Sistematik düşüncə tərzi haqqında…


Çoxdandır bloqda  sistematik düşüncə tərzi haqqında yazı yazmaq istəyirdim. Bu mövzunun geniş və faydalı olduğunu qəbul edib tək yazı halında deyil, sislsilə yazılar olmasına qərar verdim. Bu ilk yazıda sizlərə sistem və sistematik düşünmə tərzi nədir, sistematik düşünmənin faydaları və sistematik düşüncənin həyatın müxtəlif sahələrində tədbiqinə aid nümunələrlə başlamaq istəyirəm. Digər yazılarda artıq sistematik düşüncənin sırf iqtisadiyyat, siyasət, idarəetmənin müxtəlif sahələrində, marketinq, satış sahəsində istifadəsi və bunun faydaları haqqında yazmağı planlayıram.

Sistem nəzəriyyəsi ilə əslində universitet illərindən idarəetmə, marketinq dərslərindən tanışlığımız vardır. Ancaq bu sadəcə şablon şəklində mənimsənildiyi üçün sistematik düşüncə tərzinə məhz sistemli, əhatəli şəkildə baxılmır. Və ya daha çok riyazi formullar vasitəsilə çatdırıldığı üçün qarışıq və çətin qəbul edilir. Əslində isə sistem sadəcə elmi yönüylə mühəndislik, riyazi mövzu deyil, bizi əhatə edən hər şeydir. Sistematik düşüncə isə yalnız teorik deyil, praktik düşüncə tərzidir.   Məhz bu mövzuda mütaliələr və gözləmlərim nəticəsində mövzunun yuxarıda sadaladığım sahələrdə həqiqətən çox önəmli olduğunu qəbul edərək bu barədə fikirlərimi paylaşmaq istədim.
Sistem və sistematik düşüncə tərzi nədir?
Sistem, onu əmələ gətirən hissələr və əhatə edən ünsürlərlə, onların bir birləri ilə qarşılıqlı əlaqələrini əhatə edən bir bütünlükdür.
Sistemin hissələrini ayrı ayrılıqda incələyərək sistem haqqında hər hansı bir düşüncəyə malik ola bilmərik. Belə bir düşüncə söyləsək belə səhv etmiş olarıq. Ən sadə misal: hər hansı bir xəstəliyin diaqnozu zamanı xəstəliyi yaradan bütün möhtəməl səbəblər araşdırılır, sadəcə ağrıyan bir üzvə baxmaqla kifayətlənilmir. Müalicə zamanı yazılan məsləhət görülən müalicə və dərmanlar bədənin digər üzvlərinə zərərləri, əks təsirləri  qeyd olunur və olunmalıdır. Niyə? Çünki bədənimiz ayrı ayrı orqanların bir biri ilə qarşılıqlı əlaqələrindən ibarət bir sistemdir. Və müalicə zamanı bu sistemə (insana)  və sistemi əmələ gətirən digər parçalarına zərər yetirilməməsi  çox önəmlidir.
Sistematik düşüncə tərzi, müəyyən bir fəaliyyət, hadisə və proses haqqında, onu əhatə edən ünsürlərin ayrı ayrılıqda incələnməsindən çox, birlikdə bir bütün olaraq ələ alınması və daha çox onlar arasındakı qarşılıqlı əlaqələrin incələnərək daha geniş və tam baxış mövqeyi sərgiləməkdir. 

Sistematik düşüncə tərzinin faydaları:

Sistematik düşüncə tərzinin mənimsəməklə biz öz həyatımızı daha yaxşı idarə etmək imkanı əldə edərik. Əgər biz dünyada baş verən sosial, iqtisadi, siyasi hadisələri  bir biri ilə bağlantılı, əlaqəli şəkildə incələsək, bu hadisələrin meydana gəlməsində birbaşa və dolayı rol oynayan məsələləri daha aydın görəcəyik. Yer aldığımız cəmiyyətə də bu baxış mövqeyi ilə yanaşsaq və incələsək, gələcəkdə öz həyatımızda baş verəcək problem və hadisələrə baxış mövqeyimizdə bunun faydasını görərik. Bunun sayəsində biz öz sağlamlığımızı, iş həyatımızı, maliyyə imkanımızı və şəxsi əlaqələrimizi kontrol edə biləcəyik. Biz bu minvalla baş verə biləcək hadisələrə bir növ hazırlıqlı olmağa çalışacağıq.
– Daha geniş və sistemli baxış mövqeyi ilə qarşılaşdığımız problemlərin həllində daha effektiv yollara baş vuracağıq və ən əsası problemin qaynaqlandığı nöqtələri daha aydın  müəyyənləşdirməklə həllini asanlaşdıracağıq.
– Bəzən bir şeyi daha çox güc tətbiq etməklə həll edəcəyimiz düşüncəsindən uzaqlaşaraq sistemi və problemi asanlaşdıran yolları, metodları axtaracağıq. Məsələn bəzən bir qapını açmaq üçün güc sərf edərək itələyirik, halbuki qapının açılmasını həyata keçirən petlə və mexanizmlərə diqqət yetirməklə görərik ki, qapı sadəcə özünə çəkilərək (və ya tərsinə) asanlıqla açılır.
– Sistematik düşüncə- fikir, düşüncə və ünsiyyətdəki doğruluğun, bütünlüyün əsasını təşkil edir. Sistematik düşüncə tərzi bir hadisəyə daha əhatəli və daha sadə şəkildə baxmağa imkan verir. Bəzən rəsm əsərləri olur ki gizli nüanslar tərənnüm olunur. Bu cür rəsmləri ancaq tabloda olan hər şeyi nəzərə alaraq və bir biri ilə əlaqələndirərək baxdığımız zaman çözə bilirik.
-Sistematik düşüncə tərzi özümüzdə və başqalarında günah axtarmağın qarşısını alır. Bunun da səbəbi sistematik düşüncə tərzinin hər bir hadisəyə ancaq baş verdiyi məcrada, zamanda və şərtlərdə ələ almağın doğru olduğunu müdafiə etməsidir. Çünki başqa şərtlərdə, zamanda və məkanda hər hansı bir sistem eyni qalmayacaqdır, fərqli özəllik və struktura malik olacaqdır. Aid olduğumuz sistemin, strukturuna, özəlliklərinə görə hərəkət etdiyimiz zaman daha effektli olacağıq. Əks halda yalnız qalıb, gücsüzləşəcəyik. Ancaq biz bu sistemi mənimsəmiriksə güc təmin etməklə,  sistemi öz düşüncə tərzimizə və istədiyimizə uyğun olaraq dəyişdirmək məcburiyyətindəyik.

Sistematik düşüncə tərzi haqqında…” üzərinə 2 şərh

  1. Jabrayil muellim men sizin blogla yeni tanis olmusam ve onceki yaziniz kimi bunu da cox beyendim.Ve novbeti yazilarinizi da, sebirsizlikle gozleyirem. Izah etdiyiniz kimi dusunce verdislerini menimsesek ne qeder az konflikt, ugursuzluq ve anlasilmazliq olar ddogurdanda. Icazenizle bu yazinizi da, sehfemde izleyicilerim ucun paylasmaq isteyirem. Onlar ucun de dusunce adina faydali olacagini dusunurem.
    Hormetle,
    Ismayil Veliyev

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma