"Bura Azərbaycandır…"- özünümüdafiə instinkti

Bəli, bura Azərbaycandır… Burada baş verənlərin də çoxu müsbət və ya mənfi məhz bura aid cəmiyyətin xüsusiyyətlərini əks etdirir…

 Hər şeyin ifratının mənfi nəticələrə səbəb olduğu məlumdur.  Çox zaman müqayisə baxımından söylənən “Bura Azərbaycandır” fikri də öz ifrat dərəcəsinə çataraq müqayisəli yanaşma çərçivəsindən çıxıb özünümüdafiə instinktinə çevrilibdir…
Müxtəlif sahələrdən müxtəlif mövqeli insanlardan eşitdiyim bu mənfi hal bu yazını yazmağa səbəbiyyət verdi.
Öz edə biləcəklərini etməyib “Bura Azərbaycandır” fikrinin altında kölgələnənlər yuxunuz şirin olmasın!
Ali məktəb tələbəsinə yol göstərilir, istiqamət verilir… informasiya əldə etməyin ən sürətli və asan olan bu dövründə bundan istifadə edərək öz inkişafına səy göstərməyən tələbə zamanla qarşılaşdığı çətinlik və problemləri “Bura Azərbaycandır” düşüncəsiylə özünümüdafiə edir…
İş həyatında öz funksiyalarını, edə biləcəklərini etməyib, hər şeyin ucunu dolaylı və birbaşa olaraq “Bura Azərbaycandır”a bağlayan işçilər də olduqca çoxdur….
Təlimlərdə iştirak edənlər, təlimdə deyilənləri “bir istifadə edim” düşüncəsiylə deyil, bəri başdan bu bura aid deyil, burda olmaz, bura Azərbaycandır düşüncəsiylə heç öyrənmək belə istəmir…
Bu və ya digər cəhətdən müəyyən ölçülərdə özünü isbatlayan hər hansı bir sistem dəyişikliyinə qəti etiraz edən və bunu “Bura Azərbaycandır”la əsaslandırmağa çalışan idarəedicilər…
Öz haqq və hüquqlarını hələ müdafiə etməyi demirəm,ən əvvəl heç öyrənmək belə istəməyənlərin özünümüdafiə insinkti də eyni…
Siyahını uzatmaq əlbəttə ki mümkündür… Amma mən əsas qarşılaşdığım sahələrdən misal çəkdim…
Təbii ki bura Azərbaycandır… Amma bunu hər şeyə qulp eləmək elə “Bura Azərbaycandır…”ı müsbət deyil, mənfilərlə doldurmaq deməkdir…

E-vətəndaşlıq…bəs harda?

İndicə oxuduğum məlumata görə Estoniya artıq “E-stonia” olmaq yolunda bir ilkə daha imza atmışdır… Vaxtilə “Yeni zamanın hökumətləri…” haqqında bir yazımda Estoniada səhiyyədə e-hökumətin real tədbiqi barədə qısaca bəhs etmişdim.
 İndi isə buyurun daha bir ilk… Estoniyada   elektron vətəndaşlıq (e-vətəndaşlıq) haqqında qanun qəbul edilmişdir…

Bəli Estoniya ilə bağlılıq yaratmaq istəyən, iş qurmaq istəyən hər bir kəs e-vətəndaşlıq kartını əldə edə bilər… Və bu yolla istənilən işini “e-hökumət” asanlığı ilə həll edə bilər, biznes aça bilər və s. Sadəcə 1 dəfə barmaq izi alınmasıyla bu vətəndaşlıq həll olur və daha sonra istənilən yerdə bundan rahat istifadə edilə bilər… Bu xidməti xarici ölkə səfirliklərində də reallaşdıracaqlarını söyləyirlər… Artıq Estoniyanın bu uğurunu Finlandiya da öyrənərək Estoniyanın “e-hökumət” konseptini qəbul etmişdir… Estoniya isə Avropanın  bu e-vətəndaşlıq qanunu çıxarmasını arzulayır…

-Estoniya ilk dövlət olaraq 2005-ci ildə elektron səsvermə haqqında qanun qəbul edib, tədbiq edir.
-Estoniya səhiyyə sisteminin elektronlaşmasını həyata keçirən ilk dövlətlərdən biridir.
-Estoniyada vergi bəyannəmələrinin  95 faizi internet vasitəsiylə həyata keçirilmişdir.
-Estonyada 85% əhali online-bankçılıqdan istifadə edir…
-Hər il büdcədən 1% informasiya cəmiyyətinin yaradılması və inkişafı üçün ayrılır
-Elektron ID kart istifadə olunur.
– Doing Business göstəricilərindən biri olan şirkət qurma müddəti 20 dəqiqədə reallaşır…
Bunlar əsas nə üçün önəmlidir? Şəffaflıq üçün…
Yaxşıdan yaxşı öyrənə bilmərik???

"İctimai mağaza və ya icma mağazası, bəs harda? "i

Yazının başlığı bilirəm ki, çoxumuzda maraqdan çox “saçma” bir fikir oyadacaqdır… Ancaq bəli artıq belə bir mağaza tipi dünyada mövcuddur… Bəli elə burdaca sual çıxır, harda? Sizcə belə bir mağaza tipi hansı ölkələr üçün daha uyğundur və ya hansı ölkələrdə olmalıdır və hansı ölkədə açılıb?
Yəqin ki bu sualın da cavabı məntiqən təbii ki az inkişaf etmiş və ya kasıbı çox ölkələrdə olmalıdır olacaq… Amma biz yenə yanılırıq. 
Belə bir sosial supermarket xarakterli “Community Shop” mağazası inkişaf etmiş və zəngin ölkələrdən biri olan Böyük Britaniyada açılıb…
Bu mağazanın “fikir babası” artıq 40 illik tarixi olan “Company Shop”-dur. Company Shop artıq qalan malların re-distribusiyasını həyata keçirən şirkətdir. “Community shop” da bunların təsəbbüşüdür. 2013 dekabrında açılan bu mağazanın təbii ki əsas hədəf kütləsi az gəlirli və maddi ehtiyac içində olan kütlədir. Bəs tədarükçülər kimlərdir? Əlbəttə ki böyük pərakəndə şəbəkələri.
Çox qısa vaxtda açılan ilk Community shop özünü iqtisadi, ətraf mühit və ictimai fayda baxımından doğrultmuş və fəaliyyəti mükafatlandırılmışdır… və artıq şəbəkələşməyi planlaşdırırlar! Stoklarda qalan, satılmayan və ya az satılan amma və lakin kəsinliklə istifadəyə yararlı olan məhsullar böyük endirimlərlə (təqribən 70%) ehtiyac sahiblərinə təklif edilir… Beləliklə, həm qənaət, həm qazanc, həm ətraf mühitin qorunması, həm də ən əsası ictimai faydalılıq həyata keçirilir! Alqışlanası bir təşəbbüsdür…
Bizim pərakəndə şirkətləri artıq məhsullarını nə edirlər???