Ukrayna: İqtisadiyyatın siyasətə qurban edildiyi ölkə…


Bir neçə gündür iş səyahəti məqsədilə Sovetlərin ən zəngin respublikalarından biri olmuş Ukraynadayam. Ukraynaya ilk səyahətim 1998-ci ildə olmuşdur. Həmin vaxt İstanbulda işlədiyim  qaynaq elektrodları və telləri istehsal edən bir şirkət üçün paslanmaz polad alımı məqsədilə İstanbul Texnik Universitetinin professoru Kutsal Tülbentçi və Yıldız Texnik Universitetdə marketinq müəllimim olan  Prof.Dr İbrahim Kırcova ilə səyahət etmişdim. Bu səyahət zamanı Kiyev, Dnepropetrovsk, Donetsk, Krivoy-Roq və Zaporojye şəhərlərində olmuşdum. Dəyərli hocalarım nə gözəl bir ölkə kişili qadınlı, böyüklü kiçikli hər kəsin üzündən nur yağır deyirdilər…

 Və həmin illərdə mən yayda və ya digər vaxtlarda Bakıya da gəlirdim. Kiyev və Bakını qarşılaşdırdığım zaman istər Kiyev istərsə də digər şəhərlərdə hiss etdiyim rahatlığı, insanların yüzündəki təbəssüm və səmimiyyəti, insanların bir-birlərinə münasibəti Bakıdan çox və çox fərqlənirdi. Və təbii ki yaxşı mənada.
Aradan 10-12 il keçəndən sonra təkrar vaxtilə çox zəngin bir respublika olan bu ölkəyə səyahətlərim oldu… Təəssüf ki artıq sosial və iqtisadi çətinliklər içində olan insanlarda 10 il əvvəl gördüklərim xeyli dərəcədə azalmışdı. İnsanların maddi vəziyyətlərinin pisləşməsi  onların üzlərinə də yansımış və bu maddi sıxıntılar üzlərdəki mehribanlığı, səmimiliyi, sevinci kədərə, inamsızlığa, hüzursuzluğa döndərmişdir. Bəli bu zəngin ölkə iqtisadiyyatı siyasətin əlinə buraxılmış və  bilinən iki tərəfin siyasi və iqtisadi ambisiyalarının qurbanına çevrilərək ildən ilə zəifləmişdir. Artıq bir neçə ildir ki ölkə iqtisadiyyatında geriləmə və durğunluq yaşanır. Son olaraq “AeroSvit” kimi hava yolu şirkətinin iflası isə iqtisadiyyatın siyasətə alət olduğunu təsdiqləyən faktdır. Əhəmiyyətli bir dövlət şirkəti asan asan iflas olmaz… Açıqca bəllidir ki hansısa məqsədlər vardır…
Eyni şəkildə əhalinin gəlir səviyyəsində neçə ildir ki artıq artım demək olar ki yoxdur. Gəlirlərinə görə seqmentlərdə alt seqmentlər çox yüksək paya sahibdir. Bunlar bilinən real faktlardır və bu gözəl ölkə üçün heyfsilənməmək əldə deyil.
Çox qısa müddətdə də olsa ölkənin digər bir qərb regionuna da səyahətim var. Avropaya daha yaxın bu region və həyat səviyyəsi də mənim üçün çox maraqlıdır. Qismət olsa bunun haqqında da fikirlərimi paylaşaram.
Sonda Ukrayna fikrimcə siyasi hüzursuzluğun, ambisiyaların (başqa güclərin isə iqtisadi-siyasi ambisiyalarının) iqtisadiyyatı zəiflətdiyi ölkələrə ən bariz nümunədir. Dilərim ki bu ölkə tezliklə 1998-ci ildə gördüyüm kimi kədərsiz, mehriban, səmimi, sevincli insanların ölkəsi olar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma