Masabaşı araşdırma yolları…


Bildiyiniz kimi ölkəmizin ali təhsil ocaqlarından birində “Biznes araşdırmaları” dərsini tədris edirəm. Dərs slaydlarımı incələdiyim zaman əslində bloqda da paylaşılacaq məlumatların varolduğunu hiss elədim. Buna görə də müəyyən aralıqlarla dərs mövzularımı əhatə edən məlumatları da Siz oxucularımla paylaşmağı nəzərdə tuturam…  Bu yazıda Masabaşı araşdırma (Desktop research)  ilə əlaqədar, xüsusilə özümün də bilavasitə istifadə etdiyim yollardan bəhs edəcəyəm. Məhz fikrimcə lokal araşdırma şirkətlərimizin də zəif və inkişaf etdirmələri lazımlı əsas istiqamətlərdən biri də budur. Və qeyd etmək istəyirəm ki bu  yazıda məqsəd detallı açıqlama deyil, istiqamətverici fikir paylaşımıdır.
          – Bazar araşdırması bir məhsula aid effektiv tələbi müəyyənləşdirmək üçün zaman və maliyyət nöqteyi nəzərindən bahalı bir üsuldur. Effektiv  tələb müəyyən bir dönəmdə,  müəyyən bir bazarda, müəyyən eidlmiş bir qiymətdəki xüsusi bir malın toplam miqdarını ifadə edir. Bunu öyrənmək üçün əsas araşdırma yolu masabaşı araşdırmalardır.  Bazar araşdırmasının əsas məqsədi tələb analizidir. Hər hansı bir araşdırma proektində cari tələbin müəyyənləşdirilməsi zamanı aşağıdakı hədəflər seçilir: a) İstehlakçıların almaq istədikləri mal və xidmətin miqdarını təyin etmək və bu yolla bazar həcmi və bazar payını müəyyənləşdirmək, b)Ampirikbilgilerinköməyi ilə əlavə satınalma və/və ya istehsal gücünün yaradılmasını müəyyənləşdirmək.
 
        Masabaşı araşdırmada məlumatların toplanması və analizi çətin və darıxdırıcı ola bilər. Ancaq artıq internetdən istifadə bu cür məlumatların toplanmasını asanlaşdırmışdır. Ancaq bu qaynaqların bilinməsi və daim təqibi lazımdır ki unudulmasın. Buna görə masabaşı araşdırmalarını mərhələlər şəklində həyata keçirsək daha effektiv olar:
 
1) Məqsədin təyin edilməsi
2) Məhsulun sinifləndirilməsi, klassifikasıyası
3) Məlumat qaynaqlarının müəyyənləşdirilməsi
4) Məlumatların klassifikasiyası
5) DATA BANKın qurulması
 
Məqsəd: Hədəf bir ölkənin (bazarın, regionun) seçilməsi, hədəf ölkədə hədəf seqmentin müəyyənləşdirilməsi, fəaliyyət qərarı…
Məhsulun klassifikasiyası: Effektiv bir bazar araşdırmasına başlamağın ilk addımı istehsal etdiyiniz, etmək istədiyiniz, satış və ya ixracını planlaşdırdığınız məhsul və ya məhsulların beynəlxalq səviyyədə bilinən formada klassifikasiya etməkdir. 
Ticari statistikaların çoxunda məhsullar bü cür klassifikasiyalaşdırılır: Sahəyə görə, məhsul  qrupuna görə, gömrük kodlarına (GTIP)-lərə görə, ölkələrə görə, fəaliyyət növünə görə (production, export, import, re-export, investisiya məqsədli və s.)
Məlumat qaynaqlarının müəyyənləşdirilməsi:
Masabaşı Araşdırmada məlumat (informasiya) qaynaqlarını isə aşağıdakı 3 qrup altında birləşdirə bilərik: 
  1) Şirkət içi məlumat qaynaqları:
  – Satış hesabatları,
  – Proforma invoice-lar
  – Rüblük, aylıq, illik hesabatlar və analizlər
  2) Şirkət xaricində istifadə olunan qaynaqlar:
  – Müxtəlif lokal və beynəlxalq qurum və quruluşların hesabatları
  – Statistik məlumatlar
  – İxraca dəstək qurumları
  – Xarici ölkədəki səfirliklər və bunlara bağlı fəaliyyət göstərən ticari müşavirlər
  – Universitet yayınları 
3) Beynəlxalq qurumların yayınları, hesabatları
-Beynəlxalq qurumların yayınları çox geniş və hərtrəfli məlumat qaynağı ilə doludur. Bu qurumlar da yenə də ümumi və xüsusi olaraq ikiyə ayrılır. Ümumi iqtisadi və statistik məlumatlar yayınlayanlar (Birləşmiş Millətlər İnkişaf Hesabatı),ümumi xarakter daşıyan qurumlar və xüsusi sektorlar üzrə fəaliyyət göstərən qurumlar: Məsələn, Beynəlxalq Kənd Təsərrüfatı Təşkilatı (IFAD) 
-BMT tərəfindən  yayınlananBirləşmişMillətlər İllik Statistika məcmuası”(The United Nations Statistical Yearbook).
Beynəlxalq Finans Korporasiyasının IMF’nin aylıq Beynəlxalq Maliyyə Statistikaları” (International Financial Statistics)
-ITC-International Trade Center (Beynəlxalq Ticarət Mərkəzi) mərkəzi Cenevrədə yerləşən bu qurumdan ölkələrin sektorlara görə toplam ticarət statistikalarını əldə edə bilərsinizş Buyolla  hansı ölkənin hansı sektorda dünya ticarətindəki yerini öyrənə bilərsiniz.
-Birləşmiş millətlərə bağlı comtrade.un.org ixrac və idxal rəqəmləri məhsul siniflərinə və ölkələrə görə məlumatlar
-WTO-World Trade Organization (Dünya Ticarət Təşkilatı)
-Dünyadakı ixrac assosiasiyaları və buna bənzər qurumlar
-Dünyadakı Araşdırma assosiasiyaları və yayınladığı məlumatlar
-OECD ölkələri ilə əlaqədar informasiyaları bu qurumun yayınladığı hesabatlardan əldə edə bilərsiniz.
-SNG ölkələri ilə əlaqədar SNG ölkələrinin ölkələrarası statistika komitəsi  www. cisstat.com
– Digər beynəlxalq araşdırma və konsaltinq şirkətlərinin məlumatları
– Xarici ölkələrin statistika qurumlarının məlumatları… və s.

 

   Məlumatların klassifikasiyası: Bu mərhələdə müxtəlif qaynaqlardan toplanan məlumatların məqsədlərə görə sinifləndirilməsi (klassifikasiyası) aparılmalıdır. Çünki ən sadə şəkildə desək nəyin harda olduğunu, hansı məlumatı necə əldə edəcəyimizi asanlaşdırmaq üçün mütləq lazımdır. Burada sinifləndirmə  məqsəd və gələcəkdə istifadə rahatlığına görə müəyyənləşdirilə bilər… Məsələn məlumat mənbələrinə görə, fəaliyyət sahəsinə görə, lokal və ya beynəlxalq qaynaqlara görə, statistik və ya hesabatlar şəklinə görə, illərə görə və s. və s.) 
         DATABANK-ın yaradılması: Həm xam məlumatlar, həm də işlənmiş, analiz edilmiş məlumat və bilgilər saxlanılmalı və gələcəkdə istifadə məqsədilə qorunmalıdır. Hazırda bunu texnoloji sistemlər vasitəsilə həyata keçirmək asandır…
      Təbii ki burada əldə olunan məlumatların analiz yollarından  bəhs etmədik, çünki bu ayrı bir  və ya bir neçə yazı(lar)ın mövzusudur.
        Sonda demək istəyirəm ki bəli bilgi gücdür, amma düzgün istifadə olunan bilgi isə əvəzedilməz gücdür!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma