İdarəetmədə McKinsey 7S modeli…


Dəyərli oxucularım xatırlayar ki, “İdarəetmədə sistem anlayışı” adlı  bundan əvvəlki yazımda sistem mexanizmi və sistemi əmələ gətirən faktorlar, açıq və qapalı sistem və sistem elementlərindən bəhs etmişdim. Və növbəti yazıda İdarəetmədə McKinsey-in 7S modeli haqqında yazacağımı bildirmişdim.
Bu model haqqında yazmadan əvvəl demək istərdim ki ümumiyyətlə idarəetmə, iqtisad və ya digər müxtəlif sahələrdə irəli sürülən problem və həll yolları əsasən sistem anlayışı içində ələ alınmış və irəli sürülmüşdür.

Məsələn müxtəlif dövrlərdəki iqtisadi sistemlər və mexanizmləri, idarəetmə şəkilləri (bürokratik sistem, demokratik idarəetmə sistemi və s) idarəetmədə müxtəlif sahələrdə irəli sürülmüş tezislər ( keyfiyyət standartları sistemləri), HR-da performans dəyyərləndirmə, motivasiya, əmək haqqı sistemi və s. hər biri sistem anlayışı ilə ilə sürülmüşdür.
Şirkət idarəetməsində 1980-ci illərdə irəli sürülməsinə baxmayaraq hələ də tədbiq olunan və eyni zamanda Balanced Scorecard kimi yeni anlayışların doğmasına da qaynaq olan, sistem vəya modellərdən biri  McKinseyin 7S modelidir. Modeli irəli sürənlər o dönəmdə McKinsey&Company-də çalışan Thomas (Tom)  J. Peters, Robert H. Waterman olmuşdur.Tom Peters və Robert Waterman bloqda tövsiyyə etdiyim “In Search of Excellence: Lessons from America’s Best-Run Companies” kitabının həmmüəllifidirlər.
7S modelində yer alan : Strategy-, Structure, Systems, Style, Staff, Skills və Shared Values faktorları xüsusiyyətlərinə görə iki əsas hissəyə ayrılır: “Hard” elements: Structure (Struktur), Strategy (Strategiya), Systems(Sistemlər)-bunlar idarəetmə tərəfindən orataya qoyulan, dəyişdirilə bilən, təsirlənən elementlərdir. “Soft” elements: Staff (Çalışanlar), Skills(Bacarıq-qabiliyyətlər), Style (Tərz (idarəetmə və idarəedilmə tərzi), Shared Values (Paylaşılmış dəyərlər)- isə idarəetmədən çox asılı olmayan və əsasən mühit və insanlardan asılı olan faktorlardır. Bu faktorlar da digərləri kimi çox əhəmiyyətlidir. Sadəcə bu faktorların idarəetmə tərəfindən kontrolu, idarəedilməsi, tam olaraq təyin edilməsi, izahı çətindir.
Bəs bu model necə işləyir? 7S modelinin məqsədi bu modeldə yer alan elementlərin bir-birləri ilə sıx və effektiv əlaqəsini qurmaq və bunun effektindən faydalanmaqdır. Əvvəlcə hər bir elementin şirkətlərdəki istifadə dərəcəsinə görə nəyi ifadə etdiyi və əhatəsi təyin olunmalıdır. Bu model bir mükəmməlləşdirmə modelidir. Buna görə də model bir şirkətin bir mövqedən digər istənilən mövqeyə çatması üçün analiz məqsədiylə istifadə olunur. GAP analizi ilə bənzər mexanizmi olan, məsələn mövcud A nöqtəsindən istənilən B nöqtəsinə çatmaq üçün nələr etmək lazım olduğunu və bu fəaliyyətlərin həmin 7S-lər çərçivəsində ələ alınmasını tələb edir. 7S matrisi düzənlənir və hər bir elementin əvvəlcə mövcudluğu, mövcud isə səviyyəsi və digərləri ilə əlaqəsi və digərlərini dəstəkləməsi araşdırılır. Nəticədə boşluq və zəif olan nöqtələrin mükəmməlləşdirilməsi fəaliyyəti aparılır.
Uğurlar diləyi ilə növbəti yazıda görüşənədək…
Mövzu ilə əlaqədar digər yazılar:

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma