Ya həp, ya heç…iqtisadi düşüncələr…-1

Yarıaçıq və ya yarı bağlı iqtisadiyyat ola bilməz… Ya həp, ya heç…

Real sektoru güclü olmayan ölkələr öz ölkəsinin olmasa da (öz ölkəsində önəmli bir inkişaf səviyyəsində olmasa da) digər ölkə, ölkələr toplusu və ya beynəlxalq mali sektordan mütləq surətdə təsirlənəcəkdir…
Sənayedə- real sektorda diversifikasiya olmalıdır… ya həp, ya heç… Birtərəfli, təksektorlu, təkbölgəli iqtisadi inkişaf yoxdur… ya həp, ya heç…
1960-70-ci illərin İdxal əvəzləyici sənayeləşmə strategiyası iqtisadi inkişafa tam deyil, yarımçıq və keçici dəstək olur… İdxal əvəzləyici sənayeləşmə kiçik ölkələr üçün səciyyəvi və təsirli deyil… ya həp, ya heç…
İxracyönümlü məhsulların istehsalı münbit xammal qaynağı tələb edir… Qeyri neft sektorlarının xammal qaynağının nə qədəri iç piyasadan təmin olunur ki…? Bu nəyi tələb edir idxalda- gömrükdə şəffaflaşmanı… ya həp, ya heç…
İxracyönümlü sənayeləşmə strategiyası ixrac prosedurlarından tutmuş, xarici bazar araşdırması, xarici dil bilgisindən tutmuş internetdən bu istiqamətdə maksimum istifadə bacarığına qədər, xarici ölkə sərgilərində iştiraka dövlət təşviqi və dəstəyindən tutmuş, bu sərgilərdə iştirak etmək istəyi, təşəbbüsü və buna hazırlıq səviyyəsinədək, keyfiyyətdən tutmuş paketləməyə, beynəlxalq sertfikatlaşmadan tutmuş brendləşməyə qədər, encoterms bilgilərindən tutmuş akreditif əməliyyatlarına qədər, regional və sektorial istehsal və ixrac assosasiyaların yaradılmasından tutmuş onların real fəaliyyətinə qədər və s. və s. tələb edir… YA HƏP, YA HEÇ…
Ölkə valyutasının digər xüsusilə ixrac qarşılığı ödəmə valyutalarına qarşı dəyər itirməsi ixraca müsbət təsir göstərir … nə vaxt? İxrac ediləcək rəqabətqabiliyyətli məhsullar olanda… Yoxsa,qeyri-neft məhsullarının ixracda payı təkrəqəmli isə hansı müsbət təsir göstərəcək…? Ya həp, ya heç…
Çox qazanan çox vergi ödəməlidir…Dünyada aktual iqtisadi mövzu olan Ədalətsiz gəlir dağılımı və buna qarşı tədbiqi iləri sürülən artan nisbətli vergi siyasəti olmalıdır… Amma gəlirlər şəffaf göstərilirsə  faydası olacaq… Yoxsa çifayda… Ya həp, ya heç…
 Hələki bu qədər… davam etməyə mövzu çoxdur…

Əlavə dəyər yaratma yolları…

Şirkətlərin həyatlarının hər mərhələsində əsas məqsədləri qazanc əldə etməkdir. Bu istiqamətdə inkişaf tempində olan şirkətlərdə çətinliklər az olsa da və ya daha az hiss edilsə də demək olar ki, bütün şirkətlərdə müxtəlif zamanlarda qeyd edilən əsas məqsədi əldə etmədə bir tıxanıqlıq yaranır  və  ya azalma meyli göstərir. Bu tıxanıqlıq və azalmanın həlli pərakəndə fəaliyyətlərlə deyil, konseptual yanaşma və böyük çərçivəni görməkdən asılıdır.  Xüsusilə böhran dönəmlərində və kəskin rəqabət şəraitində şirkətlər problemlərə daha stratejik və konseptual baxmalıdırlar. Bu yazıda qazanc əldə etmə istiqamətində əlavə dəyər yaratma yollarından bəhs etmək istəyirəm. Və bunu aşağıdakı şəkil vasitəsilə göstərərək aydınlaşdırmaq fikrindəyəm:
Şəkildən göründüyü kimi üç dəyər yaratma qaynağı mövcuddur:
 1) Tədarükçü qaynaqlı dəyər yaratma yolu
 2) Şirkət daxili dəyər yaratma yolu
 3) Müştəri qaynaqlı dəyər yaratma yolu…
Şirkətlər bu üç dəyər yaratma yolundan effektiv istifadə etməlidir. Hər üç istiqamətdə fəaliyyətlər konseptual şəkildə araşdırılmalı, problemlər ortaya çıxarılmalı və konseptual həll yolları tapılmalıdır.
-Tədarükçü portfelinin strukturu, alternativ tədarükçü dəyərləndirməsindən tutmuş mövcud tədarükçülərlə bazarlıq gücünə qədər və nəticədə onlarda daha aşağı qiymətdən satmaq istəyinin yaradılması ilə əldə ediləcək dəyər tədarükçü qaynaqlı dəyər yaratma yolunu əhatə edir.
-Şirkət daxilində maliyyətin formalaşmasında rol oynayan faktorların ələ alınması, incələnməsi və effektivlik və səmərəliliyin artırılması ilə düzgün optimizasiyanın həyata keçirilməsi şirkət daxili dəyər yaratma yolu kimi ifadə oluna bilər.
-Üçüncü isə şirkət xitab etdiyi müştəri qisminin almaq istəyini gücləndirmək istiqamətində gördüyü tədbirlər toplusu və qiymətin qorunması və mümkün olduğu təqdirdə isə müəyyən qiymət artımıyla yaradılacaq əlavə dəyər mexanizmidir. Ancaq bunun qaynağı müştəriyönlü əlavə dəyər yaratmaqdan keçir. Xidmətdə və keyfiyyətdə təkmilləşdirmə yolları bunların qaynağıdır. Yaradılacaq əlavə dəyərin geri dönmə dəyəri daha yüksək olacaq əlavə dəyərlər yaradılmalıdır.
Nəticədə bu üç istiqamətdə konseptual fəaliyyət maliyyətlə-qiymət aralığını genişləndirəcək və şirkətə əlavə dəyər qazandıracaqdır…
Dəyər yaratma yolunda uğurlar diləyi ilə…
Bu mövzuda digər yazılar: