İnsan kapitalı və iqtisadi inkişaf…


 
“ECOLIFE” DƏRGİSİ Mart 2013 sayında yayınlanmışdır…


1970-ci illərə qədər iqtisadi artım və inkişaf ümumi olaraq adambaşına düşən gəlirlərin artırılmasına və rifah səviyyəsinin yüsəldilməsinə istiqamətlənmişdir. 1970-ci illərdən sonra ictimai inkişafın sadəcə iqtisadiyyat ilə kifayətlənməyib, ətraf mühit və təbii resursları da əhatə etməsi və artan gəlirin ədalətli bölüşdürülməsi də əsas prinsiplər kimi təklif edilərək ənənəvi inkişaf anlayışını ciddi tənqidə tutdular.  Bu düşüncələrə paralel olaraq inkişaf məsələsində insan faktorunun əhəmiyyəti məsələsi də ön plana çıxmağa başlamışdır. Belə məsələlərin ortaya çıxmasıyla Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) 1994-cü ildə “İnsan İnkişafı Hesabatı” ilə qəbul edilən yeni strategiyanın adını “Davamlı İnsan İnkişafı” olaraq ifadə etmişdir.
            İnsan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yoluyla özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstərgələri kimi qəbul edilir. Məhz insan inkişafı həyat səviyyəsinin yaxşı olmasından asılıdır. Bununla əlaqədar olaraq, iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərindən biri olan Amartya Sen, inkişaf anlayışını sadəcə ümumdaxili məhsulda meydana gələn bir artım olaraq qəbul edilmədini və bu cür yanaşmanın inkişaf və artım anlayışlarının qarışdırılmasına gətirib çıxaracağını söyləmişdir. İnkişafın əslində “gözəl bir həyat”la daha çox əlaqəli olduğunu müdafiə etmişdir. Sen hər hansı bir fərdin yaxşı vəziyyətdə var olması üçün fərdin var olma ya da nə isə hərəkətə keçirmə, ifa etmə funksiyasının inkişafının vacib olduğunu qeyd edir. Bu funksiyaların inkişafı isə fərdə fərqli faktorlar arasından azad şəkildə seçməsini təmin edir. Azadlıq eyni zamanda fərdin bacarıqlarının inkişaf etməsi və etdirilməsi ilə sıx əlaqəlidir. A.Sen inkişaf anlayışını şərtlərin və fürsətin fərdlər üzərində hökm etməsi ilə deyil, fərdlərin şərtlər və fürsət üzərində hökm etməsi ilə meydana çıxacağını müdafiə edir.
Ölkələrin rifah və inkişaf dərəcəsini, yəni müasir mənasıyla insan inkişafı anlayışını riyazi dəyərlərə çevirərək ölçülməsini təmin etmək üçün Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) tərəfindən irəli sürülən İnsan İnkişafı İndeksi (HDI) bir ölçü olaraq istifadə edilir. Həm iqtisadi, həm də sosial inkişafı nəzərə alan çox istiqamıtli bir ölmü olan İnsan İnkişafı İndeksi həyat səviyyəsinin, həyat keyfiyyətinin bir göstərgəsi kimi qəbul edilir. Bu indeks üç faktordan ibarətdir:
            1) Satın alma gücü ilə ifadə olunan gəlir indeksi (Y3)
2) Orta ömür müddəti indeksi (Y2)
3) Orta təhsil müddəti və həddi buluğa çatmış insanlar arasında oxuma-yazma faizi indeksi (Y3)
İnsan inkişafı indeksi bu üç indeksin toplanaraq üçə bölünməsi ilə hesablanır
İnsan İnkişaf İndeksi =
Y1+Y2+Y3
3
                                                        
Bütün bunları nəzərə alaraq insani inkişaf, bütün dünyada və ölkə səviyyəsində fərdlər üçün şərəfli, gündəlik həyatın bütün fürsət və imkanlarından bərabar istifadəsi, həyat standartlarının yüksəldilməsi məqsədini güdən, insan haqqlarına əhəmiyyət verən, iqtisadi, siyasi və ictimai sahələrdə cinsiyyət ayrı seçkiliyinin ollmadığı bir həyat standartına malik olunması deməkdir. İnsan inkişafı indeksinin hesablanmasında adambaşına düşən ÜDM, təhsil, səhiyyə xidmətlərindən istifadə və orta ömür sürəsi kimi müxtəlif göstəricilər istifadə edilməkdədir.  İnsan inkişafı indeksini də ifadə edə bilən sosial iqtisadi inkişaf səviyyəsinin müəyyın edilməsində aşaöıdakı göstəricilər istifadə olunur:
1. Rifah standartı: Adambaşına düşən ÜDM-nin lokal yaşama maliyyətlərinə çevrilməsi     ilə hesablanan Satınalma Gücü Paritesi (SGP)
2. Təsil standartı : Bu standartın müəyyənləşdirilməsində iki əsas faktor yer alır:
a. Həddi buluğa çatanlar arasındakı oxuma-yazma faizi
b. Məktəbləşmə səviyyəsi (orta təhsil səviyyəsi)
3. Səhiyyə standartı: Ölkənin orta ömür müddəti nəzərə alınaraq insan inkişafı indeksinə daxil edilir.
İnsan inkişafı indeksində rifah standartı iqtisadi kriteriya,  təhsil və səhiyyə isə sosial kriteriyaları ifadə edir. Bununla  sosialiqtisadi inkişafın ümumi göstəriciləri müəyyən edilir. Sosial-iqtisadi inkişaf səviyyəsinin müəənləşdirilməsi kriteriyalarına görə ölkələr üç kateqoriyaya ayrılır. Buna görə insani inkişaf indeksi dəyəri sıfır ilə bir arasında dəyişir.
1. Yüksək insan inkişafı səviyyəsinə sahib ölkələr, insan inkişaf indeks dəyəri 0,800 ilə 1,00 arasında olan ölkələrin içində yer aldığı qrupdur.
2. Orta dərəcədə insan inkişafına sahib ölkələr, 0,500 ilə 0,799 arasında indeks dəyərinə sahib olan ölkələrin yer aldığı qrupdur.
3. Aşağı dərəcədə insan inkişafına sahib ölkələr, 0 ile 0,499 arasında indeks dəyərinə sahib ölkələrdir.
İnsan inkışafı indeksində yer alan faktorların hər biri əhatəli olaraq fərqli qurumlar, iqtisadçı  və sosioloqlar tərəfindən incələnmiş və nəticədə bu faktorların əhəmiyyəti hər zaman irəli sürülmüşdür. İqtisadi inkişaf mütəxəssisi Prof.Dr Michael Todaro insan inkişafında xüsusilə təhsilin əhəmiyyətini ön planda göstərməklə əksər iqtisadçıların millətlərin sosial və iqtisadi inkişaf dərəcəsini və keyfiyyətini təyin edən faktorların fiziki və təbii qaynaqların deyil, insan qaynaqlarının olduğunu müdafiə etdiklərini kitabında qələmə almışdır. Todaro “İqtisadi inkişaf” adlı kitabında Princeton Universitetinin Professoru Fredirick Harbisonun insan kapitalının iqtisadi inkişafdakı rolu haqqında aşağıdakı görüçünü nümunə olaraq göstərmişdir. (Michael  P. Todaro, Economic Development, London, Seventh Edition, Addison-Wesley Publisher, 2000, s.326)
İnsan kapitalı millətlərin rifahında çox əhəmiyyətli yerə sahibdir. Fiziki və təbii qaynaqlar istehsalda pasif yer alan faktorlardır. İnsan isə kapital toplayan, təbii qaynaqların bölüştürülməsini həyata keçirən, sosial, iqtisadi və siyasi təşkilatlar quran və milli inkişafı irəli aparan faktordur. Öz insanlarının bilgi  və qabiliyyətlərinin inkişafını təmin etməyən ölkənin heç bir şeyin inkişafını təmin edə bilməyəcəyi aydınca bilinməkdədir.”
Buna görə də davamlı milli inkişafa nail olmaq üçün insan kapitalının inkişafına çalışmaq və bunu hər sahədə ön planda tiutmaq lazımdır. Bunun üçün isə sosial-iqtisadi sahələrin hər birinin inkişafı və bir birini dəstəkləməsi ilə dəyər yaratmaq vacibdir.

Mövzu ilə əlaqədar digər yazılar:

İqtisadi artım və İqtisadi inkişaf…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma