İdarəetmədə sistem anlayışı…1


“Sistematik düşüncə tərzi”  başlıqlı yazıda sistem anlayışının hər sahədə mövcudluğundan qısaca bəhs etmiş və  müxtəlif sahələrdə sistem anlayışının tədbiqindən yazacağımı bildirmişdim.  Bu yazıda idarəetmədə sistem anlayışından qısaca bəhs etmək istərdim.

Əvvəlcə  idarəetmə ilə əlaqədar aldığım bakalavr və magistr təhsilim zamanı və idarəetmənin müxtəlif qollarına aid proqramlarda ən çox qarşılaşdığım ümumi idarəetmə sistemi mexanizmi haqqında qısaca giriş verməyi uyğun görürəm.
 Yəqin ki idarəetmə ədabiyyatı ilə tanış olanlarımız aşağıdakı sistemi xatırlayacaqlar. Bu təməl sistem mexanizmi vurğuladığım kimi idarəetmənin bütün sahələrində: planlama, orqanizasiya, insan resursları, istehsal idarəetməsi, maliyyə kimi əksər sahələrdə tədbiq xüsusiyyətinə malikdir. Bundan sonra müxtəlif sahələrdə sadə və mürəkkəb sistemlər irəli sürülmüşdür, ancaq bu təməl sistem hələ idarəetmə ədəbiyyatında öz mövqeyini qorumaqdadır.
Bu sistem mexanizmində göründüyü kimi hər bir sistem əhatə olunduğu ətraf mühit amilləri ilə birgə GİRİŞ-Sistem mexanizminə daxil olan faktorlar, PROSES-daxili əməliyyatlar və bunun nəticəsində-ÇIXIŞ-nəticələr və təbii ki feedback yəni nəticələrin nə qədər effektli olduğunu ölçmək üçün və ya nəticələrin təkrar girişdə istifadə edilərək lazımi dəyişiklik tələb olunursa bunu həyata keçirən özünükontrol mexanizmindən ibarətdir. İdarəetmənin hər bir sahəsində bizim prosesə daxil etdiklərimiz əsasən, insan (fiziki və əqli iş gücü), texnologiya, sərmaye, informasiya və s  kimi faktorlardır. Prosesdə həmin faktorların iştirakıyla həyata keçirilən əməliyyatlar yer alır.  Output-Çıxdıda isə bu əməliyyatlar nəticəsində əldə etmək istədiyimiz məhsul, xidmət, bilgi  və s. kimi nəticələrdir.  Təbii ki bir də sistemin bütününə təsir edən xarici mühit faktor və şərtləridir.
Açıq və qapalı sistemlər:
Sistem anlayışında daha bir çox önəmli məsələ isə ələ alınan sistemin qapalı və ya açıq sistem olmasıdır. Açıq sistem, sistemin özü və onu əmələ gətirən faktorların xarici mühitlə qarşılıqlı münasibətlərdə (əsasən informasiya alış-verişi) olması deməkdir. Təbii ki bunun nəticəsində sistem və sistemi əmələ gətirən hər bir mərhələ daim təsirdə ola biləcək və dəyişikliklərə məruz qalacaqdır. Qapalı sistemdə isə bu qarşılıqlı münasibətin və ya informasiya alış verişinin olmaması və ya buna səd çıkilməsi əsasdır. Şirkətlərdəki əməliyyatlardan  əyani  misal çəksək, AR-GE(Tədqiqat və təkmilləşdirmə) bölümü, müəyyən ölçüdə satınalma və finans bölümlərində informasiya çıxışının önlənməsi üçün qapalı bir sistem mexanizmi mənimsənir.
Sistemin elementləri:
Hər bir sistem özlüyündə altsistemlərdən (subsystem) ibarətdir. Bir şirkət və ya idarəetməsi bir sistemdir. Müxtəlif şirkət bölümləri( departmanlar) isə alt sistemlərdir. Eyni zamanda bu alt sistemlərin bəziləri daxili bəziləri isə xarici alt sistemlərdir. Aşağıdakı şəkildə gördüyümüz kimi Müştərilər bir alt sistem ancaq xarici alt sistemdir. Şirkətin müxtəlif bölümləri isə daxili alt sistemdir. Baxmayaraq ki məsələn müştərilərlə daha çox Marketinq və satış bölümləri əlaqədar olsalar da , xarici alt sistem kimi müştərilər sistemin bütününə təsir etməkdədir. Daxili alt sistemlər isə bir-birləri ilə qarşılıqlı əlaqələrdə olduğu məlumdur. Daxili altsistemlərin effektivliyi həm altsistemin öz effektiv işləməsi, həm də bir birləriylə sinerji içində fəaliyyət göstərməsiylə artar.
Yazının çox uzun və yorucu olmaması üçün burada indilik yekunlaşdırıram. Ancaq növbəti yazıda idarəetmədə sistem anlayışı ilə əlaqədar McKinsey&Company-nin 7S modeli haqqında məlumat verəcəyəm.
Uğurlar diləyi ilə…
Mövzu ilə əlaqədar digər yazılar:

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma