Turizmdə Rəqabətqabiliyyətlilik göstəricimiz…


wordcloud-turism-19624924Söz vaxtına çəkər… Səyahət, turizm və istirahətin zamanıdır… Kimi ölkə xaricində kimisə daxildə uyğun bir istirahəti düşünür… Şəxslərin istirahəti iqtisadiyyatın bir qolunun canlanması ilə iqtisadi artımda da gerilmənin qarşısını almağa dəstək olur.  Turizm sektoru bir sıra ölkələr üçün ümid yeri və inkişaf katalizatoru olub və indi də olmaqdadır… Bəli biz də çox danışırıq, çox yazırıq… İnbound və Outbound (daxili və xarici) turizm və bunun inkişafına münbitlik təmin edən faktorlar üzərində düşünmək və tədbirlər görmək ancaq və ancaq real fəaliyyətlərlə mümkündür…

Dünya İqtisadi Forumu (World Economic Forum) təzəlikcə ölkələrin səyahət və turizm üzrə rəqabətqabiliyyətlilik indekslərini və siyahısını yayınlayıb. İstərdim bu indeks haqqında və ölkəmizin bu dərəcələndirmədəki yeri haqqında sizinlə bəzi məlumatları paylaşım.

Əvvəlcə qeyd etmək istəyirəm ki səyahət və turizm rəqabətqabiliyyətlilik indeksində 141 ölkə 90-a qədər göstərici üzrə araşdırılmış və 1-dən 7-yə dək olan şkala üzrə dərəcələndirilmişdir… 1 ən aşağı göstərici 7 isə ən yaxşı göstərici olaraq qəbul edilmişdir. Dəyərləndirmədə əsas indikatorlar (göstəricilər) bunlardır:

Biznes mühiti, təhlükəsizklik, Sağlamlıq (Səhiyyə) və gigiyena, İnsan resursları və əmək bazarı, ICT təminatı-istifadə edilmə dərəcəsi, Səyahət və Turizmdə özəlləşdirmə dərəcəsi, Beynəlxalq əlaqələrə açıqlıq, Qiymət rəqabətqabiliyyətliliyi (!!!), Ətraf mühit və davamlılığı (inkişafı), Hava nəqliyyatı infrastrukturası, Quru yollar və liman infrastrukturası, Turizm xidməti infrastrukturası, Təbii resurslar və  Mədəni resurslar. Bu ana göstəricilərdir ki bunların da alt faktorları vardır.

Ölkəmiz , Səyahət və Turizm Rəqabətqabiliyyətlilik indeksi üzrə 7 üzərindən 3.48 xalla  141 ölkə arasında 84-cü yerdədir… Məlumat üçün həmişə turizmə daha çox diqqət yetirildiyini söylədiyimiz qonşu Gürcüstan 79-cu sırada, Türkiyə isə 44-cü sırada yer almışdır. İlk sıralarda isə İspaniya, Fransa, Almaniya, ABŞ, Böyük Britaniya, İsveçrə, Avstraliya, İtaliya, Yaponiya və Kanada yer alır. Yuxarıdakı ana göstəricilər üzrə isə ölkəmizin yerini baxsaq daha açıq məlumata sahib olmuş olarıq.

Biznes mühiti- 65-ci sıra 4.45 xal

Təhlükəsizklik – 36-cı sıra 5.83 xal

Sağlamlıq (Səhiyyə) və gigiyena- 44-cü sıra 5.96 xal

İnsan resursları və əmək bazarı- 36-cı sıra 4.84 xal

ICT təminatı-istifadə edilmə dərəcəsi- 52-ci sıra 4.58 xal

 Səyahət və Turizmdə özəlləşdirmə dərəcəsi- 58-ci sıra 4.69 xal

Beynəlxalq əlaqələrə açıqlıq- 107-ci sıra, 2.33 xal

Qiymət rəqabətqabiliyyətliliyi (!!!)- 65-ci sıra, 4.78 xal

 Ətraf mühit və davamlılığı (inkişafı)- 94-cü sıra, 3.83 xal

Hava nəqliyyatı infrastrukturası- 84-cü sıra 2.43

Quru yollar və liman infrastrukturası- 65-ci sıra 3.55

Turizm xidməti infrastrukturası-  93-cü sıra, 3.30

Təbii resurslar – 130-cu sıra 2.03

Mədəniyyət resursları- 75-ci sıra 1.53

Yuxarıdakı göstəricilər əslində çox maraqlı oldu, Məsələn Qiymət rəqabətqabiliyyətliliyi haqqında son zamanlarda elə mən özüm də çox yazmışam… Bu faktor təbii ki önəmli bir faktordur, ancaq görürük ki bu faktor üzrə ortalamamızın üstündə yəni 84-cü yerdən yuxarıda yerləşirik… amma yenə də üzərində dayanılacaq faktordur.

Digər bir maraqlı göstərici isə beynəlxalq açıqlıq göstəricisidir ki mənə biraz təəccüblü gəldi… Xüsusilə I Avropa oyunlarına  və digər beynəlxalq tədbirlərə ev sahibliyi etdikdən sonra 🙂 Ya Avropa oyunlarının təsiri hələ özünü əks etdirməyib, ya da ki təsir gücündə olmayıb… Nə isə…

Digər maraqlı bir göstərici isə Təbii resurslar üzrə çox geridə dəyərləndirilməmiz… Mən bunu qəbul edirəm, ancaq düşünürəm ki digər önəmli bir göstərici olan Turizm xidməti infrastrukturasını inkişaf etdirməklə, yüksəltməklə bu qıt qaynağımızdan səmərəli istifadə etməklə bu sektorda müəyyən irəliləyişlər əldə etmək olar. Digər önəmli faktorun hər birində effektiv irəliləmə ilə bu dərəcələndirmədə üst sıralara qalxmaq imkanımız vardır deyə düşünürəm.  Ən əsas da qeyd etdiyim kimi Turizm xidməti infrastrukturasını inkişaf etdirmək şərtdir.

Turizmdə Rəqabətqabiliyyətlilik göstəricimiz…” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma