Benzinin qiyməti, orta əmək haqqı, Qazaxstan və Azərbaycan…


Ölkədə benzinin qiyməti tarif şurasının qərarı ilə ortalama 33,5% qalxdı…
Bəzi müqayisəli rəqəmlər haqqında yazmazdan əvvəl dünyada müxtəlif ölkələrdə benzinin  indiki Noyabr 2013 qiymətləri haqqında bu keçiddən istifadə edərək baxa bilərsiniz: Global Petrol Prices.
İndi isə müxtəlif müqayisəli rəqəmlərlə Sizləri tanış edim.

Azərbaycanda benzinin qiyməti AI-92 70 qəpik= 0,90 USD, AI-95 isə 80 qəpik= 1,02 USD
Qazaxstan neft ölkəsi AI 92 – 117 Tenge=0,76 USD
Qazaxstanda artım cəmi 7 tenqe yani 110 tengeden 117 tengeye qalxmışdır ki bu da 7% artım deməkdir.

Buna da səbəb Qazaxstanın Rusyadan benzin idxalı haqqında qadağanın qaldırılması olmuşdur.
Rusya ilə gömrük anlaşmasının təsiri özünü göstərmişdir.
Ancaq məlumatlara görə benzinin qiyməti  (AI-92 )Qazaxstanda düşə bilər… Buyurun məlumat qaynağı…

В Казахстане цена на бензин марки АИ-92/93 может снизиться на 5 тенге

Rusyada 1 ildə artım ortalama 7% olmuşdur və orta qiymət 30,67 rubl=0,97 USD (АИ-92)

Azərbaycanda isə bu artım 33,5% (dizeldə habelə) olmuşdur.

Qazaxstanla müqayisədə qiymətlərdə 14 cent yəni təqribən  % 17 fərq var, bizdə bahadır. İş bu gəlin digər makroiqtisadi göstəricilərə baxaq:

Qazaxstanda orta əmək haqqı 108857 tenge= 711 USD bəs bizdə?
Bizdə orta əmək haqqı 397 AZN= 507 USD Yəni əsas əhalinin gəlirinin orta göstəricisi sayılan bu rəqəmdə 40% geridəyik…
Eyni şəkildə Rusyada da həyat standartı və orta əmək haqqı bizdən yüksəkdir, təqribən 833 USD, bizdən 60% yüksək…

Benzin istehsalçısı digər ölkələrdən isə heç bəhs etməyə dəyməz… Ya qiymətlər çox aşağıdır misal üçün İran benzinin litri-12 cent, Kuveyt-30 cent,   ya da benzin ən bahalı  olan, misal üçün Norveçdə benzinin litri 2,78 USD bizdən 4 dəfə bahadır, ortalama əmək haqqı isə 7500 USD, yəni bizdən 15 dəfə yüksək!!!

Benzinin, sənaye və kənd təsərrüfatı yanacağı olan dizelin qiymətinin artması təbii olaraq digər məhsulların qiymətini birbaşa və dolayı olaraq artıracağını nəzərə alsaq real fərq  daha da qabarıq olacaqdır… ki, qiymətlərdəki inflyasiya ilə əmək haqqılarındakı artım faizi arasında fərq olduqca çoxdur… Niyə əmək haqqını digər bir müqayisə faktoru  olaraq götürməm isə buradan irəli gəlir. Mən bir iqtisadçı olaraq bu qiymət artımını iqtisadi baxımdan əsaslandıra bilmirəm… Başqa tərəfdən əsaslandıra biləcək yəqin ki olar…buyurun…

Benzinin qiyməti, orta əmək haqqı, Qazaxstan və Azərbaycan…” üzərinə 7 şərh

  1. Əvvəla məqaləyə təşəkkürlərimi bildirirəm, maraqlı yanaşmadır. Məqalədə Rusiyadakı AI-92 markalı benzinin qiymeti ile Az-dakı AI-95 markalı benzinin qiymetinin müqayise olunması mənim fikrimcə doğru deyil. Hemçinin siz gönderdiyiniz linkde resmi melumatlara əsasən Rusiyada benzinin qiymeti 1.11 USD-dir. Çox güman ki bu AI-95-in qiymetidir və siz müqayisəni eyni markalı benzin qiymətləri aparsanız daha düzgün olardı. Elavə olaraq Azərbaycanda benzinin qiymətləri ilə neft istehsalçısı olan qonşu ölkələrdəki benzin qiymətlərinin müqayisəsi məncə nəsə kəskin fikir söyləməyə fikir vermir. Bu qiymətlər sadəcə olaraq tələb və təklifin əsasında formalaşmış da ola bilər. Mənə maraqlı olan odur ki, bu tariff şurası hansı iqtisadi analiz apardı ki benzinin qiymətləri 60, 70 və 80 qəpik kimi dəyirmi rəqəmlər alındı. İnflyasiya haqqında olan fikirlerlə isə tam raziyam, iqtisadiyyatda ən çox inflyasiyaya səbəb olan məhsullardan biri olan benzinin qiymetinde iqtisadi bir əsas olmadan bu dərəcədə artım edilməsi birbaşa vı dolayı olaraq digər məhsulların qiymətlərində bahalaşmaya səbəb olacaq ki, bu da dövlət mənbələrində qeyri-şəffaf olaraq hər il 4-5% göstərilən inflyasiyanın növbəti il iki rəqəmli olmasını qaçınılmaz edir.

    Bəyən

  2. Salam. Anonymous-1 Sizə cavab olaraq bildirim ki, Azərbaycan orta maaş 2012 sonu 2013 əvvəli statistik məlumata görə təqribən 398 AZN olub. İqtisadi inkişaf nazirliyinə aid səhifədə 397,4 idi. 2013 sonuna 439 azn təxmin vardı… Amma 7-ci aya olan son məlumata görə http://www.stat.gov.az/source/labour/ buradan məlumata baxmaq olar. 417 azn-ye yukselmisdir.aradaki ferq o qeder de ehemiyyetli olmadigina gore Qazaxstan ve Rusya ile muqayisesi yani 60% və 40 % muvafiq olkelerde orta emek haqqi daha yuksekdir bizden. Tebii ki resmi statistikalara gore.

    Bəyən

  3. Salam Anonymous-2. Əvvəlcə münasibətiniz və rəy bildirdiyiniz üçün təşəkkür edirəm. Rəyinizə cavab olaraq bildirmək istərdim ki müqayisəni 92 və 95 arasında aparmamışam. Bəli şox doğru buyurursunuz ki 95 qiyməti Rusyada
    1,11 usd, 92 isə 0,97 usd bu bizdə 0,90 usd oldu. Mən müqayisəni əsas Qazaxıstanla və müvafiq benzin növləri ilə aparmışam. Hər birinin önündə benzin növünü möterizədə qeyd etmişəm. “Rusyada 1 ildə artım ortalama 7% olmuşdur və orta qiymət 30,67 rubl=0,97 USD (АИ-92)”
    Bəs yazıda əsas nöqtə odur ki ortalama 33,3 faiz dizel və 95-də artım olub. 92-də isə təqribən 27%.
    Demek istədyim odur ki Rusyada qiymət 92-də 7 cent baha olsa da emek haqqi ortalamasi 60% yuksekdir. Qazaxistanda ise eksine 14 cent bizden ucuz, hem de 40 % orta emek haqqi yuksekdir…
    Bir daha teshekkur edirem.

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma