz zaman bəzi malların 2005-ci ildə AMÜ indeksi 2004-cü ildəki indeksə görə azalmışdır. Bunlara şəkər çuğunduru, günəbaxan yağı, qarğıdalı yağı, qoyun dərisi (yunlu) kimi mallar aiddir. Bu malların AMÜ indeksinin azalmasının müxtəlif səbəblərinin olduğunu qeyd etmək lazımdır. Belə ki, 2005-ci ildə ölkədə Aran İqtisadi zonada yerləşən İmişli rayonunda qurulan şəkər zavodu istehsala keçmiş və ölkədən bu zamana qədər ixrac olunan şəkər çuğundurunun böyük hissəsi bu zavodun istehsalında xammal olaraq istifadə olunmağa başlanmışdır. AMÜ indeksinde bu məhsulda bir azalmaya səbəb olsa da bu faktoru ölkədə qida sənayesinin inkişafı və ölkə əhalisinin şəkər ehtiyacının qarşılanması istiqamətində müsbət bir hadisə kimi qiymətləndirmək lazımdır.

Cədvəl 2 : Bəzi Kənd Təsərrüfatı Məhsullarının Azərbaycan və Dünya Üzrə İxrac Rəqəmləri (2004-2005)

  Məhsullar 2004-cü ildə

Ölke İxracı

(Xij)

(Min ABŞ $)

2004-cü ildə
Dünya İxracı
(Xwj)
(Min ABŞ $)
2005-ci ildə
Ölkə İxracı
(Xij)
(Min ABŞ $)
2005-ci ildə
Dünya İxracı
(Xwj)
(Min ABŞ $)
1 Alma 11318 3835231 19607 3507943,65
2 Pambıq çiyidi 325 288546 409 208696,74
3 Pambıq tiftiyi 35525 9673173 40339 7209839,64
4 Pambıq çiyidi yağı 1182 85791,95 1163 84754,61
5 İşlənmiş təmizlənmiş tütün 1390 2509508,83 1906 2469096,1
6 İşlənməmiş xam tütün 4103 6539055,49 5396 6368605,93
7 Siqaret 7101 13144955,12 18514 14642617,16
8 Çay 18578 3271661 14097 1896135,96
9 Barama 55 2775,43
10 Qoyun dərisi (yunlu) 800 654351,35 430 541846,28
11 Günəbaxan yağı 18048 2413040,16 3195 2798495,67
12 Təzə və quru tərəvəz 305767,23 164,29 327728,84
13 Təzə meyvələr 10744 575737,17 36123 753490,6
14 Meyvə suları 7991 1974869,7 9850 2238710,11
15 Buğda unu 157 2137689,45 1623 2249607,4
16 Meyvə unu 77 140069,58 910 180530,89
17 Qabıqsız fındıq 9956 964339,91 84214,79 1641324,73
18 Qarğıdalı yağı 8017 645338,26 6047 749423,96
19 Şəkər çuğunduru 5014 15285,95 2137 34816,43
20 Pomidor 5954 4373942,44 14965 4982024,16
21 Kartof 4800 2218717,94 9364 1875987,08
22 Distillə edilmiş spirtli içkilər 3819 16021632 7308 17055515,17
23 Barama qozası 308 46528,67 154 55417,04
24 Qabıqlı fındıq 93 54986,09 165 66449,07

 Qaynaq: Food and Agricultural Organization, http://faostat.fao.org/site/535/default.aspxhttp://www.fao.org/ES/ess/toptrade/trade.asp qaynaqlarından alınan statistika məlumatları istifadə olunmuşdur.

Cədvəl 3: Bəzi Kənd Təsərrüfatı Məhsullarının Hesablanmış AMÜ İndeksləri

  Məhsullar 2004-cü ildə
AMÜ indeksi
2005-ci ildə
AMÜ indeksi
1 Alma 7,32 13,12
2 Pambıq çiyidi 2,79 4,60
3 Pambıq tiftiyi 9,11 13,13
4 Pambıq çiyidi yağı 34,17 32,20
5 İşlənmiş təmizlənmiş tütün 1,37 1,81
6 İşlənməmiş xam tütün 1,56 1,99
7 Siqaret 1,34 2,97
8 Çay 14,08 17,45
9 Barama 49,15
10 Qoyun dərisi (yunlu) 3,03 1,86
11 Günəbaxan yağı 18,55 2,68
12 Təzə və quru tərəvəz 1,18
13 Təzə meyvələr 46,28 112,49
14 Meyvə suları 10,04 10,32
15 Buğda unu 0,18 1,69
16 Meyvə unu 1,36 11,83
17 Qabıqsız fındıq 25,61 120,40
18 Qarğıdalı yağı 30,81 18,93
19 Şəkər çuğunduru 813,52 144,03
20 Pomidor 3,38 7,05
21 Kartof 5,37 11,71
22 Distillə edilmiş spirtli içkilər 0,59 1,01
23 Barama qozası 16,42 6,52
24 Qabıqlı fındıq 4,19 5,83

Qeyd: Cədvəl 1 və Cədvəl 2-dəki statistik məlumatlar və Aşkar Müqayisəli Üstünlüklər Metodu istifadə olunaraq hesablanmışdır.

Qoyun dərisinin AMÜ indeks dəyərinin azalma səbəbinin əsas faktoru olaraq, ölkədə SSRİ vaxtından qalan dəri və dəri məmulatları istehsalı zavodunun öz istehsalını arttırmasını qeyd etmək mümkündür. Günəbaxan və qarğıdalı yağlarının AMÜ indekslərinin azalması, bu məhsilların dünya üzrə ixracının artmasının amma ölkənin bu məhsulların ixracının artmaması və hətta azalmasından meydana çıxmışdır. Bu azalmanın əsas səbəblərindən biri ölkə içində bu məhsullara olan tələbatın və istehlakın artmasıdır. Eyni zamanda bu azalmada bütün dünyada bu qida ürünlərinin istehsalı və ixracında yaşanan rəqabətin təsirinin olduğunu da qeyd etmək lazımdır.

Aşkar Müqayisəli Üstünlüklər metodu məhsulların rəqabət üstünlüyünü ortaya çıxarmaqdadır. Mövcud rəqabət üstünlüyünə malik məhsullarla birlikdə potansial üstünlük qazana biləcək məhsulların da oratya çıxa biləcəyini nəzərə aldığımız zaman, ölkənin kənd təsərrüfatının inkişafının bu istiqamətdə böyük potansiala malik olduğunu qeyd edə bilərik. Ölkədə gələcək illərdə kənd təsərrüfatı məhsullarının istehsalında digər faktorlarla bərabər, Aşkar Müqayisəli Üstünlüklər İndeksi faktorunun da nəzərə alınması kənd təsərrüfatı məhsullarının müəyyən hissəsində beynəlxalq rəqabət gücünü yüksəldəcək və ümumi olaraq kənd təsərrüfatının inkişafında müsbət effekt yaradacaqdır.

İSTİFADƏ EDİLƏN ƏDƏBİYYATLAR:

  1. Bela Balassa, Comparative Advantage, Trade Policy and Economic Development, New York University Press, 1991.
  2. C.Can Aktan ve İ. Yaşar Vural: “Rekabet Gücü Göstergeleri ve Rekabet Gücünün Ölçülmesi”,http://www.canaktan.org/yenitrendler/yenirekabet/olcme.htm#_ftn18,14 Mart 2008.
  3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, “Azərbaycan Rəqəmlərdə 2007, Xarici Ticarət”, http://www.azstat.org/publications/azfigures, 15 Mart 2008
  4. World Ttade Organization, “Network of World Merchandise Trade By Product And Region 2004-2006”, http://www.wto.org/english/res_e/statis_e/its2007_e/      its2007_e.pdf, 2008.
  5. Food and Agricultural Organization, http://faostat.fao.org/site/535/default.aspxhttp://www.fao. org/ES/ess/toptrade/trade.asp, 15 Mart 2008.

[1] Bela Balassa, Comparative Advantage, Trade Policy and Economic Development, New York University Press, 1991.

[2] C.Can Aktan ve İ. Yaşar Vural: “Rekabet Gücü Göstergeleri ve  Rekabet Gücünün Ölçülmesi”,http://www.canaktan.org/yenitrendler/yenirekabet/olcme.htm#_ftn18,14 Mart 2008

[3] Food and Agricultural Organization, http://faostat.fao.org/site/535/default.aspxhttp://www.fao. org/ES/ess/toptrade/trade.asp, 15 Mart 2008.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma