İqtisadi artım olmazsa…İqtisadi düşüncələr…2


stagflationİqtisadi artımın iki əsas qaynağı var: 1) Məhsuldarlıq (Əməyin məhsuldarlığının) artımı, 2) İş yerləri sayının artımı…

İkincidən başlayaq… İş yerlərini yaradan dövlət və özəl sektor subyektləridir… İqtisadi çalxantılar və  krizlər vaxtı dövlət sektoru strukturlarının genişlənmək deyil, daralmaq siyasəti  tamamilə normaldır. Buna görə də bu istiqamətdə hər hansı artımdan danışmaq əbəsdir… Əlavə olaraq qeyd etdiyimiz daralma istiqamətində bu sektorda ixtisarlar labüddür…

Özəl sektora isə böyük şirkətlər və kiçik şirkətlər və start-uplar, yeni təşəbbüslər olaraq ikiyə ayırmaq lazımdır. İqtisadi qeyr-müəyyənlik və kriz vaxtı böyük şirkətlərin də yeni iş yerləri açmağı, işçi almağı azalmaqdadır və hətta ixtisarlara gedilməkdədir.

Şəffaf, antimonopol və kiçik biznes təşəbbüskarlığını təşviq və dəstək siyasəti ilə bu dönəmlərdə yeni iş yerlərinin açılması məhz daha çox bu subyektlər tərəfindən reallaşdırılmaqdadır. Yeni iş yerlərinin yaradılmasında məhz kiçik təşəbbüskarların, müxtəlif sektorda start-upların  keyfiyyət prinsipi də gözardı edilmədən kəmiyyəti ən önəmli faktor olaraq qarşıya çıxır. Bu istiqamətdə sistemli və effektiv tədbirlər planı reallaşdırılmalıdır.

İqtisadi artımın birinci qaynağına təsir edən faktorlar isə daxili və xarici faktorlar olaraq ikiyə ayırmaqla yanaşmaq lazımdır. Daxili faktorlar idarəetmə professionallığından tutmuş, personal və performans dəyərləndirməsi, motivasiya və nəticəyönlü karyera planlama sistemi və s. daxildir. Xarici faktor olaraq isə sürətli texnolojik yeniliklərdən nə qədər təsirlənməsi və ən əsası bundan nə qədər məqsədyönlü, nəticəyönlü istifadə məsələsidir.  Əlavə dəyər yaratma yollarından istifadə məhsuldarlığın artırılması istiqamətində digər önəmli yoldur…

Yuxarıdakı sadalananlarla əlaqədar tədbirlər görülməsə və kütləvi  ixtisarlar nəticəsində iqtisadi durğunluq (stagflation) özünü biruzə verməlidir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma