Xidmətdə sərhəd varmı?


Türkiyədə “Hizmette sınır yok” deyə bir  deyimin-anlayışın mövcud olduğunu yəqin ki çoxlarımız eştmişik. Və bu deyim-anlayış təbii ki bəzi istisnaları saymasaq demək olar ki real olaraq hər sahədə mövcuddur. Bu ölkədəki xidmət anlayışı barədə vaxtilə “Satışın və xidmətin tək ölkəsi” adlı bloq yazımda yazmışdım. Bu günlərdə bunu sübut edəcək daha bir “uygulamaya”, reklam vasitəsiylə tanış oldum. Reklam olsa da inanıram ki, həqiqətən arxasında real fəaliyyət, uygulama var! Və bu işin, bu xidmətin reklamıdır bu!

Sizləri bilmirəm mən çox zaman səbrli olsam da, səbrimi daşıran şeylərdən biri şirkətlərin, xüsusilə bank və mobil operatorların müştəri xidməti xətləridir. Aşağıdakı ardıcıllıqda səhv edə bilərəm, ancaq yəqin ki bu cür ardıcıllığa çox şahid olmuşuq:
1. Operatorlarımız hal-hazırda məşğuldur. Xahiş edirik xətdə gözləyin… və s. (bir neçə dəqiqəyədək) bu davam edir və sonra bağlanır… Yenidən zəng, gözləmək…
2. Sizi opretaorumuza bağlayırıq…
3. Sizi əlaqədar bölməyə bağlayırıq
4. Burada da bəzən gözləmə.
5. Bir başqa bölməyə bağlanır və s. bu şəkildə davam edir…
Aşağıdakı videonu youtube-dan nədənsə bura yükləyə bilmədim. Ancaq bu http://www.youtube.com/watch?v=stzfUeS9JI8 bağlantıdan baxa bilərsiniz.
Xətdə gözləməyə vaxtınız və səbriniz yoxdursa bu cür geri zəng, xidmətdə sərhədin olmadığına əyani bir misaldır.  Vodafone Türkiyənin bu reklamı və xidməti məncə təqdirəlayiqdir… Bizim xüsusilə, bank və mobil operatorlarımızdan da belə bir xidməti həyata keçirmələrini gözləyək(mi?).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma