Bu yazıda dəyərli oxucularımla ölkəmiz də daxil olmaqla bir neçə ölkənin Marketinq Araşdırmaları bazarı və iştirakçıları haqqında düşüncələrimi paylaşacağam. Yazıya başlamadan əvvəl yaxın ölkələrin Marketinq Araşdırmaları bazarı haqqında bəzi statistik bilgilər vermək istəyirəm.
Bu adam başına marketinq araşdırmasının bu ölkədə təqribən 1 dollar olduğunu ifadə edir. Türkiyədə marketinq araşdırmaları bazarının həcmi artıq 150 mln. dolları (2010) keçmişdir. Bu ölkədə də adam başına düşən araşdırma xərci 2 dollardan çoxdur artıq. Keçək bizə yaxın olan Qazaxstana… Bu ölkədə marketinq araşdırmaları bazarının həcmi etibarlı mənbələrə görə təqribən 18-20 mln. dollardır. Bu da adam başına 1 dollardan bir qədər çox xərcləndiyini göstərir. Gürcüstanda bu bazarın həcmi çox kiçik təqribən 1 mln. dollar olaraq göstərilir. Ancaq buna baxmayaraq Gürcüstanda lokal marketinq araşdırma şirkətləri içində bizim araşdırma şirkətlərindən daha professional çalışan və yenilikçi böyük şirkətlər də var…
Araşdırma bazarları haqqında məlumat verərkən ölkədə fəaliyyət göstərən araşdırma şirkətlərinin keyfiyyətindən əvvəl, rəqabət nöqteyi-nəzərindən sayı da çox əhəmiyyətlidir. Ölkəmizdə üzdə olan 3-4 araşdırma şirkəti var. Bu rəqəm Rusya və Türkiyədə 50-dən çox, Qazaxstanda 15-ə qədər, Gürcüstanda isə 2 dəfə çox 7-8-dir. Təbii ki burda fəaliyyət göstərən, tanınan, üzdə olanları qeyd edirəm. Qazaxıstanda dünyanın ən böyük marketinq araşdırmaları şirkətlərindən 4-ü: GfK, ACNielsen, TNS, IPSOS fəaliyyət göstərir. Bizdə isə…?
Son səyahətimdə Qazaxstanda qlobal və lokal araşdırma şirkətləri ilə görüşdüm. Görüşmədən əvvəl təbii ki internet səhifələrini dolaşırdım. Bir məlumat verim ki səhifələri bizim araşdırma şirkətlərindən fərqli olaraq mütəmadi yenilənməkdədir. Yeni xəbərlər, konfrans, seminarlar, araşdırma və marketinqlə bağlı təlim-tədris materialları, araşdırma ilə bağlı keçirilən tədbirlərin işıqlandırılması və s. ilə doludur. Bizdən fərqli olaraq araşdırma şirkətlərinin qurduqları assoasiyaları var və real olaraq fəaliyyət göstərir. Habelə Qazaxstan araşdırma şirkətləri Rusiyada keçirilən, hətta bəziləri Avropada ESOMAR konfranslarına, panellərində, tədbirlərdə də mütəmadi iştirak edirlər və çıxış edirlər. Təbii ki bunlar sektorun inkişafı, yeniliklərin əldə edilməsi üçün vacib fəaliyyətlərdir. Türkiyədə və Rusiyada da belə assosasiyalar mövcuddur. Bizdə Azərbaycan Marketinq Cəmiyyəti var… Fəaliyyəti ilə bağlı keçmiş yazılarımda yazmışam. Araşdırma sahəsi isə zəif, çox zəifdir… Ancaq yəqin ki belə getməz… Şirkətlərin araşdırmaya daha çox önəm vermələri, marketoloqların yetişməsi ilə yəqin ki lokal araşdırma şirkətlərinin sayı da çoxalacaq, keyfiyyəti də artacaq…
Uğurlar diləyi ilə…