Təbiətdən gələn gözəllik və sağlamlıq qaynağı


Bu gün çox maraqlı günlərdən biri oldu… Türkiyə və Azərbaycanda fəaliyyət göstərən NLG şirkətinin dəvəti ilə Ramada otelində düzənlənmiş “Talya bitkisel ürünlerinin tanıtımı” tədbirinə qatıldım. Hər şeydən öncə çox dəyərli dostumuz, tələbə yoldaşımız Lalə xanım Həsənovaya dəvəti üçün təşəkkür edirəm. İki ölkədə çox uğurlu biznes fəaliyyətlərini yürüdən gənc iş xanımı Lalə xanıma uğurlarının davamını diləyirəm Təbiətdən gələn gözəllik və sağlamlıq qaynaqlı məhsulları ilə Azərbaycan istehlakçılarından qazandığı rəğbət və sevginin daim olmasını arzulayıram.

Mən bu gün həqiqətən çox uğurlu gənc komanda və liderini gördüm. Biznes həyatına sıradan məhsullarla deyil, özəl, gözəllik və sağlamlıq qaynaqlı, təbii bitkisəl məhsullarla giriş etmək və çox kiçik amma enerjili komanda ilə ölkənin bütün böyük pərakəndə şəbəkələrində və apteklərində yer tutmaq çox uğurlu  fəaliyyətdir. Önəmlisi isə doğru sistemli satış fəaliyyətləri və təbii keyfiyyətli, etibar qazanmış məhsulları ilə həm bu pərakəndəcilər tərəfindən,  həm də istehlakçılar tərəfindən rəğbət qazanmaqdır ki…çıxışlardan və izlədiyimiz videogörüntülərdən bunların şahidi olduq. Təbii ki şirkətin lokomotivinin (satış) başında olan Sabina xanımı da bu uğurlu fəaliyyətlərindən dolayı alqışlayıram. Bütün bunlar biznes həyatına qədəm qoymaq istəyən gənc xanımlar üçün uğurlu canlı nümunələrdir… Bir daha dəyərli dəvətləri üçün təşəkkür edir və uğurlarının davamlı olmasını diləyirəm…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma