İqtisadi artım və inkişaf mövzusunda öz sözünü demiş ekonomistlərdən biri Nobel ödüllü Robert Solow-dur ki, mən də irəli sürdüyü tezislərlə daha çox razılaşıram. Neo-klasik iqtisadi artım modelini irəli sürən ekonomist uzun illər 1950-ci ildən bu sahədə müxtəlif çalışmalarıyla meydandadır. 1987-ci ildə də elə iqtisadi artım mövzusundakı çalışmalarına görə Nobel mükafatı almışdır. Solow artım modelində, ən sadə dillə desək texnolojik inkişaf diqqətə alınır və iqtisadi artım sürətinin texnolojik inkişaf sürəti və əhali artım sürətinin birlikdə toplamına bərabər olması tezisi müdafiə olunur.
3) McKinseylə birlikdə aparılan araşdırmada incələnən digər bir sahə isə xidmət sahəsində məhsuldarlıq subyekti olmuşdur. Araşdırma nəticəsində bu sektorda işgücünün 70%-nin (Avropa və Amerika) cəmləşdiyinə baxmayaraq məhsuldarlıq digər sektorlara nisbətən gözlənilənin əksinə aşağı səviyyədə olmasıdır. Xüsusilə distribusiya və pərakəndə sektorunda məhsuldarlıq dərəcələri çox aşağı səviyyədə olduğu müşahidə edilmişdir.
Xidmət sektorunda məhsuldarlıq təyinedicilərinin və təsir göstərən faktorların nələr olduğu üzərində daha əhatəli çalışmalara ehtiyac yaranmışdır. Məsələn əvvəllər xidmət sahəsi, istehsal sahəsinə nisbətən daha az kapital tələb etdiyi fikri hakim idisə, indi bu fikir öz aktuallığını itirmək üzrədir. Bu sektorda məhsuldarlıq amili kimi, yenə idarəetmə və qərarvermə çevikliyi ilə birlikdə texnolojinin səmərəli istifadəsi irəli sürülür. Xüsusilə pərakəndə sektorunda texnolojik yeniliklərin istifadəsi məhsuldarlıq göstəricilərinə müsbət təsir edəcəyi fikri hakimdir.
Robert Solow-un iqtisadi artım, məhsuldarlıq təyinediciləri və məhsuldarlıqda artım sürəti haqqındakı yuxarıdakı fikirlərə əsaslanaraq deyə bilərik ki, sırf ekonomik və texnolojik faktorlarla yanaşı idarəetmədə peşəkarlıq, qərarvermə bacarığı və s kimi bəşəri idarəetmə faktorları da məhsuldarlıqda önəmli təsir subyektləridir və bu xüsusilə önümüzdəki dövrdə əsas fərqyaradıcı amil kimi davam edəcəkdir…
Hörmətli müəllif, toxunduğunuz mövzu çox aktualdır, lakin bizim reallıqlarda idarəetmə briqadir səviyyəsində həll olunur. Mən düşünürəm ki, Solounun Nobel mükafatı modelinin, müəyyən qədər zidd olduğunu nəzərə almasaq, sizin sırf idaretmə istiqamətində apar biləcək araşdırmaların faydası böyük ola bilər. Uğur olsun
BəyənBəyən
Hörmətli Fuad müəllim, öncəliklə dəyərli rəyiniz üçün təşəkkür edirəm. Və yazdığınız reallıqlar və idarəetmə istiqamətində aparılacaq araşdırmalar haqqında Sizinlə razıyam. Nə qədər çox bu istiqamətdə araşdırmalar aparılsa və bu sahədə geri planda qalan mövzularda məlumatlandırma aparılsa müəyyən faydası olar. Bu istiqamətdə faydalı olmağa çalışııram və çalışacağam… Sizə də işlərinizdə uğurlar!
BəyənBəyən