Biznes Saatında Biznes təlimlər və şirkətlərin təlim siyasəti haqqında danışdıq…

Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında ölkəmizin mövqeyi: müsbət və mənfi faktlar…

İki gün əvvəl Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən hazırlanmış 2014-2015-ci illər üçün 144 ölkəni əhatə edən Qlobal Rəqabətqabiliyyətlilik hesabatı açıqlanmışdır. Təqribən iki il əvvəl 2012-2013-cü illər üçün açıqlanmış hesabat haqqında “Gələcəyimizi düşünürükmü? Qlobal Rəqabətqabiliyyətlilik göstəricilərinə baxış” adlı yazımda həmin dövrə aid olan maraqlı göstəricilər haqqında fikirlərimi bölüşmüşdüm. İndi  həmin dövrün göstəricilərinə də nəzər salaraq yeni hesabatda açıqlanmış göstəricilər haqqında fikirlərimi Sizlərlə bölüşmək istərdim.

İlköncə necə deyərlər aysberqin görünən üzünü qeyd edək: Ölkəmiz bu son Qlobal Rəqabətqabiliyyətlilik hesabatında 144 ölkə arasında 39. yerdə mövqelənmişdir. İki il əvvəl ümumi göstəricilər sıralamasında yerimiz 46 idi. Təbii ki bu yüksəlişə sevinmək olar. Ümumi sıralamada ildən ilə yüksəlmək sevindirici haldır.
Ancaq bu yüksəlişin səbəbi nəyə bağlıdır deyə incələdiyimiz zaman və ya ümumiyyətlə hesabatdakı göstəriciləri bütünlüklə incələrsək görərik ki, ələ alınan çox sayda önəmli faktorlarda elə də irəliləyiş  yoxdur və ya çox azdır.
Qeyd etmək lazımdır ki Qlobal Rəqbətqabiliyyətlilik İndeksi eyni zamanda 3 əsas alt indeksdın (Subindex)ibarətdir:
 1) Əsas tələb olunan (zəruriyyətlər) subindeksi,
 2) Səmərəlilik (Effektivlik) yüksəldici faktorlar subindeksi,
3) İnnovasiya-İnkişaf istiqamətli subindeks.
Bu alt indekslərin də hər birində müəyyən alt göstəricilər yer alır və ümumi sayı 12-dir.
 Belə ki Əsas (Basic) subindeksdə: qurumlar, infrastruktur, makroiqtisadi mühit (vəziyyət), Sağlıq və ibtidai təhsil kimi faktorlar yer alır.
Səmərəlilik (Effektivlik) artırıcı subindeksdə: Ali təhsil və müxtəlif təlimlər, Əmtəə bazarının effektivliyi, Əmək bazarının effektivliyi, Maliyyə bazarının inkişaf səviyyəsi, Texnoloji (ICT) istifadə səviyyəsi, Bazar həcmi(boyutu)
İnnovasiya-inkişaf istiqamətli subindeksdə isə iki əsas faktor: İnnovasiya və Biznes mühitin inkişafı faktorlarıdır.
Təbii ki bu alt faktorlar da öz növbəsində çox sayda faktorlar toplusundan ibarətdir ki, bunlar nəzərə alınaraq, hesablanaraq subindekslər və daha sonra ümumi rəqabətqabiliyyətlilik indeksi çıxarılır.
Burada bir digər önəmli nüansı da yazmağı vacib görürəm. Yuxarıda göstərilən 3 əsas subindekslərdən ilki faktor-əsaslı ekonomiləri, ikincisi effektivlik-səmərəlilik yönlü ekonomiləri, üçüncü isə innovasiya yönlü ekonomiləri xarakterizə edir. Və sıralamada yer alan bütün ölkələr bu 3 mərhələnin birində və/vəya mərhələlərarası keçişlərdə yer alırlar. Məlumat üçün, ilk mərhələ (səviyyədə) yer alan ölkə sayı 37-dir və bu ölkələr əsasən  Adam başına  düşən Ümumi daxili məhsulları 2000 usd-dən az olan ölkələrdir. İkinci bir nüans isə bu ölkələr faktor əsaslı iqtisadiyyatın ağırlığı 60%dən çox olan ölkələrdir. İkinci mərhələdə isə adam başına ÜDM-si təqribən 3000-9000 usd olan ölkələrdir. Üçüncü mərhələdə isə əsasən inkişaf etmiş 37 ölkə yer alır və adambaşına ÜDM 17000 usd-dən çox olan eyni zamanda effektivlik 50%,  innovasiya və biznes inkişafı ağırlığı 30% olan ölkələrdir. Ölkələrin bəziləri isə bu mərhələlərin arasında geçiş sürəcindədirlər. Faktor (təbii resurs) ağırlıqlı iqtisadiyyatdan Effektivlik yönlü iqtisadiyyat arasında yer alan ölkələr 2000-3000  USDadambaşı ÜDM-yə malik ölkələrdir və sayı 16, 2-ci və 3-cü mərhələnin arasında yer alan ölkələrdə adambaşı ÜDM 9000-17000 usd-dir.
Azərbaycanımızda adambaşı ÜDM təqribən və həmin hesabatda yer alan məlumatla yazsaq 7900 usd-dir. Bu halda ölkəmiz ikinci mərhələ ölkələr arasında yer almalıdır. Ancaq hesabatda bu istiqamətdəki sıralamada ölkəmiz təəssüf ki adam başı ÜDM 7900 usd olsa da 1-ci mərhələ ilə 2-ciyə keçiş arasında yəni ÜDM-ləri 2000-3000 usd olan ölkələr arasında yer almışdır. Bəs buna səbəb nədir? Səbəb ekonomimizin faktor ağırlıqlı olmağı, 2-ci və 3-mərhələnin subindeksləri olan effektivlik, səmərəlilik, innovasiya, biznes mühitin inkişafı kimi subindekslər və bunlarda yer alan alt faktorlara görə istənilən irəliləyiş qət etməməsidir. Məhz buna görə ölkəmizin rəqabətqabiliyyətlilik sıralamasında effektiv və qeyri-effektiv olan faktorların nələr olduğuna diqqət göstərmək vacibdir ki real vəziyyəti daha aydın görə bilək…
 Hesabatda hər ölkə üçün ayrıca geniş yer ayrılmış və ölkəmizi incələdiyimiz zaman çox açıq şəkildə yuxarıda saydığımız alt faktorlardan yalnız birinin çox effektiv olduğu və bu indeksə öz müsbət təsirini göstərdiyini görə bilirik. Bu faktor Makroiqtisadi mühit(vəziyyətdir). Hətta ölkəmiz  yalnız bu faktora görə olan sıralamada 144 ölkə arasında 9-cu yerdə mövqelənmişdir. Təbii ki bu əsas subindekslərdən və faktorlardan olduğu üçün sıralamada öz təsirini göstərmişdir. Ancaq əsas inkişaf etmiş ölkələrin hansı mərhələdə olduğuna nəzər saldığımızda digər subindekslərin daha önəmli olduğunu görərik. Xüsusilə biznes mühitin inkişafı, innovasiya, və ikinci mərhələnin əsas indeksləri olan Ali təhsil və müxtəlif təlimlər, Əmtəə bazarının effektivliyi, Maliyyə bazarının inkişaf səviyyəsi, Texnoloji (ICT) istifadə səviyyəsi kimi inekslərdə də irəliləyiş əldə etmək lazımdır.
Basic requirements (56.3%) ……………………………….Rank 45 … index 4.9
Institutions ………………………………………………………60 ……4.0
Infrastructure …………………………………………………..70 ……4.1
Macroeconomic environment ………………………………. 9 ……6.4
Health and primary education ……………………………. 104 ……5.2
Efficiency enhancers (37.8%) …………………………..Rank 71 …index 4.1
Higher education and training …………………………….. 90 ……3.9
Goods market efficiency …………………………………… 72 ……4.3
Labor market efficiency …………………………………….. 33 ……4.6
Financial market development …………………………….  89 ……3.8
Technological readiness …………………………………….. 56 ……4.3
Market size ……………………………………………………..72 ……3.7
Innovation and sophistication factors (5.9%) ………..Rank 72 …..index 3.6
Business sophistication ………………………………………. 80 ……3.9
Innovation ………………………………………………………..59 ……3.3
Çox uzun bir yazı olmaması üçün müəyyən nüanslara da diqqətinizi cəlb edərək yekunlaşdırmaq istəyirəm. Ölkəmizin real rəqabətqabiliyyətli ölkə olması üçün inkişafa mane olan və/və ya  inkişaf etdirilməsi vacib olan və elə hesabatda qeyd edilən faktorları göstərmək istəyirəm.
The most problematic factors for doing business:
Corruption ……………………………………………………………..19.9
Access to financing …………………………………………………..14.6
Tax rates ……………………………………………………………….11.8
Inadequately educated workforce ………………………………..11.3
Inadequate supply of infrastructure ………………………………10.1
Insufficient capacity to innovate …………………………………….7.2
Poor work ethic in national labor force …………………………..6.6
Inefficient government bureaucracy ……………………………….4.8
Tax regulations …………………………………………………………..4.6
Restrictive labor regulations ………………………………………….2.2
Inflation ……………………………………………………………………2.0
Poor public health ………………………………………………………1.8
Crime and theft ………………………………………………………….1.2
Foreign currency regulations …………………………………………1.1
Government instability/coups ……………………………………….0.5
Policy instability ………………………………………………………….0.1
Yuxarıda göstəricilər 2 il əvvəlki hesabatda da yer almışdır… Ancaq bəzi göstəricilərdə azalma (müsbətə doğru irəliləyiş) vardır. İlk sırada yer alan korrupsiya faktorunda da müqayisə edərsək 4%-ə azalma olduğunu görərik. Digər bir önəmli irəliləyiş dövlət idarələrində bürokrasiya amilinin xeyli düşməsini qeyd etmək vacibdir. Təbii ki ASAN xidmətin yaradılması və real müsbət fəaliyyəti bu irəliləyişin səbəbidir. Hələ önəmli problem kimi qalan isə Maliyyə resursları əldə etmə çətinliyi və Vergi dərəcələridir. İnfrastrukturanın qənaətbəxş olması və yeniliyə uyğunlaşmaması da digər problemlər olaraq qalır. İrəliləyiş qət etdiyimiz faktorların müsbət “externality”-liliyini digər sahə və faktorlara yaymaq lazımdır. Bu baxımdan bundan sonra Makroiqtisadi vəziyyətin müsbət externality-sini, müsbət təsirini daha çox effektivlilik faktorları və innnovasiya, biznes mühitin inkişafı amillərinə yaymaq lazımdır.
Ümumi rəqabətqabiliyyətlilik sıralamasında 39-cu yerə irəliləsək də, daha real rəqabətqabiliyyətlilik gücümüzün olmasını görmək ümidi ilə…