Dünya dəyişir: 2020-ci ilin ən böyük 10 iqtisadiyyatı

Dəyərli bloq oxucularımı Beynəlxalq Maliyyə Fondunun (IMF) 2020 və daha sonrakı dönəmlər üçün ön sürdüyü maraqlı dəyişikliklərlə tanış etmək istəyirəm.
IMF-Euromonitor araşdırma və təxminlərinə görə 2020 və sonrakı 10 illiklərdə iqtisadi coğrafiyada güc mərkəzləri dəyişəcəkdir. Böyük umudlarla qurulan Avropa Birliyi iqtisadi cəhətdən geriləmə xəttindədir. Geriləmə trendi daha əvvəldən başlasa da  2010-cu il ilə 2020-ci ildə dünyada ən iri iqtisadiyyata sahib ölkələr sırasından artıq Avropa ölkələri arxa pillələrə düşməkdə, bəziləri isə ümumiyyətlə siyahıdan çixmaq üzrədirlər. Bu geriləmə trendinin daha sonrakı 10 illiklərdə isə daha sürətlə gedəcəyi də söylənir. 2030-cu illərdə Türkiyənin də ən böyük iqtisadiyyatlardan birinə sahib olacağı təxmin edilməkdədir.  Bəs Avropa ölkələrini hansı dövlətlər əvəz edəcək? Bu suala cavab vermək üçün elə aşağıdakı cədvəl və grafiklərə nəzər salsaq aydınca görə bilərik:

Yüksələnlər və düşənlər dəyişiminə nəzər salsaq görəcəyik ki geriləyən dövlətlər Avropa ölkələridir. Yüksəlmə trendinə girənlər isə əsasən Asiya ölkələridir ki bunlarında başında Çin, Hindistan, Cənubi Korea, İndoneziya, Rusya (Avrasiya ölkəsi) gəlir. 2020-ci ildə Satınalma paritesinə görə Top 10 iqtisadiyyata sahib ölkələr içində sadəcə 3 Avropa ölkəsi yer alacaqdır: Almaniya, Böük Britaniya və Fransa. Sonrakı illərdə həmçinin Fransanın da bu siyahıdan çıxacağı təxmin edilməkdədir.  Maraqlı bir təxmin isə Çinin ABŞ-ı keçəcəyidir ki, əslində bu iddialar illərdir səslənir. Sadəcə son ildə Çinin də iqtisadi artımının zəiflədiyi müşahidə edildiyi üçün bu gedişatın və dəyişikliyin önümüzdəki illərdə necə cərəyan edəcəyi çox maraqlıdır.
Yuxarıdakı cədvəldə ölkələrin ÜDM-lərindəki dəyişiklik təxminləri göstərilmişdir. Çinin 2020-ci ildə 2010-cu ilə nəzərən ÜDM-sini 3 dəfə, Hindistanın da təqribən 2,5-3 dəfə artıracağı təxmin edilməkdədir. Rusya və Brazilyada da təxmin edilən ÜDM artımları ilə BRIC bloku artıq dünya iqtisadiyyatının çox böyük payını təşkil edəcəkdir. Aşağıda 2020-ci ildə ölkələrin Dünya iqtisadiyyatında payları göstərilmişdir.

2020-ci ildə dünya iqtisadiyyatının 64%-nii məhz 10 ölkənin iqtisadiyyatı təşkil edəcəkdir. Digər dünya ölkələri isə dünya iqtisadiyyatının cəmi 36%-nə sahib olacaqdır.
Növbəti bloq yazılarımda bu dəyişikliklərə səbəb müxtəlif nüanslar, görüşlər və trendlər barədə fikirlərimi paylaşmaq istəyirəm. Görüşmək ümidiylə…

2013 üçün TOP 10 İdarəetmə texnikaları və trendləri…

Hər hansı bir sahədə professionallığın yüksəlməsinin ən önəmli yollarından biri də həmin sahəyə aid dünyada baş verən yenilikləri, trendi izləmək, müqayisəli analiz etmək və mümkün olduğunca maksimum səviyyədə bunlardan öyrənərək, istifadə edərək, tətbiq etməyə çalışmaqdır.
İdarəetmə sahəsində bu cür trendləri və araşdırmaları edən şirkətlərdən biri araşdırma və konsaltinq xidməti göstərən Bain&Company konsaltinq şirkətidir. Yazılarımızı davamlı təqib edən dəyərli oxucularım xatırlayar ki keçən ilin əvvəllərində Top 10 İdarəetmə texnikləri adlı yazımda bununla əlaqədar məlumatlar vermişdim. Burada adı qeyd olunan şirkət tərəfindən 2011 üçün hazırlanmış hesabat haqqında informasiyaları paylaşmışdım.
Artıq Bain&Company tərəfindən 2013-cü il üçün hazırlanmış hesabat yayınlanmışdır. Hesabatda dünyanın müxtəlif yerlərindən böyük, orta və kiçik şirkət idarəetməçilərindən sorğu və geniş araşdırma əsasında əldə olunan maraqlı məlumatlar yer almışdır.
Mən sizlərə 2013-cü il üçün idarəetməcilər tərəfindən hansı idarəetmə texnikaları Top 10 İdarəetmə texnikası və trendi siyahısına daxil olduğu haqqında məlumat vermək istəyirəm.
2008-2010-cu illər hesabatında ikinci sırada yer alan Stratejik Planlama 2013 üçün hazırlanmış hesabatda ilk sıraya sahib olmuşdur.
2008-2010-cu illərdə dördüncü olan CRM-Customer Relations Management  isə siyahının ikinci pilləsində yerini almışdır.
2013-cü il Top 10 İdarəetmə texnikaları siyahısına 2000-ci ildən bu tərəfə heç vaxt yer almayan yeni bir anlayış, idarəetmə texnikası, vasitəsi daxil olmuşdur. Və həm də ilk dəfə Top 10-a daxil olmasına baxmayaraq birbaşa üçüncü sıraya yerləşmişdir. İdarəetməçilər tərəfindən seçilən, rəğbət görən bu idarəetmə texnikası, vasitəsi Çalışanların Sədaqəti (bağlılığı) Sorğusu vəya idarəetməsi kimi qəbul edilən Employee Engagemant Surveydir. Xüsusilə İnsan Resursları sahəsində olan idarəetməçi dostlarımızın diqqətinə artıq çalışanların önəminin daha üst sıralarda olmasını çatdırmaq istəyirəm. Məhz bu idarəetmə texnikası, vasitəsi haqqında növbəti yazılarımda geniş məlumat verməyə çalışacağam.  İndi isə siyahını davam edək.
Top 10 İdarəetmə texnikasının dördüncü sırasına 2008-2010-cu illərdə ilk yer tutan Benchmarking yerləşmişdir. Benchmarking geriləsə də hələ ən önəmli və faydalı qəbul görən idarəetmə texnikasıdır.
Top 10 siyahısının beşinci sırasına 2008-də siyahıya daxil olan və 2008-2010-da altıncı yeri tutan yeni idarəetmə texnikalarından biri –Balanced Scorecard yerləşmişdir. Bu idarəetmə texnikası da getdikçə şirkətlər tərəfindən daha geniş şəkildə istifadə olunmaqdadır.
Özünü doğruldan və getdikçə daha çox qəbul görən idarəetmə vasitələrindən biri Core Competencies altıncı sıraya yüksəlmişdir. Təməl qabiliyyətlər, bacarıqlar və idarəedilməsi   idarəetmə sahəsində öz önəmini qorumaqdadır.
Yeddinci idarəetmə vasitəsi, texnikası Outsourcing fəaliyyətidir. Biraz geriləsə də hələ də Top 10 idarəetmə texnikası siyahısında yer alır.
Siyahının səkkizinci pilləsində Top 10 siyahısına müxtəlif illərdə girən və çıxan Change Management qərarlaşmışdır. Yəni dəyişim və idarəedilməsi də rəğbət görən idarəetmə texnikalarından biri olaraq qalır.
Doqquzuncu pillədə idarəetmə sahəsində uzun illərdir yer alsa da nədənsə ilk dəfə bu araşdırma çərçivəsində Top 10-a daxil olan Supply Chain Management yer almışdır. Tədarük zəncirinin idarəedilməsi artıq idarəetməçilərin təqdirini qazanmışdır deyə bilərik.
Nəhayət siyahının sonuncusu 2008-2010-cu illər sıralamasında üçüncü olan Mission and Vision Statements-dir. Bu dəyərlər və vasitələr də hələ önəmini qorumaqdadır. Lakin göründüyü kimi Müştərilərə və Çalışanlara daha çox xitab edən və onlara dəyər verən idarəetmə texnikaları daha çox rəğbət qazanmaqdadır.
Ümumiyyətlə bu araşdırma çox genişdir. Müxtəlif məlumatlarla əhatə olunmuşdur. Bu informasiyaları paylaşmaqda məqsədim professional idarəetməni mənimsəyən və bu istiqamətdə addımlar atan vəya atmaq istəyən şirkətlərimizə və idarəetməçilərimizə dünyadakı öncül idarəetmə texnikaları və trendləri barədə məlumat vermək və fəaliyyətlərinə bu istiqamətdə bir qatqı göstərməkdir. Faydalı olacağı diləyi ilə…
Mövzu ilə əlaqədar digər yazılar:

Satışların təxmini və önəmi…

Satışların təxmini, satışların idarə edilməsinin və ümumiyyətlə idarə etmənin ən çətin sahələrindən biridir. Çox idarəetməçilər düşünürlər ki, onlar çox gözəl təxminləmə apara bilirlər. Ancaq təxminlər çox zaman alt-üst olmaqda və şirkət və idarəçilər üçün ağır nəticələrə gətirib çıxarmaqdadır. 
Marketinq quruları hələ də təxminləmənin bir elm və ya sənət olması haqqında mübahisə edirlər. Deyə bilərik ki, təxminləmə hem bir elm, həm də bir sənətdir.
Təxmin- fəaliyyətlərin nəticəsini təyin etməyə çalışan ehtimalların ve ekspert rəylərinin fəaliyyətin özünün həyata keçirilmə yolu və trendi və ya gözlənən nəticələrin rəqəmlərlə ifadə edilməsidir. Təxminlər qısa-müddətli (adətən 3 aylıq zaman ərəfəsini), orta müddətli (normalda 1 vəya 2 ili əhatə edən) və uzun müddətli (3 ildən çox müddət) olmaqdadır. 
Bazarın təxmini, əldə olan informasiyanın nə qədər düzgün olmasına baxmayaraq, marketoloqların ən çətin vəzifələrindən biridir. Mal və xidmətlər istehsalına qoyulacaq investisiyalara bazar təxminlərinə dayanaraq qərar verilməkdədir.

Təxminləmə- investisiya və biznes planların hazırlayışında rol oynayacaq faktorların təyin edilməsi və onların təsirinin hesablanmasıdır. Təxminləmə metodu özündə gələcək üçün obyektiv(kantitatif) və subyektif(kalitatif) ehtimalları birləşdirməkdədir.
Təxminləməni makro təxminləmə və mikro təxminləmə olaraq iki hissəyə ayırmaq mümkündür:
Makro təxminləmə: bazarı bütün olaraq təxmin etmək etməkdir. Bu mövcud bazar tələbinin öyrənilməsini və gələcəkdəki bazar tələbinin hesablanmasını özündə birləşdirir.
Mikro təxminləmə: mal və xidmət əsasında təxminləmədir. Bu bir malın vəya xidmətin bazardakı, sektordakı mövcud payınının hesablanması və gələcəktə bazardan və sektordan ala biləcəyi payın təxmin edilməsi fəaliyyətidir.
Təxminləmə ona görə çox önəmlidir ki, gələcəkdəki satış rəqəmlərinə görə şirkət mənfəətini təxmin edir və istehsalını və maddi və bəşəri qaynaqlarını ona görə planlaşdırır.
Satış təxmini, müəyyən bir zaman bölümü içində planlanan satışın dəyər (pulla) və miqdar olaraq əvvəlcədən təxmin edilməsidir. Satış təxmininə dayanaraq satış hədəfləri təyin edilir, hədəflərə çatmaq üçün strategiyalar və proqramlar seçilir və satış büdcəsi hazırlanır. Satış təxminləri bütün marketinq investisiyaları üçün çox önəmlidir. Bu özündə tarixi günləri və layihələr axışını; məsələn, gələcək satış rəqəmlərini, hərəkət ortalamalarını, mövsümi analizi, dövrü dalğalanmaları əhatə edən zaman trendləri modelləridir. Bu həmdə səbəb-nəticə modellərini; məsələn, satış rəqəmlərinə qiymətin təsiri, mal satışlarının və promosyon reklamçılığının bir bütün içində görülməsini özündə cəmləşdirir. Bunlar kantitatif təxminləmə metoduna aid edilir.
Kantitatif təxmin modellərindən başqa kalitatif modellər də praktikada mövcuddur. Müxtəlif ekspert fikirlərinə etimad göstərərək gələcək barədə qərar vermək kalitatif təxmin modellərinə misal göstərilə bilər.
Şirkətlərin satış büdcələri adətən, gələcək satışlara dair şirkətlərin təxminlərinə uyqun olaraq hazırlanmaqdadır. Ancaq bu zaman təxmin edilən satış rəqəmləri haqqında tədbirli və konservativ davranmağı da ayarlamaq lazımdır.
Satış təxminlərinin təyin edilməsi zamanı aşağıdakı şirkət daxili və xarici faktorlara diqqət edilməlidir:
– Keçmişdə həyata keçən satış göstəriciləri, bu günün iqtisadiyyatında tez-tez riskli olduğu kimi, gələcək üçündə real göstərici ola bilməz.
– İqtisadi mühit, investisiya və iqtisadi artım və inkişafa təsir edən faktörlər ya da tələbə təsir edən faktorlar direkt və ya endirekt olaraq mal satışına da təsir etməkdədir.
– Marketinq araşdırmasının nəticələri və müəyyən zaman bölümündə alıcı istək və tələblərinin araşdırılması.
– Satış təxminləmənin əhatə etdiyi zaman çərçivəsi: Təxminləmə hansı müddəti əhatə edir? Bir həftəlik, bir aylıq və ya bir ildən çox zamanı?
– Büdcə periyodu dövründə satış üçün nəzərdə tutulan reklamların və büdcəsinin öncədən təyin edilməsi.
– Satış qüvvələrinin təyin edilmiş bazarlardakı rəqabət və onun şiddəti.
– İstehlakçı zövqlərinin dəyişməsi: müştəri və istehlakçıların keçmişdəki zövqlərinə dayanaraq modelləmə satış təxminlərini tamamilə alt-üst edə bilər
– Yeni texnologiyalar: hansi ki, mövcud tələbləri dəyişdirə bilər ya da yeni tələb yarada bilər.
– Satış mərkəzləri və satış nümayəndələrinin distribusiyası və keyfiyyəti: məsələn, direkt ve endirekt satışlardakı keyfiyyət və dəyərin artması, toplam satış miqdarına müsbət effekt göstərməkdədir.
– Təklif edilən qiymət politikaları və endirimlər: yaradıcı qiymətləndirmə və endirimlər gəlirləri hər zaman artırmasa da satış miqdarını artıra bilər. 
– Yerli və beynəlxalq qanunlar.
– Ətraf mühit faktorları: məsələn, organik qidalardan istifadənin çoxalması pərakəndə satış mərkəzlərinin artmasına səbəb olmaqdadır.
Satış təxminlərinin dəqiqliyi:
Satış təxminləri çox nadirən 100 % dəqiq çıxmaqdadır. Təxminlərin dəqiqliyini artırmağa kömək göstərən bəzi faktorlar var:
– Dəqiq təxminlər əldə etmək üçün ən son yenilənən daxili məlumat bazası və xarici resurslardan istifadə edərək bazar haqqında əldə edilən məlumat bazasına (marketing intellgence) ehtiyac vardır.
– Satış statistikaları asan başa düşülən və uyqun formatda olmalıdır.
– Məhsulun həyat(yaşama) xəttindəki mövcud yeri: Məsələn, bazara giriş dövründəki bir məhsul üçün satış data və məlumatları, yetişkinlik dövründəki bir məhsula nəzərən daha azdır və buna görə də zaman trendiylə təxminləmə analizi mümkün olmayacaqdır.
– Təxminləmə sürəcində iştirak edən şəxslər, satışa xarici bazar şərtləri də daxil olmaqla bütün faktorların təsir etdiyini bilməli və bunu nəzərə almalıdırlar.
– Fərqli təxminləmə modellərinin hər biri, istər kantitatif, istərsə də kalitatif model ayrı ayrılıqda və ya birlikdə istifadə edilməlidir.
– Satış təxminləmə zamanı inflyasiya, valyuta kursları, malın uyqunluq ölçüsü, rəqiblərin promosiya və reklam fəaliyyətləri kimi faktorlardan da istifadə edilir. Bu faktorların çox düzgün təyin edilməsi, faktorlarda meydana gələn dəyişmələrin satış təxminlərinə göstərdiyi təsiri asan şəkildə izah etməyə kömək göstərir.
– Satış təxminləri mütəmadi olaraq gözdən keçirilməli və əldə edilən yeni informasiyalar da əlavə edilərək yenidən dəqiqləşdirilməlidir.
– Şirkətin marketinq strategiyası təxminləmə zamanı mütləq hesablamaya alınmalıdır. Reklamların çoxalması, satış promosyonları və yeni qiymət listləri diqqətdə saxlanmalıdır. 
– Təxminləmə müxtəlif metodlar vasitəsilə : kantitatif modeller (keşmiş satış göstəricilərinin analizi kimi) və kalitatif modellər (mühakimə və şəxsi analiz və izahlar) ilə təkmilləşdirilməlidir.
– Bununla bərabər son illərdə bu sahədə müxtəlif təxminləmə (forecasting) proqramlarından da geniş istifadə olunmaqdadır.
Yanlış satış təxminlərinin nəticəsi olduqca ağır və cəzalandırıcı olmaqdadır. Məsələn, yanlış satış təxminləri, satışdan məsul insanların real olmayan satış hədəflərinin təyininə və bunun da iş axışı zamanı stres və gərginliklərin ortaya çıxışına səbəb olmaqdadır. Yanlış satış təxminləmə, şirkət idarəçiləri üçün səhv qərar qəbul etməsinə gətirib çıxarmaqla bərabər, qoyulacaq investisiyaları da düzgün istiqamətləndirməyəcəktir. Buna görə də, şirkətlər illik və daha qısa periyodlu büdcələrini hazırlayarkən həmin zaman peryoduna görə planlanan kantitatif və kalitatif satış təxminlərini mütləq nəzərə almalıdırlar. Bu şirkətlərin həmin dövr üçün uğur qazanmasına kömək göstərən efektiv bir vasitədir.

Milli Marketinq Forumu…

Hər bir sahənin irəliləyişi, inkişafı həmin sahə ilə əlaqədar qurum və şəxslərin: ixtisas sahiblərinin, sahə akademisyenlərinin, praktik iş təcrübəsi olanların,  sahənin PROBLEMLƏRİ-ni görüb həlli istiqamətində   nəzəri və PRAKTİK bilgilərini dilə gətirərək, qarşılıqlı müzakirə və PAYLAŞMA-dan çox asılıdır. Dilə gətirilməyən problem, PROBLEM olaraq qalır, dilə gətirilirsə PRAKTİK həlli yolları düşünülür və bu həll yolları ilə əlaqədar  bilgi və informasiyaları PAYLAŞMAQ isə həmin bilgi və informasiyaların  istifadə  arenasını genişləndirir… Bu isə əlaqədar sahədə yer alan bütün iştirakçıların inkişafına xidmət edir.

Marketinqə könül verənlərin təşkilatçılığı, dəstəyi, əzmi və çalışqanlığı nəticəsində çox yaxında keçiriləcək İlk MİLLİ MARKETİNQ FORUMU fikrimcə məhz buna xidmət edir…
Əslində yuxarıda qeyd etdiklərim hər hansı sahə ilə əlaqədar assosiasiyaların, birliklərin, qurum və quruluşların fəaliyyəti çərçivəsini əhatə edir və etməlidir. Ancaq bu tədbirdə sadaladıqlarımdan çox məhz bu işə könül verənlərin fəaliyyəti ön plandadır… Ona görə də bu fəaliyyəti və əzmkarlığı alqışlayır, əməyi keçənlərə təşəkkürlərimi bildirirəm.
Forumun mövzuları müxtəlifdir. İnanıram ki forumun bütün iştirakçıları (spiker və dinləyicilər) olaraq “3 P-PROBLEM, PRAKTİKA VƏ PAYLAŞMAQ”-dan öz gələcək inkişaf xəttimiz üçün nə isə götürəcəyik…
Bütün marketinq peşəkar və həvəskarlarını ilk Milli Marketinq Forumunda görmək ümidiylə hamıya UĞURLAR…!!!

Ölkədə elmin inkişafı haqqında görüşlər…

Bir əvvəlki bloq yazımda elmi jurnalistika haqqında yazmışdım. Bu sahənin ölkəmizdə hansı səviyyədə olduğu haqqında fikirlərimi paylaşmışdım. Ümumiyyətlə akademik sahənin içində olduğum üçün bu sahədəki problemlər və çıxış yolları məni həmişə düşündürür. Elmi jurnalistika haqqında fikirlərim də bundan qaynaqlanmışdır. Ancaq daha sonra düşündüm ki bu elmin inkişafı üçün eşitdiyim, oxudğum və gördüklərimdən bu sahə haqqında mütəmadi yazılarla çıxış edim. Elə buna görə də bu yazıda da ümumi olaraq elmin inkişafı ilə əlaqədar “eşitdiklərim, oxuduqlarım, gördüklərim” silsiləsindən bəzi fikirlərimi paylaşmaq istədim.

Bütün cəmiyyətlərdə inkişafın dayaq nöqtələrindən biri və ən önəmlisi elmin inkişafıdır. Buna görə də demək oalr ki bütün ölkələrdə bu sahədə fəaliyyətlər aparılması təbii haldır. Elmin inkişafı, bu sahəyə verilən əhəmiyyədən çox asılıdır. Bunu həyata keçirmək üçün Elm sahəsindəki fəaliyyətlərə, yeniliklərə təşviqlərin verilməsi, fəaliyyətlərin dəstəklənməsi vacibdir.  Bizdə də məhz bunu əsas alaraq 2009-cu ildə Prezidentin yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Artıq 3 ildən çoxdur belə bir qurum yaradılmış və  fəaliyyətdədir.  Ancaq fondun internet resursuna girib araşdırdığım zaman təəssüf ki çox önəmli hesab etdiyim bölmələr işləmir və ya bu bölmələrdə heç bir məlumat yoxdur. Söhbət ELM və İNKİŞAF bölməsindən gedir. Bu bölmənin alt başlıqları altında olan fikrimcə önəmli bölmələr təəssüf ki informasiyasızdır.
Nə isə, bu kiçik?! nüansı qeyd etdikdən sonra, təhsil aldığım Türkiyə ilə bizim bu sahədəki bəzi fəaliyyətlərimizi qarşılaşdırmaq istədim.
1. Türkiyədə TÜBİTAK- Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu fəaliyyət göstərir və sözün əsl mənasında aşağıdakı fəaliyyətləri göstərir:
“Toplumumuzun yaşam kalitesinin artmasına ve ülkemizin sürdürülebilir gelişmesine hizmet eden, bilim ve teknoloji alanlarında yenilikçi, yönlendirici, katılımcı ve paylaşımcı bir kurum olma vizyonunu benimseyen TÜBİTAK, akademik ve endüstriyel araştırma geliştirme çalışmalarını ve yenilikleri desteklemek, ulusal öncelikler doğrultusunda Araştırma-Teknoloji-Geliştirme çalışması yürüten Ar-Ge enstitülerini işletme işlevlerinin yanı sıra, ülkemizin Bilim ve Teknoloji politikalarını belirlemekte ve toplumun her kesiminde bu farkındalığı artırmak üzere kitaplar ve dergiler yayınlamaktadır. Bilim insanlarının yurt içi ve yurt dışı akademik faaliyetleri burs ve ödüller ile desteklenmekte, özendirilmekte, üniversitelerimizin, kamu kurumlarımızın ve sanayimizin projeleri fonlanarak, ülkemizin rekabet gücünün artırılması hedeflenmektedir.”
Belə bir qurumu və fəaliyyətlərini ölkəmizdə hansı qurum həyata keçirir və nə səviyyədə?
2. TÜBİTAK-ın nəşri olan “BİLİM VƏ TEKNİK” dərgisini əvəz edən bir dərgimiz varmı? “ELM VƏ HƏYAT” dərgimiz var. Qeyd edim ki orta məktəbdə oxuduğum zaman bu dərgiyə abunə idim və hər ay alırdım, maraqla oxuyurdum (yaşıma və təsilimə uyğun olmasa da). Etiraf edim ki, maraqlı yazılar olurdu. “Elm və Həyat” indi rüblük çıxır üç aydan bir. belə bir dərgi ən az ayda bir dəfə çıxmalıdır, necə ki “Bilim və Teknik” dərgisi ayda bir dəfə yayınlanır. Bununla bərabər uşaqlar üçün yayın olan “Bilim ve Çocuk” da yayınlanmaqdadır. Bizdə uşaqlar üçün bu istiqamətdə maraqlı hansı dərgi var?
3. TÜBİTAK-a bağlı ULAKBİM-Ulusal Akademik Ağ və Bilgi Merkezi fəaliyyət göstərir. “1996 yılında TÜBİTAK’a bağlı bir enstitü olarak kurulan Ulusal Akademik Ağ ve Bilgi Merkezi (ULAKBİM); ülkemizdeki tüm akademik kurumları birbirine ve küresel araştırma ağlarına bağlayan Ulusal Akademik Ağ alt yapısını işletmekte ve bu ağ üzerinden yeni ağ servisleri sunarak, bir yandan ağ için araştırma geliştirme yapmakta, diğer yandan araştırmacıların ağı Ar-Ge yapmak için kullanmalarını sağlamaktadır. Ayrıca, ülkemizdeki en zengin bilimsel basılı ve elektronik bilgi kaynaklarına sahip olan Cahit Arf Bilgi Merkezi aracılığı ile ülke çapında yaygın bilgi ve belge erişim hizmetleri
sunmaktadır.”
Bizdə bu cür fəaliyyət göstərən yəni ölkədəki bütün akademik qurumlarını vahid Akademik Şəbəkədə birləşdirən və bütün yayınların yer aldığı bir resurs varmı? Bəzi resurslar var ancaq tam əhatəli deyillər.
4. Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlığımız təkçə siyasi-iqtisadi sahədən ibarət olmamalıdır. Elmin və texnologiyanın inkişafı, yeniliklərin biznes sahəsində tətbiqi layihələırini dəstəkləyən, şirkətlərə və akademik mühitə bu istiqamətdə  olan EUREKA deyə qurum fəaliyyət göstərir. Keçmiş pribaltika ölkələri, Rusya, Ukrayna, Türkiyə bu qurumun üzvləridir. Ölkəmiz niyə üzv deyil və ya üzv olmaq üçün fəaliyyətlər aparılırmı?

Hər bir sahənin inkişafı sistemli və mütərəqqi fəaliyyətlərdən asılıdır. Elm, akademik sahə isə bunu daha çox tələb edir.
Bu sahədə müxtəlif fikirlərimizi: eşitdiklərimizi, oxuduqlarımızı, gördüklərimizi paylaşmaq ümidiylə sağ olun…

Mövzu ilə əlaqədar digər yazılar:
Elmin inkişafı araşdırmaçı ruhlu gəncləri tələb edir.
Elmi jurnalistikamız nə yerdədir…?

Elmi jurnalistikamız nə yerdədir?

Jurnalistika dedikdə təbii ki ilk öncə yazılı və sözlü KİV jurnalistikası ağlımıza gəlir. Bu normaldır, ancaq  jurnalistikada bir sahə də elmi jurnalistika sahəsidir. Bu yazıda məhz elmi jurnalistikanın bu günü və gələcəyi barədə fikirlərimi bölüşmək istədim.
Digər jurnalistika sahələrində  mütəxəssis və elə yazılı mətbuat baxımından problem keyfiyyətdə olsa da kantitativ baxımdan bu sahələr “inflyasiyadadır” deyə bilərik. Təəssüf ki jurnalistikanın ənənəvi sahələrində bu kantitativ çoxluq keyfiyyətə hələ yansımayıbdır. Ancaq elmi jurnalistika sahəsində məhz hələ ikincinin yetərsizliyi hökm sürür. Keyfiyyətin hər sahədə müqayisə və rəqabətdən doğmasını nəzərə alsaq, rəqabətə və ya onun şiddətinə isə həmin sahədə iştirakçı sayının kifayət qədər çox olması təsir edir.

Elmi jurnalistikanın zəif inkişafının səbəbləri əlbətdə çoxdur. Elm və təhsilin mövcud və illərlə dəyişməz davam edən durumu bu sahənin də inkişafına birbaşa və dolayı təsir etmişdir. Mövcud elmi yayınlar isə müxtəlif qurumların sadəcə “sahibi məlum olmayan müdafiə işləri”nin qəbulunda tələb olunan məqalələrə yer ayırmaqla məşğuldur. Əlbəttə bu da lazımdır, ancaq bununla bərabər bir sonrakı cümlədə bəhs etdiyim qaynaqlar da istifadə olunmalıdır.  Elmi jurnalistikanın əsas qaynağı müxtəlif sahələrə məxsus Elm tarixi, Elmi yeniliklər, Elmi araşdırmalar, Elmi yeniliklərdən çıxan nəticələr, Elmi yeniliklərin praktik tədbiqinə aid yazılar və müdafiə işlərindən hissələrdir. Bizdə isə dediyim kimi ancaq sonuncu-müdafiə işlərindən hissələr elmi jurnalistikanın qaynağı kimi öz yerini qoruyur.
Yeni informasiya vasitələrinin çıxması da çapşəkilli elmi yayınlara təsirini göstərmişdir. Ancaq başqa ölkələrdə çapşəkilli yayınlar müəyyən ölçüdə azalsa da bunların yerini heç də keyfiyyətcə aşağı olmayan və kantitativ baxımdan da artımda olan elmi internet səhifələri, elmi mövzularda bloqlar doldurur. Bizdə  akademik sahədəki titullularımızın neçə faizi bundan istifadə edir və öz yazılarını yeni informasiya vasitələrində yayınlayır? Digər ölkələrin universitetlərində professorlar, fəlsəfə doktorlarının, müəllimlərin əksəriyyətinin öz bloqları mövcuddur və mütəmadi yazılarını bloqlar vasitəsilə həm tələbələrinə həm də hər kəsin diqqətinə nümayiş etdirirlər. Dünya ilə, vaxt ilə ayaqlaşmaq lazımdır. Elm sahəsində isə ayaqlaşmaq belə inkişaf sayılmır bəzən, öndə olmaq, ilk olmaq, yenilikçi olmaq inkişaf amilləridir.

Yenə də elmi jurnalistika sahəsini həm yazılı, çapşəkilli yayınlarda həm də müasir informasiya vasitələrinin yaratdığı bütün imkanlardan istifadə edərək inkişaf etdirmək lazımdır. Bu həm indimiz, həm də gələcəyimiz üçün vacibdir!

Akademik mövzu ilə əlaqədar digər yazılar:
Akademik dəyərlər sistemi…

İdarəetmədə McKinsey 7S modeli…

Dəyərli oxucularım xatırlayar ki, “İdarəetmədə sistem anlayışı” adlı  bundan əvvəlki yazımda sistem mexanizmi və sistemi əmələ gətirən faktorlar, açıq və qapalı sistem və sistem elementlərindən bəhs etmişdim. Və növbəti yazıda İdarəetmədə McKinsey-in 7S modeli haqqında yazacağımı bildirmişdim.
Bu model haqqında yazmadan əvvəl demək istərdim ki ümumiyyətlə idarəetmə, iqtisad və ya digər müxtəlif sahələrdə irəli sürülən problem və həll yolları əsasən sistem anlayışı içində ələ alınmış və irəli sürülmüşdür.

Məsələn müxtəlif dövrlərdəki iqtisadi sistemlər və mexanizmləri, idarəetmə şəkilləri (bürokratik sistem, demokratik idarəetmə sistemi və s) idarəetmədə müxtəlif sahələrdə irəli sürülmüş tezislər ( keyfiyyət standartları sistemləri), HR-da performans dəyyərləndirmə, motivasiya, əmək haqqı sistemi və s. hər biri sistem anlayışı ilə ilə sürülmüşdür.
Şirkət idarəetməsində 1980-ci illərdə irəli sürülməsinə baxmayaraq hələ də tədbiq olunan və eyni zamanda Balanced Scorecard kimi yeni anlayışların doğmasına da qaynaq olan, sistem vəya modellərdən biri  McKinseyin 7S modelidir. Modeli irəli sürənlər o dönəmdə McKinsey&Company-də çalışan Thomas (Tom)  J. Peters, Robert H. Waterman olmuşdur.Tom Peters və Robert Waterman bloqda tövsiyyə etdiyim “In Search of Excellence: Lessons from America’s Best-Run Companies” kitabının həmmüəllifidirlər.
7S modelində yer alan : Strategy-, Structure, Systems, Style, Staff, Skills və Shared Values faktorları xüsusiyyətlərinə görə iki əsas hissəyə ayrılır: “Hard” elements: Structure (Struktur), Strategy (Strategiya), Systems(Sistemlər)-bunlar idarəetmə tərəfindən orataya qoyulan, dəyişdirilə bilən, təsirlənən elementlərdir. “Soft” elements: Staff (Çalışanlar), Skills(Bacarıq-qabiliyyətlər), Style (Tərz (idarəetmə və idarəedilmə tərzi), Shared Values (Paylaşılmış dəyərlər)- isə idarəetmədən çox asılı olmayan və əsasən mühit və insanlardan asılı olan faktorlardır. Bu faktorlar da digərləri kimi çox əhəmiyyətlidir. Sadəcə bu faktorların idarəetmə tərəfindən kontrolu, idarəedilməsi, tam olaraq təyin edilməsi, izahı çətindir.
Bəs bu model necə işləyir? 7S modelinin məqsədi bu modeldə yer alan elementlərin bir-birləri ilə sıx və effektiv əlaqəsini qurmaq və bunun effektindən faydalanmaqdır. Əvvəlcə hər bir elementin şirkətlərdəki istifadə dərəcəsinə görə nəyi ifadə etdiyi və əhatəsi təyin olunmalıdır. Bu model bir mükəmməlləşdirmə modelidir. Buna görə də model bir şirkətin bir mövqedən digər istənilən mövqeyə çatması üçün analiz məqsədiylə istifadə olunur. GAP analizi ilə bənzər mexanizmi olan, məsələn mövcud A nöqtəsindən istənilən B nöqtəsinə çatmaq üçün nələr etmək lazım olduğunu və bu fəaliyyətlərin həmin 7S-lər çərçivəsində ələ alınmasını tələb edir. 7S matrisi düzənlənir və hər bir elementin əvvəlcə mövcudluğu, mövcud isə səviyyəsi və digərləri ilə əlaqəsi və digərlərini dəstəkləməsi araşdırılır. Nəticədə boşluq və zəif olan nöqtələrin mükəmməlləşdirilməsi fəaliyyəti aparılır.
Uğurlar diləyi ilə növbəti yazıda görüşənədək…
Mövzu ilə əlaqədar digər yazılar: