Bilgi paylaşdıqca artar…!!!

Oxucuların çoxu yəqin ki səhifəyə girişdə  “Bilgi və sevgi paylaşdıqca artar!” sloqanına rast gəliblər! Təbii ki bloqda yazılan və paylaşılan hər bir yazı dəyərli oxucularla məhz bu sloqanın stimulu və tələbinə uyğun olmalıdır. Yəni bilgi paylaşılmalıdır ki artsın…! Sloqandakı ikinci paylaşılan dəyər olan sevgi haqqında isə bloqumuzun mövzularından biri olan satışla əlaqədar yazdığım  “Satışda bilgi ve sevgi…”  adlı məqalədə bəhs etmişdim.
Və bu iki dəyərin birlikdəliyinin  bir birini gücləndirdiyini vurğulamışdım. Təbii ki dəyərli oxucuların yazıları maraqlı və faydalı bulması yazı sahibi və bu bilgiləri paylaşan şəxs kimi məni sevindirir… Və yazılara bu stimul və minvalla davam edirəm. Ancaq bəzən hiss edirəm ki,məsələn oxuduqlarım haqqında yazılan məqalələr kiçik qalır. Buna görə çalışıram ki o qaynaqlar barədə linklər verim və ya kitabların adını göstərim. Bütün bunları nəzərə alaraq bu yazıda ümumiyyətlə müxtəlif mövzularda vaxtaşırı təqib etdiyim və məsləhət gördüyüm yazarları, qaynaqları dəyərli oxucularımla paylaşmaq istədim ki onlar da vaxtları olduqca nəzər yetirsinlər, faydalansınlar… 

Bu yazıda Marketinq sahəsində bəzi qaynaqları nəzərinizə çatdırıram:

Müxtəlif qurum və yayınlar:
Amarican Marketing Assosiation-a (AMA) üzv olduğum üçün vaxtaşırı bu cəmiyyətin öz rəsmi saytlarında yayınladığı məqalələr və bura üzv akademisyen və bloq yazarlarının yazdığı məqalələr…
Harvard Business Review-dərgi və yayınları
World Future Society (www.wfs.org)– Futuroloqlar cəmiyyətinin rəsmi saytında, yayınladığı hesabatlarda və bu cəmiyyətə üzv akademisyenlər və bloq yazarları tərəfindən yazılan yazılar…
Boston Consulting-in vaxtaşırı yayınladığı raporlar və məqalələr…
McKinsey Quarterly-nin hesabatları, yayınlanan məqalələr
CIM- Chartered Institute of Marketing-ə aid saytlar, dünyada və Avropada ən önəmli Marketing İnstitutu olan bu instututdakı consultantların yazıları…
“Brand Age” dərgisi –Türkiyə
Blogger marketoloqlar:
David Aaker
Seth Godin
Ann Handley
Alvin and Heidi Toffler (futuristlər)
Joe Vitale (eyni zamanda fərdi inkişaf sahəsində)
Prof.Dr İbrahim Kırcova (YILDIZ MBA- marketinq müəllimim, marketinq araşdırmaları, e-marketing və s.)
Prof Dr. Yavuz Odabaşı (Müxtəlif bloqları mövcuddur)
Prof.Dr İsmail Kaya (marketinqin müxtəlif mövzularına aid)
A.Selim Tuncer (“Brand Age” yazarı)

Təbii ki bu yuxarıda qeyd etdiklərim bəlkə də bu sahədə ümmanda damcıdırlar… Ancaq hər biri bu sahədə irəlidə olanlardır. Digər yazılarda çalışacağam ki  iqtisadiyyat, idarəetmə, satış, fərdi inkişaf haqqında olan qaynaqları da sizinlə paylaşım.

Oxuyub, analiz edib istifadə etməyiniz diləyi ilə…

Mövzu ilə əlaqədar digər yazılar:
Satışda Bilgi və Sevgi


Yeni ildə nələri dəyişdirməliyik?

Yeni il gəldi, xoş gəldi! Yeni ilin ilk günündə yazılan yazı da yeni illə bağlı olarsa yerinə düşər deyə fikirləşdim.
Yeni ilə yeniliklə başlamaq, yeniliklə davam etmək yeni ilin haqqını verməkdir. Yoxsa ki yeni il gəlir deyə sevinib, şadlanıb amma yenilik etməmək, müsbət istiqamətdə dəyişikliklər etməmək məqsədsiz və içi boş şadyanalıqdan, sevincdən başqa bir şey deyildir!!!
 Heç bir dəyişiklik gözləmiriksə və ya özümüz heç bir dəyişiklik etməyəcəyiksə sevinməyə nə halət?

Yeni ildə nələri dəyişməliyik?


-Mənfi emosiyalarla yaşamağı və mənfi emosiyalar yaymağı….
– Hərəkətsiz və ətalət içində olmağı…
-Qarşılaşılan problemləri başqalarının ayağına yazmağı…
-Əldə olunan uğurda öz səyini kiçildərək uğuru başqasının ayağına yazmağı…
– Hər şeyə “qismətdir” deyib hərəkət etməməyi…
– Öz istəyinlə deyil, kimlərinsə acığına nəsə etməyi, yaşamağı…
– Uğursuzluğu çalışmamağa deyil, şanssızlığa, bəxtsizliyə bağlamağı…
– Uğurları çalışmağa, əzmə deyil, şansa, bəxtə və qismətə bağlamağı…
– Ətraf dəyişərkən özümüzdə dəyişməməyi…
– İş həyatında uğuru sadəcə təcrübələrə bağlayıb, təhsilin gücünü kiçiltməyi…
– Alınan təhsilin iş həyatı üçün yetərli olduğunu düşünüb davamlı öyrənməməyi…
– Araşdırmadan, analiz etmədən “copy-past”çılığı…
– Hər hansı bir mövzuda kitabları yetərsiz qəbul edib yetersizliyi aradan qaldırmaq üçün bu mövzuda dah çox kitab oxumaqdansa, əksinə oxumağı buraxmağı…
– Bilgi sahibi olmadan fikir sahibi olmağı…
– İstəksiz və hərəkətsiz davranıb, mənfi nəticələri özündə deyil, kənarda axtarmağı..

VƏ  ən nəhayət ATATÜRK-dən:
“Çalışmadan rahat yaşamanın yollarını alışkanlık haline getirmiş milletler, evvela haysiyyetlerini, sonra hürriyetlerini, en sonunda da istikballerini kaybetmeye mahkumdurlar.”

Bir dənə də Ann Landersdən:
“Tanrı bizə iki yuvarlaq orqan verdi, biri oturmaq, digəri düşünmək üçün. Uğurlarımız bunlardan hansını daha çox istifadə etməyimizə bağlı!”

Yeni ilin haqqını vermək üçün hər kəsə müsbət yeniliklərlə dolu il diləyi ilə…

Qeyd: Son iki gözel fikir Mümin Sekman kitabından götürülmüşdür…