Yenilik nə üçün lazımdır…?

 Hörmətli bloq oxucularım, uzun müdddətli bloq məzuniyyətindən (2 aylıq ara çox uzun müddətdir bloq üçün) sonra Sizinlə faydalı hesab etdiyim bir yazıyla görüşmək istədim. Boston Consulting Group-un növbəti maraqlı araşdırmasından ortaya çıxan nəticələri və bununla əlaqədar yorumları Siz-dəyərli oxucularımla paylaşmağın faydalı olacağı qənaətindəyəm.
Vaxtaşırı müxtəlif araşdırmalar aparan və yayınlayan BCG indi elə öz adıyla bir olan BCG matrisasında 25-30 illik dövrlər arasında baş verən fərqləri önə çıxaran araşdırma və nəticələrini açıqlamışdır. Şirkətlər sahib olduqları business unit-lərə görə Bazar payları və Qazanc paylarına görə 1978-1982 və 2008-2012 dövrlərinə görə araşdırılmışdır. Aşağıdakı şəkildə nəticələr görülməkdədir.

 Nəticələ görə dövrlər müqayisə olunduğu vaxt Şirkətlərin business unit (vəya məhsul portfeli) BCG analizi ilə dəyərləndirildiyində şirkətlərin business unit-ində “cash cow”larla “question mark”ların payının azaldığı, “dogs” və “star”ların payının artdığı ortaya çıxmışdır. Artım olaraq “doqs” paylarının artımı daha yüksək olmuşdur: 50%-ə yaxın. Yüksək azalma isə “cash cows”larda baş vermişdir:30 % civarı.
Qazanc paylarını göstərən matrisalar müqayisəsində də eyni dəyişikliklər baş vermişdir. Ancaq burada “star”ların qazanc payındakı dəyişim daha yüksək olmuşdur, təqribən 3,5 dəfə artımla… “Cash cow”larda azalma 25 % civarnda olmuşdur…
 Hər iki müqayisədən ortaya çıxan nəticələr isə bunlardır:
 1. Araşdırma hipotezlərindən biri : Amerikan şirkətlərində business unit-lərin ortalama ömürlərinin 2 ildən az olduğu, sadəcə qıda və sağlıq sektorunda bu 2 ildən daha uzun olmuşdur.
 2. Şirkətlər çalışırlar ki çox qısa vaxtda “question mark”ları investisiyalar ilə “star”lara çevirsinlər… Qazanc payı matrisasında “star”ların payının artması bunu göstərir…
3. “Cash cow”ların qazanc gətirməsi artıq azalmaqdadır… Bu unit-lər daha tez “dogs”lara çevrilir. Bu portfeldə yeniliyin və fərqliliklərin daha tez edilməsi səbəbilə baş verir. Ortalama ömürlərin qısalması da eyni zamanda bunu tələb edir.
 4. Bütün yuxarıdakıları da nəzərə alaraq şirkətlər dəyişimə, yeniliyə açıq olmalı, business unit və məhsul portfeli sürəkli və vaxtında yenilənməlidir. Əks təqdirdə bazarda rəqabətə tab gətirmək gücü zəifləyəcəkdir…
5. Rəqabət avantajları daim dəyişməli və yenilənməlidir…
 6. Bir sahədə rəqabət üstünlüyünün uzun müddət qorunması üçün həmin sahədə sürəkli inovasiyaya gedilməlidir. Yuxarıda qeyd edilənlər şirkətlər üçün günümüzün vacib tələblərindəndir…
Bunları nəzərə alan şirkətlər daha uzun ömürlü olacaqlardır… Əks təqdirdə isə yerlərini yenilik yaradanlara buraxacaqlar…
 Həyatınızda müsbət yeniliklər diləyi ilə…