Xan Akademiyası: Qlobal virtual məktəb…

Bilgi çağının yaratdığı dəyərlər! kimilər üçün informasiya və bilik əldə etmək üçün fürsət, kimilər üçün əyləncə, kimilər üçünsə zamanın boşa xərclənməsidir… Bilgi çağının dəyərlərindən olan internet (belə desəm səhv etmərəm yəqin ki…) və internetin yaratdığı müxtəlif vasitələrin ən çox istifadə sahəsi məhz akademik sahədir. Sol kənarda Khan Academy rəsmini görənlər düşünməsinlər ki bu academi “XAN”lar üçündür və s. 

Bir qədər müəyyən statistik rəqəmlərlə sizləri tanış etdikdən sonra yazının əsas məqsədinə keçiş edəcəyəm.

Bütün dünyada qlobal ÜDM-nin hər il təqribən 5,6%-i təhsilə xərclənir ki bu təqribi 3,9 trilyon USD edir. Təhsilə ən çox vəsait ayıran ölkə isə şübhəsiz ABŞ-dır ki hər il təqribi 1,3 trilyon USD bu ölkədə təhsil üçün xərclənməkdədir. Ancaq bütün bu üst göstəricilərə baxmayaraq müxtəlif qaynaqlar ABŞ-da bu sahədəki müxtəlif mənfi reallıqları da dilə gətirirlər. Məsələn, OECD hesabatlarına görə riyaziyyat üzrə araşdırılan 34 ölkə arasından sadəcə 25-ci yeri, ümumi elmdə 17-ci, oxumaq istəyində 14-cü yeri tutmuşdur. Bu ölkədə 15 yaşına çatmış hər 5 nəfərdən 1-inin elementar elmi bilikləri çox zəif, təqribən 23%-i isə riyaziyyatı həyatda tədbiq etmək bacarığına malik deyillər.

Məhz yuxarıdakı göstəricilərdən yola çıxaraq 2008-ci ilin sonunda və 2009-cu ilin əvvəllərində yaratdığı Khan Academy ilə Salman Khan dünyada virtual təhsil üzrə ən geniş resursa və istifadəçiyə sahib olmuşdur. Khan Academy-nin artıq 20 ölkədən çox təmsilçiliyi vardır. Bu geniş virtual məktəbi yaratmaqda Salman Khan məqsədini dünyada xərc çəkmədən və ya xərclərin produktivliyinin artırılması ilə qlobal resurs yaratmaq və bunu yaymaq olmuşdur. 23 dildə və müxtəlif fənnlərdən ibarət resursa malik olan bu internet resursu youtube-da 3000-dən çox videodərsə malikdir. Hər ay bu videolardan və resursdan təqribən 6 milyon istifadəçi faydalanır. Videodərslərin ümumi baxış sayı 200 mln-u keçib artıq. Resurslardan istifadə isə tamamilə pulsuzdur. Belə bir geniş virtual məktəb həqiqətən “inqilab” kimi dəyərləndirilməlidir.

Mənə bu virtual məktəb haqqında informasiyalar çox maraqlı gəldi. Və buna görə də sizlərlə paylaşmaq istədim… Bəli internetin zərərləri və faydaları haqqında fikir yürütdüyümüz zaman qlobal  əhəmiyyətli bu cür proektləri də diqqətə almaq lazımdır.

Araşdırma sonrası fəaliyyətlər nələrdən ibarət olmalıdır?

Araşdırma zamanı nəzarət necə aparılmalıdır?

Araşdırma nəticələri necə hazırlanmalı və təqdim olunmalıdır?

Etnoqrafik araşdırma nədir? Nələr öyrənilir?

Marketinq araşdırmaları ilə əlaqədar EKSPERT TV-dəki silsilə suallara cavabları bloqdan və qaynağından oxuyan dəyərli oxucularıma çox hörmətli İlkin müəllimin “Etnoqrafik araşdırma haqqında” yazısını da oxumağı tövsiyyə edirəm. İlkin müəllimin bu araşdırma metodunun müsbət tərəflərinə toxunması təqdirə layiqdir. Etnoqrafik araşdırma nədir və nələr öyrənilir bu haqda aşağıdakıları da nəzərinizə çatdırmaq istərdim:


Etnoqrafik araşdırma, antropolojik bir yanaşmadan irəli gələn və insanların mədəni və günlük həyat tərzini və  insanlar üçün nələri özündə cəmləşdirdiyini ələ alan bir araşdırma metodudur. 
İstehlakçıların ehtiyac, münasibət və davranış araşdırmalarında bunlara təsir edən dəyərlərin, hisslərin nələr olduğu, hansı davranışları göstərdiyi və bu faktorlara nələrin təsir etməsi bu araşdırma metodunda daha geniş araşdırılmaqdadır. İstehlakçının həyat tərzi haqqında bu nüanslardan yaxınlaşaraq bilgi əldə edilir. 
 
Etnoqrafik istehlakçı araşdırmalarında aşağdakılar öyrənilir.


Müəyyən hədəf bir bazar, mədəniyyət və ya mühit, Digər araşdırmaların əksik qaldığı nöqtələrdə bunu dərin bilgilərlə tamamlamaq, Müəyyən davranış tərzlərini incələmək və fərqlilikləri görmək,İstehlakçının nə istədiyi deyil, eyni zamanda nə istəyəcəyi haqqında da məlumatlar toplamaq,İstehlakçı üçün yeni olan və o vaxtacan qarşılanmamış ehtiyac və ya istəyini öyrənib ortaya çıxarmaq…
Etnografik araşdırmalarda müşahidə, dolaylı  intervyu və dərin intervyülərdən də istifadə edilir. 

 
İstehlakçı gündəlik həyatında nə edir, necə istifadə edir, bunun haqqında nə düşünür və bundan hansı həzzi alır, hansı hissləri keçirir kimi nüanslar bu araşdırmada önəmlidir. Bunu öyrənmək isə standart araşdırnaçı şəxslər vasitəsilə çətindir. Bu araşdırmaların istehlakçıların məhsulu istifadə etdiyi məkanda aparılması və özəlliklə psixoloq və antroploqlar vasitəsilə və ya iştirakı ilə aparılması vacibdir. 
 
Üzvü olduğumuz AMA-dan bir qaynağı da diqqətinizə çatdırmaq istədim:
 

http://www.docstoc.com/docs/70567916/Ethnographic-Market-Research 
  

Araşdırma şirkəti necə seçilməlidir? | Ekspert TV – çox izləyən çox bilər

Araşdırma şirkəti necə seçilməlidir? | Ekspert TV – çox izləyən çox bilər

Araşdırma brifi necə hazırlanmalıdır? | Ekspert TV – çox izləyən çox bilər

Araşdırma brifi necə hazırlanmalıdır? | Ekspert TV – çox izləyən çox bilər

Marketinq araşdırmalarının hansı növləri vardır? | Ekspert TV – çox izləyən çox bilər

Marketinq araşdırmalarının hansı növləri vardır? | Ekspert TV – çox izləyən çox bilər

Marketinq araşdırmaları nə üçün lazımdır? Şirkətlər üçün faydaları nədir? | Ekspert TV – çox izləyən çox bilər

Marketinq araşdırmaları nə üçün lazımdır? Şirkətlər üçün faydaları nədir? | Ekspert TV – çox izləyən çox bilər

Vizyonsuzlaşma və səbəbləri…

Dəyərli oxucularım yəqin ki xatırlayar keçən yazıda “Azadlıq və inkişaf…” haqda yazmışdım. İnsanların fürsət, şans və şərtlərə hakim olmasının onların inkişafına dəstək olacağı bunlara malik olmaq üçün isə azad olmalarını dilə gətirmişdim. Bəli, bu iki anlayış bir biri ilə müttəfiqdirlər, biri əldə edildiyi vaxt digəri də artar! Və eyni zamanda real olaraq bu xüsusların olması qeyri müəyyənliyi azaldır və nəticədə insanların gələcək istiqamətində düşüncə və görüşlərinin formalaşmasına şərait yaradır. Məhz  bu fikirlərdən yola çıxaraq bu yazıda “Vizyon”la əlaqədar qısa düşüncələrimi paylaşmaq istədim.

Vizyon-insanlar yönündən onların gələcək barədə düşüncələrini, gələcək həyatlarını necə görmək istədiklərini əhatə edir. Vizyon sadəcə görüş, istək, baxış bucağı deyildir, yaşanması istiqamətində fəaliyyətlər göstərilən anlayışdır. Vizyonu, yaşanması üçün səy və əmək sərf edilən anlayış kimi qəbul edərsək bu anlayışın və buna doğru istiqamətin qeyri-müəyyənlik halında çətinləşəcəyi və bunun “vizyonsuzlaşma”ya gətirib çıxaracağını deyə bilərik. İnsanın gələcəklə əlaqədar vizyonu bir növ səyahət planına bənzəyir: Əvvəl səyahət haqda qərar verilir və hara səyahət ediləcəyi müəyyənləşdirilir. Və bundan sonra o səyahəti gözəl keçirmək üçün düşüncələr, səyahət planları qurulur. Yəni əvvəlcə hara gediləcəyi təyin olunmalı və daha sonra planlar qurulmalıdır.
Sadə olaraq bir insanın gələcək 10 il sonra harda olacaqları haqda düşünməsi onun vizyonu olaraq ifadə edilə bilər (Vizyonun gələcəklə bağlılığını nəzərə alaraq). Gələcəklə bağlı düşüncələrin formalaşması isə içində olduğun zaman və mühitin mövcud və gələcəkdə qeyri-müəyyən tərəflərinin mümkün olduğu qədər minimuma endirilməsi vacibdir.  Bu isə cəmiyyətin müxtəlif aspektlərdən sistemli idarə olunmasından çox asılıdır. Sistemli idarə qeyri-müəyyənlik dərəcəsini azaltdığı üçün buna xas nüansların da azalmasına səbəb olacaqdır.
 Cəmiyyətdə gələcək istiqamətli fikirlərin, düşüncələrin və paralel olaraq fəaliyyətlərin yer alması vziyonlu bir cəmiyyətə işarətdir. Və təbii olaraq bunların olmaması vizyonsuzlaşmadır! Geyri müəyyənliklərlə dolu bir cəmiyyətdə vizyonsuzlaşma qaçınılmazdır! Geyri-müəyyənlik isə keçmiş və cari durumlar haqqında insanlarda yaranan real təsəvvürlərdən başqa bir şey deyildir.
Həyatda insanlar üçün gərəkli olan: sağlıq, finans, təhsil, yuva sahibi olma, azad və inkişaf istiqamətli çalışması, istifadə edəcəyi hər cür məhsul və xidmətlər, qanun və qayda olsa da hər kəs üçün eyni olmaması, ədalətsizliklər və s.və s. nüanslarda aşırı qeyri-müəyyənliklər gələcək üçün baxışlarının-vizyonlarının formalaşmasını çətinləşdirir və “bu gün üçün yaşamaq”  fikrini möhkəmləndirir. Şərt və fürsətlərin, şansın quluna çevrilən insanlarda və cəmiyyətdə hansı vizyondan bəhs etmək mümkündür…?
Hər kəsə vizyonlu bir həyat və gələcək arzusuyla…