Azadlıq və inkişaf…


İnsan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yoluyla özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstərgələri kimi qəbul edilir.
Məhz insan inkişafı həyat səviyyəsinin yaxşı olmasından asılıdır. Bununla əlaqədar olaraq, iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərindən biri olan Amartya Sen, inkişaf anlayışını sadəcə ümumdaxili məhsulda meydana gələn bir artım olaraq qəbul edilmədiyini və bu cür yanaşmanın inkişaf və artım anlayışlarının qarışdırılmasına gətirib çıxaracağını söyləmişdir. İnkişafın əslində “gözəl bir həyat”la daha çox əlaqəli olduğunu müdafiə etmişdir.
Sen hər hansı bir fərdin yaxşı vəziyyətdə var olması üçün fərdin var olma ya da nə isə hərəkətə keçirmə, ifa etmə funksiyasının inkişafının vacib olduğunu qeyd edir. Bu funksiyaların inkişafı isə fərdə fərqli faktorlar arasından istədiyini azad şəkildə seçməsini təmin edir.
Azadlıq eyni zamanda fərdin bacarıqlarının inkişaf etməsi və etdirilməsi ilə sıx əlaqəlidir.
 A.Sen inkişaf anlayışını şərtlərin və fürsətin fərdlər üzərində hökm etməsi ilə deyil, fərdlərin şərtlər və fürsət üzərində hökm etməsi ilə meydana çıxacağını müdafiə edir.
Bəli, bir cəmiyyətdə əgər daha çox şərtlər, fürsətlər, şanslar insanların hərəkət etməsinin əsas dayaq nöqtələri olarsa, sistemsizlik, qeyri müəyyənlik, gələcəyə pessimist baxış daha üstün olacaqdır! 

Özünüinkişafın əsasını təşkil edən təhsilə baxış mövqeyi zəifləyəcəkdir. Pessimist düşüncə tərzinin nəticəsi olaraq hərəkətsizlik, fəaliyyətsizlik artacaqdır. Asılılıq, nəyəsə və ya kimlərəsə bağlı olmaq, kimlərdəndə asılı olmaq artacaqdır. Azad, özgür fikir yürütmə azalacaqdır. Cəmiyyətdə ətalət öz sözünü deyəcək və müsbət dəyişikliyə can atmaq istəyi zəifləyəcəkdir!
İnsanların  fikri arxa plana atılacaq, pərakəndə şəklə salınacaq və müəyyən həmrəy düşüncələrin formalaşması zəifləyəcəkdir! İnsanlar öz gələcəkyönlü fəaliyyətlərində əldə etdikləri bilgi, təcrübə habelə mövcud qanun və qaydalar artıq istifadə edilmədiyi üçün lüzumsuz sayılacaq və bu da cəmiyyətdə inamsızlığa və şərtlərlə yaşamağa səbəb olacaqdır. Halbuki şərtlər və fürsətlər  insanlar tərəfindən onların fəaliyyəti ilə (cəmiyyətin bütünü ilə) yaradılmalıdır! Bu mənzərə mənə çox tanışdır…
Dəyişməsi ümidi ilə…

Azadlıq və inkişaf…” üzərinə 3 şərh

  1. “Bəli, bir cəmiyyətdə əgər daha çox şərtlər, fürsətlər, şanslar insanların hərəkət etməsinin əsas dayaq nöqtələri olarsa, sistemsizlik, qeyri müəyyənlik, gələcəyə pessimist baxış daha üstün olacaqdır! Özünüinkişafın əsasını təşkil edən təhsilə baxış mövqeyi zəifləyəcəkdir. Pessimist düşüncə tərzinin nəticəsi olaraq hərəkətsizlik, fəaliyyətsizlik artacaqdır.”

    Bu abzas mənim çox xoşuma gəldi. Həqiqətən şirkətlərdə də işçiləri bəzən bonusa, həvəsləndirməyə, hansısa motivedici plana bağlayırlar və düşünürlər ki, onda daha çox və səmərəli işləyəcəklər. Amma əslində Sizin yuxarıda qeyd etdiyiniz məqamları ortaya çıxarır.

    Vüsal Alisoy

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma