Məslək-i solidarizm…


Çoxdandır bu mövzuda bloqda bir yazı yazmaq  istəyirdim. Və nəhayət bəzi hadisələr məni  bunu yazmağa bir növ tətikləmiş oldu. Yazıya başlamadan əvvəl böyük türkçu Ziya Gökalpın  bir deyiminə burda yer vermək istədim:
“Bir cemiyetin dahilinde birtakım tabakaların yahut sınıfların bulunması, dahilî müsavatın bulunmadığını gösterir. Binaenaleyh, halkçılığın gayesi, tabaka ve sınıf farklarını kaldırarak, cemiyetin birbirinden farklı zümrelerini, yalnız işbölümünün doğurduğu meslek zümrelerine hasretmektedir. Yani halkçılık, felsefesini bu düstûrda icmal eder: Sınıf yok meslek var!” Ziya Gökalp


 
 Bu düşüncə, Emile Durkheim tərəfindən irəli sürülən bir düşüncənin : Cəmiyyətdə həmrəyliyin yaranmasının əsas bazası  kimi məsləki solidarizm -peşə həmrəyliyinin yaranması və yayılmasının cəmiyyətin rifahına müsbət təsir göstərəcəyi düşüncəsinin davamıdır.
miyyətdə siniflər arasında uçurumun yaranmasına qarşı irəli sürülən bir “dayanışma”-həmrəylik düşüncəsi bu anlayışın əsasını təşkil edir. Ancaq bu həmrəyliyin məsləklər əsasında olması,   Məsləki solidarizm nəticəsində eyni məslək sahiblərinin həmrəyliyi, bir araya gəlməsi, ilk növbədə öz sahələrində müsbət istiqamətli dəyişikliklərin təklifi və tədbiqinə imkan yaradır. Bu isə aid olduğu cəmiyyətin inkişafına dəyər qatır, kömək edər. Məsləki solidarizmin eyni zamanda cəmiyyətdə sinfi qütbləşməyə mane olacağı, eyni məsləyə sahib hər zümrədən insanların bir araya gələ bilməsiylə izah edilir. Və eyni zamanda bu minvalla yaranan həmrəylik nəticəsində cəmiyyətin müəyyən sahəsi üzrə dəyişiklik, yeniləşmə, inkişaf qərarı daha sağlam və mütərəqqi, eyni zamanda təsirli-effektiv olacağı müdafiə edilir.  
 
Yuxarıdakı açıqlamalardan sonra qeyd etmək istəyirəm ki, inkişaf trayektoriyasında?! olan bizim ölkə, cəmiyyət və ya hər bir sahə üçün məsləki solidarizmə ehtiyac görürəm. Eyni və ya yaxın məslək sahiblərinin bir araya gələrək görüşmələri, müzakirələr (diskussiya, panel, seminar, təlim və s.) təşkil etmələri, sahə üzrə müxtəlif həmrəy fəaliyyətlər ilk növbədə həmin sahədə fəaliyyət göstərənlərin aktivliyinin artmasına səbəb olar. Daha sonra isə bu müsbət externality anlayışıyla digər sahələrə də örnək təşkil edər və beləcə cəmiyyətin müxtəlif təbəqələrində aktivlik artar ki, bu da inkişafa müsbət təsir edər… 
 
Məsələn, keçən həftə müxtəlif şirkətlərin İnsan Resursları (HR) mütəxəssisləri və bu sahəyə maraq göstərən və ya bu sahə ilə bu və ya digər şəkildə maraqlananların bir araya gəlməsinə şahid oldum. Kiçik bir məclis olsa da bu sahədə fəaliyyət göstərənlərin bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi aparması həm iştirakçıların, həm də sahənin ümumi xeyrinədir. Mən də bu girişimləri alqışlayır və müdafiə edirəm. Təbii ki gələcəkdə daha real və faydalı fəaliyyətlərin olmasını da təvəqqe edirəm. Yəqin ki “virtual və əyani HR kitabxanasının yaradılması” təklifimi dəyərləndirəcəklər… 
 
Daha bir nümunə isə, Marketinq sahəsində birincisi uğurla başa çatan “Marketing Air” tədbiridir. Bir neçə aktiv marketerlərimiz tərəfindən başladılan və davam edəcək olan bu təlim-inkişaf tədbiri də alqışalayiqdir. Mövcud və gələcək marketerlərin bir araya gələrək müəyyən real fəaliyyətlərdə bulunmaları sahəyə olan rəğbətin artmasına və bu sahəyə maraq göstərən gənclərin aktivləşməsinə gətirib çıxarır ki bunun da sahənin gələcəyi üçün önəmi danılmazdır.  Arxasınca marketinqə aid online TV-məhz bunun nümunəsidir.
 
Belə nümunələrin hər sahəyə aid olmasını diləyirəm. Bu cür məsləki solidarizm cəmiyyətin birbaşa və qısa zamanda olmasa da gələcək inkişafı baxımından çox önəmli fəaliyyətdir. Təbii ki informasiya, bilgi cəmiyyətinin inkişaf etdiyi və sosyal şəbəkələrin yayıldığı bir vaxtda bu fəaliyyətlərin reallaşması heç də çətin deyildir. Eyni zamanda məsləki solidarizm cəmiyyətdə aktivliyin yaranmasına da gətirib çıxaran bir amildir. Aktivlik olan yerdə isə inkişaf vardır!

Mövzu ilə əlaqədar digər yazılar:
Sahələr üzrə assoasiyalar (birliklər) nə üçün lazımdır?
 

Məslək-i solidarizm…” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma