Qlobal İnnovasiya İndeksi (2014) və ölkəmiz…


Bold-Innovation-in-Mature-Markets-The-Five-VectorsHər hansı bir sahədə inkişaf və uğurun göstəriciləri həmin sahə ilə əlaqədar fərdi və/ və ya qurumsal ekspert rəy və hesabatlarında öz təsdiqini tapmaqdadır.  Bu yazıda günümüzün ən önəmli mövzularından biri olan İNNOVASİYA haqqında ən mötəbər hesabatlardan biri olan Global Innovation İndex son hesabatı ilə əlaqədar informasiya və fikir paylaşımı etmək istəyirəm. Əsas məqsəd  bu sahədə öz ölkəmizin göstəricisini müqayisəli surətdə təhlil etməklə və informasiya paylaşımıdır.

Global Innovation Index,  INSEAD Business School, Jhonson University of Cornell və WIPO (World Intellectual Property Organization) tərəfindən aparılan bir çalışmadır. Hesabat çox genişdir. GII-2014 hesabatında ölkəmiz müxtəlif faktorların təsiri nəticəsində 143 ölkə arasında 101-ci yerdə mövqelənmişdir. Məlumat üçün bildirim ki  İsveçrə, Böyük Britaniya,  İsveç, Finlandiya, Hollandiya, ABŞ, Sinqapur, Danimarka, Lüksemburq, Hong Kong(Çin),  bu sıralamada ilk 10-luğu paylaşırlar. Təbii ki ölkəmizin müqayisəsini apardığımız zaman əsasən qonşu və mövcud bənzər sosial-iqtisadi faktorlara sahib ölkələrlə aparmağı real yanaşma baxımından düzgün hesab edirəm. Bu tip ölkələrin sıralamada yerinə baxaq:

Ölkə 2013 sıra Ölkə 2014

sıra

Xal

Estoniya 25 Estoniya 24 51,5
Latviya 33 Latviya 34 45
Litva 40 Litva 39 41
Moldaviya 45 Moldaviya 43 41
Ermənistan 59 Rusiya 49 39
Rusiya 62 Türkiyə 54 38
Türkiyə 68 Ukrayna 63 36
Ukrayna 71 Ermənistan 65 36
Gürcüstan 73 Gürcüstan 74 35
Qazaxstan 84 Qazaxstan 79 33
Tacikistan 101 Azərbaycan 101 29,6
Azərbaycan 105 Qırğızıstan 112 28
Qırğızıstan 117 Özbəkistan 128 25
Özbəkistan 133 Tacikistan 137 24

Ölkəmiz təqribən 29,6 xalla 143 ölkə arasında 101-ci yerdə mövqelənmişdir. 2013-cü ildə isə ölkəmiz 142 ölkə arasında təqribən eyni xalla  105-ci mövqedə idi. Ölkələr sıralamasında dörd pillə irəliləməmizə baxmayaraq xalda demək olar ki ciddi dəyişiklik olmamışdır.  Sıralamaya baxdığımızda bu 2014-cü ildə xeyli irəliləmə göstərən Rusiya, Türkiyə, Ukrayna olmuşdur.  Eyni tarixi və sosial-iqtisadi faktorlara sahib ölkələrdən sadəcə 3 ölkədən geri qalmaqla ümumiyyətlə bu sahədə ən zəif ölkələrdən hesab olunuruq.

Qlobal İnnovasiya İndeksinin necə hesablandığı və hansı faktorların diqqətə alındığına nəzər salsaq problemli sahələrimizi görmüş olarıq. Ümumiyyətlə bu indeks hesablanarkən iki əsas subindeksdən istifadə edilir: 1) Innovation input sub-index – İnnovasiya girişi alt indeksi və 2) Innovation output sub-index – İnnovasiya məhsulu (nəticə) alt-indeksi.

Qeyd olunan sub-indeksləri əhatə edən faktorların da alt faktorları mövcuddur ki, bu faktorların hər biri qiymətləndirilərək nəticədə indeksin formalaşmasına gətirib çıxarır.  Ölkəmiz innovasiya istifadə (girişi) sub-indeksdə 91-ci sırada olmasına baxmayaraq İnnovasiya Məhsulu(Nəticəsi) sub-indeksində 109-cu sıradadır.

Global Innovation Index (Azerbaijan) Score Rank
Global Innovation Index 29.6 101
Innovation Input Sub-index 37.5   91
Innovation Output Sub-index 21.8 109
Innovation Efficiency Ratio 0.6 120

Qaynaq: http://www.globalinnovationindex.org/content.aspx?page=gii-full-report-2014

Göründüyü kimi əsas problem İnnovasiya məhsulu-nəticəsi göstəricilərindədir. Ancaq bunun da əsas səbəbi yetərsiz innovasiya giriş faktorlarının olmasıdır. Yuxarıda qeyd etdiyim kimi alt faktorlar çox sayıdadır, ancaq ölkəmizə aid əsas sub-index faktorları və onlarda nəzərə çarpan müsbət və problemli göstəricilər haqqında da məlumat vermək daha uyğun olar.

  1. Qurumlar: 53, 4 xalla 100-cü sıradayıq:

– Siyasi mühit: 124

-Tənzimləyici: 111

– Biznes mühiti: 57

  1. İnsan kapitalı və Araşdırmalar –9 xalla 100-cü sıradayıq:

-Ümumi (ilk və orta) təhsil121

-Ali təhsil-99

-Tədqiqat və təkmilləşdirmə-63

  1. İnfrastruktur-4 xalla 85-ci sırada yerləşmişik:    Bu sahədə bir əvvəlki hesabata görə irəliləyiş vardır.

– ICT infrastructuru-84

– Ümumi infrastruktur-118

– Ekolojik davamlılıq-91

  1. Bazar mühitinin yaxşılaşdırılması: 40.1 xalla 56-cı sıradayıq.

– Kreditlər-53: Bu faktorda irəliləyiş vardır.

– İnvestisiya-66,7 xalla 10-cu sırada mövqeləşibdir. Hesabatda ən yüksək xala sahib olan faktordur.

Sağlam İnvestisya mühitinin olması, investisiya və investorların qorunması amili buna təsir edən  faktordur.

-Ticarət və rəqabət: 92     Bu faktorda bir əvvəlki hesabata görə 25 pillə geriləmə var və bu göstəricidə əsas yerli bazarda rəqabət mühitinin uyğun olmamasıdır. Belə ki sırf rəqabət amilinə görə ölkəmiz 120-ci sıradadır.)

  1. Biznes mühitinin yaxşılaşdırılması- 20.1 xalla 131-cu sıradayıq. Bir əvvəlki hesabata görə yenə də xeyli geriləmə vardır. Əvvəlki hesabatda 118-ci sırada yerləşmişdik.

Biznesdə peşəkar kadrlar, şirkətlərin təlimlərə münasibəti-119,

-İnnovasiya integrasiyası-130,

– İnnovasiya (Bilgi) mənimsəmə,itifadə-11

             6.Bilik  və texnoloji məhsul (Knowledge and Technology output) 19.1 xalla 115 

– Biliklərin formalaşdırılması-126,

– Biliyin yeni biznesdə yeri və təsiri, ISO sertfikatlaşma və s amillər-98,

– Biliyin diffuziyası-121

  1. Kreativ nəticələr- 24.6 xalla 104-cı sıraya malikik. Bir əvvəlki hesabata görə 10 pillə geriləmişik.

– Qeyri-maddi aktivlər-86

– Kreativ məhsul və xidmətlər-108

– Online kreativlik-91

Qeyd: faktorların qarşısındakı rəqəmlər ölkənin həmin faktora görə sıralamadakı yerini göstərir.

İnnovasiya istiqamətində- onun mənimsənməsi, istifadəsi və kreaitiv ideya, məhsul və xidmətlərlə nəticələndirilməsi üçün hesabatdakı hər bir alt faktoru diqqətə alaraq istər özəl, istər dövlət sektorunda, təhsil ocaqlarımızda fərdi və qurumsal olaraq tədbirlər kompleksinin hazırlanması inteqrasiyalı şəkildə həyata keçirilməsi vacibdir. Dövrümüz innovasiya dövrüdür. İnnovasiya indeksində yer alan faktorlar da elə inkişaf göstərici faktorlarıdır. Əgər hər hansı sahədə xarici faktorların təsirinin azalmasını istəyiriksə, daxili inkişaf faktorlarını yaxşılaşdırmağa çalışmalıyıq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma