"Marketoloq biznesin həkimidir" loqo müsabiqəsi


Vaxtilə bloqda Azərbaycanda marketinqə olan baxış bucağından və Marketinq adıyla bağlı cəmiyyət, şirkət və fərdlərin(marketoloqların) demək olar ki fəaliyyətsizliyindən bəhs edən bir yazı qoymuşdum. Bu yazıda əsasən də Azərbaycan Marketinq cəmiyyətinə iradlarımı bildirmişdim. Və bu iradları şəxsən əlaqədar ünvanlara da söyləmişdim. Həm də söylədiyim ərəfə həmin ünvandan marketoloqların ilk forumuna birbaşa yaxından dəstək göstərildiyi ərəfə idi… Yəni hərəkət və faəliyyət artıq hiss edilirdi… İradları söyləməkdə isə haqlı olduğumu bilirdim… Çünki o yazıda da dediyim kimi Azərbaycanda marketinqin dünəni bu gündür, gələcəyinin isə bu gün olmaması üçün hər kəs, xüsusilə marketinq adını istifadə edib, bu adın arxasında müxtəlif “fəaliyyətlər və fəaliyyətsizliklər” göstərənlər daha çox çalışmalıdır… 



Və nəhayət 2013-cü ildə marketinq sferasında müxtəlif qurum və fərdlər tərəfindən bir sıra tədbirlər keçirildi və keçirilməsi də planlaşdırılır… Bu sevindirici bir haldır… Hərəkət olan yerdə bərəkət vardır. Birilərinin hərəkəti digərlərinə də təsir edər, onları da oyadar, hərəkətə keçirər… və beləcə sinerji yaranar… Sağlam rəqabət və bilgiyə söykənən tədbir və fəaliyyətlərdən isə nə qədər çox olsa yaxşıdır… Və irad tutduğum həmin ünvanlardan biri Azərbaycan Marketinq Cəmiyyətindən yeni bir fəaliyyət, “Marketoloq biznesin həkimidir” loqo müsabiqəsi elan edilib… Müsabiqənin press-relizini nəzərinizə çatdırır, iştirak edəcəklərə uğurlar diləyirəm. Eyni zamanda cəmiyyət rəhbərliyini və bu fəaliyyətdə əməyi olan gənc fəal  marketoloqlarımızı da alqışlayıram…

“Marketoloq biznesin həkimidir” deyəndə, ağlınıza ilk nə gəldi? Təbii ki, sağlamlıq və bazar- tamamilə fərqli anlayışlar. Fəaliyyət sahələri müxtəlif olan bu iki ixtisasda müəyyən oxşarlıqlar var. Bəlkə siz təəccüblənəcəksiniz ki, hansı oxşarlıqlardan söhbət gedir. Biz həkimə nə vaxt gedirik? – səhhətimizdə hər hansı problemlər hiss etdikdə. Həkim xəstəni dinləyir, müəyyən analizlərdən sonra yaşamağına davam edir. İndi isə marketoloqun gördüyü işə nəzər salaq. Müəssisənin əsas məqsədi mənfəət əldə etməkdir. Lakin bu elə də sadə proses deyil. Müəssisə qeyri-müəyyən, mürəkkəb bir şəraitdə fəaliyyət göstərir. Bu qeyri-müəyyənliklər bazarda baş verən inkişaf və ya tənəzzülün nəticəsidir. Yaranmış tərəddüdlər müəssisənin müəssisədən yan keçmir və müəyyən “xəstəliklər” törədir. “Xəstəliklər” deyəndə, istehlakçının arzu və ehtiyacları qarşısında acizlik, düzgün strategiya və taktikanın olmamağı və s. aiddir. Ona görə də müəssisə marketoloqa müraciət edir. Marketoloq həkim kimi müəssisəni “dinləyir”, aparılmış analizlərdən sonra “diaqnozu” verir və resepti-marketinq planını verir. Beləliklə, müəssisə “sağalır” və bazardakı fəaliyyətini davam etdirir. Deməli, marketoloq biznesin həkimidir.

Uğurlar diləyi ilə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma