Elm adamları və sahibkarlıq fəaliyyəti…


Elm adamı və sahibkarlıq fəaliyyəti… Elm adamı və sahikarlıq fəaliyyəti təəssüfki, bizim düşüncəmizdə daha çox bir-biri ilə uymayan iki fərqli sahə, iki fərqli istiqamət kimi qəbul edilir. Bu əksik düşüncənin indi və yaxın gələcəkdə dəyişdirilməsinin çətin olacağını da söyləmək düzgün olar. Ancaq pessimizmdən çıxaraq bu yazımda bu əksik düşüncənin bəzi ölkələrdə çıxarılan qanunları nümunə göstərərək necə həll etdikləri barədə fikirlərimi paylaşmaq istədim. Yazılarımı təqib edən dəyərli oxucularım yəqin ki “İş dünyası-Universitet əməkdaşlığı və faydaları” adlı yazını oxuyublar. Bu yazıda adından görüldüyü kimi iş dünyası ilə universitetlərin əməkdaşlığı və bu əməkdaşlığın hər iki tərəfə sağlayacağı faydalardan bəhs etmişdim. Hazırkı yazım da məhz bu yazının davamı və orada səslənən fikirlərin möhkəmləndirilməsi istiqamətindədir.

 Gələk mövzumuza…ümumiyyətlə inkişaf etmiş ölkələrin bu istiqamətdə həyata keçirdikləri fəaliyyətləri incələdiyimiz vaxt məhz ən çox önə çıxan ABŞ olmaqdadır. Bu ölkə həm sahibkarlıq, təşəbbüskarlıq baxımdan ən loyal, dəstəkləyici və təşviqedici qanunları olan ölkədir. Universitetlər keyfiyyət yönündən dünyanın ən nümunəvi və təbii ki reytinqlərdə həmişə ön sıralardadır. Səbəb isə təkcə keyfiyyətli təhsil deyil, bu ölkədə universitetlərin xüsusilə araşdırma sahəsində dövlət və iş dünyası tərəfindən dəstəklənməsidir. Eyni zamanda aparılan araşdırmaların sənayedə tədbiqi ilə universitetlərə maddi vəsait qazandırılması əsas məqsədlərdən sayılır. Universitetlərin özəl sektor üçün etdiyi araşdırmalardan əldə etikləri gəlirlə bərabər, dövlət də müxtəlif fondların vasitəsilə araşdırma edib bunu ticariləşdirmək istəyən sahibkar və şirkətləri təşviq edir. Universitetlər və ya elm adamları tərəfindən qurulan şirkətlər və ya sadə sahibkarlıq fəaliyyətləri dəstəklənir, elm adamları bu istiqamətdə  təşviq edilir.

 Bu cür dəstək və təşviqlərin qaynağı hələ 1980-ci ildə bu ölkədə çıxarılan və “Bayh-Dole” qanunu və ya aktı kimi qəbul edilən qanundur. Bu qanunun əsas adı, “Universitet və Kiçik şikətlərlə əlaqədar Patent Qaydaları qanunu”dur. Ancaq bu qanunu təklif edən iki senatorun Birch Bayh və Bob Dole-un adıyla səslənən “Bayh-Dole” qanunu kimi daha çox tanınmışdır. Qanunun əsas əhatəsi dövlət fondları tərəfindən dəstəklənən fikri mülkiyyət haqqlarından və bundan əldə edilən gəlirlərin universitet, elm adamları-sahibkarlara qalmasıdır. Buna bənzər qanunlar Almanya, Maleyzada da qəbul edilmişdir. Bu qanun hətta The Economist dərgisi tərəfindən keçirilən araşdırmada son 50 ildə çıxarılan ən vizioner qanun olaraq qəbul edilmişdir. Bir sıra Avropa ölkələri ilə yanaşı Yaponiya da Bayh-Dole qanununu müsbət qəbul etmişdir.

 Türkiyədə isə bu istiqamətdə son illərdə böyük yol qət edilmişdir. Buna misal universitet bünyəsində yaradılan texnoparklarlar və bu fəaliyyətlərin dəstəklənməsidir. Almaniyada isə daha əvvəlki yazılarımın birində də qeyd etdiyim kimi hər sahəyə və demək olar ki hər ixtisasa (ana ixtisaslara) aid tədris qurumuyla bərabər praktik-sahələrin yaradılması və ya sənaye müəssələrində təlim-tədris obyektlərinə böyük önəm verilməsidir. Məhz meydana çıxan yeniliklər də əsas etibarilə buradan ortaya çıxır.
 Bizdə müəyyən qurumlar vasitəsilə son zamanlarda yaradılan texnoparkların məhz bu minvalla dəstəklənməsi ilə bərabər, elm adamlarının sahibkarlıq fəaliyyəti istiqamətində araşdırmalara təşviq edilməsi, bu istiqamətdə fondlar vasitəsilə dəstəklənərək yaşıl işıq yandırılması, həm elmimizin həm də iş dünyamızın gələcəyi baxımından faydalı olacaqdır.
Mövzu ilə əlaqədar digər yazılar:

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma