Yazıma bir neçə gün öncə ölkənin marketinq icmasının 2 günlük forumu haqqında qısa təəssüratımla paylaşmaq istəyirəm. Artıq bu il 3-cüsü keçirilən Milli Marketinq Forumu, elə həmin forumdakı çıxışımda da qeyd elədiyim kimi məslək solidarizminin bir nümunəsidir… Bu solidarizmin daha da bərkiməsi və ölkədə marketinqin inkişafına fayda gətirməsini diləyirəm. Bu ənənənin digər sahələrə də yayılmasını arzulayıram. Çünki Durkheim və Ziya Gökalpın da dediyi kimi cəmiyyətlərin inkişafı sosial təbəqələşmə ilə deyil, məhz məsləki təbəqələşmə və məsləki solidarizmin təsiri ilə ayrı ayrı sahələrin inkişafından və bir-birinə müsbət təsirindən asılıdır.
Yazımı elə forumda idarə etdiyim paneldəki dəyərli spikerlərdən biri olan Heydar İsmayılov-un çox gözəl seçilmiş mövzusu ilə davam etmək istəyirəm: Milli brendlər, ölkə brendi… Yenə bir daha çox aktual məsələ haqqında çıxışına görə Heydar bəyə təşəkkür edirəm. Və elə mövzunun ən azı bizim sferada gündəmdə qalması üçün yenidən bu yazı ilə qayıtmaq istəyirəm…
Ölkə marketinqi, şəhər marketinqi, milli brendlər… Bakı-2015 Avropa oyunları ərəfəsindəyik… Nə qədər öz ölkəmizdə, öz şəhərimizdə “özgə” olsaq da hər şeyin müsbət tərəfinin də olduğunu və buna bir balaca da olsa dəyər qatmağın da faydalı olacağı qənaətindindəyəm… Hələ 2012-ci ildə bu mövzuda bloqda “Eurovision 2012 və Bakının şəhər marketinqi” adlı yazını da siz dəyərli oxucularıma xatırlatmaq istəyərək, o gündən bu günə hansı dəyişikliklərin olduğu haqqında bir balaca düşünməmizi də istərdim. Nə isə…
Keçək yazının əsas məğzinə… Ölkə haqqında xoş təəssüratın yaradılması, yayılması, ölkə -milli brendlərinin tanıdılması, ölkə ilə simvollaşan məhsul və brendlər haqqında təəssüratı və s. sadəcə şəkillərlə göz oxşaması deyil, real “action”-larla önə çıxarmaq lazımdır… Necə?
Qonşumuzun bu istiqamətdə etdiyi bir gözəl nümunə kimi…
Bir neçə gün əvvəl qonşu Gürcüstana səfərim zamanı, elə hava alanında pasport kontrolda kontrol edən xanım pasportu geri verərkən bax aşağıda gördüyünüz şəkildəkini hədiyyə etdi… Öyrəndiyimə görə bu tanıtım kampaniyası bir neçə gün əvvəldən başlayıb…
Birincisi pasport kontrolda nə olur olsun hədiyyə verilməsinin özü ilk növbədə ölkə haqqında elə girişdəcə müsbət emosiyaların, təəssüratların yaranmasına səbəb olur. İkinci isə verilən hədiyyənin milli brend, milli məhsul olması və bu brendin həm də aid olduğu sahənin tanıdılması… məhsula, brendə, bu sahə ilə ixtisaslaşan ölkəyə müsbət imicin formalaşdırılmasına dəstək olur… Yazılardan göründüyü kimi, həm ölkə, həm də sahə haqqında məlumatlar verilir…
Ölkədə keçirilən önəmli tədbirlər ərəfəsində fərqli yanaşma ilə bu cür addımların atılması ölkə – milli brendlərinin formalaşdırılmasına, dəstək verilməsinə bir fürsətdir ki dəyərləndirilməsi lazımdır…
[…] çıxacaq). Buna misal olaraq tanınmış marketinq mütəxəssisi Cəbrayıl Vəliyev öz bloqunda Gürcüstanın təcrübəsi barədə yazmışdı. Sözün düzü məni də bu problem çoxdandan düşündürür, lakin bu çıxış və yazıdan […]
BəyənBəyən