Söz vaxtına çəkər… Səyahət, turizm və istirahətin zamanıdır… Kimi ölkə xaricində kimisə daxildə uyğun bir istirahəti düşünür… Şəxslərin istirahəti iqtisadiyyatın bir qolunun canlanması ilə iqtisadi artımda da gerilmənin qarşısını almağa dəstək olur. Turizm sektoru bir sıra ölkələr üçün ümid yeri və inkişaf katalizatoru olub və indi də olmaqdadır… Bəli biz də çox danışırıq, çox yazırıq… İnbound və Outbound (daxili və xarici) turizm və bunun inkişafına münbitlik təmin edən faktorlar üzərində düşünmək və tədbirlər görmək ancaq və ancaq real fəaliyyətlərlə mümkündür…
Dünya İqtisadi Forumu (World Economic Forum) təzəlikcə ölkələrin səyahət və turizm üzrə rəqabətqabiliyyətlilik indekslərini və siyahısını yayınlayıb. İstərdim bu indeks haqqında və ölkəmizin bu dərəcələndirmədəki yeri haqqında sizinlə bəzi məlumatları paylaşım.Davamını oxu »