Rəhim müəllimin fəaliyyətləri davam etdirilməlidir…


Əslində mən çox yaxın olmamışam özü ilə. Təxminən bir neçə dəfə müxtəlif tədbirlərdə görüşüb söhbət etdiyim şəxs idi. Ancaq ölkəmizdə illərdir ki aktiv fəaliyyət göstərən şəxslərdən biri olduğunu bilirdim və təqdir edirdim … Etdikləri az deyildi… yaşasaydı, daha da çox ola bilərdi… Vaxtilə “Azərbaycanda Marketinq” adlı bloq yazımda Marketinq cəmiyyətini azacıq tənqid etsəm də bu “uman yerdən küsərlər” xarakterli və daha çox fəaliyyətə səsləniş idi ki, bununla özü də razılaşmış və tənqidə müsbət və mütərəqqi yanaşmışdır və ölkəmizdə Marketinq fəaliyyətlərinə işıq tutmağa davam edirdi. Bu yazımda Rəhim müəllimin fəaliyyəti haqqında bildiyim və tanıdığım qədəriylə yazmaq istədim…

Rəhim müəllim Azərbaycanda ilk və az sayıda Marketinq və sosial araşdırma şirkətlərinin birinin təsisçisi olmuş və Marketinq araşdırmaları sferasında önəmli işlər görmüşdür. Rəhim müəllimin biznes sahəsində də uğurlu imzaları vardır.

 Bir dönəm həqiqətən ölkəmizin özəl sektoru üçün çox əhəmiyyətli olan qurumlara rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti olmuşdur. Prezident yanında Elmin İnkişaf Fondunda müşavir olmuş Rəhim müəllim ən son AMEA-nın İnnovasiya şöbəsinin rəhbəri olmuşdur ki bu sahədə də aktiv fəaliyyəti təqdirəlayiq idi. Elə sonuncu dəfə İnnovasiya mövzulu seminarda görüşüb söhbətləşmişdik.

 Rəhim müəllimin ictimai fəaliyyətləri də geniş idi. Cəmiyyətlərin və hər hansı bir sahəsinin inkişafı, müxtəlif sahələrdə fəaliyyət göstərən qurumların fəaliyyətindən çox asılıdır. Marketinq sahəsində də belə bir qurum Azərbaycan Marketinq Cəmiyyəti olmuşdur. Ölkədə yazılan və marketinq dili anlaşılmayan kitabların bu sahədə yetərsizliyini nəzərə alıb bu sahəyə yönələn gənclər üçün dünyanın tanınmış Marketinq mütəfəkkirlərinin kitabını praktik bir dillə dilimizə tərcümə etdirmişdir ki bu Marketinq adına atılan çox önəmi fəaliyyət olmuşdur. Ölkədə aktiv marketoloq dostların Milli Marketinq Forumunun keçirilməsi təşəbbüsünə də dəstək verən Rəhim müəllimin gənclərin Marketinq sahəsində inkişafını həmişə dəstəklədiyini dəyə bilərəm. Rəhim müəllim hər sahədə aktiv, və müsbət xarakterli bir şəxs olmuşdur.

 Yenilikçi, daim araşdıran və yenilikləri tədbiq etməyə çalışan bir elm adamı kimi bundan sonra da cəmiyyətimizin inkişafında daha çox işlər görməyə qadir idi. Gənclərin, xüsusilə biznes və marketinq sahəsində olan gənclərin örnək ala biləcəyi şəxslərdən biridir.

 Sonda məhz özünü marketinq sahəsində hesab edənlərimizə, xüsusuilə gənclərə Rahim müəllimin fəaliyyətlərini davam etdirmək, Marketinq cəmiyyətini yaşatmaq və gücləndirməyi diləməklə bu istiqamətdə birgə fəaliyyətlər arzulayıram. Rəhim müəllimin ruhunu beləcə daim yad və şad etmiş olarıq… Allah rəhmət eləsin…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma