SATICI VƏ MƏHSUL…

Satışla əlaqədar verdiyim təlimlərdə və ümumiyyətlə satış məkanlarında qarşılaşdığım bir problem haqqında yazmaq istəyirəm. Bu “SATICININ MƏHSULUN ARXASINDA GİZLƏNMƏSİ” problemidir…
Əlbəttə satışın sadə “al-ver, ver-al” izahında  aradakı vasitə mal, məhsul olsa da, əsas problemi görən və həll edən və ya “alan” və “verən” bunu həyata keçirəndir… Bu prosesdə cansız faktorun canlı faktora meydan oxumasını isə təəssüf ki çox görürük. İndiki dövrdə məhsullardakı fərqliliklərdən çox satıcılardakı fərqliliklər daha önəmlidir… Müştəri bağlılığını sadəcə məhsulla yaratmaq təhlükəlidir…  Brend məfhumunun da ortaya çıxması bu səbəbdəndir… Brend dəyərləri müştəriyə kompleks şəkildə çatdırılmadığı təqdirdə aradakı cansız vasitə asanlıqla vazkeçiləcək, başqa bir məhsulla dəyişdiriləcəkdir… Müştəri üçün Siz “doğma” olun…!
Hörmətli satıcılar, satış menecerləri və ümumiyyətlə satış adamları! Təqdim etdiyiniz məhsulun arxasında gizlənməyin.  Həmişə ön planda siz olun, problemi siz ortaya çıxarın, siz həll edin… Yoxsa müştəri məhsul arxasınca başqa satana gedəcəkdir…  
Qısaca məhsul arxasında gizlənməyən, “öncə özünü satmağı bacaran” cəsur, aktiv satıcılar peşəkarlıqlarını artıra biləcəklər, qazanan onlar olacaq… “bu gün bu məhsullarla, sabah başqa məhsullarla”!

Reklamın sadəliyi…mənalılığı…gözəlliyi…

Davamlı inkişaf göstəricimiz necədir…?

Dünyanın qabaqcıl araşdırma və məsləhət xidməti göstərən Boston Consulting Group-un (BCG) dünya ölkələrinin DAVAMLI İNKİŞAF göstəriciləri ilə əlaqədar yeni  2014 hesabatı və interaktiv xəritə ilə tanış oldum və istərdim dəyərli oxucularımla paylaşım. BCG-un hazırladığı və SEDA (Sustainable Economic Development Assessment) adlanan hesabat dünyanın 149 ölkəsini əhatə edir. Hesabatda tam 54 göstərici nəzərə alınıb. Bu göstəricilər, Təhsil və bacarıqların inkişafı, Sağlıq, İnvestisiya kapasitesi, Maliyyə göstəriciləri, İqtisadi instutlaşma, İqtisadi dinamika, Sosial inkişaf, Demoqrafiya və işsizlik, Makroiqtisadi idarəetmə kimi ana faktorlar (Key Sustainable Factors) altında incələnmişdir.

BCG bu göstəricilərlə əlaqədar statistik məlumatların qaynağını da göstərmişdir. Belə ki bu qaynaqlar IBRD, EBRD, IMF, OECD kimi beynəlxalq iqtisadi və maliyyə qurumları və UNDP, USAID, World Economic Forum, ILO, Freedom House, Heritage Foundation və s. qurumlar olmuşdur.
BCG-nin hazırladığı bu hesabatda ölkəmizin SEDA – göstəricisi 36,5 olmuşdur. Bəs bu rəqəm yaxşı nəticədir yoxsa zəif? Bunu da açıqlamaq üçün təbii ki siyahıya göz gəzdirib müqayisəli təhlil aparmaq lazımdır. Bloq yazısı üçün uzun olmasın deyə daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür. Mən isə biraz müqayisəli təhlil etmək fikrindəyəm. 
 
Ölkəmiz, 36,5 xallı göstəricisi ilə yer aldığı Şərqi Avropa və Orta Asiya ölkələri qrubunda sadəcə  Özbəkistan (20.3), Tacikistan (24.9), Qırğızıstan (25.5), Bosna-Hersogovina (34,9), Moldova (35,6)-nı qabaqlamaqdadır. Bu qrupda olan digər ölkələrdən isə geri qalmaqdadır. Ən maraqlısı isə çox yaxın qonşularımız olan Gürcüstan (40,8) və Ermənistan (41.2)-dan geridəyik…  Müqayisə üçün Qazaxstan (49) Rusiya (51.2) xala malikdir. Baltik ölkələri də kifayət qədər yüksək göstəricilərə (65-75) malikdir. Bu qrupda təbii ki ən yaxşı göstərici Şərqi Avropa ölkələrinindir və ən yüksək xal Çex Respublikasınındır(81).  Yenə məlumat üçün ümumi olaraq ən yüksək və ən aşağı göstəricilərə malik ölkələri də qeyd etmək istərdim. Ən yaxşı göstəricilərə malik olan ölkələr: Noveç(100) İsveçrə (98) İslandiya (97.6) Finlandiya (97), İsveç (96,9) Almaniya (95.9) və s. Ən aşağı göstəricilə malik olanlar isə təbii ki,  Eritrea, Zimbabve, Efiopia , ÇAD, Orta Afrika Cümhuriyyəti kimi 10-u keçməyən xala malik  Afrika ölkələridir.
 
BCG-nin təyin etdiyi davamlı inkişaf göstəriciləri,  sadəcə iqtisadi inkişaf göstəriciləri ilə deyil, yuxarıda qeyd etdiyim digər göstəricilərlə birgə hesablanmışdır.  İqtisadi inkişaf özü geniş anlayış olduğu qədər, Davamlı inkişaf özündə daha çox faktorları əhatə etdiyi üçün daha geniş anlayışdır. Və ölkənin inkişafında da davamlılığa nail olmaq üçün bu faktorların hər birinə önəm verib hər birinin inkişafına çalışmaq lazımdır. 

Elm adamları və sahibkarlıq fəaliyyəti…

Elm adamı və sahibkarlıq fəaliyyəti… Elm adamı və sahikarlıq fəaliyyəti təəssüfki, bizim düşüncəmizdə daha çox bir-biri ilə uymayan iki fərqli sahə, iki fərqli istiqamət kimi qəbul edilir. Bu əksik düşüncənin indi və yaxın gələcəkdə dəyişdirilməsinin çətin olacağını da söyləmək düzgün olar. Ancaq pessimizmdən çıxaraq bu yazımda bu əksik düşüncənin bəzi ölkələrdə çıxarılan qanunları nümunə göstərərək necə həll etdikləri barədə fikirlərimi paylaşmaq istədim. Yazılarımı təqib edən dəyərli oxucularım yəqin ki “İş dünyası-Universitet əməkdaşlığı və faydaları” adlı yazını oxuyublar. Bu yazıda adından görüldüyü kimi iş dünyası ilə universitetlərin əməkdaşlığı və bu əməkdaşlığın hər iki tərəfə sağlayacağı faydalardan bəhs etmişdim. Hazırkı yazım da məhz bu yazının davamı və orada səslənən fikirlərin möhkəmləndirilməsi istiqamətindədir.

 Gələk mövzumuza…ümumiyyətlə inkişaf etmiş ölkələrin bu istiqamətdə həyata keçirdikləri fəaliyyətləri incələdiyimiz vaxt məhz ən çox önə çıxan ABŞ olmaqdadır. Bu ölkə həm sahibkarlıq, təşəbbüskarlıq baxımdan ən loyal, dəstəkləyici və təşviqedici qanunları olan ölkədir. Universitetlər keyfiyyət yönündən dünyanın ən nümunəvi və təbii ki reytinqlərdə həmişə ön sıralardadır. Səbəb isə təkcə keyfiyyətli təhsil deyil, bu ölkədə universitetlərin xüsusilə araşdırma sahəsində dövlət və iş dünyası tərəfindən dəstəklənməsidir. Eyni zamanda aparılan araşdırmaların sənayedə tədbiqi ilə universitetlərə maddi vəsait qazandırılması əsas məqsədlərdən sayılır. Universitetlərin özəl sektor üçün etdiyi araşdırmalardan əldə etikləri gəlirlə bərabər, dövlət də müxtəlif fondların vasitəsilə araşdırma edib bunu ticariləşdirmək istəyən sahibkar və şirkətləri təşviq edir. Universitetlər və ya elm adamları tərəfindən qurulan şirkətlər və ya sadə sahibkarlıq fəaliyyətləri dəstəklənir, elm adamları bu istiqamətdə  təşviq edilir.

 Bu cür dəstək və təşviqlərin qaynağı hələ 1980-ci ildə bu ölkədə çıxarılan və “Bayh-Dole” qanunu və ya aktı kimi qəbul edilən qanundur. Bu qanunun əsas adı, “Universitet və Kiçik şikətlərlə əlaqədar Patent Qaydaları qanunu”dur. Ancaq bu qanunu təklif edən iki senatorun Birch Bayh və Bob Dole-un adıyla səslənən “Bayh-Dole” qanunu kimi daha çox tanınmışdır. Qanunun əsas əhatəsi dövlət fondları tərəfindən dəstəklənən fikri mülkiyyət haqqlarından və bundan əldə edilən gəlirlərin universitet, elm adamları-sahibkarlara qalmasıdır. Buna bənzər qanunlar Almanya, Maleyzada da qəbul edilmişdir. Bu qanun hətta The Economist dərgisi tərəfindən keçirilən araşdırmada son 50 ildə çıxarılan ən vizioner qanun olaraq qəbul edilmişdir. Bir sıra Avropa ölkələri ilə yanaşı Yaponiya da Bayh-Dole qanununu müsbət qəbul etmişdir.

 Türkiyədə isə bu istiqamətdə son illərdə böyük yol qət edilmişdir. Buna misal universitet bünyəsində yaradılan texnoparklarlar və bu fəaliyyətlərin dəstəklənməsidir. Almaniyada isə daha əvvəlki yazılarımın birində də qeyd etdiyim kimi hər sahəyə və demək olar ki hər ixtisasa (ana ixtisaslara) aid tədris qurumuyla bərabər praktik-sahələrin yaradılması və ya sənaye müəssələrində təlim-tədris obyektlərinə böyük önəm verilməsidir. Məhz meydana çıxan yeniliklər də əsas etibarilə buradan ortaya çıxır.
 Bizdə müəyyən qurumlar vasitəsilə son zamanlarda yaradılan texnoparkların məhz bu minvalla dəstəklənməsi ilə bərabər, elm adamlarının sahibkarlıq fəaliyyəti istiqamətində araşdırmalara təşviq edilməsi, bu istiqamətdə fondlar vasitəsilə dəstəklənərək yaşıl işıq yandırılması, həm elmimizin həm də iş dünyamızın gələcəyi baxımından faydalı olacaqdır.
Mövzu ilə əlaqədar digər yazılar:

Pərakəndəçilikdə yeni innovasiyalar…

Bloqumuzda vaxtaşırı pərakəndə sektorundakı yeniliklərlə əlaqədar yazılara yer verməyə çalışıram. Bu mövzuda vaxtilə  “Kassa önündə gözləməyə son…Alış-verişdə innovasiya…” adlı yazıda xüsusilə pərakəndə sektorunda-mağazalarda bilgi texbnologiyalarından istifadə haqqında yazmışdım. İndi isə istərdim Almaniyada əyani olaraq gördüyüm pərakəndəçilik sektoruna yönəlik  bəzi innovasiyalar haqqında fikirlərimi paylaşım. Bu innovasiyalardan bəhs etmədən əvvəl Almaniya Kölndə “GS1- Germany Knowledge Center-haqqında məlumat vermək istərdum. Köln Texnologiya Parkında yerləşən GS1-Bilgi mərkəzi xüsusilə şirkətlərdə biznes proseslərin optimallaşdırılması və bu istiqamətdə bilgi texnologiyalarının inkişaf etdirilməsi və tədbiqi sahəsində elmi-praktiki-tədbiqi fəaliyyətləri həyata keçirir.
Bilgi mərkəzində olduğumuz zaman Supply chain-Tədarük zəncirini əhatə edən və bunu “Value chain-Dəyər zənciri”nə çevirən biznes proseslərin optimallaşdırılması üçün mərkəzin artıq pərakəndə şirkətlərinə təklif etdiyi elektromagnetik dalğalarla idarə olunan mikroçiplər haqqında videoroliklə tanış olduq. Mikroçiplərin əsas funksiyası barkod kimi məhsulların etiketində yerləşdirilərək müntəzəm bilgi axışı və ötürücüsü rolunu ifa etməsidir. İstehsalçı və ya tədarükçüdən tutmuş son pərakəndə satış nöqtəsinə qədər bütün zəncirin halqalarında faydalanılacaq bir sistemdir. Məhsul stokunun, logistikasının, anbarlaşdırılma, pərakəndə şəbəkələrindəki durumu, satış məlumatlarını və məhsul itkilərinin idarə olunması üçün innovativ bir sistemdir. Bu çiplər yuxarıda sadaladığım proseslərin idarə olunmasını asanlaşdıran çiplərdir. Ən sadə olaraq elektromagnetik dalğalar vasitəsilə bir məhsulun harda bulunması məlumatı çox asan əldə edilir və bunun yanında təbiiki hesablamaların aparılması asanlaşır. Və deyim ki, artıq Real pərakəndə şəbəkəsi bunun ilkin yoxlamalarını aparmaqdadır.
Pərakəndə sektoruna aid mərkəzin digər bir innovasiyası elektron qiymətliklər və bunların sistemli idarə olunmasıdır. Aşağıda gördüyünüz elektron qiymətliklər qiymətlərin mərkəzi sistemlə dəyişdirilməsi imkanı yaratmaqdadır ki bu da pərakəndə nöqtələrində həm qiymətlərin effektiv idarə olunmasına nəzarətə və həm də vaxt və insan resursundan qənaətə yol açır.
Pərakəndəçilikdə istifadə olunacaq digər bir innovasiya isə səbətdə alınmış məhsulların tək-tək kassaya buraxılmadan magnetik keçiddən keçdiyi vaxt bir dəfədə qiymət scannerindən keçirilməsinə şərait yaradan texnologiyadır. Bu da sürətli alış verişə imkan yaradır və kassa önündə gözləmələri aradan qaldıran bir yenilikdir. Bu innovativ sistemin EXPOSHOP-Pərakəndə sərgisində artıq istehsalçı şirkət tərəfindən tərəfdaşlarına təqdimatın şahidi olduq.
Bəli gördüyünüz kimi başqa sahələrdə olduğu kimi pərakəndə sektorunda da innovasiyalar sürətlənmişdir. İnnovasiyanın və bilginin istifadəsi isə coğrafi sərhədlə deyil, “bilgiyə münasibət, bilgini əldə etmə, öyrənmə və tədbiq etmə” kimi əsasən beyinsəl sərhədlə yayılması çətinləşir… Pərakəndə sektorumuzun bu “beyinsəl sərhəd”i keçməsi diləyi ilə…
Mövzu ilə əlaqədar digər yazılar:
Kassa önündə gözləməyə son…Alış-verişdə innovasiya… http://www.jabrayilvaliyev.com/2012/12/kassa-onund-gozlmy-sonals-verisd.html