Ölkədə benzinin qiyməti tarif şurasının qərarı ilə ortalama 33,5% qalxdı…
Bəzi müqayisəli rəqəmlər haqqında yazmazdan əvvəl dünyada müxtəlif ölkələrdə benzinin indiki Noyabr 2013 qiymətləri haqqında bu keçiddən istifadə edərək baxa bilərsiniz: Global Petrol Prices.
İndi isə müxtəlif müqayisəli rəqəmlərlə Sizləri tanış edim.
Azərbaycanda benzinin qiyməti AI-92 70 qəpik= 0,90 USD, AI-95 isə 80 qəpik= 1,02 USD
Qazaxstan neft ölkəsi AI 92 – 117 Tenge=0,76 USD
Qazaxstanda artım cəmi 7 tenqe yani 110 tengeden 117 tengeye qalxmışdır ki bu da 7% artım deməkdir.
Buna da səbəb Qazaxstanın Rusyadan benzin idxalı haqqında qadağanın qaldırılması olmuşdur.
Rusya ilə gömrük anlaşmasının təsiri özünü göstərmişdir.
Ancaq məlumatlara görə benzinin qiyməti (AI-92 )Qazaxstanda düşə bilər… Buyurun məlumat qaynağı…
Rusyada 1 ildə artım ortalama 7% olmuşdur və orta qiymət 30,67 rubl=0,97 USD (АИ-92)
Azərbaycanda isə bu artım 33,5% (dizeldə habelə) olmuşdur.
Qazaxstanla müqayisədə qiymətlərdə 14 cent yəni təqribən % 17 fərq var, bizdə bahadır. İş bu gəlin digər makroiqtisadi göstəricilərə baxaq:
Qazaxstanda orta əmək haqqı 108857 tenge= 711 USD bəs bizdə?
Bizdə orta əmək haqqı 397 AZN= 507 USD Yəni əsas əhalinin gəlirinin orta göstəricisi sayılan bu rəqəmdə 40% geridəyik…
Eyni şəkildə Rusyada da həyat standartı və orta əmək haqqı bizdən yüksəkdir, təqribən 833 USD, bizdən 60% yüksək…
Benzin istehsalçısı digər ölkələrdən isə heç bəhs etməyə dəyməz… Ya qiymətlər çox aşağıdır misal üçün İran benzinin litri-12 cent, Kuveyt-30 cent, ya da benzin ən bahalı olan, misal üçün Norveçdə benzinin litri 2,78 USD bizdən 4 dəfə bahadır, ortalama əmək haqqı isə 7500 USD, yəni bizdən 15 dəfə yüksək!!!
Benzinin, sənaye və kənd təsərrüfatı yanacağı olan dizelin qiymətinin artması təbii olaraq digər məhsulların qiymətini birbaşa və dolayı olaraq artıracağını nəzərə alsaq real fərq daha da qabarıq olacaqdır… ki, qiymətlərdəki inflyasiya ilə əmək haqqılarındakı artım faizi arasında fərq olduqca çoxdur… Niyə əmək haqqını digər bir müqayisə faktoru olaraq götürməm isə buradan irəli gəlir. Mən bir iqtisadçı olaraq bu qiymət artımını iqtisadi baxımdan əsaslandıra bilmirəm… Başqa tərəfdən əsaslandıra biləcək yəqin ki olar…buyurun…