2015-ci ilin Top 10 Menecment texnikalarında hansı dəyişikliklər baş verib?


http://www.dreamstime.com/royalty-free-stock-images-time-management-techniques-concept-little-d-man-holding-banner-one-hand-alarm-clock-another-clean-white-background-image30746529

      Yazımı 2 il əvvəl eyni mövzuda yazdığım bloq yazısının başlığı ilə başlamaq istəyirəm. “Hər hansı bir sahədə professionallığın yüksəlməsinin ən önəmli yollarından biri də həmin sahəyə aid dünyada baş verən yenilikləri, trendi izləmək, müqayisəli analiz etmək və mümkün olduğunca maksimum səviyyədə bunlardan öyrənərək, istifadə edərək, tətbiq etməyə çalışmaqdır.” Menecment sahəsində baş verən yenilikləri araşdıran McKinsey&Company, The Boston Consulting Group, Booz&Company, Bain&Company, Deloitte Consulting, KPMG, E&Y consulting kimi konsaltinq firmaları mövcuddur. Adları çəkilən firmalar 2014-cü ildə menecment konsaltinq sahəsində qlobal səviyyədə top 10-a daxil olan konsaltinq firmalarıdır. Bu firmalardan biri Bain&Company menecment sahəsində şirkətlərə sorğu ilə ən çox istifadə etdikləri menecment texnikaları haqqında araşdırma aparmaqda və yayınlamaqdadır. Son dəfə təxminən 2 il əvvəl bu 2013-cü il üçün aparılan araşdırma nəticələri haqqında məlumat vermişdim.”2013 üçün TOP 10 İdarəetmə texnikaları və trendləri…” adlı yazıda 2011-ci il araşdırma nəticələri ilə müqayisəli təhlil çərçivəsində yazı ilə tanış ola bilərsiniz. Artıq Bain&Company 2015-ci il üçün də yeni araşdırma nəticələrini açıqlamışdır. 

Araşdırmada bu ilki yenilik ondan ibarətdir ki, nəticələr sadəcə ümumi qlobal olaraq verilməmiş, North America (the US and Canada); Europe, Middle East and Africa (France, Germany, Spain and the UK); Asia-Pacifi  (China and India); and Latin America (Mexico and Brazil) coğrafiyasına görə də şirkətlərin tərcih və istifadə etdikləri əsas idarəetmə texnikalarının siyahısı çıxarılmışdır.

Əvvəlcə istərdim ümumi olaraq əsas Top 10 idarəetmə- menecment texnikalarının hansılar olduğunu sıralayım:

1. Customer Relationship Management.

2. Benchmarking

3. Employee Engagement Surveys

4. Strategic Planning

5. Outsourcing

6. Balanced Scorecard

7. Mission and Vision Statements

8. Supply Chain Management

9. Change Management Programs

10. Customer Segmentation.

Digər ümumi olaraq qəbul görən və çox istifadə edilən menecment texnikaları isə bunlardır: Core competencies, Big Data Analytics, Total Quality Management, Satisfaction and Loyalty Management, Digital Transformation, Business Process Reengineering, Strategic Alliances.

Qeyd etmək lazımdır ki ümumi yəni qlobal səviyyədə ən çox rəğbət görülən və istifadə edilən texnikalar, EMEA-Yəni əsasən Avropaya aid şirkətlərin də seçdikləri və dəyərləndirdikləri texnikalardır. Ancaq top 10 sıralamada müəyyən dəyişikliklər vardır. Belə ki, 1 və 2-ci yerdəkilər eyni qalmaqla digər texnikalar top 10-da qalmaqla yer dəyişikliləri vardır. Məsələn Missiya və Vizyon ilə Balanslaşdırılmıs Göstəricilər Sistemini Avropa şirkətləri 3 və 4-cü sıraya oturtmuşlar. Eyni zamanda son sıralarda yer alan Dəyişiklik menecmenti proqramları ilə Müştəri Seqmentasiyası 6 və 7-ci yerləri almışdır.

Şimali Amerika şirkətləri isə sıralamasında isə  1-ci yeri Employee Engagement Management- Çalışan bağlılığı idarəetməsi tutur. Ümumi sıralamanın sonunda yer alan Müştəri Seqmentasiyası yerini isə Core Competencies-Əsas (Qabiliyyətlər)Kompetensiyalar tutur.

Ən böyük fərq isə APAC Asia Pacifik, əsasən Çin və Hindistan şirkətlərinin seçimindədir. Belə ki top 10 sıralamasında yer almayan Big Data Analytics bu ölkə şirkətləri üçün ən önəmli idarəetmə texnikası olaraq 1-ci yeri tutmaqdadır. 2-ci yerdə olan Müştəri Əlaqələri bu ölkələr üçün də əhəmiyyətli texnika sayılmaqla öz yerini qorumaqdadır. Top 10-a daxil olan fərqli texnikalar isə bunlardır: TQM-Toplam Keyfiyyət Menecmenti, Əsas kompetensiyalar, Məmnuniyyət və Loyallıq idarəetməsi və Digital transformation.

Bəli, yazımın başlanğıcında dediyim kimi hər bir sahənin və sahəyə aid professional təbəqənin inkişafı həmin sahə ilə əlaqədar ən qabaqcıl yenilikləri təqib etmək, öyrənmək və tədbiq etməkdən çox asılıdır… Ümid edirəm ki menecment sahəsində olanlar üçün maraqlı və faydalı olacaqdır…

Uğurlar diləyi ilə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma