Alıcılar dəyişir, bəs satıcılar…?


Uzun müddətdir xarici və daxili iş səfərlərimin bloqda yazılara davam etməyə mane olsa da faydası da olduqca çox olmuşdur. Pərakəndə sektoruna aid fərqli yanaşmaları, yenilikləri görmək və təbii ki müxtəlif bazarları bu minvalla müqayisə etmək imkanı vermişdir bu səfərlər. Mən də bu əldə etdiyim bu imkanı yazılarımda  Sizlərlə paylaşmaq düşüncəsindəyəm. Bu ilk yazıda ümumi bir tendensiya haqqında yazmaq istədim. Növbəti yazılarda isə daha çox praktik nümunələrdən bəhs edəcəyəm.

Bəli son dövrdə informasiya kanallarının bolluğu və bunun yaratdığı informasiyanı asan və tez əldə etmə imkanı alıcıların özəlliklərini və qərarvermə proses və prinsiplərini daim dəyişdirir. Təbii ki bunun əsas qaynağı internet və onun dəyişimidir… Web 1.0, Web 2.0, Web 3.0 … Bu dəyişim bir çox faktorlardan ibarətdir. Mən bunu mövzumuzla əlaqələndirərək Web1.0-ın “istifadəçi – informasiya”, Web 2.0-ın “istifadəçi-istifadəçi”, Web 3.0 –ın isə “istifadəçi-ekspert” dövrü olduğunu vurğulamaq istəyirəm. Birincidə alıcılar informasiya axtarmaqda, ikincidə alıcılar özləri kimi alıcıların informasiyasını axtarmaqda və informasiyaları bölüşməkdə (sosial şəbəkə dövrü), 3-cüdə isə artıq ekspert, istiqamətləndirəcək informasiyaları (global ekspert bilgi qaynağı) axtarmaqdadır. Yəni artıq ekspert dövrüdür…
  Alıcılar da buna paralel olaraq daim və çox sürətli olaraq dəyişir! İstər e-ticarətdə olsun, istərsə klasik satış obyektlərində bu dəyişim təsir edir. Bəs buna qarşılıq satıcılar necə? Dəyişirlərmi və ya bu dəyişikliyə ayaq uydura bilirlərmi? Bu indiki dövrdə satıcıların ən böyük problemidir. Artıq bugünün və sabahın alıcısı dünənin alıcısından fərqləndiyi və fərqlənəcəyi üçün bugünün və sabahın satıcısı da dünənin satıcısından fərqlənməlidir!
Səfərdə olduğum Almanyada pərakəndə sektoru istər elmi, istərsə də tədbiqi sahələrdə məhz əsas olaraq bu problem nöqteyi-nəzərindən fəaliyyətlərini qurur və qurmağa çalışır. Bu istiqamətdə müxtəlif sahələrdə satıcı ixtisasIaşması ən önəmli həll yollarından biri kimi istifadə olunmaqdadır. Demək olar ki bütün sektorlara aid akademiyaların-tədris qurumlarının mövcudluğu və fəaliyyətləri buna istiqamətlənmişdir. Nümunə olaraq Food academy, Furniture school və s. göstərə bilərəm ki, bu tədris qurumları pərakəndə sektoruna ixtisaslaşmış satıcılarlar təmin etməkdədirlər. Pərakəndə sektoruna sertfikatlaşdırılmış satıcılar təmin edən European Retail Academy daimi yenilənən ən az 3 illik bir tədris proqramına malikdir. “Almanlar soyuqdur” mühakiməsinə mən heç rastlamadım desəm səhv etmərəm və bu mühakimənin doğru olmadığına xüsusilə pərakəndə satış nöqtələrində heç və heç sezilməyəcək dərəcədə şahid oldum…  Təbii ki bunun satışda bu dərəcədə sezilməməsinə səbən peşəkar, ixtisaslaşmış və hər sahədə işə münasibəti bizimkilərdən fərqli olan ekspert satıcıların varlığıdır…
Xüsusilə pərakəndə sektorumuzun da yuxarıda bəhs etdiyim dəyişiklikləri nəzərə almaqla gələcək fəaliyyətlərində bu istiqamətdə indiki çarxı tərsinə döndərəcəyini ümid edir və bu istiqamətdə kömək göstərməyə də hazır olduğumu bildirirəm…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma