Pərakəndəçilikdə yeni innovasiyalar…


Bloqumuzda vaxtaşırı pərakəndə sektorundakı yeniliklərlə əlaqədar yazılara yer verməyə çalışıram. Bu mövzuda vaxtilə  “Kassa önündə gözləməyə son…Alış-verişdə innovasiya…” adlı yazıda xüsusilə pərakəndə sektorunda-mağazalarda bilgi texbnologiyalarından istifadə haqqında yazmışdım. İndi isə istərdim Almaniyada əyani olaraq gördüyüm pərakəndəçilik sektoruna yönəlik  bəzi innovasiyalar haqqında fikirlərimi paylaşım. Bu innovasiyalardan bəhs etmədən əvvəl Almaniya Kölndə “GS1- Germany Knowledge Center-haqqında məlumat vermək istərdum. Köln Texnologiya Parkında yerləşən GS1-Bilgi mərkəzi xüsusilə şirkətlərdə biznes proseslərin optimallaşdırılması və bu istiqamətdə bilgi texnologiyalarının inkişaf etdirilməsi və tədbiqi sahəsində elmi-praktiki-tədbiqi fəaliyyətləri həyata keçirir.
Bilgi mərkəzində olduğumuz zaman Supply chain-Tədarük zəncirini əhatə edən və bunu “Value chain-Dəyər zənciri”nə çevirən biznes proseslərin optimallaşdırılması üçün mərkəzin artıq pərakəndə şirkətlərinə təklif etdiyi elektromagnetik dalğalarla idarə olunan mikroçiplər haqqında videoroliklə tanış olduq. Mikroçiplərin əsas funksiyası barkod kimi məhsulların etiketində yerləşdirilərək müntəzəm bilgi axışı və ötürücüsü rolunu ifa etməsidir. İstehsalçı və ya tədarükçüdən tutmuş son pərakəndə satış nöqtəsinə qədər bütün zəncirin halqalarında faydalanılacaq bir sistemdir. Məhsul stokunun, logistikasının, anbarlaşdırılma, pərakəndə şəbəkələrindəki durumu, satış məlumatlarını və məhsul itkilərinin idarə olunması üçün innovativ bir sistemdir. Bu çiplər yuxarıda sadaladığım proseslərin idarə olunmasını asanlaşdıran çiplərdir. Ən sadə olaraq elektromagnetik dalğalar vasitəsilə bir məhsulun harda bulunması məlumatı çox asan əldə edilir və bunun yanında təbiiki hesablamaların aparılması asanlaşır. Və deyim ki, artıq Real pərakəndə şəbəkəsi bunun ilkin yoxlamalarını aparmaqdadır.
Pərakəndə sektoruna aid mərkəzin digər bir innovasiyası elektron qiymətliklər və bunların sistemli idarə olunmasıdır. Aşağıda gördüyünüz elektron qiymətliklər qiymətlərin mərkəzi sistemlə dəyişdirilməsi imkanı yaratmaqdadır ki bu da pərakəndə nöqtələrində həm qiymətlərin effektiv idarə olunmasına nəzarətə və həm də vaxt və insan resursundan qənaətə yol açır.
Pərakəndəçilikdə istifadə olunacaq digər bir innovasiya isə səbətdə alınmış məhsulların tək-tək kassaya buraxılmadan magnetik keçiddən keçdiyi vaxt bir dəfədə qiymət scannerindən keçirilməsinə şərait yaradan texnologiyadır. Bu da sürətli alış verişə imkan yaradır və kassa önündə gözləmələri aradan qaldıran bir yenilikdir. Bu innovativ sistemin EXPOSHOP-Pərakəndə sərgisində artıq istehsalçı şirkət tərəfindən tərəfdaşlarına təqdimatın şahidi olduq.
Bəli gördüyünüz kimi başqa sahələrdə olduğu kimi pərakəndə sektorunda da innovasiyalar sürətlənmişdir. İnnovasiyanın və bilginin istifadəsi isə coğrafi sərhədlə deyil, “bilgiyə münasibət, bilgini əldə etmə, öyrənmə və tədbiq etmə” kimi əsasən beyinsəl sərhədlə yayılması çətinləşir… Pərakəndə sektorumuzun bu “beyinsəl sərhəd”i keçməsi diləyi ilə…
Mövzu ilə əlaqədar digər yazılar:
Kassa önündə gözləməyə son…Alış-verişdə innovasiya… http://www.jabrayilvaliyev.com/2012/12/kassa-onund-gozlmy-sonals-verisd.html

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma