360° Brendinq kitabı haqqında…


ilkinYazarını tanıdığın bir kitab haqqında yazmaq həm asan, həm də çətindir… Asandır ona görə ki, rahatlıqla əməldən, hərəkətdən gələn gözlərin səhnə arxasıyla tanışsan və buna görə yazdığını içdənliklə yazırsan… Çətindir ona görə ki, bir kitab yazarını qismən ifadə edə bilər… 360°Brendinq kitabının arxasında kitabı oxumaq üçün yazılan 3 səbəb var… Bu səbəblər təbii ki əsas səbəblərdir… Amma mən kitabı əhatə edən 10 bölmənin hər birini bir səbəb kimi görürəm… Və xüsusilə mənim bu sahədə maraq dairəmə daha yaxın olan hissələrini, qısaca 4,5,6,8 və 9-cu bölmələri haqda qısa fikrimi yazıram… Amma hər şeydən qabaq bir not düşmək istəyirəm kitab “Guerilla brending” xüsusiyyətinə malikdir…

Kitabın 4-cü bölməsi “Bizdə və onlarda” başlığı ilə qiyaslama (benchmarking) texnikası əsasında real nümunələrdən ibarətdir… Yeri gəlmişkən deyim ki, “benchmarking” şirkətlərimizin bütün sahədə inkişafı üçün ən çox müraciət etmələrini vacib bildiyim menecment texnikası olmalıdır. Əgər dünya görüb götürmək dünyası isə biz də görüb götürməliyik, arxası ilə isə yenilikləri yaratmalıyıq… Əgər bu texnika lazımsız olsa idi bir əvvəlki bloq yazımdakı Top 10 menecment texnikasında benchmarkinq yəqin ki 2-ci sırada yerləşməzdi… Kitabın 4-cü bölməsi məhz bu texnikanın nümunələrindən ibarətdir.

Qeyd etdiyim digər bölmə 5-ci bölmədir ki, bu bölmə yazarla müxtəlif zamanlarda ən çox mübahisə apardığımız mövzudur ki buna əslində müəyyən zamanlarda siz də şahidsiniz…:) Bəli Strategiyanın önəmini dostumuz “Strategiyasız brendinq olmaz” bölməsi ilə qəbul edir… Amma və lakin məhz öz praktikyönümlüyü ilə Strategiyanı üstlərdə qalan əlçatmaz və başadüşülməz bir anlayış yerinə, altlara yayılan, qəbul edilən, real praktik önəmi ilə öz təsirini göstərən xüsusiyyətilə önə çıxarmışdır ki bu da ən doğrusudur… Biz də strategiyanın önəmli olduğunu dediyimizdə elə məhz buna görə deyirik…

Qeyd etdiyim digər bir bölmə isə “Bəs Araşdırma?” bölməsidir… Siz də bilirsiniz ki araşdırma mövzusu da mənim üçün yaxın və real praktik fəaliyyətlə dolu bir mövzu və sahədir… Və bu araşdırmadan bəhs edərkən  gözümün önündə yazarla məhz bərabər çalışdığımız şirkətdəki ilk birlikdə və ayrı-ayrılıqda fəaliyyətlərimiz canlanır… Mən deyim siz istər inanın, istər inanmayın… “Guerilla marketinq araşdırması” kitabında yazılanları bu kitab yazılmadan öncə biz real olaraq ölkə içi və başqa ölkə bazarlarında real nəticələrlə həyata keçirmişik… Və məhz bu təcrübədən də yola çıxaraq araşdırmasız nə brendinq fikrini dəstəkləyirəm…

“Daxili Brendinq” bölməsi də mənim diqqətimi çəkən və dəfələrlə bloqumda da bu haqda yazdığıma görə mənə maraqlı bölmə oldu… Bəli şirkətlərimiz öz “HR brendinq”ini yaratmalıdır… “HR brendinq”in qısaca nə olduğunu bir cümləylə açıqlamaq istəyirəm… Digər ölkələrdə bu potensial işçi qüvvəsi ilə keçirilən sorğuda “Hansı şirkətdə işləmək istərdiniz?” sualıdır… Bunun da yaranmasının qaynağı daxili brendinqdir, işçilərlə olan münasibətlərdir ki kitabda bu bölmədə bunlardan bəhs edilib…

Və nəhayət sonuncu qeyd etdiyim bölmə: “Gələcəyi gətirək” bölməsidir… Yəqin daimi bloq yazılarımı oxuyanlar yazılarımın birinin “Marketoloqlara məsləhət: Biraz da  futuroloq olsunlar” başlığı ilə olduğunu bilir və oxuyublar… Bu bölmədə hörmətli dostumuza ərk edərək deyərdim ki məhz bu sitatımı dilləndirsəydi yerinə düşərdi :)… Yəqin yadına düşməyib olsun… növbəti kitablarında qeyd edər :))…  Bəli gələcəyi gətirək amma necə məhz əvvəlcə izləmək, öyrənməklə və daha sonra bu reaktivliyi proaktivliyə çevirməklə… Ona görə bu bölmədə qeyd olunanlar da məhz bu qəbildən olduğu üçün alqışa layiqdir…

Ən sonda isə qeyd etmək istəyirəm ki, bir yazarı bir kitabı ilə dəyərləndirmək yetərsizdir… Yazar əgər daim yenilənirsə, yeni şeylər yazırsa bu gün ayzdığı bu gün və yaxın dövr üçün keçərli və düzgün olsa da bir neçə ildən sonra yazdığı kitab və ya bloq yazılarıyla burda yazdıqlarının tam əksini də yaza bilər və bu yeniliyin, dəyişimin dünyada həmin sahədə və ən əsası isə insanın öz içində yaşadığı dəyişim və yeniliklə meydana çıxır ki bu da inkişaf amilidir…

Ona görə də müəllifə və sizlərə daim dəyişimlər və  xoş yeniliklər yaşamağınız diləyi ilə uğurlar!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma