Sistemsiz idarəetmənin zərərləri və dəyişiklik haqqında qısa fikirlər…

Şirkətlərimizdə idarəetmə professionallığı səviyyəsi aşağı səviyyədə olduğu kimi, bunu aradan qaldırma potensialı da aşağı səviyyədədir. Şirkətlər cəmiyyətin bir vahidi olduğuna görə bu və ya digər vasitə ilə cəmiyyətdə olan bütün “xəstəliklər” onun kiçik forması olan şirkətlərdə də baş verməkdədir. Şirkət bir organizmdir… Başı, bədəni, qolları, ayaqları mövcuddur… Orqanizmin bir üzvündə meydana çıxan bədxassəli yaralar sağalmayınca digər üzvlərə də yayılır və onların da funksiyalarını pozar. Çünki organizm bir sistemdir… Sistem şəklində mövcudluğunu davam etdirməsi üçün sistemi əmələ gətirən hissələr sağlam olmalıdır.
 Şirkətlər də eyni orqanizm kimi müəyyən strukturu olan və bu strukturların üstləndikləri funksiyaları əhatə edən bir sistemdir. Amma eyni zamanda hər bir sistem indiki zamanda ətraf mühitlə açıq əlaqədədir. Ancaq bu əlaqə də məhz çox zaman sistemli əlaqələrdən yoxsun, insanların maraqları əhatəsində yaranır. Belə olduğu təqdirdə isə mühitdə olan “xəstəliklər”ə asanlıqla bulaşılır. Şirkətlərdə idarəetmənin professionallıq səviyyəsi aşağı səviyyədə olduğu zaman, qeyri formal ünsiyyət və əlaqələr artır və bu da şirkətin sistemli şəkildə şirkət maraqları istiqamətində deyil, insanların, şəxslərin subyektiv maraqları çərçivəsində idarə olunmasına gətirib çıxarır.

Sistemli işləyən şirkəti analiz etmək və problemi aşkarlamaq də asandır. Əks təqdirdə isə analizlər aparmaq və nəticədə problemi aşkarlayıb həll etmək çətinləşir. Sistem nə qədər sağlam olarsa ətraf mühitin mənfi təsirləri azalır. Qeyri-sağlam bir sistemə ətraf mühit təsirləri daha kəskin təsir edir. Şirkətin daxili mühitini yaradan, dəyişdirən əsas faktor əməkdaşlarıdır. Elə ən çox təsirlənən və təsir edən faktor da məhz əməkdaşlardır.

Yuxarıda qeyd etdiyim cəmiyyətdə olan mənfilikləri məhz qurumsallaşmayan (korporativləşməyən) şirkətlərdə də görmək mümkündür… ikiüzlülük, riyakarlıq, intriqalar, yaltaqlıq… və s… Sağlam olmayan bir iç mühitdə dəyişiklik əlbəttə ki lazımdır… Ancaq fikrimcə, ən faydalı dəyişiklik sağlam bir mühitdə həyata keçirilən dəyişikliklərdir.

Dəyişiklik təşəbbüsləri necə ki sağlam olmayan cəmiyyətlərdə müxtəlif rezonanslar yaradır, eləcə də şirkətlərdə bu baş verir və çox zaman dəyişiklik öz məqsədindən kənarlaşır və daha mənfi nüanslar yaradır… Buna görə də dəyişiklik etmək üçün ilk növbədə sağlam daxili mühitin yaradılmasına çalışmaq lazımdır ki, bu da davamlı mükəmməlləşməyi seçən sistemli idarə etmə ilə mümkündür…

Rəhim müəllimin fəaliyyətləri davam etdirilməlidir…

Əslində mən çox yaxın olmamışam özü ilə. Təxminən bir neçə dəfə müxtəlif tədbirlərdə görüşüb söhbət etdiyim şəxs idi. Ancaq ölkəmizdə illərdir ki aktiv fəaliyyət göstərən şəxslərdən biri olduğunu bilirdim və təqdir edirdim … Etdikləri az deyildi… yaşasaydı, daha da çox ola bilərdi… Vaxtilə “Azərbaycanda Marketinq” adlı bloq yazımda Marketinq cəmiyyətini azacıq tənqid etsəm də bu “uman yerdən küsərlər” xarakterli və daha çox fəaliyyətə səsləniş idi ki, bununla özü də razılaşmış və tənqidə müsbət və mütərəqqi yanaşmışdır və ölkəmizdə Marketinq fəaliyyətlərinə işıq tutmağa davam edirdi. Bu yazımda Rəhim müəllimin fəaliyyəti haqqında bildiyim və tanıdığım qədəriylə yazmaq istədim…

Rəhim müəllim Azərbaycanda ilk və az sayıda Marketinq və sosial araşdırma şirkətlərinin birinin təsisçisi olmuş və Marketinq araşdırmaları sferasında önəmli işlər görmüşdür. Rəhim müəllimin biznes sahəsində də uğurlu imzaları vardır.

 Bir dönəm həqiqətən ölkəmizin özəl sektoru üçün çox əhəmiyyətli olan qurumlara rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti olmuşdur. Prezident yanında Elmin İnkişaf Fondunda müşavir olmuş Rəhim müəllim ən son AMEA-nın İnnovasiya şöbəsinin rəhbəri olmuşdur ki bu sahədə də aktiv fəaliyyəti təqdirəlayiq idi. Elə sonuncu dəfə İnnovasiya mövzulu seminarda görüşüb söhbətləşmişdik.

 Rəhim müəllimin ictimai fəaliyyətləri də geniş idi. Cəmiyyətlərin və hər hansı bir sahəsinin inkişafı, müxtəlif sahələrdə fəaliyyət göstərən qurumların fəaliyyətindən çox asılıdır. Marketinq sahəsində də belə bir qurum Azərbaycan Marketinq Cəmiyyəti olmuşdur. Ölkədə yazılan və marketinq dili anlaşılmayan kitabların bu sahədə yetərsizliyini nəzərə alıb bu sahəyə yönələn gənclər üçün dünyanın tanınmış Marketinq mütəfəkkirlərinin kitabını praktik bir dillə dilimizə tərcümə etdirmişdir ki bu Marketinq adına atılan çox önəmi fəaliyyət olmuşdur. Ölkədə aktiv marketoloq dostların Milli Marketinq Forumunun keçirilməsi təşəbbüsünə də dəstək verən Rəhim müəllimin gənclərin Marketinq sahəsində inkişafını həmişə dəstəklədiyini dəyə bilərəm. Rəhim müəllim hər sahədə aktiv, və müsbət xarakterli bir şəxs olmuşdur.

 Yenilikçi, daim araşdıran və yenilikləri tədbiq etməyə çalışan bir elm adamı kimi bundan sonra da cəmiyyətimizin inkişafında daha çox işlər görməyə qadir idi. Gənclərin, xüsusilə biznes və marketinq sahəsində olan gənclərin örnək ala biləcəyi şəxslərdən biridir.

 Sonda məhz özünü marketinq sahəsində hesab edənlərimizə, xüsusuilə gənclərə Rahim müəllimin fəaliyyətlərini davam etdirmək, Marketinq cəmiyyətini yaşatmaq və gücləndirməyi diləməklə bu istiqamətdə birgə fəaliyyətlər arzulayıram. Rəhim müəllimin ruhunu beləcə daim yad və şad etmiş olarıq… Allah rəhmət eləsin…

Korporativ və fərdi təlimlər…

TƏKLİF ETDİYİMİZ TƏLİMLƏR HAQQINDA…

Korporativ təlimlər:

İstər kiçik ve yeni qurulmuş, istərsə də böyük və aid olduğu sektorda geniş təcrübəyə malik olsun, bütün şirkətlərin hər zaman biznes təlimlərə ehtiyacı vardır. Çünki dünya dəyişdikcə biznes mühiti də dəyişir və dəyişən mühit içində dəyişimdən geri qalmamaq, dəyişimi mənimsəmək, rəqiblərdən fərqlənmək və əlbəttə ən nəhayət lider bir …qurum olaraq dəyişim yaratmaq üçün bilgi və sevgi ilə dolu personal ehtiyatı vacib amildir.
Sizə təqdim edəcəyimiz korporativ təlimlərimiz, məhz bu istiqamətdə şirkət personalının ümumi idarəetmə, marketinq və satış, fərdi inkişaf mövzusunda bilgi və işə sevgi dərəcəsini yüksəldərək şirkətinizin davamlı inkişafıyla paralel inkişaf xətti sərgiləməsinə bir vasitədir.

Korporativ təlimlərimizdə əsas iş prinsipimiz, şirkətin ehtiyacına uyğun təlim hazırlamaq və təqdim etməkdir. Bunu biz təlimdən əvvəl şirkətinizlə daha yaxından təmasda olaraq, şirkətinizin təlim ehtiyacının düzgün müəyyənləşdirilməsində sizə kömək göstərməklə həyata keçirə bilərik. Çünki dövrümüzdə zamanın ən qiymətli dəyər olduğunu qəbul edir və qarşılıqlı zaman itkisinin qarşısını almış oluruq. Təbii ki ehtiyacınıza görə təlim təqdim edəcəyimiz, təlimdən sonra feedbacklərin alınmasına nəzarət edəcəyimiz və Sizinlə daim əlaqə saxlayacağımız üçün təlimlərimizin effektivlik dərəcəsini təmin etmiş olacağıq.

Korporativ təlimlərimiz aşağıdakı ümumi başlıqla göstərilən təlimləri əhatə edir:

 1. Marketinq təlimləri
 2. Satış təlimləri
 3. Ümumi idarəetmə təlimləri

Təlimlərimiz əlaqədar sahədə dolğun iş təcrübəsinə malik təlimçilərimiz tərəfindən veriləcəkdir. Təklif etdiyimiz təlimlərimiz aşağıdakı mövzuları əhatə edir:

Marketinq təlimləri:

 – Marketinqin əsasları və marketinq fəaliyyətlərinin şirkət(iniz)də tədbiq dərəcəsi
 – Marketinq araşdırmaları və biznes fəaliyyətdə faydaları
 – Brend və brend inkişaf təlimləri
– Marketinqdə istifadə olunan analizlər
– Qeyri-standart marketinq fəaliyyətləri və ehtiyacınıza görə bu sahədə digər təlimlər…

Satış təlimləri:

– Korporativ satışların inkişaf etdirilməsi təlimi
 – Diler satış kanallarını effektiv idarəetmə və inkişaf etdirmə təlimi
– Pərakəndə nöqtələrində fərdi satış təlimi
– Satışların təxmini və planlaşdırılması təlimi
– Mağaza müdirləri üçün mağaza idarəetməsi təlimi
– Satışda ünsiyyət və bədən dili təlimi
 – Satışda istifadə olunan analizlər təlimi və satış sahəsində digər təlimlər…
– Satış sisteminin qurulması və təkmilləşdirilməsi istiqamətində məsləhətər…
 Ümumi idarəetmə təlimləri:

 – Effektiv idarəetmənin əsasları
 – Komanda işi (Teamwork) təlimi
 – İdarəetmədə effektiv koordinasiya və ehtiyaca görə bu sahədə digər təlimlər

Fərdi təlimlər:

İxtisaslaşmaq istədiyi sahədə özlərinə investisiya ayıran və aktual biznes bilgisi və proseslərinə sahib şəxslərə şirkətlərin hər zaman ehtiyacı olmuşdur, var və olacaqdır. Biz bunu nəzərə alaraq bu istiqamətdə şəxsi inkişafına əhəmiyyət verən tələbə gənclərimiz və biznes sahəsində karyera qurmaq istəyən şəxslər üçün fərdi təlimlər nəzərdə tutmuşuq. Eyni zamanda təlimlərimizə fərdi olaraq qatılmaq istəyənlərin nəzərinə çatdırırıq ki, uyğun iştirakçı sayı təşkil olunduğu zaman korporativ təlimlərimizdən də faydalana bilərlər.
Fərdi təlimlərimiz:

 – Effektiv ünsiyyət təlimi
 – Satış texnikası təlimi
 – Marketinqlə əlaqədar təlimlər
 – Təqdimatın hazırlanması və təqdimat bacarığı təlimi
– Vaxtın idarəolunması təlimi
– Şəxsi brend (Personal brandinq) necə yaratmaq olar təlimi

 Seminarlar: Marketinq və satış sahəsində ödənişli və ödənişsiz seminarlara ehtiyac duyduğunuz zaman bizimlə əlaqə saxlaya bilərsiniz.

Parazitlər, Qəhrəmanlar, Autsayderlər və Liderlər…

İstər cəmiyyətdə istərsə də cəmiyyətin bir parçası olan biznes sferasında və şirkətlərdə insanları müxtəlif cür kateqoriyalaşdırmaq mümkündür. Bu yazımda belə bir kateqoriyalaşdırmadan bəhs etmək istəyirəm.
Bəhs etdiyim kateqoriyalaşdırma tipinə görə insanları dörd qrupa ayırmaq mümkündür. Mən xarakteristikanı əvvəlcə cəmiyyətdən nümunə verərək izah etmək fikrindəyəm. Daha sonra da bu kateqoriyaları biznes-şirkət həyatı çərçivəsində aydınlaşdırmağa çalışacağam. Bu dörd kateqoriya budur: Parazitlər, Qəhrəmanlar, Autsayderlər və Liderlər.

Əvvəlcə cəmiyyətə xas olan önəmli bir xarakteristik xüsusiyyəti nəzərinizə çatdırmaq istəyirəm ki bu canlı bir varlığın və xüsusilə insanların yaşamlarını sürdürə bilmələləri üçün nəyisə almaq, əldə etməkləri və təbii ki buna qarşılıqda nələrdənsə vaz keçmək, nələrisə vermələrinin şərt olduğunu qeyd etmək istəyirəm. Ancaq təbii ki bəzi insanlarda bu iki “almaq və vermək” özəllikləri və dərəcələri fərqlidir. Məhz bu iki əsas faktorla əlaqəli şəkildə yuxarıdakı qrupları incələmək istərdim.
 
Yuxarıdakı BCG məhsullar matrisinə bənzər bir matrisdə bəhs etdiyimiz kateqoriyalar iki əsas faktor altında göstərilmişdir.  Və buradan da göründüyü kimi, qruplarda almaq və vermək dərəcəsi fərqlidir.

Ən az verən və ən çox alan Parazitlər qrupunda hansı insanlar yer alır? Əlbəttə bu qrupda ilk növbədə uşaqlar yer almaqdadır. Ümumi bir prinsiplə  təbii olaraq 18 yaşına qədər uşaqlar hər zaman və hər kəsdən, hər şeydən almaq xüsusiyyətinə maliklər… Müstəqil gənclik dövrünə qədəm qoyduqdan sonra artıq qazandıqları uğurlarla bunlar aid olduqları sferada, ailədə, cəmiyyətdə “qəhrəman” statusu olurlar. Hər hansı universiteti qazanmaq, iş həyatına qədəm qoymaq, biznesə başlamaq və s. Ancaq bu “qəhrəmanlıq”lar böyük çoxluqda bir dəfəyə məxsus olmaqda və ya davam etməməkdədir.  Bu birinci qrupda digər kütlələr isə aktiv əmək fəaliyyətində bulunmayanlar, təqaüdçülər, bu və ya digər səbəbdən sağlamlığını itirmişlər və s.-lərdir ki… mövcud faydalılıqları olmayanlardır. Yəni “daha çox alan az verənlər qrupudur”.

 İkinci qrupda yer alan Qəhrəmanların ortaq xüsusiyyətləri nələrdir? Çox vermək, az almaq və ya heç almamaq…  Və ya bir qrup qəhrəmanlar da vardır ki, bir dəfəyə məxsus qəhrəmanlıq edərlər və qarşılığı əsas etibariylə bir dəfə alırlar… Məsələn, bizim cəmiyyətə məxsus “xalq”, “əməkdar” ünvanı əldə edənlər, müxtəlif idman yarışları birinciləri və s.  Bu “qəhrəman” insanlar əgər öz kateqoriyasından sıyrılaraq davamlı uğurlar göstərsə, qarşılığında isə sayğı və sevgi qazanmaqla cəmiyyətdə müəyyən ölçüdə liderə çevrilə bilərlər. Bu kateqoriya davamlı inkişaf xəttində olan yaradıcılıqları, uğurları və cəmiyyətə nümunə olma özəllikləri, hər hansı bir sahənin nkişafına əmək sərf edən, rəhbərlik edən və cəmiyyəti müsbət xəttə yönləndirmə fəaliyyətləri olduğu təqdirdə liderə çevrilmələrindən bəhs etmək mümkündür. Əks təqdirdə dördüncü qrupda göstərilən autsayderlər qrupuna düşürlər və ya bir dəfəlik qəhrəmanlıqlarına sığınaraq, bundan əldə etdikləri maddi və mənəvi dəyərləri xərcləməklə məşğullar ki bunun da aqibəti ya yoxsulluq içində həyatla vidalaşma və ya “mənfi kraynestan” üzvünə çevrilmələridir..

Cəmiyyətin mütərəqqi, aktiv, fəal, məhsuldar qüvvəsi  az, seçilmiş və sıyrılmışlar olan Liderlər və gələcəkdə Liderə çevrilə biləcək qəhrəmanlardır. Liderlər həm çox qazanmaqla bərabər cəmiyyətə, aid olduğu sahəyə digər qruplardan daha çox və davamlı müsbət faydalar verənlərdir.  Liderlər asanlıqla autsayderə çevrilə bilərlər, hər hansı bir səhv davranış, fəaliyyət buna səbəb ola bilər. Ancaq lider olma özəlliklərinə sahib insanlar yenidən qəhrəman olmağa da can atacaqlar…

  Dördüncü qrup –autsayderlər isə “kölgələnən”lər, aktiv fəaliyyətdən qaçanlar, az səy göstərənlər və qarşılığında da aza qane olanlar qrupudur. Bu tiplərin qəhrəman və ya lider olma istəkləri və şiddəti də azdır. Və bu şəkildə davamiyyətə razı qalanlarlardır ki cəmiyyətdə bu kütlə çoxluq təşkil eidr.

Yuxarıdakı izahı cəmiyyətin bir parçası olan biznes həyatına və şirkətlərə görə təhlil etsək yenə eyni kateqoriyaları görmək mümkündür: Bir şirkətdə şirkətə dəyişiklik etmək məqsədilə gələn (Liderlər)-lərdən başqa yeni gələn işçilər və eyni zamanda faydalı iş əmsalı getdikçə düşən, yenilik gətirməyən, faydalı təkliflərdə bulunmayanlar və şirkətlə arasında soyuqluq yaranan işçilərdə “almaq” səviyyəsi yüksək, “vermək” dərəcəsi isə aşağıdır. Yalnız özünü göstərən, müsbət təkliflərlə çıxış edən təzələr və az da olsa reaktivlik göstərən digərləri qəhrəmana və yenidən qəhrəmana çevrilə bilirlər. Və əgər bu qəhrəmanlıqlar mütəmadi hal alarsa məsuliyyətlərlə bərabər səlahiyyətlər əldə edirlər ki… bu da Lider olma istiqamətində fürsətlərdir. Və təbii ki bunların aralarından müyyən kiçik faizi şirkət içində formal və/və ya informal liderə çevrilirlər. Şirkət içində məsuliyyət əldə etmək istəməyənlər, səlahiyyət də əldə etməyəcəkdir. Çünki səlahiyyət əslində verilmir ,üzərinə götürdüyü məsuliyyətə paralel olaraq əldə edilir. Autsayderlər sadəcə “məmur” tipiylə deyilənləri edənlər və verdiklərini və aldıqlarını yetərli görənlərdir. Məhz əslində cəmiyyətdə olduğu kimi şirkətlərdə də bu qrup çoxluq təşkil edir…
İnkişaf isə məhz yenilik, dəyişim gətirən qəhrəmanlardan və bu yeniliyi və dəyişimi uzunmüddətliliyini təmin edən liderlərdən asılıdır.
Gəncliyi almaq və vermək şiddətiylə dolub daşan Liderlər görmək niyyəti ilə uğurlar…